Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   97   98   99   100   101   102   103   104   ...   164

206 
DUZ FIRLATMAQ 
Nəzər  dəyənlərin  yaxşılaşdırılmasında  tətbiq  olunan  bir  başqa  üsul  duz  fırlatmaqdır.  Özünə 
nəzər  dəyən  adamın  anası,  bir  yaxını  və  ya  qohumu,  ovucunun  içinə  biraz  duz  alır,  bu  duza  dua 
oxuyur,  sonra  duzu  xəstənin  başının  ətrafında  üç  dəfə  fırladıb  Ocakdakı  alova  atılır.  Alova 
atılmazdan  əvvəl  isə  başda  xəstə  olmaq  üzrə  orada  olanlara  bu  duzdan  bir  dəfə  yaladılır.  Ocaqda 
yanan  duzdan  çıtırtı  səsləri  gəlir.  Burada  da  üzərlik  otunun  ocaqda  "part  part"  səs  çıxarmasında 
olduğu  kimi,  duzun  da  çıtırtı  səsləriylə  yanması,  nəzər  edənin  gözlərinin  yandığına  işarədir.  Bəzi 
bölgələrdə  duzun  oxunması,  dini  və  cadu  əməliyyatların  bir  arada  tətbiq  göstərməsi  baxımından 
əhəmiyyətlidir. (14) Duz qədim mədəniyətlərcə istifadə edilməyə başlanmış olub, dünyanın bir çox 
yerində,  bir  çox  sahəsində  əhəmiyyətli  bir  ünsür  halını  almışdır.  Qidaların  ləzzətini  artırmaqdan, 
xalq  ədəbiyyatı  növlərinə  motif  olmağa,  xalq  inancında  nəzər  pozmadan  istifadə  edilən  bir 
obyekden dövlətlərarası güc göstəricisi qədər olmağa istifadə sahəsi gün keçdikcə artmışdır. 
Bu  məqalədə,  tarixin  hər  dövründə  əhəmiyyətli  bir  ticarət  vəsaiti  olan,  tapılmayan 
coğrafiyalara  böyük  zəhmətlər  çəkilərək  çatdırılan  duz  günümüzün  şərtlərinə  görə 
qiymətləndirildiyində iqtisadi dəyəri ilə tərs mütənasib olaraq bir şəkil almışdır.  
İnsanlıq tarixi boyunca duzun əhəmiyyəti, Mədəni təsiri, ictimai həyatdakı əhəmiyyətinə yer 
verilmişdir. 
ƏDƏBİYYAT 
1.
 
 Sedat Avcı, İstanbul Universiteti, Ədəbiyyat Fak,. Coğrafiya Jurnalı, s.11, s.42, İstanbul.2003 
2.
 
Kurlansky, M, Duz insanlığın duzlu tarixi, Çev.A.Çakıroğlu Zidd, İstanbul.2003, s.179 
3.
 
N.Hajarı,www.time.com/magazine/1997/int970901/asia.archaology.htm,02.03.2003 
4.
 
 BRANDAU VESCHIKERT 2003,288 
5.
 
 Sedat Avcı, İstanbul Üniversiteti ,Ədəbiyyat Fak, Coğrafya jurnalı, s.11,s.21-45, İstanbul.2003 
6.
 
 http://www.estuz.com.tr/estuz_ek/tuzveyasam.html 
7.
 
 http://arsiv.ntvmsnbc.com/news/203918.asp 
8.
 
www.beslenme.gov.tr 11-17 Mart Dünya Duza Diqqət Həftəsi 
9.
 
 Yüksel KIRIMLI, http://www.dicle.edu.tr/~halks/m108.htm 
10.
 
 Boratav(Pertev Naili), 1997, 100 Sualda Türk Folkloru, 4. b, İstanbul, Gerçek Yayınevi 
11.
 
 Koşay  (HZ),  1956,  Diyarşünaslıq  muzeyindəki  nazarlık,  Tilsim  və  Hamailler,  Türk 
Etnoqrafiya Jurnalı, s.1. 
12.
 
Westermack (Edward), 1961, Nəzər dəyməsi İnancı, Ankara, Yeni 
13.
 
 http://www.estuz.com.tr/estuz_ek/nazarakarsituz.html 
14.
 
 ÇIBLAK,  Nilgün  (2004),  Xalq  mədəniyyətində  nəzər,  nəzərlik  İnancı  və  Bunlara  Bağlı 
Proqramlar, Türklük Elmi Araşdırmaları (TÜBAR), s.15, ss.103-125). 
 
ABSTRACT 
Hakan Gungormez 
SOCIAL LIFE SALT AND PEOPLE 
Salt which important in terms of history of mankind is a valuable mineral. Shortly after the 
man appear, he learned how to use the salt and it have began to hold an important place in human 
life.  This  mineral  have  gained  in  various  part  of  the  World  social,  cultural,  religious  and  even 
political idendity. İn the past while only using to increas the flovur of foods, in the course of time it 
have also located in the fields of industry and healt. The main output aim of the salt orginated from 
basic  need  of  the  mankind.  Besides  in  the  course  of  the  salt  historical  object  has  also  become  a 
political  argument.  İn  human-house  sacred-  interrelition  have  different  meant  for  evil  eye.  It  has 
also showed with different types of arguments literary World place of the human. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
 
 
 
 


207 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
İQTİSADİYYAT 
AĞARZA RÜSTƏMOV  
    
Naxçıvan Dövlət Universiteti 
AXİLLES TALIBOV    
Azərbaycan Tibb Universiteti  
UOT: 342 
AZƏRBAYCAN RESPUBLİKASINDA SOSİAL SİYASƏTİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 
     
Açar  sözlər:  sosial  siyasət,  yoxsulluğun  azaldılması,  pensiya  islahatları,  həyat  səviyyəsi, 
sosial müdafiə, reablitasiya 
Key  words:  sociological  politics,  reduction  of  poverty,  retirement  reforms,  life-level, 
sociological self-defense, rehabilitation 
Клюцевые слова:  социальная политика, снижение бедности, пенсионные реформы, 
уровень жизни, социальная защита, реоблитация 
Müasir  dövrdə  dövlətin  sosial  siyasətinin  tənzimlənməsi  istiqamətində  fəaliyyətin 
genişləndirilməsi zərurəti aktuallaşmışdır. Dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması 
isə  sosial  dövlətin  inkişafına  şərait  yaradır.  Bu  proses  bilavasitə  sosial  olan  iqtisadiyyat  üzərində 
üstünlük  əldə  etməsi,  insanın  layiqli  həyat  şəraitinin  təmin  edilməsinin  dövlətin  əsas  məqsədinə 
çevrilməsi ilə bağlıdır.  
Dövlətin  sosial  və  iqtisadi  sferanın  tənzimlənməsi  istiqamətində  məqsədyönlü  fəaliyyəti 
sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin 
həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir.  
Dövlətin  sosial  sahədə  apardığı  islahatlar  sosial  siyasət  zəminində  qurulur  və  formalaşır. 
Beləliklə,  sosial  siyasət  dövlətin,  yerli  hakimiyyət  orqanlarının,  müəssisə  və  təşkilatların  əhalini 
işsizlikdən,  istehlak  qiymətlərinin  artımından  müdafiə  edən  kompleks  sosial  iqtisadi  tədbirlər 
sistemidir [5, s.114-118]. 
Müasir  qloballaşma  prosesi  sosial  siyasətin  yeni  mahiyyət  kəsb  etməsinə  və  standart 
proqramlar  əsasında  həyata  keçirilməsinə,  o  cümlədən  müxtəlif  ölkələrdə  sosial  siyasətlə  bağlı 
oxşar  islahatların  aparılmasına  səbəb  olmuşdur.  Beynəlxalq,  milli  və  submilli  sosial  siyasətlər 
ölkələrin  yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin  dəyişməsinə 
təsir etməkdədir . 
Sosial  siyasi  fəaliyyətin  əsas  məsələləri  yalnız  insanların  həyat  şəraitinin  deyil,  həm  də 
sosial  keyfiyyətlərin  -  əməksevərlik,  nizam-intizam,  sosial  məsuliyyət,  ictimai  fəallıq,  mənəvi 
dəyərlər,  həmçinin  bu  keyfiyyətlər  əsasında  insanların  həyat  tərzinin  təkmilləşdirilməsi  kimi 
müəyyənləşdirilib. Bu mənada hökumətin  əsas məqsədi  əhalinin  həyat şəraitinin  yaxşılaşdırılması 
və  sosial  qeyri-bərabərliyin  azaldılması,  sosial  nemətlərin  hər  kəs  tərəfindən  əldə  edilməsi, 
keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərin təmin edilməsi kimi müəyyənləşdirilir [6, s.74-82].  
Hər bir dövlətin həyata keçirdiyi sosial siyasət həmin dövlətin idarəetmə sistemindən, siyasi 
rejimdən birbaşa asılıdır. Bu mənada hər bir dövlətin sosial siyasəti digərindən fərqlənir.Məsələn, 
totalitar dövlətdə sosial siyasət sosial sahədə totalitar fəaliyyətinə qədər məhdudlaşdırılır.Demokra-
tik cəmiyyətdə isə sosial siyasət demokratik dövlətin daşıdığı funksiyanı və vətəndaş cəmiyyətinin 
subyektlərini  təmsil  edir.Dövlətin  müxtəlif  sahələrdə  həyata  keçirdiyi  geniş  islahatlar  sosial 
siyasətin  qarşısında  duran  kompleks  vəzifələrin  həllini,bəzi  hallarda  isə  bir  sıra  mənfi  halların  və 
ziddiyətlərin  aradan  qaldırılmasını  tələb  edir.Göründüyü  kimi,  sosial  siyasət  anlayışı  cəmiyyətin 
ümumi  inkisaf  xüsusiyyətlərini  özündə  ehtiva  edir.Belə  ki,  hər  bir  dövlət  öz  inkişafına  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə