Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə156/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   152   153   154   155   156   157   158   159   ...   164

318 
xidmətlərinin  yaxşılaşdırılması,  su  təchizatının  və  kanalizasiya  xidmətlərinin  yaxşılaşdırılması, 
meliorasiya  və  irriqasiya,  əhalinin  təhlükəsizliyi,  mənzil  təsərrüfatı  və  abadlıq-quruculuq,  sosial 
müdafiə,  səhiyyə  müəssisələrinin  tikintisi  və  yenidənqurulması,  mədəniyyət  müəssisələrinin 
tikintisi və yenidənqurulması, gənclər və idman müəssisələrinin tikintisi və yenidənqurulması, təhsil 
müəssisələrinin tikintisi və yenidənqurulması, turizm sahəsinin inkişafını birləşdirməklə, çoxsahəli 
istiqamətlər üzrə həyata keçirilmiş və keçirilməkdədir.  
Naxçıvan  Muxtar  Respublikasında  iqtisadi  sahədə  sağlam  şəraitin,  məhsuldar  nəticələrin, 
cari  və  perspektiv  inkişaf  üçün  əlverişli  mühitin davamlılığını  təmin  etmək  məqsədilə  Ali  Məclis 
Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının 
2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  da  müstəsna  əhəmiyyəti  vardır. 
Burada  da  qarşıdakı  dövrlər  üzrə  həyata  keçiriləcək  tədbirlər  makroiqtisadi  sabitliyi,  məşğulluq 
səviyyəsinin  yüksəldilməsini,  bank  və  kredit  təşkilatlarını,  investisiya  fəaliyyətini,  sahibkarlığın 
inkişafını, sənayeləşmə siyasətini,  kənd təsərrüfatında ardıcıl islahatları, xarici  ticarət  fəaliyyətini, 
informasiya və kommunikasiya texnologiyalarını, turizmin inkişafını,  elektrik və qaz təsərrüfatını, 
mənzil-kommunal təsərrüfatının inkişafını, nəqliyyat xidmətlərini, ekoloji tarazlığı, əhalinin sosial 
müdafiəsini,  təhsil  sahəsini,  səhiyyə  xidmətlərini,  gəncləri,  həmçinin  bədən  tərbiyəsi  və  idmanı, 
mədəni irsin qorunmasını əhatə etməkdədir. Təbii ki, bu tədbirlərin hər biri, muxtar respublikanın 
hərtərəfli inkişafının müasir dövrün tələblərinə dolğun şəkildə uyğunlaşdırılmasına istiqamətləndir-
məklə  yanaşı,  həm  də  uzaq  gələcək  üçün  makroiqtisadi  hədəf  və  prioritetlərə  doğru  olan  yolda 
mükəmməl istinad mənbəyini təşkil edəcəkdir.  
Aydın məsələdir ki, görülən işlər, əldə olunan nəticələr, müəyyən edilən düzgün xətt silsilə 
şəklində  və  mərhələli  olmaqla,  yeni  fəaliyyətin,  təşkilati-struktur  mexanizmlərin,  hüquqi-iqtisadi 
tənzimlənmənin,  innovativ  istehsal  potensialının  zəncirvari  həlqə  formasında  əhatə  dairəsini 
genişləndirməkdədir.  Bu  mənada  da  iqtisadyyatın  sahə  strukturunun  bir-biri  ilə  vəhdət  halında 
inkişaf etdirilməsi əsas makroiqtisadi göstərici olan ÜDM-nin strukturunda da artım dinamikasının 
təmin  olunmasına  səbəb  olmuşdur.  İnsanların  gündəlik  həyat  şəraitinin  yaxşılaşmasında  öz  əksini 
tapan  bu  proseslər  iqtisadiyyatın  şaxələndirilməsinə  və  sosialyönümlülük  çəkisinin  daha  da 
artmasına  səbəb  olmuş,  səmərəlilik  meyarları  əsasında  cəmiyyət  üzvlərinin  durmadan  artmaqda 
olan  təlabatlarını  ödəyən  bir  tamlıq  təşkil  etmiş,  bununla  da  dayanıqlı  milli  iqtisadiyyata 
çevrilmişdir. Milli iqtisadiyyat elə adından da göründüyü kimi, millətin iqtisadiyyatı olmaqla, onun 
mənafelərini  ifadə  etməklə,  cəmiyyətin  sosial-iqtisadi  münasibətlər  sisteminin  səmərəliliyini 
şərtləndirməkdədir.  Daha  doğrusu,  bu  anlayışın  bir  sıra  iqtisadi  ədəbiyyatlarda  müəyyən  xalqa, 
millətə  məxsus  olub,  onun  mənafelərini  ifadə  edən,  hüdudları  dövlət  sərhədləri  ilə  məhdudlaşan, 
özünün  maddi-texniki  əsası,  münasibətlər  sistemi,  təsərrüfat  mexanizmi  və  idarəetmə  strukturları 
olan sosial-iqtisadi orqanizm kimi ifadə olunduğunu görürük (1, s. 338). 
Buna  görə  də  iqtisadiyyatın  təminat  potensialının  artırılması,  ölkə  əhalisinin  bütün 
təbəqələrinin bu potensialda əhatə edilə bilməsi və sosial-iqtisadi təhlükəsizliyin qarantisinə çevril-
məsi və s. məqsədi ilə ötən ilin 16 mart tarixində ölkə başçısı tərəfindən imzalanan 1897 nömrəli 
Sərəncamla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca 
istiqamətləri” təsdiq edilmiş və hazırkı mərhələ üçün sosial-iqtisadi və hüquqi əsaslar yaradılmışdır. 
6  dekabr  2016-cı  il  tarixdə  imzalanan  Fərmanla  isə  “Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas 
sektorları  üzrə  strateji  yol  xəritələrinin”  təsdiq  edilməsi  iqtisadiyyatının  12  mühüm  itiqamət  üzrə 
daha  da  təşkilatlanması  hədəflənmişdir.  Bunlar  ölkənin  2016-2020-ci  illər  üçün  iqtisadi  inkişaf 
strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən 
sonrakı dövrə hədəf baxışın da müəyyən edilməsindən ibarətdir. 
Bütün bunlarla ölkəmiz hərtərəfli inkişafını müasir dünyanın günü-gündən zəruriləşən və artan 
çağırışları  əsasında  qurmaqdadır.  İqtisadiyyatda  innovativ  proseslərin  müşayiəti  ilə  sənayeləşmə 
dövrünün başladılması, bunun sosial-iqtisadi davamı və məntiqi nəticəsi olaraq, dövlət başçısının 2013-
cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə Sənaye parkları haqqında nümunəvi əsasnamənin təsdiq 
edilməsi, xüsusən, 28 dekabr 2011-ci il tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı və 
21  dekabr  2011-ci  il  tarixli  548  nömrəli  Fərmanla  Sumqayıt  Kimya,  2015-ci  ildə  Mingəçevir  Sənaye 
Parklarının yaradılmasını (3) göstərə bilərik. Bunlardan əlavə, 13 iyun 2016-cı il tarixdə ölkə başçısı 


319 
tərəfindən imzalanan Sərəncamla Masallı Sənaye Məhəlləsinin yaradılması qeyd olunan tədbirlərin 
əhəmiyyətini  artıran  davamıdır.  Qeyd  edək  ki,  hər  bir  tənzimlənmə  vasitələrində  olduğu  kimi 
Sənaye parklarının yaradılması və fəaliyyətinin tənzimlənməsində də Naxçıvan Muxtar Respublika-
sında məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 
Ölkəmizdə  iqtisadi  hadisə  və  proseslərin  tənzimlənməsi  və  düzgün  yönləndirilməsi 
məqsədilə qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, gerçəkləşdirilən layihələr, təsdiq 
olunan  tədbirlər  planları,  konsepsiyalar,  əsasnamələr,  Dövlət  Proqramları,  strategiyalar  və  yol 
xəritələri  Naxçıvan  Muxtar  Respublkasının  da  müasir  iqtisadi  inkişaf  mənzərəsinə  çevrilmişdir. 
Fikrimizi  əsaslandırmaq  üçün  qeyd  edə  bilərik  ki,  Ali  Məclisin  Sədrinin 6  iyun  2013-cü  il  tarixli 
Fərmanı  ilə  təsdiq  edilmiş  “Sənaye  Parkları  haqqında  Əsasnamə”nin  elə  məhz  bu  istiqamətdəki 
proseslərin səmərəli istiqamətləndirilməsi məsələlərini nəzərdə tutur. 16 bənddən ibarət olan həmin 
əsasnamə  muxtar  respublika  iqtisadiyyatının  ardıcıl  inkişafında,  onun  milli  iqtisadi  inkişafda 
təkanverici təsirinə bir daha əhəmiyyətlilik gətirmiş oldu.  
 
ƏDƏBİYYAT 
 
1. İbadov S. A. İqtisadi nəzəriyyə, Dərslik, Bakı, Şərq-Qərb, 2009, s. 414.  
2. Əliyev A. Ə., Quliyev A. S. Sosial sferanın iqtisadi və metodoloji əsasları, Bakı, Adiloğlu, 2005, 304 s. 
3. www.e-qanun.az  
ABSTRACT 
Javadkhan Gasimov 
HAYDAR ALIYEV AND SUSTAINABLE DEVELOPMENT OF THE 
NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
The article dealt about the country's successful economic policy, the efficient organization of 
management. 
Provided regulatory role of the state in this area.
 In the article all regions, including 
the  production  potential  based  on  socio-economic  development  of  Nakhchivan  Autonomous 
Republic. 
the socio-economic development  of other regions,  in  the  formation and development  of 
the regional policy of the Azerbaijan Republic. It has been substantiated that adoption of different 
state Programs is a decisive factor in the sustained development of the mentioned field. Was opened 
Economic  reforms  in  the  economy  of,  of  Nakhchivan  Autonomous  Republic.  Revealed  that  the 
economies of the correct application of modern scientific techniques to increase quality indicators 
based development environment has created the appropriate fields. 
 
РЕЗЮМЕ 
Джавадхан Гасымов 
ГЕЙДАР АЛИЕВ И УСТОЙЧИВОГО РАЗВИТИЯ НАХЧЫВАНСКОЙ 
АВТОНОМНОЙ РЕСПУБЛИКИ 
В статье подробно описана успешная экономическая политика нашей страны, заходит 
речь об эффективном экономическом управлении. Показана роль государства как реулятора 
в  этой  области.  Обосновывается  роль  производственного  потенциала  в  социально  -
экономическом  развитии  всех  регионов,  в  том  числе  и  Нахчыванской  Автономной 
Республики.  O  формировании  региональной  политики  Азербайджанской  Республики  и 
социально-экономическом  развитии  Нахчыванской  Автономной  республики,  также  как  и 
других  регионов.  Дается  обоснование  того,  что  принятие  Государственных  программ 
является решающим фактором для  устойчивого роста в данной области.  O претворенных в 
жизнь  в  экономике  Нахчыванской  Автономной  Республики  экономических  реформах. 
Указывается,  что  правильное  внедрение  в  экономику  современных  научно-технических 
достижений создало условия для возрастсения качественных. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə