Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   112   113   114   115   116   117   118   119   ...   164

236 
yetirilməsi üçün xüsusi fondların yaradılması və beş ildən az olmayaraq uzun müddətli kreditlərin 
verilməsidir [4]. 
Uzun müddətli tədbirlər olaraq rəqabətqabiliyyətli əmtəə istehsalçılarının formalaşdırılması 
və struktur siyasət tədbirləridir. 
Bazar  seqmentlərinin  əsaslandırılması,  bazar  tələblərinə  uyğun  istehsal  proqramı  və 
marketinq  planlarının  həyata  keçirilməsi,  kooperasiyanın  sahə  və  istehsal  formalarını  inkişaf 
etdirmək.  İnvestisiya  amortizasiya  siyasətini  kənd  təsərrüfatı  istehsalının  xüsusiyyətlərini  nəzərə 
almaqla reallaşdırmaq. 
Konsepsiyada qoyulan məqsəd və vəzifələr, problemlərin qoyuluşu və həlli yolları mümkün 
proqnoz göstəricilərinin ssenariyasını əsaslandırır. 
Aqrar islahatların aparılmasının həyata keçirilməsi üçün zəruri iqtisadi, təşkilati, normativ-
hüquqi şəraitin yaradılması işi davam etdirilməli, kənd   təsərrüfatı istehsalının dövlət tənzimləmə 
sistemini  yaratmaq  və  aqrar  sənaye  kompleksi  sistemində  məhsul  istehsalçılarının  maliyyə 
vəziyyətini yaxşılaşdırmaq yolu ilə sahə iqtisadi böhrandan çıxarılmalıdır. 
Sahibkarlıq  fəaliyyətini  genişləndirmək,  yeni  mülkiyyətçilər  yaratmaq,  çoxnövlü 
təsərrüfatçılığın  inkişafını  təmin  etmək,  aqrar-sənaye  istehsalının  dövlət  tənzimləmə  mexanizmini 
formalaşdırmaq, yeni iqtisadi-istehsal əlaqələrini inkişaf etdirmək, aqrar bölməyə dövlət investisiya 
qoyuluşunu artırmaq, sahənin maliyyə vəziyyətini stabilləşdirmək, xarici investisiyanı cəlb etmək, 
yeni  torpaq  münasibətlərini  başa  çatdırmaq,  kənd  təsərrüfatının  sahə  quruluşunu  təkmilləşdirmək, 
çevik idarəetmə mexanizmini yaratmaq, bank, maliyyə, vergi və kredit sistemini yenidən qurmaq, 
yeni  aqroservis  xidmət  müəssisələri  yaratmaq,  yeni  texnika  və  texnologiyanın  tətbiqini 
genişləndirmək əsasında istehsalın artımına nail olunur [5].   
Bu  dövrdə  bazar  və  sosial  infrastrukturun  yaradılması  və  kənddə  demoqrafik  situasiyanın 
sağlamlaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsinə üstünlük verilməlidir. 
Bazar  iqtisadiyyatı  şəraitində  kənd  təsərrüfatının  sahə  quruluşunda  taxılçılıq  əsas  yer 
tutacaqdır. Birinci və ikinci mərhələlərdə taxılın əkin sahəsinin genişləndirilməsi və həmçinin yeni, 
daha  məhsuldar  taxıl  növlərindən  istifadə  edilməsi  hesabına  onun  istehsalının  artımına  nail 
olunacaqdır.  Taxılçılıqda  toxumçuluq  işinin  yaxşılaşdırılması,  yeni  bərk  buğda  sortlarının 
yetişdirilməsi üçün  kompleks tədbirlərin həyata keçirilməsi tələb olunur. 
Pambıqçılıq  kənd  təsərrüfatının  başlıca  sahəsi  olub,  bundan  sonra  onun  intensiv  əsaslarla 
inkişaf  etdirilməsi  məqsədəuyğun  hesab  edilir.  Pambığın  əkin  sahəsinin  stabilləşdirilərək 
məhsuldarlığın artırılması hesabına xam pambıq istehsalının  200-300  min tona çatdırılması təklif 
edilir. Pambıqçılıqda göstərilən istehsal həcminə nail olunması, bir tərəfdən ölkə daxilində pambıq 
emalı müəssisələrinin istehsal gücündən səmərəli istifadə edilməsinə, digər tərəfdən ölkənin bazar 
ölkələri  arasında  dünya  bazarında  mövqeyinin  möhkəmlənməsinə  səbəb  ola  bilər.  Ən  başlıcası, 
pambıqçılığın inkişafı respublikada əmək ehtiyatlarından səmərəli istifadə olunmasının əsas şərtidir. 
Respublikanın  kənd  təsərrüfatında  şəkər  çuğundurunun  əkin  sahəsinin  genişləndirilməsi 
məqsədəuyğun  hesab  edilir,  şəkər  istehsal  edən  emal  müəssisələri  tikintisinin  başa  çatdırılması 
nəzərdə tutulur. Şəkər çuğunduru istehsalı sahəsi  yeni sahə olduğu üçün onun perspektiv imkişafı 
həm  ekstensiv  və  həmçinin  intensiv  yollarla  həyata  keçiriləcəkdir.  Bu  yeni  istehsal  sahəsinin 
inkişafı  eyni zamanda işçilərin işlə təmin olunmasında və respublika əhalisinin şəkərə tələbatının 
təminində mühüm rol oynayacaqdır. 
Respublikanın    kənd  təsərrüfatında    şəkər  çuğundurunun  əkin  sahəsinin  genişləndirilməsi 
məqsədəuyğun  hesab  edilir,  şəkər  istehsal  edən  emal  müəssisələri  tikintisinin  başa  çatdırılması 
nəzərdə  tutulur.  Şəkər  çuğunduru  istehsalı  sahəsi  yeni  sahə  olduğu  üçün  onun  perspektiv  inkişafı 
həm  ekstensiv  və  həmçinin  intensiv  yollarla  həyata  keçiriləcəkdir.  Bu  yeni  istehsal  sahəsinin 
inkişafı  eyni  zamanda  işçilərin  işlə  təmin  olunmasında  və  respublika  əhalisinin  şəkərə  tələbatının 
təminində mühüm rol oynayacaqdır. 
Kartofçuluğun  perspektiv  sahə  kimi  inkişafı  obyektiv  bir  zərurətdir.  Kartof  istehsalı  üçün 
ölkədə hərtərəfli əlverişli şəraititn olmasını, kartof istehsalında əhalinin vərdişini və bu məhsula çox 
böyük  təlıəbatın  olmasını  nəzərə  alıb  həm  əkin  sahəsini  genişləndirmək,  həmçinin  kartof 
toxumçuluğunu  yaxşılaşdırmaq hesabına istehsalın artımına nail olunmalıdır.  


237 
Meyvəçilik  və  üzümçülük,  həmçinin  çayçılığın  bazar  münasibətlərinə  keçid  şəraitində  də 
kənd təsərrüfatının əsas sahələri kimi inkişaf etdirilməsi təklif edilir. Meyvə və üzüm məhsullarını 
emal  edən  güclü  sənaye  müəssisələrinin  olması,  bu  müəssisələrin  maddi-texniki  bazasının 
formalaşdırılması nəzərə alınır. Perspektivdə də həmin sahələrin inkişafı zəruri hesab edilir. 
Yeni  məhsuldar  heyvan  cinslərinin  yetişdirilməsi,  cins  heyvandarlıq  təsərrüfatlarının 
yaradılması və inkişaf etdirilməsi  lazım gəlir. Heyvandarlığın  əsasən özəl təsərrüfat  qurumlarında 
inkişafı nəzərdə tutulur. Bununla əlaqədar olaraq süd emalı müəssisələrinin özəlləşdirilməsi, məhsul 
istehsal  edən  müəssisələrlə  həmin  məhsulu  emal  edən  müəssisələr  arasında  yeni  istehsal-iqtisadi 
əlaqələrin formalaşdırılması həyata keçirilməlidir. 
Konsepsiyada nəzərdə tutulmuş kənd təsərrüfatı məhsulları istehsalı həcminə nail olunması 
başqa  tədbirlərlə  bərabər  aqrar  bölmənin  maddi-texniki  bazasının  yeniləşdirilməsini,lik  növbədə 
mövcud olan texnikadan səmərəli istifadə edib, yəni texnikanın   gətirilməsini tələb edir [6]. 
Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  yanacaq  çətinlikləri  aradan  qaldırmaq  üçün  başqa 
tədbirlərlə  bərabər  kənd  təsərrüfatının  dövlət  tənzimləmə  mexanizmi  formalaşdırılmalı,  bu 
məqsədlə  idarəetmə  orqanlarının  təşkilat  strukturları  sadələşdirilməli,  güzəştli  kredit  və  vergi 
sistemi tətbiq edilməli, güzəştli qiymətlərlə kənd təsərrüfatı məhsullarının tədarükü təşkil olunmalı, 
tədarük edilən məhsulların dəyərinin vaxtında ödənilməsi üçün kompleks stimullaşdırma tədbirləri 
həyata keçirilməlidir. 
Kənd  təsərrüfatının  inkişafı  ekoloji  siyasətlə  də  bağlıdır.  Meşə,  su  təsərrüfatçılığı  bu 
siyasətin tərkib hissəsidir. 
Ekoloji  siyasətin  əsas  vəzifəsi  istehsalın  resurs  tutumunu  azaltmaqla,  tələbatın  mühafizəsi 
qanunçuluğuna  tabe  olmaqla  ətraf  mühitə  atılan  tərzini  formalaşdıran  təsərrüfat  fəaliyyətini  təşkil 
etməkdir.  Bu  vəzifələrin  reallaşması  üçün  ətraf  mühitin  mühafizəsi,  ərzaq  təhlükəsizliyi  tədbirləri 
dövlət  tərəfindən  tənzimlənən  normativlər  və  iqtisadi  sosial  mexanizmlər  vasitəsi  ilə  tənzim 
olunmalıdır [8].     
Ekoloji siyasətin         metodoloji əsasını istehsal, istehlak və təsərrüfatçılığın iqtisadi effekti 
təşkil  edir.  Yaxın  gələcəkdə  makroekoloji  tarazlıq  konsepsiyası  ilə  hər  bir  regionun,  sahənin  və 
fəaliyyət  növünün  ekoloji  sistemdə  məhəlli  proqram  layihəsi  dövlət  orqanları  tərəfindən 
tənzimlənməlidir.      Bazar  iqtisadiyyatı  inkişaf  etdikcə  ayrı-ayrı  fərdi  istehsalçıların  işinin  ekoloji 
intizama  cəlb  edilməsi  üçün  hüquqi  normativlər,  iqtisadi  sanksiyalar  və  texnoloji  standartlar 
işlənməlidir.  İqtisadiyyatın  dayanıqlı  və  tarazlı  inkişafı  konsepsiyası  ekoloji  amillərin  təsirinin 
qiymətləndirilməsi,  onun  maksimal  və  minimal  dəyişmə  intervallarını  tənzimlənməsi  tədbirləri 
sistemi hazırlamağı tələb edir: 
- ekoloji tarazlığı təmin edən hüquqi, iqtisadi və təşkilati mexanizmlər hazırlamaq və dünya 
standartlarına uyğun normalarda tətbiq etmək; 
-  təbiətə  qənaət  edən  texnoloji  sistemlər  və  elmi-texniki  tərəqqinin  istiqamətlərini 
hazırlamaq;   
- son məhsul istehsal edən sahələrin xüsusi çəkisini artırmaq; 
- tullantısız istehsal təşkilinə nail olmaq;   
- təbii resursların xarici investorlara istifadəyə verildikdə respublikanın qlobal mənafeyini və 
sahibkarlığın saxlanması şərtlərini əsaslandırmaq; 
-  təbiətin  mühafizəsi  üçün  normativ  sənədlər  və  normativ  aktlar,  respublika  daxili  təbii-
iqlim, coğrafi, iqtisadi şəraiti nəzərə almaqla, sosial effekt baxımından qiymətləndirilməsi [7]. 
Ekoloji təhlükəsizlik vəərzaq təhlükəsizliyi problemləri və ömür səviyyəsinin yüksəldilməsi 
qlobal  siyasətin  əsas  məqsədidir.  Dövlətin  ekoloji  rolu,  ayrı-ayrı  istehsalçıların  məsuliyyətini  və 
istehsal  obyektlərinin  normativ  texnoloji  tələbata  uyğun  təzələnməsi  yolları  bu  siyasətin  real 
mexanizmidir. 
Ekoloji  və  təbii  resursların  təkrar  istehsalı,  gəlirlərin  bir  hissəsinin  yenidən  ətraf  mühit  və 
tarazlığın qorunması məqsədi ilə istifadəsinə yönəltməyi tələb edir. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə