Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə158/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   154   155   156   157   158   159   160   161   ...   164

322 
Sxem  3.1-də  verilən  təsnifatdan  da  göründüyü  kimi,  regional  müstəvidə  sərbəst  ticarət 
zonasının  təşəkkül  tapmasında  birinci  yeri  coğrafi  yerləşməni  şərtləndi-rən  elementlər  təşkil  edir. 
Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikası səkkiz inzibati vahidin (1 muxtar respublika tabeli 
şəhərin və 7 inzibati rayonun) məcmusu şəklində təzahürə malikdir. Cəmi ərazi miqyasında zonanın 
yerləşəcəyi  məkanın  seçilməsi,  bu  seçimin  həyata  keçirilməsində  bütün  əlaqələi  şərtlərin  nəzərə 
alınması zəruridir. Bəhs olunan amil ilk növbədə zona üçün nəzərdə tutulan ərazinin yer quruluşu, 
onun  tikinti-quraşdırma  işlərinin  aparılması  baxımından  yararlılığı,    xarici  ölkələrlə  birbaşa 
həmsərhəd  ərazilərin  və  gömrük  keçid  imkanlarının  mövcudluğu;  enerji,  su-kanalizasiya 
təminatının asanlığı, müxtəlif təyinatlı yol şəbəkəsinin (də-mir yolu, avtomobil, hava) mövcudluğu, 
işçi  qüvvəsilə  təmin  olunma  imkanları,  ayrı-ayrı  xidmətlərlə  təmin  olunma  dərəcəsi  kimi 
elementləri özündə birləşdirmə-lidir. 
Tərəfimizdən  aparılmış  səyyari  müşahidələr  göstərir  ki,  Naxçıvan  Muxtar  Respublikasının 
ərazisində  yaradılacaq  sərbəst  ticarət  zonasının  Sədərk  rayonunun  ərazisində,  yaxud  Sədərək  və 
Şərur rayonlarının həmsərhəd düzənlik ərazısındə yerləşdirilməsi daha məqsədəuyğundur. Bildirilən 
fikir  və  düşüncələr  məcmusunun    əsaslandırılması  ilk  növbədə  müxtəlif  növ  yol-kommunikasiya 
infrastrukturunun mövcudluğu, ərazinin yer quruluşunun tələblərə cavab verməsi,  İran və Türkiyə 
ilə  sərhəddə  qurulmuş  gömrük  keçid  məntəqələrinin  fəaliyyətinin  aktiliyi,  içməli  su  hövzələrinin 
yaxınlığı, enerji resurslarından istifadənin mümkünlüyü, mərkəzə yaxınlıq, məhsuldar işçi heyyətinə 
malikolma, digər iqtisadi, təşkilati-idarəetmə, tikinti-quruculuq təyinatlı işlərin icrasındakı əlverişli 
şəraitin qiymətləndirilməsi sayəsində mümkün olmuşdur.      
Hüquqi tənzimləmə elementlərinin mövcudluğu zonanın fəaliyyətinin istiqamətlər üzrə qanuni 
çərçivələrə salınmasını  tələb  edir. Hüquqi tənzimləmə məsələlərinə növbəti maddədə fərdi qaydada 
baxcağımız üçün bu istiqamətin hazırki maddədə dərindən araşdırılmasına ehtiyac duymuruq.   
Özündə təşkilati elementləri ehtiva edən elementlər, fikrimizcə 2 aspektdə  
nəzərdən keçirilməlidir:  
1.
 
Zonanın  yerləşdiyi  ölkə  və  region  icra  strukturları  tərəfindən  həyata  keçirilən  ümumi 
təyinatlı, o cümlədən zonaya aidiyyatı ilə seçilən təşkilati-idarəetmə işləri; 
2.
 
Zona administrasiyası tərəfindən aparılan təşkilati-idarəetmə işləri.  
Birinci  bənd  üzrə  qeyd  etmək  zəruridir  ki,  muxtar  respublikada  aparılan  təşkilatlanma-
idarəetmə  təyinatlı  fəaliyyət  bir  tərəfdən  regionun  ümumi  iqtisadi,  o  cümlədən  istehsal,  mübadilə 
potensiallarının  artması  ilə  müşayət  olunmuşdur.  Bunu  işin  ayrı-ayrı  maddələrində  göstərdiyimiz 
faktlar və apardığımız təhlilər də sübut edir. Digər tərəfdən,  yerli icra orqanlarının həm bilavasitə 
zonanın bərqərar olması və inkişafı ilə əlaqəli gördüyü işlər, həm də artan regional imkanların bir 
hissəsinin məhz zona vasitəsilə reallaşdırılmasında səylərin göstərilməsi, müvafiq proqramların, iş-
icra xəritələrinin tərtibi bu məcmuda özünəməxsus yer tutur. Məsələyə fərqli baxış “bucağı” altında 
yanaşma mərkəzi və yerli icra strukturları qarşısında bir sıra digər məsələləri də qoyur ki, onlardan 
da xüsusi olaraq aşağıdakıları qeyd etmək yerinə düşərdi:  
a)
 
ərazi  ifadəsində  dəqiq  sərhədlənmə  işlərinin  sistemli  aparılması  və  surətli  şəkildə    başa 
çatdırılması; 
b)
 
iqtisadi  fəaliyyətin  təşkili  və  həyata  keçirilməsi  üçün  sadələşdirilmiş  qay-daların 
tətbiqinin  mümkünlüyü  (bu  qaydaların  tətbiqi  ticarət  həcminin  artırılmasında,  onun  kəmiyyət-
keyfiyyət göstəricilərinin yüksəldilməsində həvəsləndirici amil rolunu oynayır); 
c)
 
gömrük rüsum və digər ödəmələrinin minimal (bir çox hallarda isə “sıfır”) səviyyəsinin, 
həmçinin vergilərin azaldılmış və sadələşdirilmiş dərəcələ-rinin tətbiqi və s. [5; 203] 
Məsələnin  ikinci  hissəsi  təşkilati-idarəetmə  məsələlərinin  “zona  administrasiyası  –  zona 
iştirakçısı (sahibkarı)” qarşılıqlı əlaqələri ilə müşayət olunan sistemində baxılmasını tələb edir. Belə 
yanaşma  hüquqi  subyekt  kimi  qəbul  edilən  sərbəst  ticarət  zonasının  idarəetmə  və  təşkilatlanma 
məsələlərində beynəlxlq və yerli tələblərə, onların əsasında hazılanmış zona Nizamnaməsi və daxili 
fəaliyyət  Qaydalarına  sadiqliyi  tələb  edir.  Bu  sahədə  yarana  biləcək  mübahisəli  məqamların 
operativ  aradan  qaldılması  məqsədilə  zonada  administrasiya  üzvləri  və  sahibkarların  seçilmiş 
nümayəndələrindən ibarət Şuranın yaradılması da mümkündür.         
 


323 
ƏDƏBİYYAT 
 
1.
 
1.  Həsənov  T.G,  İqtisadi-coğrafi  rayonlaşdırma  (dərslik),  Bakı,  Bakı  Biznes  Universiteti 
nəşriyyatı, 2012, 245s.  
2.
 
2.  Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  haqqında  Azərbaycan  Respublikası  Qanunu,  
Biznesmenin bülleteni, xüsusi buraxılış, Bakı, Azərnəşr, 2006, 18 s.  
3.
 
3.  Hüsеynov  R.T.  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafının  bazar  modelinin 
konseptual əsasları, Bakı, Elm, 1998. 447s. 
4.
 
4. Hüseynov T.H. Azərbaycanın milli iqtisadi inkişaf modeli: nəzəriyyə və praktika., Bakı, Elm, 2015, 466s. 
5.
 
5. İbrahimov İ.H. Regionlarda sahibkarlığın inkişaf meylləri və xüsusiyyətləri, Bakı,Səda, 2007, 296 s. 
6.
 
6. Xüsusi İqtisadi Zonalar haqqında Azərbaycan Respublikası Qanunu., 14 aprel 2009-cu il. 
 
ABSTRACT 
Hüseyn Bağirsoylu 
THE EFFECTIVENESS OF FREE TRADE ZONESCREATION IN 
NAKHCHIVAN NAKHCHIVAN AUTONOMOUS REPUBLICE 
 
Among  the  issues  to  be  expected  during  the  institutionalization  process  should  be  the 
independent  choice  of  the  specialization  of  the  free  trade  zone.  In  international  practice,  free 
trade zones are provided with open (exclave) and closed (excavated) varices on the basis of this 
sign.  The  two  expressions  used  here  refer  to  the  source  of  the  legal  regulation  of  free  trade 
zones, the use of certain restrictions. Thus, if the sale of ready-made products in those zones is 
organized on the basis of liberal international rules, without any type of site, area, destination, 
or any  other type of organizational  arrangement, the zone is open to  the  closed zone  group if 
restricted areas are identified. We think that the zone to be created in the autonomous republic 
should be matched with the enclosed variance 
 
РЕЗЮМЕ 
Хусейн Байерсойлу 
НЕМЕДЛЕННО СОЗДАТЬ БЕСПЛАТНЫЕ ТОРГОВЫЕ ЗОНЫ В 
НАХЧЫВАНСКАЯ АВТОНОМНАЯ РЕСПУБЛИКА 
 
Среди  вопросов,  которые  следует  ожидать  в  процессе  институционализации, 
должен  быть  независимый  выбор  специализации  зоны  свободной  торговли.  В 
международной  практике  на  основе  этого  знака  зоны  свободной  торговли 
предоставляются  открытым  (эксклавным)  и  закрытым  (раскопанными)  вариками. 
Используемые здесь два выражения относятся к источнику правового регулирования зон 
свободной  торговли,  использованию  определенных  ограничений.  Таким  образом,  если 
продажа  готовой  продукции  в  этих  зонах  организована  на  основе  либеральных 
международных  правил,  без  какого-либо  типа  сайта,  района,  места  назначения  или 
любого  другого  типа  организационной  структуры,  зона  открыта  для  группы  закрытых 
зон,  если  определены  зоны  с  ограниченным  доступом.  Мы  считаем,  что  зона,  которая 
будет создана в автономной республике, должна соответствовать замкнутой дисперсии. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə