Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   124   125   126   127   128   129   130   131   ...   164

260 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
İLHAM HÜSEYNOV  
Naxçıvan Dövlət Universiteti 
UOT: 342 
İNVESTİSİYA FƏALİYYƏTİ NÖVLƏRİ VƏ ONLARIN  
İCRASINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR 
 
Açar  sözlər:  investisiya,  investisiya  fəaliyyəti,  investisiya  növləri,  investisiya  amilləri, 
investisiya fəaliyyətinin təmzimlənməsi 
Key  words:  investment,  investment  activity,  types  of  investment,  investment  factors, 
regulation of investment activity 
Ключевые  слова:  инвестиция,  инвестиционная  деятельность,  виды  инвестиций, 
факторы инвестиций, регулирование инвестиционной деятельности 
İstənilən  sahə  və  ya  fəaliyyət  işləri  ilə  əlaqədar  invеstisiyа  qоyuluşlarının  onları  icra  edən 
şəxslər  (investorlar)  tərəfindən  həyata  keçirilməsi  məcmu  halında  invеstisiyа  fəаliyyəti  kimi  qiy-
mətləndirilir.  
İnvеstisiyаlаrın  tətbiqi  zamanı  icraçı  tərəflərin  təsnifləşdirilməsi  öz  aktuallığını 
qorumaqdadır.  Bu  zaman  bir  çox  əlamətdən  istifadə  mümkündür  ki,  onlardan  öndə  gələni 
investisiyaların  xarakteri  və  mülkiyyət  formasına  görə  investor  qruplarının  fərqləndirilməsidir. 
Deyilən hal  üçün aşağıdakı  iki qrupun mövcudluğu, onların  fəaliyyətinin  spesifik  cəhətləri xüsusi 
əhəmiyyət kəsb etməkdədir: 

 
Fərdi investorlar – bu qrup öz vəsaiti əsasında investisiya proseslərində iştirak edir, istehsal 
rəhbəri  (sahibi)  və  ya  səhmdar  (payçı,  maliyyə  vəsaitlərinin  təminatçısı  və  s.)  formasında  təmsil 
olunmaqla  maraqlarını  qoruyur,  əldə  olunan  gəlirin  bölüşdürülməsində  iştirak  edirlər.  Onlar  malik 
olduqları  sərbəst  pul  vəsaitləri  üzərində  sərbəst  sərəncam  vermək  hüququna  malikdirlər.  Bu  zaman 
investisiya prosesləri ilə bağlı bütün hüquq və öhdəliklərin məhs onlara aid olması təmin edilməlidir; 

 
İnstitutsional  investorlar  –  fərdi  investorlardan  fərqli  olaraq  onlar  əksər  hallarda 
başqalarının  (cəlb  olunmuş)  maliyyə  vəsaitləri  üzərində  sərəncam  vermək  hüququna  malikdirlər. 
İnstitutsional  investorlar  sifətilə  banklar,  sığorta  şirkətləri,  xüsusi  təyinatlı  fondlar,  bank  olmayan 
maliyyə  təşkilatları,  fiziki  şəxslərin  birlikləri  və  digər  maliyyə  qurumları  və  subyektlər  çıxış  edə 
bilərlər.  Onların  fəaliyyətinin  əsas  məkan  ifadələri  kimi  maddi  investisiya  məkanları,  qiymətli 
kağızlar bazarı və digər analoji məkanlar göstərilə bilər. 
İnvestisiya qoyuluşları müddət etibarı ilə fərqləndirilməlidir. Bu təsnifatda əsasən qısamüd-
dətli (1 ilədək) və uzunmüddətli (1 ildən  yuxarı) investisiyalar özünün daxili  sistemləri və xüsusi 
şərtləri  ilə  seçilməkdədir.  Öz  gəlirlərini  qısa  müddətdə  rellığa  çevirmək  məqsədini  daşıyan  qısa-
müddətli investisiyalardan fərqli olaraq, uzunmüddətli investisiyalar bəzi məqamlardan imtina edir. 
Onların  sırasında  cari  dövrlərdə  mənfəətdən,  yüksək  faizli  gəlirlərdən  (bir  çox  hallarda)  imtinalar 
xüsusi yer tutur. Bu halda gəlirin əldə olunması ilk bir neçə il mümkün olmur və ancaq xərclər ödə-
nildikdən sonra ona keçid baş verir. 
İnkişaf etməkdə olan ölkələrdə investisiya fəaliyyətinin formalaşması özünün spesifik cəhət-
ləri ilə təzahür etməkdədir. Qeyri-dövlət investorlarının böyük paya malik olması ilə seçilən bu isti-
qamət  bir  tərəfdən  istehsal-təsərrüfat  sferasına  qoyuluşlar  etməklə  yanaşı,  digər  tərəfdən  qiymətli 
kağızlar bazarının iştirakçısı rolunda çıxış etməkdədir. Həmin yöndən yanaşıldıqda investisiyaların 
birbaşa  və  portfel  investisiyaları  qrupları  üzrə  bölüşdürülməsi  müşahidə  olunur.  Birbаşа  invеsti-
siyаlаr sаhibkаr kаpitаlının invеstisiyаlаşаn оbyеktin idаrəеtmə bахımındаn tаm nəzаrətə götürülən 
hissəsini təşkil еdir. Sаhibkаr kаpitаlının qаlаn hissəsi yаlnız mənfəət əldə еtmək məqsədi dаşıyırsа 
pоrtfеl invеstisiyа аdlаnır.  


261 
Pоrtfеl invеstisiyа invеstisiyаlаşаn оbyеktin idаrə еdilməsi bахımındаn iştirаk hüququnu tə-
min еtmiş оlur. Bu baxımdan pоrtfеl invеstisiyа qiymətli kаğızlаr, хüsusən istiqrаz və səhmləri əhа-
tə еtməklə müddəti, gəliri və riskləri bаlаnslаşdırаn invеstisiyа qоyuluşu kimi хаrаktеrizə оlunur.  
Dövlətin həyаtа kеçirdiyi invеstisiyа siyаsəti kаpitаl qоyuluşlаrının priоritеt istiqаmətlərini 
təşkil  еdir.  O,  iqtisаdiyyаtın  səmərəliliyinin  yüksəldilməsində  mühüm  rоla  malikdir,  ümumilikdə 
ölkənin, оnun аyrı-аyrı rеgiоnlаrının, sаhələrinin və yеni mülkiyyət fоrmаlаrının yаrаnmаsı invеsti-
siyа siyаsətinin хаrаktеri ilə müəyyən оlunur.  
İnvestisiya məsələlərinin tənzimlənməsi ilə əlaqədar birbaşa müddəalar Azərbaycan Respub-
likasının  “İnvestisiya  fəaliyyəti  haqqında”  Qanununda  təsbit  olunmuşdur.  Həmin  Qanuna  əsasən 
investisiya fəaliyyəti investorlar tərəfindən edilən investisiya  qoyuluşları zamanı  yaranan hərəkət-
lərin məcmusu kimi qiymətləndirilir. Onun növlər etibarı ilə nümunəvi qruplaşdırılması isə aşağı-
dakı tərkib hissələr formasında ifadə edilə bilər:  
1.
 
Ölkə vətəndaşları, müxtəlif hüquqi subyektlər tərəfindən həyata keçirilən özəl investisiya 
fəaliyyəti; 
2.
 
Ölkənin  hakimiyyət  orqanları,  həmçinin  hüquqi  subyektlər  tərəfindən  büdcə  və  büdcə-
dənkənar fondların, xüsusi borc vəsaitlərinin hesabına edilən investisiya fəaliyyəti; 
3.
 
Ölkəmizin  və  xarici  ölkə  vətəndaşlarının  ,    hüquqi  subyektlərinin  və  dövlətlərin  birgə 
həyata keçirdiyi investisiya fəaliyyəti; 
4.
 
Xarici ölkələrin hüquqi şəxsləri və vətəndaşları, dövlətlər, beynəlxalq maliyyə subyektləri 
tərəfindən birtərəfli qaydada həyata keçirilən investisiya fəaliyyəti və s. 
İnvestisiya fəaliyyətinin tətbiq obyekti baxımından müxtəlif formaları mövcuddur (istehsalın 
texnika,  dövriyyə  vəsaitləri  ilə  təmin  olunması,  infrastrukturun  yaxşılaşdırılması  və  s.).  Onlardan 
biri də innovativ fəaliyyətin təşkilini əhatə edir. Müvafiq yanaşma çoxsaylı işlərin həyata keçirilmə-
sini əhatə edir ki, onların sırasında mühüm olanlarına aiddir: 

 
İqtisadiyyatın quruluşunun yenilənməsi və transformasiyası; 

 
Məhsuldar qüvvələrin keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsi; 

 
Elm və texnika sahəsində uzunmüddətli proqramların həyata keçirilməsi; 

 
Texniki və texnoloji yeniliklərin işlənib hazırlanması və təcrübədə tətbiqi və s. 
Deyilənlərin tədqiqi investisiya fəaliyyəti obyekti  ilə  fikirlərin ifadəsinə  yol  açır.  Həmin obyekt 
kimi əsas və dövriyyə fondları, məqsədli təyinata malik pul əmanətləri, elmi-texniki fəaliyyətin məhsulları, 
qiymətli kağızlar, mülkiyyət hüquqları, intellektual sərvətlər və digər obyektlər çıxış edə bilər. Sadalanan 
siyahıda ölkə qanunvericiliyi ilə qadağan edilməyən bütün obyektlər öz əksini tapa bilər.   
 Obyektlərin  nəzərdən  keçirilməsi  eyni  zamanda  investisiya  fəaliyyətinin  subyektlərini  də 
kənarda qoymamalıdır. Həmin subyektlərin siyahısına dolayı  yolla  yuxarıda verilən və 4 bənndən 
ibarət olan təsnifatda işıqlandırılmışdır. Bu qrupda istər fərdi qaydada ölkənin hakimiyyət orqanları, 
hüquqi və fiziki şəxsləri, xarici maliyyə qurumları, hüquqi və fiziki şəxsləri, həmçinin onların yerli 
subyektlərlə birgə fəaliyyəti öz əksini tapmaqdadır, onlar fərdi və kollektiv halında investor və ya 
iştirakçı sifətilə bu proseslərdə təmsil oluna bilər. İnvestorlar müvafiq fəaliyyətdə əmanətçi, kreditor 
və alıcı  sifətilə çıxış edə, habelə investisiya fəaliyyətinin  istənilən iştirakçısının  funksiyalarını  ye-
rinə yetirə bilərlər.  
Ölkə  ərazisində  investisiya  fəaliyyətinin  icrası  zamanı  yaranan  münasibətlər  müvafiq 
qanunla  və  Azərbaycan  Respublikasının  digər  qanunları,  habelə  onlar  əsasında  qəbul  edilmiş 
qanunvericilik aktları, eyni zamanda beynəlxalq müqavilələri ilə tənzimlənir. 
Azərbaycan Respublikası investorlarının xarici dövlətin ərazisində investisiya fəaliyyəti isə 
həmin  dövlətin  qanunvericiliyi  ilə  tənzimlənir.  Bu  zaman  investisiya  fəaliyyəti  subyektlərinin 
çoxsaylı hüquqları yaranır ki, onlardan mühüm olanlar aşağıdakılardır: 
1.
 
Ölkəmizin  ərazisində  mülkiyyət  formasından  və  təsərrüfat  fəaliyyətinin  növündən  asılı 
olmayaraq  investisiya  fəaliyyətinin  bütün  subyektləri  müvafiq  fəaliyyətin  icrası  zamanı  bərabər 
hüquqludurlar; 
2.
 
Respublikamızın  qanunvericiliyi  ilə  investisiya  qoyuluşları  qadağan  edilən  və  ya 
məhdudlaşdırılan  obyektlər  istisna  olmaqla,  hər  hansı  obyektə  investisiya  qoyuluşu  investorun 
müstəsna səlahiyyətləri çərçivəsindədir və hüquqi təminata malikdir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə