Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   102   103   104   105   106   107   108   109   ...   164

216 
görülən  tədbirlər  sənaye  məhsulunun  artmasına  gətirib  çıxartmışdır.  Kənd  təsərrüfatı,  onun 
xammalına əsaslanan emal müəssisələrinin  yaradılması, tikinti materialları istehsalının inkişafında 
baş verən müsbət dəyişikliklər muxtar respublikanın iqtisadi potensialının möhkəmlənməsinə təsir 
göstərmişdir Təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənaye müəssisələrinin bərpa 
olunması  və  yenidən  qurulması,  müəssisələrin  dünya  standartlarına  uyğun  texnologiyalarla  təmin 
olunması, güzəştli kreditlərin verilməsi, yerli və xarici bazarlara çıxış imkanlarının sadələşdirilməsi 
artımla müşahidə olunmuş, sənaye Ümumi Daxili Məhsulun sahə strukturunda ilk yerə sahib olmuş 
və təkcə 2016-ci ildə 942 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da 1995-ci ilə 
nisbətən  103 dəfə çoxdur (4).  
Regionun  tikinti  materiallarının  böyük  miqdarda  ehtiyatına  malik  olması,  burada  tikinti 
məhsullarına  olan  tələbatın  tamamilə  yerli  istehsal  hesabına  təmin  olunmasına  imkan  yaradır. 
Tikinti sektorunun ümumi  daxili  məhsulun tərkibində ikinci  böyük  yerə  sahib  olmasının əsasında 
tikinti məhsulları sənayesinin inkişafının mühüm rolu var. Ötən il ərzində əsas kapitala yönəldilən 
investisiyaların  həcmi  997  milyon  manata  qədər  yüksəlmişdir  ki,  bu  da  1995-ci  ilə  nisbətən  327 
dəfə çoxdur. Vəsaitin böyük hissəsinin tikinti-quraşdırma işlərinə sərf olunması tikinti məhsulunun 
həcminin  dinamik  şəkildə  artması  və  kənd  yerlərində  infrastrukturun  yenilənməsi  ilə 
nəticələnmişdir (4). 
Müstəqillik  illərində  muxtar  respublikada  tikinti  sənayesinin  surətli  inkişafından,  bu  il  50 
yaşını  qeyd  edən,  Naxçıvan  Dövlət  Universitetinə  də  böyük  pay  düşmüşdür.  Ötən  dövr  ərzində 
universitetdə geniş tikinti-quruculuq işlərinin aparılması sayəsində, hazırda 108 hektarlıq ərazisində 
16  tədris  korpusu,  Elektron  kitabxana,  Konservatoriya,  Sosial  Xidmət  Mərkəzi,  Universitet 
Xəstəxanası,  Olimpiya  İdman  Mərkəzi,  2  stadion,  Baytarlıq  Təbabəti  klinikası  və  müasir  tipli 
Tələbə evi mövcuddur. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli 
sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək istifadəyə verilmişdir (6). 
Sənaye  məhsulunun  həcminə  görə  iqtisadi  rayonlar  arasında  öncül  yerlərdən  birini  tutan 
Naxçıvanın  surətlə  inkişaf  edən  sənaye  sektoru  artıq  milli  iqtisadiyyatımızın  yüksək  gəlir  gətirən 
perspektivli  sahəsinə  çevrilmişdir.  Muxtar  respublikanın  gələcək  inkişafı  üçün  sənaye  sahəsində 
dövlət  siyasətinin  əsas  məqsədləri  sənaye  istehsalının  dayanıqlı  və  yüksək  artım  tempinin  təmin 
edilməsi,  strukturunun  təkmilləşdirilməsi,  modernləşdirilməsi  və  səmərəliliyinin  artırılmasıdır. 
Sənaye  parkının  yaradılması  göstərilən  hərtərəfli  xidmət,  stimullaşdırma  tədbirlərin  həyata 
keçirilməsi  ilə  rəqabət  qabiliyyətli,  daxili  və  xarici  bazarın  tələbatına  uyğun  məhsul  istehsalına, 
istehsalın perspektiv fəaliyyətinə, istehsal vasitələrindən effektiv istifadəyə və beləliklə, sənayenin 
kompleks  inkişafını  tənzimləməyə  imkan  verəcək.  Bu  iqtisadi  siyasətin  reallaşması  formalaşan 
təsərrüfat  strukturlarının  artması,  kiçik  sahibkarlığın  genişlənməsi  və  dinamik  inkişafı,  fiziki 
şəxslərin  sahibkarlıqla  məşğul  olması,  qeyri-dövlət  sektorunun  rolunun  getdikcə  artması  ilə 
müşayiət olunacaq. Mövcud dünya standartlarına uyğun olaraq mütərəqqi texnologiyalar əsasında 
qurulmuş belə müasir müəssisələr yalnız iqtisadi cəhətdən deyil, həm də yeni iş yerlərinin açılması 
ilə sosial baxımdan da mühüm əhəmiyyət kəsb edir. 
Deməli,  muxtar respublikanın  sosial-iqtisadi inkişafının təməlində dövlətin sosial  yönümlü 
iqtisadi  siyasəti,  o  cümlədən  hər  bir  vətəndaşın  maddi  rifahının  artırılması,  iqtisadiyyatın  dövlət 
tənzimləmə mexanizmlərinin liberallaşdırılması, azad rəqabət, sahibkarlıq və investisiya mühitinin 
daha  da  yaxşılaşdırılması,  muxtar  respublikanın  iqtisadi  təhlükəsizliyinin  təminatı  üçün  aparılmış 
kompleks işlər dayanaraq, sənayenin də perspektiv inkişafı üçün geniş yollar açır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Allahverdiyev H.B., Qafarov K. S., Əhmədov Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi, Bakı; 
BDU, 2002, 448 s. 
2.
 
Əjdərov  T.  Bazar  iqtisadiyyatı  şəraitində  Azərbaycan  sənayesinin  inkişaf  istiqamətləri,  Bakı; 
BDU, 2000, 258 s. 
3.
 
Nuriyev Ə.X. Regional siyasət və idarəetmə, Bakı; Elm, 2004, 348 s. 


217 
4.
 
http://www.şerqqapısı.az/index.php/iqtisadiyyat/12032-dövlət-programlar-çərçivəsində-həyata-
keçirilən-tədbirlər-əldə-olunan-nailiyyətləri-şərtləndirən-əsas amillərdən-biridir 
5.
 
http://statistika.nmr.az/ Naxçıvan MR DSK 
6.
 
http://ndu.edu.az/az/content/19/ Naxçıvan Dövlət Universiteti 
 
ABSTRACT 
Mehriban Imanova 
 
THE MAIN DEVELOPMENT FEATURES OF THE 
INDUSTRY OF NAKHCHIVAN AUTONOMOUS REPUBLIC 
 
In  the  scientific  article  the  effectiveness  of  the  state  policy  in  the  field  of  regional 
development  tasks  broad  interpretation,as  a  result  of  the  implementation  of  state  programs  have 
been  adopted  as  successes  achieved  in  the  autonomous  republic's  economy  has  been  analyzed, 
industry`s future development directionsis shown. 
In  the  article  described  the  objectives  of  regional  policy,  analyzed  the  importance  of 
industrialization  in  the  balanced  regional  development. The  scientific  article,  as  well  as  state  and 
regional  distribution  of  economic  subjects  were  explained  by  statistical  indicators  of  industrial 
production, 
Noted  that,  the  financial  support,  organizational  activities  within  consumers,  organizing 
internal business operations and the efficient use of personnel are important factors in the improving 
strategic development of industrial  enterprises 
 
PEЗЮМЕ 
Мехрибан Иманова  
 
ОСНОВНЕ ХАРАКТЕРИСТИКИ РАЗВИТИЕ 
ПРОМЫШЛЕННОСТИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ 
 
Государственная политика в области региональных задач в области развития в статье 
и  комментариев  по  широкому  кругу  эффективности  была  принята  в  результате  реализации 
государственных программ были проанализированы в результатах, достигнутых в экономике 
автономной  республики,  будущие  направления  развития  отрасли  представлены.  В  научный 
статье,  а  также  было  объяснено  статистическими  показателями  состояние  и  региональное 
распределение экономических субъектов промышленного производства.  
Статья  описывает  цели  региональной  политики,  сбалансированного  регионального 
развития,  проанализированы  важность  индустриализации.  В  научный  статье,  а  также  было 
объяснено  статистическими  показателями  состояние  и  региональное  распределение 
экономических субъектов промышленного производства.  
Отмечено,  что  финансовое  обеспечение,  организационная  работа  проводимая  с 
клиентами,  организация  внутреннего  бизнес-процесса  и  эффективное  использование 
персонала  считаются  факторами,  играющими  важную  роль  в  стратегическом  развитии 
промышленных предприятий. 
 
 
 
  
                                            NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə