206
DUZ FIRLATMAQ
Nəzər dəyənlərin yaxşılaşdırılmasında tətbiq olunan bir başqa üsul duz fırlatmaqdır. Özünə
nəzər dəyən adamın anası, bir yaxını və ya qohumu, ovucunun içinə biraz duz alır, bu duza dua
oxuyur, sonra duzu xəstənin başının ətrafında üç dəfə fırladıb Ocakdakı alova atılır. Alova
atılmazdan əvvəl isə başda xəstə olmaq üzrə orada olanlara bu duzdan bir dəfə yaladılır. Ocaqda
yanan duzdan çıtırtı səsləri gəlir. Burada da üzərlik otunun ocaqda "part part" səs çıxarmasında
olduğu kimi, duzun da çıtırtı səsləriylə yanması, nəzər edənin gözlərinin yandığına işarədir. Bəzi
bölgələrdə duzun oxunması, dini və cadu əməliyyatların bir arada tətbiq göstərməsi baxımından
əhəmiyyətlidir. (14) Duz qədim mədəniyətlərcə istifadə edilməyə başlanmış olub, dünyanın bir çox
yerində, bir çox sahəsində əhəmiyyətli bir ünsür halını almışdır. Qidaların ləzzətini artırmaqdan,
xalq ədəbiyyatı növlərinə motif olmağa, xalq inancında nəzər pozmadan istifadə edilən bir
obyekden dövlətlərarası güc göstəricisi qədər olmağa istifadə sahəsi gün keçdikcə artmışdır.
Bu məqalədə, tarixin hər dövründə əhəmiyyətli bir ticarət vəsaiti olan, tapılmayan
coğrafiyalara böyük zəhmətlər çəkilərək çatdırılan duz günümüzün şərtlərinə görə
qiymətləndirildiyində iqtisadi dəyəri ilə tərs mütənasib olaraq bir şəkil almışdır.
İnsanlıq tarixi boyunca duzun əhəmiyyəti, Mədəni təsiri, ictimai həyatdakı əhəmiyyətinə yer
verilmişdir.
ƏDƏBİYYAT
1.
Sedat Avcı, İstanbul Universiteti, Ədəbiyyat Fak,. Coğrafiya Jurnalı, s.11, s.42, İstanbul.2003
2.
Kurlansky, M, Duz insanlığın duzlu tarixi, Çev.A.Çakıroğlu Zidd, İstanbul.2003, s.179
3.
N.Hajarı,www.time.com/magazine/1997/int970901/asia.archaology.htm,02.03.2003
4.
BRANDAU VESCHIKERT 2003,288
5.
Sedat Avcı, İstanbul Üniversiteti ,Ədəbiyyat Fak, Coğrafya jurnalı, s.11,s.21-45, İstanbul.2003
6.
http://www.estuz.com.tr/estuz_ek/tuzveyasam.html
7.
http://arsiv.ntvmsnbc.com/news/203918.asp
8.
www.beslenme.gov.tr 11-17 Mart Dünya Duza Diqqət Həftəsi
9.
Yüksel KIRIMLI, http://www.dicle.edu.tr/~halks/m108.htm
10.
Boratav(Pertev Naili), 1997, 100 Sualda Türk Folkloru, 4. b, İstanbul, Gerçek Yayınevi
11.
Koşay (HZ), 1956, Diyarşünaslıq muzeyindəki nazarlık, Tilsim və Hamailler, Türk
Etnoqrafiya Jurnalı, s.1.
12.
Westermack (Edward), 1961, Nəzər dəyməsi İnancı, Ankara, Yeni
13.
http://www.estuz.com.tr/estuz_ek/nazarakarsituz.html
14.
ÇIBLAK, Nilgün (2004), Xalq mədəniyyətində nəzər, nəzərlik İnancı və Bunlara Bağlı
Proqramlar, Türklük Elmi Araşdırmaları (TÜBAR), s.15, ss.103-125).
ABSTRACT
Hakan Gungormez
SOCIAL LIFE SALT AND PEOPLE
Salt which important in terms of history of mankind is a valuable mineral. Shortly after the
man appear, he learned how to use the salt and it have began to hold an important place in human
life. This mineral have gained in various part of the World social, cultural, religious and even
political idendity. İn the past while only using to increas the flovur of foods, in the course of time it
have also located in the fields of industry and healt. The main output aim of the salt orginated from
basic need of the mankind. Besides in the course of the salt historical object has also become a
political argument. İn human-house sacred- interrelition have different meant for evil eye. It has
also showed with different types of arguments literary World place of the human.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor M.Rzayev
207
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
İQTİSADİYYAT
AĞARZA RÜSTƏMOV
Naxçıvan Dövlət Universiteti
AXİLLES TALIBOV
Azərbaycan Tibb Universiteti
UOT: 342
AZƏRBAYCAN RESPUBLİKASINDA SOSİAL SİYASƏTİN
TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ
Açar sözlər: sosial siyasət, yoxsulluğun azaldılması, pensiya islahatları, həyat səviyyəsi,
sosial müdafiə, reablitasiya
Key words: sociological politics, reduction of poverty, retirement reforms, life-level,
sociological self-defense, rehabilitation
Клюцевые слова: социальная политика, снижение бедности, пенсионные реформы,
уровень жизни, социальная защита, реоблитация
Müasir dövrdə dövlətin sosial siyasətinin tənzimlənməsi istiqamətində fəaliyyətin
genişləndirilməsi zərurəti aktuallaşmışdır. Dövlətin sosial funksiyasının xüsusi mahiyyət qazanması
isə sosial dövlətin inkişafına şərait yaradır. Bu proses bilavasitə sosial olan iqtisadiyyat üzərində
üstünlük əldə etməsi, insanın layiqli həyat şəraitinin təmin edilməsinin dövlətin əsas məqsədinə
çevrilməsi ilə bağlıdır.
Dövlətin sosial və iqtisadi sferanın tənzimlənməsi istiqamətində məqsədyönlü fəaliyyəti
sosial siyasət prinsiplərini şərtləndirir. Bu mənada sosial siyasət dövlətin digər iqtisadi subyektlərin
həyat və əmək şəraitinin dolğun təminatına yönəldilmiş fəaliyyətidir.
Dövlətin sosial sahədə apardığı islahatlar sosial siyasət zəminində qurulur və formalaşır.
Beləliklə, sosial siyasət dövlətin, yerli hakimiyyət orqanlarının, müəssisə və təşkilatların əhalini
işsizlikdən, istehlak qiymətlərinin artımından müdafiə edən kompleks sosial iqtisadi tədbirlər
sistemidir [5, s.114-118].
Müasir qloballaşma prosesi sosial siyasətin yeni mahiyyət kəsb etməsinə və standart
proqramlar əsasında həyata keçirilməsinə, o cümlədən müxtəlif ölkələrdə sosial siyasətlə bağlı
oxşar islahatların aparılmasına səbəb olmuşdur. Beynəlxalq, milli və submilli sosial siyasətlər
ölkələrin yoxsulluq əleyhinə qlobal fikir birliyinə gələrək inkişaf edən sosial birliyin dəyişməsinə
təsir etməkdədir .
Sosial siyasi fəaliyyətin əsas məsələləri yalnız insanların həyat şəraitinin deyil, həm də
sosial keyfiyyətlərin - əməksevərlik, nizam-intizam, sosial məsuliyyət, ictimai fəallıq, mənəvi
dəyərlər, həmçinin bu keyfiyyətlər əsasında insanların həyat tərzinin təkmilləşdirilməsi kimi
müəyyənləşdirilib. Bu mənada hökumətin əsas məqsədi əhalinin həyat şəraitinin yaxşılaşdırılması
və sosial qeyri-bərabərliyin azaldılması, sosial nemətlərin hər kəs tərəfindən əldə edilməsi,
keyfiyyətli təhsil, səhiyyə və sosial xidmətlərin təmin edilməsi kimi müəyyənləşdirilir [6, s.74-82].
Hər bir dövlətin həyata keçirdiyi sosial siyasət həmin dövlətin idarəetmə sistemindən, siyasi
rejimdən birbaşa asılıdır. Bu mənada hər bir dövlətin sosial siyasəti digərindən fərqlənir.Məsələn,
totalitar dövlətdə sosial siyasət sosial sahədə totalitar fəaliyyətinə qədər məhdudlaşdırılır.Demokra-
tik cəmiyyətdə isə sosial siyasət demokratik dövlətin daşıdığı funksiyanı və vətəndaş cəmiyyətinin
subyektlərini təmsil edir.Dövlətin müxtəlif sahələrdə həyata keçirdiyi geniş islahatlar sosial
siyasətin qarşısında duran kompleks vəzifələrin həllini,bəzi hallarda isə bir sıra mənfi halların və
ziddiyətlərin aradan qaldırılmasını tələb edir.Göründüyü kimi, sosial siyasət anlayışı cəmiyyətin
ümumi inkisaf xüsusiyyətlərini özündə ehtiva edir.Belə ki, hər bir dövlət öz inkişafına və
Dostları ilə paylaş: |