Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə149/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   145   146   147   148   149   150   151   152   ...   164

304 
təsis edilməsi haqqında 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən aprelın 25-də Azərbaycanda 
ilk  dəfə  “Sahibkarlar  günü”  qeyd  edilməsi  ölkənin  sosial-iqtisadi  inkişafında,  məşğulluğun  təmin 
olunmasında  sahibkarlığın  fəaliyyətinə  verilən  yüksək  qiymətin  və  sahibkarlığın  inkişafına 
göstərilən böyük diqqət və qayğının bariz ifadəsidir. [2] 
İnnovasiya prosesi yeni məhsulların mənimsənilməsi, buraxılan məhsulların modernləşdiril-
məsi, yeni istehsal vasitələrinin istehsal prosesinə cəlb edilməsi, istehsalın təşkili və idarə olunması-
nın daha mükəmməl formaları ilə əlaqədardır. 
İnnovasiya iqtisadiyyatı şəraitində sahibkar daim risk etməyə hazır olmalı, başqalarının edə 
bilmədiklərini  əvvəlcədən  görə  bilməli,  istehlakçıların  etibarını  qazanmalı,  özünəinamlı  olmalı  və 
daim yeniliklər axtarmalıdır. Onlar daim axtarışda olan işğüzar insanlar olmaqla yeni məhsulların, 
texnologiyanın, biznesin yeni formalarını yaradan, yeni ideyaları və layihələri həyata keçirənlərdir. 
Sahibkarlıq fəaliyyəti həmişə yeniliklə və yeniliyin tətbiqi ilə bağlı olan dinamik prosesdir. 
Ən az məsrəflə, əməyin və istehsalın təşkilinin ən səmərəli üsullarını tətbiq etməklə təlabata uyğun 
məhsullar  istehsal  etdiyi  və  istehlakçıya  yüksək  keyfiyyətli  xidmət  göstərdiyi  üçün  sahibkarlıq 
fəaliyyəti  səmərəli  təsərrüfat  formasıdır.  İqtisadiyyatın  dinamik  inkişafının  təmin  edilməsində, 
iqtisadi tərəqqinin daha surətli  xarakter almasında innovasiaya  sahibkarlığının fəaliyyəti əvəzedil-
məz əhəmiyyətə malikdir. İnkişaf etmiş ölkələrdə elmi-texniki tərəqqinin inkişafı məhz innovasiya 
sahibkarlığı ilə bağlıdır. [1] 
Azərbaycanda  innovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli  məhsul 
istühsalının  stumullaşdırılması,  innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  zəruri 
mexanizmlərin  formalaşdırılması,  innovasiya  potensialının  səmərəli  istifadə  və  inkişafının  təmin 
edilməsi  məqsədi  ilə  dövlət  dəstəyi  tədbirlərinin  reallaşdırılması  üçün  müvafiq  qanun  vericilik 
bazasının yaradılmasına zərurət vardır. 
İnnovasiya prosesi müxtəlif resursların istehsal fəaliyyətinə cəlb edilməsi ilə bağlıdır. Əsas 
resurslar yeni məhsul istehsalının geniş miqyasda mənimsənilməsi ilə əlaqədar olan tədqiqatlar və 
araşdırmalar aparılmasına, layihə-texnoloji və başqa işlərin yerinə yetirilməsi üçün investisiyalar və 
vaxt sərf olunur. Bütövlükdə innovasiya fəaliyyəti sisteminə elm, texnologiya, innovasiya və təhsil 
kimi tərkib hissələri daxildir. Bu komponentlərdən hər hansı birinin olmaması innovasiya fəaliyyəti 
sisteminin bütövlüyünün pozulmasına gətirib çıxarır. 
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrdə elmi-texniki tərəqqinin inkişafı innovasiya sahibkarlığı 
ilə  bağlıdır.  Ümumiyyətlə  sahibkarlığın  iki  formasını  fərqləndirmək  olar:  onlardan  biri  yeniliklərin 
tapılması  və  reallaşdırılmasıdır  ki,  buna  da  innovasiya  sahibkarlığı  deyilir.  Digəri  isə  xalis  bazar 
sahibkarlığıdır.  Bunada  marketinq  deyilir.  Elmi-texniki  nailiyyətlərin  istehsala  tətbiqi  innovasiyanı 
şərtləndirir. İnnovasiya prosesi hər şeydən əvvəl aşağıdakıların yerinə yetirilməsindən ibarətdir: 
-Yeni məhsulların mənimsənilməsi, buraxılan məhsulun modernləşdirilməsi
-Yeni istehsal vasitələrinin istehsal prosesinə cəlb edilməsi
-Yeni texnologiya və məhsulun istehsalı üsullarından istifadə edilməsi. 
-İstehsalın təşkili və idarə olunmasının daha mütərəqqi formaları. 
-İnnovasiyanın nəticələri aşağıdakılardan ibarətdir: 
-Məhsulun  çeşidi  təzələnir,  rəqabət  qabiliyyəti  yüksəlir,  əhalinin  təlabatının  ödənilməsinə 
kömək edir. 
-İstehsalın  səmərəliliyi  yüksəlir,  məhdud  resurslardan  qənaətlə  istifadə  olunur,  istehsal 
xərcləri azalmaqla mənfəət artır. 
-Yeniliklər sosial nəticələrlə səciyyələnir. 
Lakin  qeyd  etdiyimiz  kimi,  innovasiya  sahibkarlığını  təşkil  etmək  o  qədər  də  asan  deyil, 
bunun üçün çoxlu miqdarda maliyyə vəsaiti tələb olunur. Bu çətinliyi aradan qaldırmaq yollarından 
biri  də  lizinq  müqaviləsinin  bağlanmasıdır.  Bu  müqaviləyə  uyğun  olaraq,  lizinq  şirkəti  sifariş 
olunan maşın, avadanlıq və s. Malı istehlakçıdan alır və sifarişçiyə icarəyə verir. Müqaviləyə əsasən 
icarə haqqı amortizasiya ayırmaları və lizinq şirkətinin mənfəətindən ibarət olur. 
Xarici  iqtisadçılar  isə  innovasiya  sahibkarlığı  ilə  iri  müəssisələrin  məşğul  olmasını 
məqsədəuyğun  sayırlar.  Buna  səbəb  bilavasitə,  yuxarıda  qeyd  etdiyimiz  kimi  innovasiyanın 
mənimsənilməsinin yüksək xərc tələb etməsidir. Bu xərc isə əsasən qiymətli ixtiraçılar və yeni sınaq 


305 
nümunələrinin  hazırlanması  işinin  çoxsaylı  əmək  kollektivinin  səyini  və  çox  güclü  maddi  texniki 
baza  tələb  etməsindən  irəli  gəlir.  Odur  ki,  yalnız  yüksək  maliyyə  vəsaitinə  malik  olan  iri  firmalar 
innovasiya  layihələrini  başa  çatdıra  bilər,  iri  firmaların  digər  üstünlüyü  orada  çoxməqsədli 
tədqiqatların hazırlanmasıdır. Həm də bu firmalar sınaq, layihə və elmi tədqiqat işlərinin aparılması 
zamanı müxtəlif yanaşmalardan istifadə edilməsi də onların digər üstünlüyünü müəyyən edir. 
İnnovasiya sahibkarlığının müvəffəqiyyətinin əsas şərtlərindən biri innovasiya fəaliyyətinin 
qiymətləndirilməsidir. Bu asan deyil, lakin zəruridir, çünki innovasiya prosesinin stimullaşdırılması 
həyata keçirilməlidir. Ölkədə innovasiyanın rolunu daha da dərindən dərk etmək üçün tanınmış alim 
P.Drikerin dediyi bir kəlamı yada salmaq kifayətdir: “Gələcəkdə dünyada varlı yaxud kasıb ölkələr 
anlayışı  olmayacaqdır.  İnnovasiyaya  üstünlük  verən  ölkələr  və  ona  diqqət  yetirməyən  “inamsız” 
ölkələr olacaqdır”. 
Müasir iqtisadi şəraitdə Naxçıvan Muxtar Respublikasında sənaye, kənd təsərrüfatı, tikinti, 
sosial-mədəni  və  digər  sahələrdə  yeni  nəsil  texnologiyaların  tətbiqi  ilə  keyfiyyətli  məhsul  və 
xidmətlərin  istehsalına  nail  olunmuş,  innovasiya,  modernləşmə,  müasirləşmə  nəticəsində  davamlı 
və dayanıqlı inkişaf təmin edilmişdir. 
Muxtar  Respublikada  yeni  sahibkarlığın  inkişafı  istiqamətində  həyata  keçirilən  tədbirlərlə 
əlaqədar  olaraq,  hər  il  onlarca  layihələr  reallaşdırılaraq  müasir  texnologiyalarla  təmin  olunmuş 
innovasiya  yönümlü  müəssisələr  yaradılmışdır.  Nəticədə  xarici  ticarət  dövriyyəsinin  strukturunda 
ciddi dəyişiklik baş vermiş, idxalda üstünlük təşkil edən ərzaq məhsulları öz istiqamətini avadanlıq 
və  texnologiyalara  doğru  dəyişmişdir  ki,  bu  da  istehsalın  avtomatlaşdırılması  ilə  dünya  standart-
larına uyğun ixracyönümlü məhsulların istehsalının artmasına öz müsbət təsirini göstərmişdir. 
Muxtar Respublikada iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində 
ardıcıl tədbirlər davam etdirilir. 
2017-ci ilin ilk rübü ərzində muxtar respublikada sahibkarlara 913 min 800 manat, həcmində 
kreditlər verilmişdir. Bu dövr ərzində 11 hüquqi və 602 fiziki şəxs qeydiyyata alınmışdır. 
Yeni  istehsal  sahələrinin  inkişafının  nəticəsidir  ki,  bu  gün  muxtar  respublikada  367  növdə 
məhsul istehsal olunur. Bu məhsulların 121 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır, 107-si 
ərzaq,  237-si  qeyri-ərzaq  olmaqla,  344  növdə  məhsula  olan  təlabatın  tamamilə  yerli  imkanlar 
hesabına ödənilməsi təmin edilmişdir. [3] 
Cari ilin yanvar-mart ayları ərzində ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul 
istehsalının  həcmi  505  milyon  378  min  manatdan  artıq  olmuşdur  ki,  bu  da  bir  il  öncəki  müvafiq 
göstəricidən  çoxdur.  Hər  bir  nəfərə  düşən  ümumi  daxili  məhsulun  həcmi  əvvəlki  ilin  müvafiq 
dövründəkinə nisbətən 4,5% artaraq 1124,3 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 
31,7 faizlik payla sənaye sahəsi tutmuş və maddə istehsalın payı 54,8%təşkil etmişdir.[3] 
2016-cı  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2017-ci  ilin  yanvar-mart  aylarında  sənaye 
məhsulunun  həcmi  1,3%,  kənd  təsərrüfatının  ümumi  məhsulu  3,3%,  nəqliyyat  sektorunda  yük 
daşınması  1,5%,  informasiya  və  rabitə  xidmətlərinin  həcmi  3,1%,  pərakəndə  əmtəə  dövriyyəsi 
1,7%, əhaliyə göstərilən pullu xidmətlər 2%, ixracın həcmi 1,1%, əhalinin gəlirləri 1,2% artmışdır. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hər yeni müəssisəsinin açılışında iştirak 
etməsi, müəssisənin iş prosesi ilə tanış olması muxtar respublikada sahibkarlıq fəaliyyətinə verilən 
dəstək, göstərilən diqqət və qayğının əyani təzahürü, sahibkarlıq fəaliyyətinin artırılmasına isə bir 
işarədir.  Bu ənənəni  davam  etdirən muxtar respublika rəhbəri fikrini belə ifadə edir: “  İndi  bizim 
qarşımızda  bir  vəzifə  var.  Oda  sahibkarlıq  strukturlarında  fəaliyyəti  genişləndirməklə  ölkəmizin, 
eləcə  də  muxtar  respublikamızın  iqtisadi  qüdrətinin  artırmaqdan,  bununla  yanaşı,  əhalinin  rifah 
halını daha da yaxşılaşdırmaqdan ibarətdir.” [3] 
Deməli,  daha  yaxşı  və  firavan  həyat  üçün  sahibkarlığın  inkişaf  etdirilməsinin  əhəmiyyətin 
dərindən anlayaraq hər sahibkar üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. 
Ümumiyyətlə,  iqtisadi  və  sosial  inkişafın  əsas  lokomotivi  olan  sahibkarlıq  fəaliyyətinin 
inkişafı  və  stimullaşdırılması  ölkənin  gələcək  sabit  inkişafında,  həmçinin  dünya  iqtisadiyyatına 
inteqrasiyasınıda əsaslı mövqe tutmasına tam təminatcı olacaqdır. [1] 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə