Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   107   108   109   110   111   112   113   114   ...   164

226 
Kiçik və orta sahibkarlıq sektoru yüksək dinamikliyi, innovasiya fəaliyyətinin çevikliyi, yeni 
məhsulları və iş yerlərini yarada bilmə qabiliyyətliliyi ilə fərqlənir. Məsələn, ABŞ-da XXI əsrin ilk 
onilliyi ərzində innovasiya fəaliyyətinin təqribən 55%-i və yeni iş  yerlərinin təxminən 75%-i kiçik 
və orta sahibkarlıq sektorunda  yaradılmışdır. Bununla  yanaşı  kiçik və orta sahibkarlıq sektorunda 
kapital qoyuluşunun effektivliyi  iri biznes sferasına nisbətən 9 dəfə yüksəkdir [3]. İnkişaf etmiş öl-
kələrdə kiçik və orta müəssisələrin sürətli və dayanıqlı inkişafı və ya böyüməsi ölkə hökumətlərinin 
iqtisadiyyatın bu sektorunun inkişafında maraqlı olması ilə izah edilir. Bu sektorun inkişafının digər 
bir səbəbi dövlət orqanları tərəfindən əhalinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa sövq edilmə-
sidir. Məqalədə sahibkarlıq fəaliyyətinin  dövlət tənzimlənməsi  təcrübəsinə nəzər  yetirəcəyimiz öl-
kələrdə kiçik və orta sahibkarlığa dövlət dəstəyi sistemində çoxlu oxşar cəhətləri görmüş olacağıq. 
Bu  da  iqtisadiyyatdakı  qloballaşma  proseslərinin  güclü  təsiri  və  maliyyə  dəstəyi,  texniki  və  infor-
masiya  köməyi  üzrə  ixtisaslaşan  beynəlxalq  təşkilatların  fəaliyyəti  ilə  şərtləndirilir.  Buna  görə  də 
nəzərdən keçirilən ölkələrin təcrübəsini öyrənmək, fikrimizcə, məqsədəuyğundur.  
Beynəlxalq təcrübədə kiçik və orta sahibkarlıq vahid bir təzahür forması kimi nəzərdən keçiri-
lir.  Kiçik  sahibkarlığın  yüksək  inkişaf  səviyyəsi  bazar  iqtisadiyyatının  uğurlu  fəaliyyətinin  başlıca 
şərtidir. Dünyanın inkişaf etmiş bir çox ölkələrində kiçik biznes iqtisadi artımın tempini, ümumi da-
xili məhsulun strukturunu və keyfiyyətini müəyyən edir. Kiçik və orta sahibkarlığın uğurlu fəaliy-
yəti iqtisadiyyatın sağlamlaşdırılması üçün aşağıdakı əlverişli şəraiti yaradır: 

 
rəqabət inkişaf edir

 
əlavə iş yerləri yaradılır; 

 
ixrac potensialı yüksəlir; 

 
yerli xammal resursları daha yaxşı istifadə edilir. 
Kiçik  sahibkarlığın  əmək  sərfi  sferasınıgenişləndirmək,  işlə  təminatda  yeni  imkanlar  yarat-
maq, əhalinin işgüzar fəallığını artırmaq və yaradıcı güclərini istehsal dövriyyəsinə cəlb etmək qabi-
liyyətinə malik olması böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan inkişaf etmiş ölkələrdə kiçik 
və orta sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradılır ki, bunlardan əsasları aşağıda-
kılardır: 

 
xüsusi mülkiyyətin mühafizəsinə yüksək təminatın verilməsi; 

 
sahibkarlara azad fəaliyyət və geniş təsərrüfat müstəqilliyinin verilməsi

 
düzgün, vicdanlı rəqabətin müdafiə olunması və inhisarçılıq fəaliyyəti ilə mübarizə

 
güzəştli kreditləşdirmə və maliyyələşdirmə; 

 
investisiyaların verilməsinə əhəmiyyətli köməkliyin göstərilməsi.  
Atılan bu addımlar nəticəsində kiçik istehsalçılar iri biznes subyektlərinə görə şəxsi kapitalları 
hesabına yüksək mənfəət əldə edirlər [4]. 
Qeyd edək ki, Azərbaycanın dünya təsərrüfat sisteminə daxil olması möhkəm iqtisadi və siya-
si güc kimi kiçik sahibkarlığın inkişafına səbəb olur. Kəskin rəqabət və dünya iqtisadiyyatına inteq-
rasiya şəraitində Azərbaycanda kiçik müəssisələrin dayanıqlılığı, onların iştirakı ilə yeni təsərrüfat 
əlaqələrinin  qurulması,  istehsal  və  innovasiya  fəaliyyətinin  aktivləşdirilməsi  məsələsi  xüsusi  əhə-
miyyət kəsb edir. Lakin Azərbaycan iqtisadiyyatında bu sektorun inkişafı bir sıra obyektiv və sub-
yektiv səbəblərdən zəif inkişaf etmişdir ki, bunun da əsas səbəblərindən biri kiçik və orta sahibkarlı-
ğa dövlət və müvafiq orqanlar tərəfindən kifayət qədər dəstəyin  göstərilməməsidir. Buna görə də, 
fikrimizcə, inkişaf etmiş ölkələrin  kiçik və orta sahibkarlıq fəaliyyətinin  tənzimlənməsi  və dəstək-
lənməsi,  himayə  edilməsi  üzrə  təcrübələrinin  öyrənilməsinə  böyük  ehtiyac  vardır.  Məqalədə  əsas 
qayəmiz kiçik və orta sahibkarlığa yüksək nəticələr əldə etməyə imkan verən bu təcrübələri öyrən-
məklə  yanaşı,  Azərbaycanda bu istiqamətdə mövcud vəziyyətin  yaxşılaşdırılması  yollarını  göstər-
məkdir. Məhz bu baxımdan problemin araşdırılmasını bütövlükdə Avropa İttifaqı, o cümlədən ayrı-
ca olaraq Böyük Britaniya, Almaniya, ABŞ, Yaponiya, Polşa və Macarıstan təcrübələri timsalında 
nəzərdən keçirəcəyik.    
İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, kiçik və orta sahibkarlığın inkişaf 
etdirilməsi və himayə edilməsi üzrə dövlət siyasətini kifayət qədər resurs imkanlarına və səlahiyyətlərə 
malik  ixtisaslaşdırılmış  dövlət  orqanları  vasitəsilə  daha  səmərəli  şəkildə  həyata  keçirmək  olar.  Böyük 
Britaniyada bu tip dövlət orqanı 2000-ci ildə “Sənaye və ticarət Nazirliyi (DTİ)”nin tərkibində “Kiçik 


227 
biznesə xidmət üzrə milli agentlik (SBS)” adı altında, ABŞ-da SBA adı altında, Almaniyada “İqtisadiy-
yat və texnologiyalar Federal Nazirliyi (BMWA)”nin tərkibində “Kiçik və orta biznes, sənətkarlıq, xid-
mət və azad peşə ümumi direktoratlığı” adı altında, Yaponiyada “İqtisadiyyat, ticarət və sənaye Nazirli-
yi (METİ)” tərkibində “Kiçik və orta sahibkarlıq agentliyi (SMEA)” adı altında, Macarıstanda “İqtisa-
diyyat Nazirliyi” tərkibində “Sahibkarlığın inkişafı üzrə milli sovet” adı altında, Polşada “İqtisadiyyat 
Nazirliyi” tərkibində “Sənətkarlıq, kiçik və orta sahibkarlıq departamenti” adı altında formalaşdırılmış-
dır. Bu zaman icra səlahiyyətlərinin bir hissəsi digər təşkilati strukturlara (banklara, fondlara, departa-
mentlərə, nəzarət-audit xidmətlərinə və s.) həvalə edilir. Yuxarıda adları qeyd edilən bütün təşkilatların 
funksiyaları əsasən oxşar olub, əsaslı fərq isə iyerarxik tabeçilikdə, digər təşkilatlarla qarşılıqlı fəaliyyət-
də, təşkilati strukturda, fəaliyyət miqyasında, həmçinin əməkdaş və ictimai təşkilatlarla əlaqələr və ya 
münasibətlər sistemində özünü biruzə verir.   
İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın himayə edilməsindən məsul olan dövlət təş-
kilatlarının fəaliyyətinin öyrənilməsi göstərir ki, bu problemin ən mühüm həlli yolu ABŞ-da 1953-
cü  ildə  “ABŞ  prezidenti  yanında  Kiçik  Biznes  Administrasiyası  (SmallBusinessAdministration  - 
SBA)” kimi təşkilati strukturun yaradılması olmuşdur. SBA-nın fəaliyyətinin effektivliyini ABŞ-ın 
dayanıqlı inkişafı faktı, kiçik və orta sahibkarlığın gücü, SBA təcrübəsinin Avropa İttifaqında, Bö-
yük Britaniya və Yaponiyada tətbiq edilməsi təsdiqləyir.  
ABŞ-da formalaşdırılmış “Kiçik biznes haqqında” qanunda deyilir ki, xüsusi sahibkarlığa və 
azad rəqabətə əsaslanan ölkə iqtisadiyyatının əhali rifahını və ölkə təhlükəsizliyini təmin etməsi dai-
mi dəstəyə ehtiyacı olan kiçik və orta sahibkarlıq sektorunun inkişafına nail olmadan mümkün de-
yildir. Yüksək dövlət statusunun təmin edilməsi məqsədilə SBA heç bir digər dövlət orqanına bağ-
lanmadan birbaşa ölkə prezidentinə tabe edilmişdir. SBA-nın fəaliyyətinə rəhbərlik edən şəxsin na-
mizədliyi prezident tərəfindən irəli sürülür və Senat tərəfindən təsdiqlənir. Haliyədə SBA dünyada 
kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və himayə edilməsi üzrə ixtisaslaşan ən böyük höku-
mət orqanıdır. SBA-nın mühüm təsirə malik olmasını, məsələn, 2002-ci ilin dövlət büdcəsindən ay-
rılmış 18 mlrd. ABŞ dolları, müxtəlif mənbələrdən kiçik və orta sahibkarlığa dəstək məqsədilə cəlb 
olunan 400 mlrd. ABŞ dolları və 46 mlrd. ABŞ dolları həcmində alınmış dövlət sifarişi faktı təsdiq-
ləyir.  SBA-nın  ABŞ-ın  bütün  regionlarında  və  ölkənin  iri  şəhərlərində  108  nümayəndəliyi  olub 
4200-dən yuxarı əməkdaşı vardır. Kiçik və orta sahibkarlığın tənzimlənməsi və dəstəklənməsi SBA-
nın struktur bölmələri və ya müvəkkil kompaniyaları tərəfindən həyata keçirilir.  
 
SBA-nın  tərkibinə  kiçik  və  orta  sahibkarlığın  tənzimlənməsi  və  himayə  edilməsi  üzrə  işləri 
operativ həyata keçirən, həmçinin uzunmüddətli proqramların reallaşdırılmasınıəlaqələndirən 4 de-
partament daxildir. Bundan başqa SBA-nın tərkibinə iki müstəqil idarə - Vəkillik və Ümumi Təftiş 
idarəsi, bir inzibati departament (informasiya mərkəzi, əmək resursları və plan şöbəsi) və 9 ixtisas-
laşdırılmış şöbə və xidmət aiddir. SBA ABŞ-da tamamilə və ya qismən federal büdcə vəsaitləri he-
sabına  maliyyələşdirilənşaxələndirilmiş  təmsilçilik,  şöbə,  məsləhət  məntəqələri,  biznes  mərkəzləri 
və müvəkkil kompaniyalar şəbəkəsi yaratmışdır. Kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlən-
məsi çərçivəsində həyata keçirilən dəstəyin böyük kapital qoyuluşu tələb etməyən, bir çox ölkələrdə 
geniş  yayılmış  və  bizim  ölkəmizdə  də  tətbiq  oluna  biləcək  aşağıdakı  bəzi  növləri  üzərində  qısaca 
dayanaq [5]: 
-
 
“Təqaüdçü  rəhbərlərin  məsləhət  bürosu  (ServiceCops  of  RetiredExecutives  -SCORE)”nun  işi 
kiçik və orta sahibkarlığa texniki kömək və məsləhət verilməsi üçün hazırda təqaüdə çıxmış yüksək 
ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə edilməsi ilə bağlıdır. ABŞ-ın 389 məsləhət məntəqə-
si 11.400 təqaüdçü ilə əməkdaşlıq edərək hər il 400.000-dən yuxarı müştəriyə məsləhət verir. Ana-
loji strukturlar Avropa İttifaqı ölkələrində də fəaliyyət göstərir. Bizim ölkəmizdə bu təcrübəni kiçik 
və  orta  sahibkarlığa  dəstək  olan  yerli  strukturlarla  əməkdaşlıqda  maraqlı  olan  yüksək  ixtisaslı  tə-
qaüdçülər haqqında lokal məlumat bazasını yaratmaqla tətbiq etmək olar [6]. 
-
 
Bir  çox  ölkələrdə  (Almaniya,  ABŞ,  Yaponiya  və  s.)  kiçik  və  orta  müəssisələr  kifayət  qədər 
ağırlıqlı texniki kömək və iri həcmli kreditlər almaq üçün fəaliyyətlərinin təşkilati, texniki, maliyyə, 
kadr  və  başqa  aspektləri  üzrə  obyektiv  məlumatlar  təqdim  etməlidirlər.  Bu  cür  məlumatlar  adətən 
müvəkkil ixtisaslaşdırılmış təşkilatlar və ya diaqnostik mərkəzlər tərəfindən hazırlanır. Bu əhəmiy-
yətli dərəcədə müəssisələrə qoyulmuş və ya yatırılmış vəsaitlərin itirilməsi riskini aşağı salır. Bizim 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə