252
davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir(8). Qəbul edilmiş Proqramda aşağıdakı doqquz
əsas strateji məqsəd müəyyən edilmişdir:
-makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı
iqtisadi artımın təmin edilməsi;
-əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli
dərəcədə azalmasına nail olmaq;
-səmərəli sosial müdafiə sisteminin inkişaf etdirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial
cəhətdən xüsusilə həssas qurupların sosial riskinin azaldılması;
-qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə
davam etdirilməsi;
-təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün
bərabər imkanların yaradılması;
-sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi;
-ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi;
-gender bərabərliyinin dəstəklənməsi;
-institusional islahatların davam etdirilməsi və dövlət idarəetmənin təkmilləşdirilməsi.
Müəyyənləşdirilmiş məqsədlərdən aydın görünür ki, burada cəmiyyət həyatının bütün
sferaları diqqət mərkəzinə gətirilmiş, cəmiyyətin davamlı və kompleks inkişafını təmin edəcək
tədbirlər planı nəzərdə tutulmuşdur.
Qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq üçün otuz dörd hədəf müəyyənləş-
dirilmişdir. Bu hədəflərdən ən mühümləri bunlardır: adambaşına ÜDM-in həcmini iki dəfə
artırmaq; yoxsulluğun səviyyəsinin iki dəfə azaldılmasına nail olmaq; işsizlik səviyyəsini 3-4%
həddinədək azaltmaq; minumum əməkhaqqını və əmək pensiyalarının baza hissəsinin mütəmadi
olaraq artırılmasını təmin etmək; ana ölümü və uşaqlar arasında ölüm hallarının səviyyəsinə görə
Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq; bütün əhalini keyfiyyətli içməli su ilə təmin etmək;
ölkənin şəhər və qəsəbələrini su təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin etmək
və s.
Aparılmış uğurlu iqtisadi-siyasət nəticəsində müəyyən irəliləyiş və inkişafa nail olunmuşdur.
Xüsusilə sosial sferaya yönəlik tədbirlər bəhrəsini vermiş, müvafiq sferanın davamlı inkişafı
istiqamətində ciddi addımlar atılmışdır. Deyilənləri proqramın gerçəkləşdirildiyi bir il ərsində əldə
edilmiş uğurlar da təsdiqləyir. Bunun statistik göstəricilərdə necə əksini tapmasına nəzər yetirək:
ümumi daxili məhsulun həcmi 9,3% artmış, adambaşına düşən ümumi daxili məhsulun həcmi
3917,3 manat təşkil etmiş, əhalinin gəlirləri 8%, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq
əmək haqqı 8,6% artımı, sosial müdafiə və sosial təminat üçün ayrılan büdcə vəsaitlərinin həcmi
24,6% çoxalmışdır. 2010-cu il yanvar ayından növbəti dəfə yaşayış minumumu və uşaq doğulduqda
ödənilən müavinətin həcmi artırılmışdır. Bu dövrə qədər ünvanlı sosial yardım proqramı 663 min
nəfəri əhatə etmişdir. Proqramın icra edildiyi bir il ərzində ölkədə 74 min yeni iş yeri açılmışdır ki,
bunun da 70%-i regionların payına düşür. Bu isə ölkədə icra edilən vahid strateji xətt qarşıda duran
sosial problemlərin üzrə gerçəkləşdirilməsinin göstəricisi hesab oluna bilər. İş yerlərinin açılması,
məşğulluğun və onun davamlı olaraq yoxsulluğun azaldılmasına müsbət təsir göstərmişdir. Belə ki,
bir il ərzində yoxsulluq səviyyəsi 11%-dək azalmışdır (8).
Bütün bu statistik göstəricilər məqalədə tədqiq olunan davamlı inkişafa keçilməsinin
yoxsulluğun azaldılmasına müsbət təsir etdiyini göstərən faktlardır. Məhz bu məqamlar mövcud
məqalənin nəzəri və praktiki əhəmiyyətinin qarşılıqlı əlaqəsini göstərən şərtlərdir.
253
ƏDƏBİYYAT
1.
Rzayev İ. Azərbaycan respublikasında regionların davamlı social-iqtisadi inkişafı: mövcud
vəziyyət və gələcək perspektivlər, Bakı, Elm, 2010, 468 s.
2.
Əlirzayev Ə.Q.Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi (dərs vəsiati), Bakı6 İqtisad
Universiteti, 2010,326 s.
3.
Poverty// The Encyclopaedia Americana. Danbury, Conn/Americana Corp, 1979, s.474.
4.
Поланьи К. Великие трансформацие: Политические и экономические истоки нащего
времени, СПб.: Алатея, 2002, с.58.
5.
Hüseynov Sakit. Davamlı insan inkişafı strateji istiqamətləri, Bakı, Adiloğlu, 2003.(264)s.17.
6.
The World Bank, 2007, Understanding Poverty.
7.
Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı, 2003-2005, Bakı,
R.N.Novruz-94, 2003, 306 s.
8.
www.minenerqu.gov.az
ABSTRACT
Rashadat Yagublu
The article analyzes the role and significance of the concept of sustainable development in
the elimination of poverty problems. First of all, the link between the concept of sustainable
development and the problem of poverty is revealed. At the same time, the concept of poverty was
described from the socio-philosophical point of view at different stages of history, the types of
absolute, relative and subjective poverty were uncovered, information was given on the attitude
towards poverty in the countries of the world. The article also analyzed the measures taken to
address the problem of poverty in Azerbaijan, including state programs and their final results, and
underlined the social significance of these documents.
РЕЗЮМЕ
Рашадат Ягублу
В статье анализируется роль и значение концепции устойчивого развития в
устранении проблем бедности. Прежде всего, расскрывается связь между концепцией
устойчивого развития и проблемой бедности. В то же время была описана понятие бедности
с социально-философской точки зрения на разных этапах истории, раскрыты
типы абсолютной, относительной и субъективной бедности, была представлена информация
об отношении к бедности в мировых странах. Также в статье были проанализированы меры,
принятые для решения проблемы бедности в Азербайджане, включая государственные
программы и их конечные результаты, и подчеркнута социальная значимость этих
документов.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
Dostları ilə paylaş: |