Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   110   111   112   113   114   115   116   117   ...   164

232 
regionlar  arasındakı  fərqlərin  tarazlaşdırılması  üçün  dövlət  maliyyələşdirilməsi  prinsipindən  artıq 
Avropa İttifaqı səviyyəsində də istifadə edilir.  
Çin və Yaponiya iqtisadiyyatındakı ən mühüm struktur layihələrin maliyyələşdirilməsi üçün 
həm büdcə vəsaitlərindən, həm də dövlət təminatı altında olan müxtəlif növ vətəndaş əmanətlərin-
dən fəal istifadə edilir.  
Standartlaşdırmaya bu fəaliyyətin əsas subyektləri – dövlət orqanları və əmtəə və xidmət is-
tehsalçıları  tərəfindən  müasir  yanaşma  onunla  müəyyən  olunur  ki,  standartlaşdırma  dünya  miqya-
sında ticarət əlaqələri sahəsindəki siyasətin başlıca halqasıdır və cəmiyyətin həyat fəaliyyətinin so-
sial-iqtisadi sferasınınişləməsini təmin edən sabitləşdirici amildir. Bu yanaşmanın mahiyyəti dövlə-
tin və istehsalçı məsuliyyətinin bölüşdürülməsindənibarətdir [11]. 
Cəmiyyətin və bazarın artan ehtiyaclarının ödənilməsi məqsədilə, həmçinin standartlaşdırma 
prosesində iştirak edən bütün maraqlı tərəflərin mənafelərini nəzərə almaqla standartlaşdırma üzrə 
aparıcı  milli  orqanlar  milli  standartlaşdırma  sistemi  strategiyaları  işləyib  hazırlayırlar.  Bu  zaman 
beynəlxalq  standartlaşdırma  sisteminin  strateji  inkişaf  planları,  beynəlxalq  ticarətdəki  texniki  ma-
neələr üzrə müqavilə müddəaları nəzərə alınır. Fəaliyyət göstərən strategiyalaraaşağıdakıları aid et-
mək olar: 
1.
 
Standartlaşdırmanın Alman strategiyası (2004-cü il); 
2.
 
ABŞ-ın milli standartlaşdırma strategiyası (2000-ci il); 
3.
 
2002-2005-ci illəri əhatə edən standartlaşdırmanın fransız sisteminin strategiyaları; 
4.
 
İngiltərənin milli standartlaşdırma strategiyası (2003-cü il). 
Fikrimizcə, sənayecə inkişaf etmiş  ölkələrdə kiçik və orta sahibkarlığın  inkişafının  həlledici 
amili dövlət dəstəyi və ya himayəsinin həyata keçirilməsidir. Biznesin çoxyönlü stimullaşdırılması, 
hər şeydən əvvəl, onun inkişafı üçün əlverişli iqtisadi və hüquqi mühitin yaradılmasını nəzərdə tu-
tur. İnkişaf etmiş bazar iqtisadiyyatlı xarici ölkələrin təcrübəsi göstərir ki, inkişaf etmiş sahibkarlıq 
fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafında mühüm funksiyalar yerinə yetirir. Qeyd edək ki, məqa-
ləmizdə araşdırılmış xarici təcrübə uğurlu şəkildə Azərbaycan iqtisadiyyatına uyğunlaşdırıla və tət-
biq oluna bilər.  
Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, kiçik və orta sahibkarlığa dövlət tərəfindən la-
zımi qayğı göstərilməsi elə bir işgüzarlıq mühitini formalaşdırır ki, bunsuz şəxsi marağa və istehsal-
çıların təşəbbüsünə əsaslanan bazar iqtisadiyyatı mümkün deyildir.  
Belə ki, respublikada müasir sahibkarlıq sistemini dövlətin köməyi ilə formalaşdırmaq lazım-
dır.  Nəinki  iqtisadi  təşəbbüsün  dövlət  tərəfindən  məhdudlaşdırılması  hallarını  aradan  qaldırmaq, 
həm də sahibkarlığa təsirli dövlət köməyi mühitini yaratmaq lazımdır. Kiçik və orta sahibkarlığı in-
kişaf etdirməyin strategiyası respublikanın tarixi və milli xüsusiyyətlərinə, sosial-iqtisadi və coğra-
fi-siyasi şəraitinə, dünyanın müasir iqtisadi və intelektual inkişaf meyllərinə əsaslanmalıdır. Çevik 
sahibkarlıq quruluşunun formalaşdırılması özündə kiçik, orta və iri sahibkarlığı əlaqələndirərək iqti-
sadiyyatın,  respublika  əhalisinin  tələbatına  və  dünya  təsərrüfatının  rəqabət  şəraitinə  uyğunlaşdırıl-
masına güclü təsir göstərə bilər. Sahibkarlığa maraq oyatmaq üçün istifadə edilən tədbirlər sistemi 
əhalinin  iqtisadi və əmək fəallığının  artırılması,  məhsuldar əməyin  həvəsləndirilməsi amili rolunu 
oynamalıdır. Sağlam sahibkarlıq mühitinin inkişaf tapması və insanlarda müvafiq təfəkkür və dav-
ranış tərzinin ayrılmaz cəhətləri kimi müasir sahibkarlıq ruhunun tərbiyə edilməsi Azərbaycanda sə-
mərəli bazar iqtisadiyyatının sürətlə formalaşdırılmasının, cəmiyyətdə sosial-siyasi  vəziyyətin sta-
billəşdirilməsinin ən mühüm şərtidir.  
ƏDƏBİYYAT  
1.
 
Дегтярев А.Н., Лузина И.А. Государственная поддержка предпринимательского сектора: 
мировой и российский опыт. Москва, 2000. 
2.
 
URL: http://www.sba.gov/aboutsba 
3.
 
U.S.SBA.  TheMillenium:  SmallBusiness  and  Enterpreneurshipinthe  21-st  Century.  Washing-
ton, 1995. 
4.
 
Шульце П.Российские преобразования в европейском контексте// Власть. Москва, 2001, 
№9. 


233 
5.
 
Киселев  В.  Взаимодействие  крупного  капитала  и  государственной  власти  (зарубежный 
опыт) // Проблемы теории и практики управления. 2010, № 1.  
6.
 
URL: http://www.nisse.ru 
7.
 
Личко К.П. Прогнозирование и планирование аграрно-промышленного комплекса. Учеб-
ник. Москва, Гардарики, 2012. 
8.
 
Руденко Л.Г., Жидков А.С. Государственно-частное партнерство как возможный инстру-
мент стимулирования импортозамещения //Экономикаи предпринимательство. 2015, №6, 
стр.179-183. 
9.
 
Бадалов А.Л. Частно-государственное партнерство в реализации инвестиционных проек-
тов // ЭКО. 2008, №6, стр. 129-141. 
10. Гайнутдинов Э.М. Основы предпринимательства. Минск, Высшая школа, 2003, 45 стр. 
11. Пелих А.С. Экономика предприятия и отрасли промышленности. Москва, 2011. 
 
ABSTRACT 
Ceyhun Mahmudov 
THE INTERNATIONAL EXPERIENCE OF LEGAL REGULATION OF SMALL 
AND MEDIUM SIZE ENTREPRENEURSHIP 
In  this  article  was  reviewed    the  international  experience  of  legal  regulation  of  small  and 
medium  size  entrepreneurship    represent  the  prompt,  dynamic    and  massive  form  of  enterprise 
organizing,  was  researched  the  experiences  of  EU,  UK,  USA  and  Japan  within  the  regulation  of 
small  and  medium  size  entrepreneurship      activities  and  within  this  framework  was  displayed  the 
necessity of applying of these positive experiences and stressed the importance of forming national 
entrepreneurship bodies within  the support of state.  
In scientific article also were based  the implementation of  protection or   legal regulation of 
small and medium size entrepreneurship according to country’s historic and national background, 
socio-economic condition and modern economic and intellectual drivers of the world and also was 
displayed the mechanisms of legal regulation processes  
РЕЗЮМЕ 
Джейхун  Махмудов 
МЕЖДУНАРОДНЫЙ ОПЫТ ГОСУДАРСТВЕННОГО РЕГУЛИРОВАНИЯ  
МАЛОГО И СРЕДНЕГО ПРЕДПРИНИМАТЕЛЬСТВА 
В статье рассматривается международный опыт государственного регулирования мало-
го  и  среднего 
предпринимательства
,  отражающий  гибкую,  динамичную  и  массовую  форму 
организации предприятий. 
В статье изучается опыт Европейского Союза, Соединенного Королевства, США и Япо-
нии  в  регулировании  малого  и  среднего  предпринимательства,  а  также  показываются  пути 
использования имеющегося  опыта  в  Азербайджане  и  подчеркивается  важность  формирова-
ния современной системы предпринимательства с помощью государства. 
В научной статье также изложено государственное регулирование или поддержание ма-
лого и среднего предпринимательства в соответствии с историческими и национальными ха-
рактеристиками  страны,  социально-экономической  ситуацией,  тенденциями  глобального 
экономического и интеллектуального развития, показываются механизмы государственного 
регулирования. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə