Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə157/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   153   154   155   156   157   158   159   160   ...   164

320 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
HÜSEYN BAĞIRSOYLU          
Naxçıvan Universiteti 
h.bagirsoylu@nu.edu.az 
UOT 332.146 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA SƏRBƏST  TİCARƏT  
ZONALARININ YARADILMASININ ZƏRURİLİYİ 
 
Açar  sözlər:      xüsusi  iqtisadi  zonalar  ,  qanunvericilik  bazası,  makroiqtisadi  göstəricilər, 
sərbəst ticarət zonaları 
Key words: special economic zones, legislative base, macroeconomic indicators, free trade zones  
Ключевые  слова:  специальные  экономические  зоны,  законодательная  база, 
макроэкономические показатели, зоны свободной торговли 
Təşkilatlanma  prosesi  zamanı  gözlənilməli  məsələlər  sırasında  sərbəst  ticarət  zonasının 
fəaliyyət  ixtisaslaşdırılmasının  müstəqil  seçim  dərəcəsi  də  nəzərə  alınmalıdır.  Beynəlxalq 
praktikada sərbəst ticarət zonalarının bu əlamət əsasında açıq (eksklav) və qapalı (anklav) varintda 
fəaliyyəti  təmin  olunmaqdadır.  Burada  istifadə  olunan  hər  iki  ifadə  sərbəst  ticarət  zonalarının 
fəaliyyətin  tənzimlənməsində  hansı  mənbələrin  hüquqi  normalara  əsaslanmasından,  bəlli 
məhdudiyyətlərin tətbiqindən   irəli gəlir. Belə ki, əgər həmin zonalarda hazır məhsul obyektlərinin 
satışı  növ, sahə aidiyyat, təyinat və digər kənar mənşəli təşkilati-tənzimləmə şərtləri qoyulmadan, 
ancaq  liberal  beynəlxalq  qaydalar  əsasında  təşkil  olunursa,  bu  zona  açıq,  əgər  bəlli  sahələrdə 
məhdudiyyətlər  movcuddursa  –  qapalı  zona  qrupuna  aiddiyyatı  bildirir.  Düşünürük  ki,  muxtar 
respublikada yaradılacaq olan zonanın anklav varianta uyğun-luğu təmin olunmalıdır. 
Sərbəst  zonaların  ilkin  yaranması, məzmunu  və inkişafı  proseslərinin çoxsaylı təhlillərinin 
aparılması  zamanı  aydın  olur  ki,  onların  ilk  təşkilati  forması  kimi  məhs  ticarət  zonaları  çıxış 
etmişdir. Bu, ilk növbədə onların daha sürətli formada, daha kiçik həcmli kommersiya və inzibati 
məsrəflərlə, minimal bürokratik əngəllərlə əmtəələri pula “çevirmək” imkanlarından irəli gəlir.  
Aparılmış elmi tədqiqatlar və təcrübi müşahidələr göstərmişdir ki, xüsusi təyinatlı zonaların 
yaradılması ölkə üzrə bır sıra amillərin təsiri nəticəsində formalaşır və həmin zonaların ixtisaslaşma 
əlamətləri  üzrə  növlərinin  bölüşdürülməsi  birmənalı  hesab  oluna  bilməz.  Belə  ki,  ölkə  qanun-
vericiliyi və hüquqi normativ sənədlərə uyğun olaraq Azərbaycanın regional strukturunda (heç də 
hamısında  de-yil)  aşağıdakı  təyinata  malik  xüsusi  təyinatlı  zonaların  yaradılması  məsləhət  bilinir: 
a).istehsal  təyinatlı  zonalar,    b).  ticarət  təyinatlı  zonalar,  c).  sərhədyanı  zonalar,  ç).  turizm  və 
sanator-müalicəvi  zonalar,  d).  elmi-texniki  və  elmi-istehsalat  təyinatlı    zonalar.  Bu  zonaların  hər 
birinin  imkanlarının  qiymətləndirilməsi  ölkənin  ayrı-ayrı  regionlarının  real  şəraitinin  uyğunluğu 
əsasında həyata keçirilir (cədvəl 1). 
Cədvəl 1. Sərbəst iqtisadi zonaların mümkün ixtisaslaşma əlaməti üzrə respublika 
regionlarının növlər üzrə qruplaşdırılması 
 
Xüsusi iqtisadi zonaların əsas 
ixtisaslaşma istiqamətləri  
 
 
Azərbaycan Respublikasında  
XİZ-lərin ixtisaslaşmasına uyğun gələn 
 iqtisadi rayon və şəhərlər 
 
1. 
 
İstehsal təyinatlı XİZ-lər 
Аbşeron, Naxçıvan MR,  
Gəncə-Qazax 
 
2.  
 
Ticarət təyinatlı XİZ-lər 
Аbşeron, Naxçıvan MR,  
Gəncə-Qazax, Şəki-Zaqatala 
 
3.  
 
Sərhədyanı XİZ-lər 
Naxçıvan MR, Gəncə-Qazax, Lənkəran-Astara,   
Quba-Xaçmaz 


321 
4.  
 
Turizm və sanator-müalicəvi  
XİZ-lər 
Аbşeron, Naxçıvan MR, Gəncə-Qazax,  
Şəki-Zaqatala 
5.  
 
Elmi-texniki və elmi-istehsalat  
təyinatlı XİZ-lər 
Bakı (Abşeron), Sumqayıt,  
Gəncə 
Mənbə: Sxem ədəbiyyat məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur [ 1; 112] 
Cədvəl  məlumatlarından  aydın  olur  ki,  Naxçıvan  Muxtar  Respublikasının  malik  olduğu 
coğrafi  yerləşmə,  idarəetmə,  təşkilatlanma  və  digər  parametrlər  ilk  dörd  xüsusi,  o  cümlədən 
təyinatına  malik  iqtisadi  zona  tələblərinə  uyğun  gəlir.  Belə  təhlilin  təşkilin  muxtar  respublikanın 
aşağıdakı  istiqamətlər  üzrə  imkanların  kompleks  qaydada  qiymətləndirilməsi  sahəsində  mümkün 
olmuşdur:    

 
stabil daxili iqtisadi sistemin seçimi və onun aparıcı sahələrinin müəyyən edilməsi

 
Naxçıvanın  iqtisadi  potensialının  atran  templərə  malik  olması,  bu  məkanda  istehsal  olunan 
məhsulların həcm, keyfiyyət, çeşid əlamətləri baxımından yüksəlişinin təmin edilməsi; 

 
əmtəələrin  bölgüsü  və  mübadiləsi  üzrə  ən  mütərəqqi,  qabaqcıl  beynəlxalq  təcrübə 
nəaliyyətlərinin regional miqyaslarda iqtisadiyyata tətbiqi imkan-larının mövcudluğu

 
valyuta ehtiyatları və imkanlarının artırılması üzrə proseslərin ardıcıl həyata keçirilməsi; 

 
daha ölçülmüş və gəlirli ticarət mühitinin yaradılması;  

 
mikro və makro səviyyələrdə logistika-infrastruktur imkanlarının yaxşılaş-dırılması; 

 
region iqtisadiyyatının beynəlxalq arenaya inteqrasiyası; 

 
qarşılıqlı investisiyalaşma imkanlarının əldə olunması və s. [1; 144] 
Tədqiqatın  növbəti  mərhələsi  kimi,  sərbəst  ticarət  zonasının  Naxçıvan  Muxtar  Respublikasında 
təşkili  üzrə  qoyulan  tələblərlə  əlaqəlidir.  Araşdırmaqda  olduğumuz  dissertasiya  mövzusunun 
hazırki maddəsi sərbəst ticarət zona formalarının muxtar respublikada təşkili imkanları ilə bağlı 
müvafiq  müşahidə  və  qiymətləndirmə  işlərinin  aparılmasını  tələb  edir.  Bu  məsələdə  birinci 
növbədə iki əsas məqama diqqət yetirmək zəruridir: 
1.
 
Muxtar  Respublikanın  real,  vahid  məcmu  şəklində  baxılan  elementlərin  və  onlardan  muxtar 
respublikanın  ərazisində  yaradılması  mümkün  hesab  edilən  sərbəst  ticarət  zonanın  qurulmasına 
təsiri; 
2.
 
Sərbəst ticarət zonasının muxtar respublika üçün xarakterik təzahür formasının müəyyən edilməsi. 
Birinci  bənd  üzrə  qeyd  olunan  elementlər  öz  növbəsində  bilavasitə  təsirə  malik  və  dolayı  təsirlə 
seçilən  qruplar  üzrə  təsnifləşdirilməlidir.  Bilavasitə  təsir  imkanlarına  malik  elementlərin 
nümunəvi məzmununu xarakterizə etmək üçün aşağıdakı sxemə müraciət edək. (sxem 2)   
Sxem 2. Naxçıvan Muxtar Respublikasında sərbəst ticarət zonasının yaradılması üzrə birinci 
dərəcəli təsir elementləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mənbə: Sxem ədəbiyyat məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur [2; 303] 
 
Sərbəst ticarət zonasının yaradılması üzrə birinci dərəcəli təsir elementləri 
 
Coğrafi yerləşməni şərtləndirən elementlər 
Hüquqi tənzimləməni ifadə edən elementlər 
Özündə təşkilati-idarəetmə fəaliyyəti ehtiva edən elementlər 
Zonanın kompleks fəaliyyətini təmin edəcək xidmət təyinatlı elementlər 
Zonanın inkişafına təsir edəcək logistika məzmunlu elementlər 
Vergi, gömrük və digər iqtisadi alətləri ifadə edən elementlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə