Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə121/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   117   118   119   120   121   122   123   124   ...   164

246 
8. İqtisadi, siyasi və sosial vəhdətin qlobal səviyyədə təşkili. 
 Bu gün Azərbaycan dünya ölkələrinin təcrübə mənbəyinə çevrilmiş iqtisadi sosial o cümlədən 
multikulturalizm  (  müxtəlif  millətlərin  ölkəmizdə  heç  bir  ayrı  seçkilik  görmədən  dinc  yanaşı 
yaşaması) siyasəti  yeridir və ölkəmiz terorizmlə mübarizədə öncül sıralarda  yer alır. Böyük iqtisadi 
siyasi  lider  olan  cənab  İlham  Əliyevin  səyləri  nəticəsində  ölkə  əhalisinin  əmin  amanlığı  təmin 
olunmuş  və  bu  siyasət  davamlı  olaraq  inkişaf  etdirilir.  Lakin  sərhədləri  aşan  Azərbaycanın  20% 
torpaqlarını  işğal  edən  erməni  terorizmlə  mübarizədə  və  torpaqlarımızın  sülh  yolu  qaytarılmasında 
qlobal  təşkilatların  o  cümlədən  BMT,AŞ,ATƏT  -in  dəstəyinə  böyük  ehtiyac  var.  Siyasi  və  iqtisadi 
sabitliyə nail olunması ölkədə ərzaq təhlükəsizliyinin və ölkə infrastrukturunun ,  o cümlədən kənd 
təsərrüfatı infrastrukturunun yaradılmasına böyük tövhələr vermiş və verməkdədir.  
 Əhalinin  ərzaq  məhsullarına  olan  tələbinin  tam  ödənilməsi  məqsədi  ilə  müəyyən  şərtlərə 
əməl olunmalıdır. 
1). Əhalinin təlabatının  yerli kənd təsərrüfatı malları ilə ödəmək üçün regionlar üzrə təbii iqlim 
şəraiti nəzərə alınmaqla ixtisaslaşmanın aparılması 
2). Kənd təsərrüfatı infrastrukturunun bərpası və yeniləşdirilməsi, innovatik tədbirlərin görülməsi 
və yeni texnologiyaların ölkəyə gətirilməsinin təşkili 
3).  Məhsuldarlığın  artırılması məqsədilə resurs mənbələrindən həm  də  ali, orta  və peşə ixtisaslı 
kadrlardan səmərəli istifadənin təşkili  
4).  Kəndin  sənayeləşməsi  və  ərzaq  bazarlarının  təşkili  hesabına  kənd  əhalisi  ilə  şəhər  əhalisi 
arasındakı fərqlərin aradan qaldırılması  
5). Əhalinin ərzaq məhsullarına olan tələbinin tam ödənilməsi məqsədilə  məhsuldar qüvvələrin 
yerləşdirilməsi,  yeni  ehtiyat  mənbələrinin  tapılması,  su  təhcizatının,  infrastrukturunun 
yaxşılaşdırılması. 
6).  Kənd  təsərrüfatı  sahələrinin  idarə  olunması  və  tənzimlənməsi  məqsədi  ilə  hüquqi  bazanın 
yaradılması  
7).  Kənd  təsərrüfatı  sahələrinə  daxili  və  xarici  investisiya  axınlarının  təşkil  olunmasına  dövlət 
dəstəyi  
8). Sahibkarlara dövlət ( maddi-mənəvi ) dəstəyinin səmərəli təşkili. 
    
1991-ci  ildən  başlayaraq  ölkədə  kənd  təsərrüfatı  məhsullarının  istehsal  surətlə  aşağı  düşmüş  ,  
bəzi  sahələrdə  isə  50%-i  ötüb  keçmişdir.  1993-cu  ildən  torpaq  islahatları  aparılmışdır.  Aqrar 
islahatlar  ,   aqrar infrastrukturla tamamlanmışdır. Bu gün  Naxçıvan Muxtar Respublikasında kənd 
təsərrüfatı  məhsullarının  istehsalı  ilə  onun  emalı  arasında  güclərin  tarazlaşdırılması  yeni  səmərəli 
infrastrukturun  yaradılmasını  tələb  edir.  (  1s-271).  Məhz  bu  gün  bir  çox  problemlərin  uğurlu 
həllinin nəticəsidir ki, son 10 ildə (2004-2015) kənd təsərrüfatının ümumi məhsulu Azərbaycan üzrə 
29, 1%,tərəvəz 17,8 %, bostan məhsulları 20,5 %, meyvə və giləmeyvə 49,1 %,üzüm istehsalı 2,4 % 
artmışdır.(  4-57  s).Qeyd  etmək  yerinə  düşər  ki,  bu  gün  Naxçıvan  Muxtar  Respublikasında  kənd 
təsərrüfatının  düzgün  innovatik  infrastrukturunun  yaradılmasına  səylərin  artırılmasının  nəticəsidir 
ki,  hər  hektardan  yığılan  taxılın  məhsuldarlıq  səviyyəsinə  görə  Naxçıvan  Muxtar  Respublikası, 
Azərbaycanın  orta  göstəricilərini,  4  kq  qabaqlayaraq  3-cü  yeri  tutmuşdur.  Bu  gün  iqtisadiyyatın 
prioritet sahələrindən olan kənd təsərrüfatı ,  turizm və informasiya və kommunikasiya sisteminin 
təşkili  və  genişləndirilməsi  ölkəmizin  yeni  uğurlara  qədəm  qoymasına  səbəb  olmuşdur.  Qlobal 
"Doninq" təşkilatının məlumatlarına görə Azərbaycan dünya dövlətləri arasında rəqabətliliyinə görə 
37  -ci  yerdən  35-ci  yerə  layiq  görülmüşdür.  Bu  onu  göstərir  ki.  Azərbaycan  12  iqtisadi,  siyasi  və 
sosial  və  s.  göstəricilər  üzrə  surətlə  irəliləməkdədir.  Məhz  bu irəliləyişlərin  əsl  səbəblərindən  biri 
ölkə  üzrə  kənd  təsərrüfatı,  sənaye,  bazar,  sosial  və  s.  infrastruktur  layihələri  uğurla  həyata 
keçirilməsidir.  
  Hazırda kənd təsərrüfatı üzrə infrastruktur layihələrin istiqamətləri aşağıdakılardan ibarətdir.  
1.  Kənd  təsərrüfatı  məhsullarının  səmərəli  satışı  məqsədi  ilə  daxili  və  xarici  yol  infrastruk-
turunun bərpası və genişləndirilməsi  
2. Kənd təsərrüfatı məhsulları tədarükünün məqsədi ilə innovatik texnologiyaların respublikaya 
gətirilməsi və itkisiz daşınmasının təşkili . 


247 
3.  Məhsulların  kəmiyyət  və  keyfiyyətcə  qorunmasının  təşkili  üçün  anbar  infrastrukturunun 
regionlarda, istehsal rayonlarında yaradılması. 
4. Əkin sahələrinin genişləndirilməsi məqsədləri üçün ,  şoran torpaqların yuyulması məqsədi 
ilə  bu  sahədə  də  sahibkarların  yaradılmasına  və  yeni  texnologiyalarla  təmin  olunmasına 
dəstək  
5. Aqrolizinq ASC -rin yeni texnologiyalar gətirməsinə kömək və Aqroparkların yaradılmasına 
dəstək və s.  
  Hazırda  Naxçıvan  Muxtar  Respublikası  2014-2018-ci  ilin  dövlət  proqramını  uğurla  icra 
etməkdədir.  Hazırda  Naxçıvan  Muxtar  Respublikasının  iqtisadiyyatın  prioritet  istiqamətlərinin 
şaxələndirilməsi digər sahələrlə yanaşı kənd təsərrüfatının da yeni innovasiyalar əsasında inkişafını, 
müasir infrastrukturunun yaradılmasını , texnologiyalarla təminatını ,  bir sözlə ,  kənd təsərrüfatının 
sənayeləşdirilməsini strateji məqsəd kimi qarşıya qoymuşdur. Naxçıvan Muxtar Respublikasının bu 
sahədə  atdığı  uğurlu  addımlar  Prezident  İlham  Əliyev  tərəfindən  hazırlanan"  "Azərbaycan-2020 
Gələcəyə baxış" inkişaf konsepsiyasına uğurlu lövhədir. 
                       
ƏDƏBİYYAT 
1. Abbasov T.A. Aqrar bazar və sahibkarlığın regional inkişaf istiqamətləri , Bakı- 2006 
2. Əhmədov N.H.Naxçıvan iqtisadiyyatı inkişaf yollarında, Bakı, Elm-2005 
3. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, Naxçıvan-2015.s 272 
4. Hacızadə E.Sosiallaşan iqtisadiyyat, Bakı-2006.s.509  
5.  Abbasov.  T.A.Ərzaq  təhlükəsizliyi  və  kənd  təsərrüfatının  prioritet  istiqamətlərindəndir,  Bakı-
2011 
6.  Bağırov  M.S.  Kənd  təsərrüfatında  istehsal  və  satış  münasibətlərinin  formalaşdırılmasının 
vəzifələri və xüsusiyyətləri, NDU, Qeyrət -2014 
 
 
 
 
 
 
 
 
 
 
ABSTRACT 
Kamala Tahmazbeyova 
  The importance and role of the infrastructure is explained in the modern stage of the social-
economy  proqress  in  the  agrarian  sector  and  supply  for  its  intensive  rising.  It  is  noted  that 
increasing  production  ,    improving  its  efficiency  influence  manufacture  and  social  -infrastructure. 
That , s why the scientific formation and its efficient activity must be considered.In agrarian sector 
infrastructure  is  divided  into  manufacture  and  service  parts.  The  infrastructure  in  manufacturing 
process  is  called  manufacture  ,    in  social  sector  is  called  social.  They  have  to  be  materialized 
correctly for getting social-economy success in agrarian sector. 
 
РЕЗЮМЕ 
Камала Тахмазбехова  
В статье раскрываются роль и значение инфраструктуры в обуспечение интенсивного 
роста аграрной отрасли страны на современном этапе ее социально-экомического развития. 
Отмечается  ,  что  производственная  и  социальная  инфраструктура  оказывает  решающее 
влияние на увелечение производства в ограрной отрасли и повышение его эффективности. 
В  связи  с  этим  необходимо  удельят  особое  внимание  научно  обоснованному 
формираванию  и  обоспечению  эффективного  функчионирования  инфраструктуры. 
Инфраструктура  в  аграрной  отрасли  подраздельяется  на  производственную  и 
обслуживааюшую.  Инфраструктура,  используемая  в  процессе  производства,  называется 
производсвенной, а инфраструктура ,  привликаемая в социальную сферу-социальной.  Для 
достижения высоких социально-экономицеских резульеаеов в аграрной отрасли необходимо 
обеспецивать правильное использование инфраструктуры. 
 
 
 
 
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə