Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə163/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   156   157   158   159   160   161   162   163   164

332 
vahid enerji siyasətinin hazırlanması və ətraf mühitə vurulan ziyanın aşağı salınması məqsədilə “20-
20-20" direktivinə də tərəfdar çıxmışdır. Xatırladaq ki, həmin direktivin tələblərinə əsasən, 2020-ci 
ilə  qədər  Avropa  İttifaqı  ölkələrində  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə 
etməklə enerji istehlakının payının 20 faizə çatdırılması, enerji səmərəliliyinin 20 faiz artırılması və 
istixana qazlarının emissiyasının 1990-cı il səviyyəsindən 20 faiz azaldılması öhdəlikləri müəyyən 
olunmuşdur [14, 15]. 
Ölkəmiz  həmçinin  alternativ  və  bərpa  olunan  enerji  mənbələrinin  inkişafı  üçün  dünyanın 
inkişaf  etmiş  ölkələrinin  təcrübəsindən  də  geniş  yararlanır.  Bu  məqsədlə  Avropa  İttifaqı  ilə 
Azərbaycan Respublikası  arasında bu sektorun inkişafı üçün sıx  əməkdaşlıq həyata keçirilir. Belə 
ki,  Avropa  İttifaqının maliyyələşdirdiyi  Enerji  İslahatlarına Büdcə Yardımı  proqramı çərçivəsində 
14 milyon avro ayrılıb ki, bu yardım çərçivəsində müəyyənləşdirilmiş birinci tranş 2010-cu, ikinci 
tranş isə 2011-ci ildə köçürülüb [8, s.185].  
Həmçinin Almaniyanın KfW (Kredit qarantiyaları fondu) Bankının maliyyə dəstəyi ilə külək-
günəş elektrik stansiyalarının tikintisi üçün Abşeron rayonunda 500 ha və Xızı rayonunda 300 ha 
ərazilər  seçilmiş,  müvafiq  sənədləşmə  işləri  aparılmış,  ölçü  müşahidə-nəzarət  stansiyaları 
alınmışdır. BMT-nin İnkişaf Proqramının dəstəyi ilə isə Şəki şəhərində fəaliyyət göstərən kiçik su 
elektrik stansiyasında (KSES) 580 kVt gücə malik enerji blokunun quraşdırılması başa çatdırılmış 
və stansiya şəbəkəyə qoşulmuşdur [2]. 
Belçika  Krallığının  “Soltech”  şirkəti  ilə  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Energetika 
Agentliyi arasında bağlanmış müqaviləyə əsasən 2015-ci ildə Babək rayonunda ümumi layihə gücü 
20 MVt olan Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmişdir. Layihə çərçivəsində stansiyada 
78  684  ədəd  müasir  günəş  panelləri  və  11  yarımstansiya  quraşdırılmışdır.  Stansiya  il  ərzində  30 
milyon kVt.s-dan artıq elektrik enerjisi istehsal etmək potensialına malikdir [4 s.86]. 
2011-ci ilin sentyabr ayında Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin istifadəyə 
verilməsi isə Azərbaycanda günəş, külək və bioqaz enerjisi istehsalı sahəsində reallaşdırılan ilk iri 
layihə  olmuşdur.  Poliqonun  yaradılmasında  məqsəd  Azərbaycanda  alternativ  və  bərpa  olunan 
enerjinin inkişafı üçün istiqamət və  təcrübə formalaşdırmaq, eləcə də bu sahənin  inkişafına təkan 
verməkdir. Dünyada ilk hibrid stansiya sayılan bu obyektin ümumi ərazisi 38 ha təşkil edir. Burada 
2,7 MVt gücündə külək enerjisi stansiyası (hər birinin gücü 0,9 MVt təşkil edən üç külək turbini), 
1,8 MVt gücündə günəş enerjisi stansiyası və 0,6 MVt gücündə bioqaz enerjisi stansiyası fəaliyyət 
göstərir [14, 15]. 
Mərkəzdə  tənzimləyici  qurğu,  su  anbarı,  sınaq  meydanı,  emalatxana  fəaliyyət  göstərir. 
Poliqonda  və  mərkəzdə  texnoloji  proses  dispetçer  məntəqəsindən  idarə  olunur.  Stansiya  istehsal 
olunan  enerji  hesabına  ilkin  mərhələdə  Qobustan  şəhərinin,  sonrakı  mərhələdə  isə  Qobustan 
rayonunun  enerjiyə  olan  tələbatının  ödənilməsi  nəzərdə  tutulur.  Bunun  üçün  gələcəkdə  Qobustan 
Poliqonu  da  daxil  olmaqla  rayonda  tikiləcək  stansiyaların  gücünün  80  MVt-a  çatdırılması 
planlaşdırılır.  2013-cü  ilin  may  ayından  ümümi  şəbəkəyə  qoşulan  Qobustan  Hibrid  Stansiyası 
tərəfindən istehsal olunaraq şəbəkəyə ötürülmüş enerjinin həcmi 1 milyon kVt.saat təşkil etmişdir. 
Qobustan  Eksperimental  Poliqonunda  bu  sahədə  tarif  siyasətinin  formalaşdırılması,  alternativ  və 
bərpa  olunan  enerji  mənbələri  hesabına  istehsal  olunan  enerjinin  birbaşa  istehlakçılara 
çatdırılmasının  tətbiqi,  enerji  mübadiləsi  sahəsində  idarəetmə  prinsiplərinin  müəyyənləşdirilməsi, 
yeni  texnologiyalardan  alternativ  və  bərpa  olunan  enerji  mənbələri  üzrə  optimal  istifadəsinin 
öyrənilməsi və bu kimi digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Poliqonda həmçinin ölkə 
ərazisində  21  Ölçü  Müşahidə  Stansiyalarının  (ÖMS)  quraşdırılması  istiqamətində  kompleks 
tədbirlər həyata keçirilir. 15 ÖMS artıq quraşdırılmışdır. Kürdəmir, Ucar. Samux, Ağstafa, İmişli və 
Masallı  rayonlarındakı  ÖMS-lər  2012-ci  ildə  quraşdırılmışdır.  Bu  ÖMS-lərdən  əldə  edilən 
məlumatlar gələcəkdə külək və günəş enerjisindən səmərəli istifadə etməyə imkan yaradır [5]. 
Həmçinin  Pirallahı-Çilov  adaları  arasında  (ofşor)  “Wind  Island-1”  Dəniz  Külək  Parkının 
salınması  ilə  əlaqədar  Dövlət  Agentliyinin  mütəxəssisləri  tərəfindən  hazırlanmış  ilkin  texniki-
iqtisadi  əsaslandırmalar  (TİƏ)  aidiyyəti  dövlət  qurumları  ilə  müzakirə  olunmuş  və  onların  rəyləri 
toplanaraq  müvafiq  dəqiqləşdirmələr  aparılmışdır.  Layihə  üzrə  seçilmiş  ərazinin  marşrutu  təyin 
olunmuş,  stansiyanın  enerji  sistemə  qoşulma  variantları  işlənmişdir.  Hazırda  potensialın  və 


333 
layihələndirmənin  dəqiq  qiymətləndirilməsi  üçün  Çilov  adasında  ölçü  müşahidə-nəzarət 
stansiyalarının  (ÖMNS)  qurulması  istiqamətində  işlər  aparılır.  Qaradağ  rayonunun  Sahil 
qəsəbəsində  isə  1,2  və  2,8  MVt-lıq,  Səngəçal  qəsəbəsində  isə  9  MVt-lıq  günəş  elektrik 
stansiyalarının tikinti-quraşdırma işləri davam etdirilir [3]. 
Ölkəmizdə  bu  sahənin  inkişafı  və  enerji  istehsalında  maya  dəyərinin  daha  aşağı  olması 
məqsədilə  yerli,  müasir  texnoloji  avadanlıqların  istehsalı  prosesinə  də  xüsusi  diqqət  yetirilir.  Belə 
ki,  bu  məqsədlə  2012-ci  ildə  Sumqayıt  şəhərində  inşa  olunmuş  “Azgüntex”  MMC-nin  Günəş 
Panelləri  Zavodu  istifadəyə  verilmişdir.  Müəssisədə  müasir  günəş  panelləri  istehsal  edilməkdədir 
[16].  Belə  ki,  2015-ci  ildə  zavodda  11  min  ədəd  günəş  paneli  istehsal  olunmuşdur.  Avropa 
ölkələrinin  aparıcı  şirkətlərinin  ən  müasir  texnologiyaları  əsasında  yaradılmış   zavod   30  MVt 
gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Bununla yanaşı, gücü 10 kVt-a qədər 
olan kiçik tipli hibrid sistemlərin işlənməsi və onların respublikanın ayrı-ayrı bölgələrində nümayiş 
və satış məntəqələrinin yaradılması istiqamətində də işlərə başlanılmışdır [4 s.87]. 
Nəticə 
Beləliklə,  ölkəmizin  yerləşdiyi  əlverişli  coğrafi  mövqe  və  iqlim  şəraiti  dünyanın  inkişaf  etmiş 
ölkələrində olduğu kimi, respublikamızda da ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji 
mənbələrindən  geniş  istifadə  edilməsinə  imkanlar  yaradır.  Mövcud  ənənəvi  enerji  mənbələrinin 
məhdudluğunu və eyni zamanda ətraf mühitə qarşı zərərli təsirlərini nəzərə alsaq, alternativ və bərpa 
olunan  enerji  mənbələrindən  istifadə  edilməsi  respublikamızda  istilik  elektrik  stansiyalarında 
yandırılan  böyük  miqdarda  yanacağa  qənaət  edilməsinə  və  beləliklə  ətraf  mühitə  atılan  zərərli 
tullantıların  miqdarının  əhəmiyyətli  dərəcədə  azalmasına  imkan  verəcəkdir.  Eyni  zamanda  mövcud 
ənənəvi enerji mənbələrindən qənaətli və səmərəli istifadə ilə də enerji sərfiyatının aşağı salınmasına 
nail olmaq mümkündür. 
Həmçinin  alternativ  və  bərpa  olunan  enerji  sahəsində  qabaqcıl  təcrübəyə  və  yüksək  nailiy-
yətlərə  malik  olan  ölkələrlə  əməkdaşlığı  daha  da  genişləndirmək  və  onların    təcrübələrindən 
maksimal  dərəcədə  yararlanmaq  gərəkdir.  Məhz  bu  sahədə  beynəlxalq  əməkdaşlıq  əlaqələrinin 
inkişafı  və  eyni  zamanda  bu  sahəyə  müasir,  yüksək  texnologiyaların  və  genişmiqyaslı,  uğurlu 
innovativ layihələrin tətbiqi bizə bu kimi təbii ehtiyatlardan tam və səmərəli şəkildə istifadə etməyə 
imkankanlar yaracaqdır. Beləliklə biz enerjiyə olan təlabatımızı daha təmiz və təbiətə daha az mənfi 
təsiri olan təhlükəsiz yollarla ödəyə bilərik. 
 
ƏDƏBİYYAT  
1.  Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə  olunması 
üzrə Dövlət Proqramı (24 oktyabr 2004) 
2.  Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  və  ondan  səmərəli  istifadə 
olunması sahəsində  görülmüş işlər barədə Dövlət Agentliyinin hesabatı - 2014 
http://www.area.gov.az/public/uploads/Hesabat/Hesabat-2014.pdf 
3.  Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  və  ondan  səmərəli  istifadə 
olunması sahəsində  görülmüş işlər barədə Dövlət Agentliyinin hesabatı - 2015 
http://www.area.gov.az/public/uploads/Hesabat/Hesabat-2015.pdf 
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı, Bakı 2016 
5. Azərbaycan Respublikası  Prezidentinin 2004-cü il 21 oktyabr  tarixli 462 nömrəli Sərəncamı ilə 
təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən 
istifadə olunması üzrə Dövlət Proqramı”nın 01.01.2014-cü il tarixə icrası barədə məlumat. 
6.  Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  (2014-2018-ci  illər).  Azərbaycan 
Respublikası Prezidentinin İşlər İdarəsinin Prezidentin kitabxanası. Bakı 2014  
7. Azərbaycan Respublikası  Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji 
Mənbələri  üzrə  Dövlət  Agentliyinin  yaradılması  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 
Fərmanı / № 123 / Bakı şəhəri, 16 iyul 2009-cu il. 
http://www.e-qanun.az/framework/18085 
8.  Bayramzadə.Y.  Azərbaycanda  yanacaq-enerji  kompleksinin  müasir  vəziyyəti  və  inkişaf 
meyilləri. Azərbaycan Vergi Jurnalı № 01 Bakı 2014 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə