Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə162/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   156   157   158   159   160   161   162   163   164

330 
istehsal  edə  bilən  Bakı  Bərk  Məişət  Tullantılarının  Yandırılması  Zavodu  inşa  edilmişdir  [11,  s.14]. 
Dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa Birliyinin ətraf mühitinin mühafizəsi sahəsində ən 
sərt normativlərinə cavab verəcək şəkildə inşa olunmuş zavod istehsalat gücünə görə Şərqi Avropa və 
MDB  məkanında  ən  iri  bu  tipli  zavoddur.  Həmçinin  bu  enerji  növündən  istifadə  zamanı  atmosferə 
vurulan zərərlər və bu zərərlərin aradan qaldırılması yolları da öyrənilir. Ölkəmiz bu sahədə inkişaf 
etmiş Avropa ölkələri ilə sıx əməkdaşlıq edir və onların qabaqcıl təcrübələrindən yararlanır [16]. 
Alternativ və bərpa olunan enerji mənbələrinin bir növü də hidroenerjidir. Hidroenerji çayların 
enerji potensialından istifadə olunması ilə əldə edilir. Bu da ekoloji cəhətdən daha təmiz və davamlı 
elektrik enerjisi istehsalı deməkdir. Azərbaycan Respublikası zəngin su ehtiyatlarına malikdir. Belə 
ki, aparılmış elmi-tədqiqat işlərinin nəticəsində ölkə ərazisində çayların hidrоenerji pоtensialının 40 
mlrd. kVt.s, teхniki cəhətdən əlverişli pоtensialın isə 16 mlrd. kVt.s оlduğu muəyyən edilmişdir ki, 
bunun da 5 mlrd kVt.s-ı kiçik hidrоenergetikanın payına düşür [11, s.148]. 
Azərbaycan  Milli  Elmlər  Akademiyası  tərəfindən  ölkənin  müxtəlif  regionlarında  kiçik  su 
elektrik stansiyalarının inşası məqsədilə çayların su sərfinin və ərazinin relyefinin, geoloji-coğrafi 
xüsusiyyətlərinin  öyrənilməsi  üzrə  elmi-tədqiqatlar  aparılmış,  nəticədə  respublikamızın  dağ  və 
dağətəyi  çayları,  eləcə  də  digər  kiçik  suaxarların  üzərində  280-dən  çox  Kiçik  Su  Elektrik 
Stansiyalarının  tikilməsinin  mümkünlüyü  təyin  olunmuş,  onların  ilkin  tədqiqat  hesabatları 
aparılaraq yerləri seçilmiş, güc və illik enerji istehsalı müəyyənləşdirilmişdir [5]. 
Beləliklə  ölkəmizin  təbii  coğrafi  iqlim  şəraiti  bizə  imkan  verir  ki,  enerji  ehtiyatlarına  olan 
tələbatın  ildən-ilə  artdığı  müasir  dövrdə  mövcud  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən 
səmərəli  istifadə  etməklə  elektrik  və  istilik  enerjisinin  istehsalının  artımına  nail  olaq  və  beləliklə 
milli enerji müstəqilliyimizi və təhlükəsizliyimizi təmin edək. 
2015-ci ildə ölkəmizdə 24 688,4 milyon kVt.s elektrik enerjisi istehsal edilmişdir ki, bunun da 
1828,5 milyon kVt.s-ı (əvvəlki illə müqayisədə 350,1 milyon kVt.s və ya 19,1 % çox) alternativ və 
bərpa  olunan  enerji  mənbələrinin  payına  düşür.  Bu  isə  istehsal  edilmiş  ümumi  elektrik  enerjisinin 
7,4 %-ni təşkil edir. Bu da orta hesabla 464,7 milyon m
3
 (əvvəlki illə müqayisədə 35.5 milyon m
3
 
və ya 7,6 % çox) təbii qaza qənaət olunmasını və müvafiq olaraq 827,2 min ton karbon dioksidin 
(CO
2
) atmosferə atılmasının qarşısının alınmasını şərtləndirmişdir [16, 2, 3]. 
Cədvəl №1 
Alternativ və bərpa olunan enerji mənbələrinin hesabına istehsal olunmuş elektrik enerjisinin həcmi 
(milyon kVt.s) 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi [16]. 
 
Qeyri-dövlət sektoru tərəfindən alternativ və bərpa olunan enerji mənbəri hesabına 39,1 milyon 
kVt.s  elektrik  enerjisi  istehsal  olunmuşdur.  İstehsalın  21  mln  kVt.s-ı  (53,7  %)  külək  elektrik 
stansiyalarının,  18,1  mln  kVt.s-ı  (46,3  %)  isə  kiçik  su  elektrik  stansiyalarının  (“Muğan”  KSES, 
“Şəki-1” KSES) payına düşür [4 s.86-87]. 
Lakin  respublikamızda  enerji  istehsalı  zamanı  alternativ  və  bərpa  olunan  enerji  mənbərinin 
digər növləri ilə müqayisədə Su Elektrik Stansiyaları (SES) xüsusi çəkiyə malikdir. Belə ki, 2015-ci 
ildə bu göstərici 1637,5  milyon kVt.s (əvvəlki illə müqayisədə 337,8 milyon kVt.s və ya 26 % çox) 
olmuşdur ki, bu da istehsal edilmiş ümumi elektrik enerjisinin 6,6%-ni, alternativ və bərpa olunan 
enerji mənbələri üzrə ümumi payın isə 89,6 %-ni təşkil etmişdir. 
Elektrik enerjisinin  istehsalı
2011
2012
2013
2014
2015
Nisbət
2014/2015 %
Elektrik enerjisi - cəmi
20 293,8 22 988,1 23 354,4 24 727,7 24 688,4
-0,2
o cümlədən:
SES-in elektrik enerjisi
2 675,8
1 821,0
1 489,1
1 299,7
1 637,5
26,0
Külək enerjisi
-
-
0,8
2,3
4,6
100,0
Günəş fotoelektrik enerjisi
-
-
0,8
2,9
4,6
58,6
Tullantıların yandırılmasından 
alınan elektrik enerjisi
-
-
134,1
173,5
181,8
4,8


331 
Qrafik №1 
2015-ci ildə alternativ və bərpa olunan enerji mənbələrinin hesabına istehsal olunmuş elektrik 
enerjinin mənbələr üzrə xüsusi çəkisi (%) 
 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi [16],  
Qrafik №2 
Bərpa olunan enerji mənbələrindən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında 
xüsusi çəkisi (%) 
 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi [16],  
 
Bərpa olunan enerjinin inkişafı və görülən tədbirlər 
Respublikamızda  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  səmərəli  və  geniş  istifadə 
olunması və mövcud ənənəvi enerji mənbələrindən asılılığın aradan qaldırılması məqsədilə bir sıra 
tədbirlər  görülmüşdür.  Məqsəd  Azərbaycanda  alternativ  və  bərpa  olunan  enerjinin  inkişafı  üçün 
istiqamət  və  təcrübə  formalaşdırmaq,  eləcə  də  bu  sahənin  inkişafına  təkan  verməkdir.  Bura 
Azərbaycan  Respublikasında  Alternativ  və  Bərpa  edilə  bilən  Enerji  Mənbələrindən  istifadə 
olunması  üzrə  Dövlət  Proqramının  qəbul  olunmasını  [1],    Azərbaycanda  Sənaye  və  Energetika 
Nazirliyinin  nəzdində  Alternativ  və  Bərpa  olunan  Enerji  Mənbələri  üzrə  Dövlət  Agentliyinin 
yaradılmasını [7] misal göstərmək olar. 
Eyni  zamanda  "Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı"nda  da  Alternativ  və  bərpa  olunan  enerji  mənbələrinin  yaradılması 
məqsədilə  müvafiq  tədbirlərin  həyata  keçirilməsi  sahəsində  işlərin  davam  etdirilməsi,  dövlət 
siyasətinin  əsas  istiqamətlərindən  biri  kimi  icraçısı  olduğu  Alternativ  və  Bərpa  Olunan  Enerji 
Mənbələri üzrə Dövlət Agentliyinə tapşırılmışdır [6]. 
Bununla  yanaşı  hökumətimiz  “İqlim  Dəyişmələri  haqqında”  Çərçivə  Konvensiyasını  [12]  və 
Kioto  protokolunu  [13]  ratifikasiya  etmiş,  təmiz  inkişaf  mexanizminə  dair  müvafiq  sənədlərə 
qoşulmuşdur. Eyni  zamanda, ölkəmiz Beynəlxalq  Bərpa Olunan Enerji Agentliyinə (IRENA) üzv 
qəbul  edilmiş,  beynəlxalq  qurumlarla  işgüzar  əlaqələr  qurmuşdur.  Həmçinin  bir  mənbədən  enerji 
asılılığının  azaldılması,  enerji  təhlükəsizliyi  və  enerji  səmərililiyi  məsələlərinin  həlli,  həmçinin 
89,6 % 
9,9 % 
0,3 % 
0,3 % 
Hidro enerji
Biokütlə və tullantılar 
Külək enerjisi 
Günəş enerjisi 
13,2 
7,9 


7,4 
0
2
4
6
8
10
12
14
2011
2012
2013
2014
2015


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə