212
normativlərinin tətbiq edilməsi və kənd təsərrüfatı işlərinin optimal müddətdə yerinə yetirilməsinin
nəzərə alınması mühüm iqtisadi əhəmiyyət kəsb edir. Normalar regionlar, eləcə də zonalar,
yarımzonalar, rayonlar və hətta təbii-iqlim şəraitinə görə kəskin surətdə fərqlənən təsərrüfatlar üzrə
işlənilməlidir. Yalnız belə norma və normativlərin tətbiqi əsasında kənd təsərrüfatının maddi-
texniki təminatını düzgün planlaşdırmaq olar. Eyni zamanda kənd təsərrüfatı istehsalının məsrəf
normaları və normativlər sistemini işləyib hazırlayarkən, bitkiçilik və heyvandarlıqda texnoloji
proseslərin və əməliyyatların ardıcıllığını və xüsusiyyətlərini nəzərə almaq lazımdır.(2)
Belə ki, torpağın becərilməsi və onun məhsuldarlığının yüksəldilməsi (şumlama, kultivasiya
çəkmək, cərgələrarası becərmə, malalama, dımrıqlama, torpağın səthini hamarlama və s.), habelə
yeni sahələrin kənd təsərrüfatı dövriyyəsinə daxil edilməsi ilə əlaqədar olan bütün işləri ( sahələri
yabanı alaq otlarından, kol-kosdan və daşlardan təmizləmək, sahələri planirovka edilməsi və
hamarlanması, dağ yamaclarında terrasların salınması və s.)
daxil etmək;
-torpağın məhsuldarlığının yüksəldilməsi üçün kimyalaşdırma üzrə bir sira işlər (mineral,
üzvi və üzvi-mineral gübrələrin səpilməsi, bitkilərə yemləmə gübrələrinin verilməsi və s.)
meliorasiya və suvarma ( planiroka və nizamlama, bataqlıq sahələrin qurudulması, suvarma və süni
yağışyağdırma, qoruyucu zolaqların salınması və s.), eləcə də bioloji becərmə zamanı ( faydalı canlı
orqanizmlərin səpilməsi və s.) üzrə işlər yerinə yetirmək;
-bitkiçilikdə yığımdan sonra toxumun səpinə hazırlanması və saxlanması, səpinqabağı
torpağın və toxumun kimyəvi maddələrlə işlənməsi, toxumun səpilməsi, şitillərin basdırılması,
bitkilərə və səpinə qulluq edilməsi, yığım, yığımdan sonra becərmə və məhsulun saxlanılması, kənd
təsərrüfatı xammalının emalı, otun və küləşin yığılması və preslənməsi, yemlərin
siloslaşdırılması,mədəni otlaqların yaxşılaşdırılması və s.
daxildir;
-heyvandarlıqda əsas texnoloji proseslərdən naxırın yaxşılaşdırılması və çoxaldılması,
yumurtaların yığılması, növlərinə ayrılması, yemlərin hazırlanması və yemləmə, su təhçizatı,
cəmənliklərdə və örüşlərdə mal-qaranın otarılması, heyvanların sağılması, südün emalı və
saxlanılması, qoyunların və digər heyvanların qırxılması, peyinin yığılması və saxlanılması, eləcədə
digər heyvandarlıq məhsullarınımn istehsalı, emalı, saxlanılması və s. daxildir;
-canlı orqanizmin və torpağın mühafizəsi ilə əlaqədar olaraq insanların və heyvanların
parazitlərdən (bit, birə, taxtabiti, gənə və s.), həşaratlardan və vəhşi heyvanlardan, xəstəliklərdən və
epidemiyalardan (yoluxucu xəstəliklərdən), şüalanma və zəhərlənmədən, eləcə də bitkilərin və
torpağın alaq otlarından, kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərdən, soyuqdan və
donaqlıqdan (şaxtadan), quraqlıqdan, yanğından və ildırım boşalmalarından, şiddətli yağışlardan
(leysan) və doludan, tufandan və daşqından və s. qorunması ilə əlaqədar
olan bütün işlər aid edilir;
- kənd təsərrüfatının istehsal və qeyri istehsal sahələrinə xidmət göstərilməsi ilə əlaqədar
olan bütün işlər (maşın-traktor parkının cari, orta və əsaslı təmiri, maşın-mexanizmlərə texniki
qulluq, tikililərin və binaların yenidən bərpası, tikinti materialları və su-kanalizasiya qurğularının,
rabitə xətlərinin qurulması, və s.) daxildir;
- enerjinin bir növdən digərinə, yəni elektrik enerjisinin- mexaniki, istilik və şüa(
işıqlandırma) enerjisinə, günəş enerjisinin- bioloji enerjiyə, istilik və elektrik enerjisinə, atom
enerjisinin- bioloji enerjiyə, yanacağın kimyəvi enerjisinin- elektrik, istilik və mexaniki enerjisinə
çevrilməsi ilə əlaqədar olan proseslər aid edilir.(2)
Bu baxımdan “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq, kənd təsərrüfatının texniki-təminat
sistemində aparılmış islahatlar kənd təsərrüfatında istehsalçıların zəruri ehtiyacını nəzərə alaraq,
onların kənd təsərrüfatı texnikası və mexanizator kadrları ilə təchizatını yaxşılaşdırmaq, keyfiyyətli
məhsul yetişdirməklə yanaşı, onun itkisiz yığılmasını təmin etmək nəzərdə tutulmuşdur.(5).
Aqrar sahədə əldə edilən uğurlarda sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə
təchizatının böyük rolu olub. Hazırda muxtar respublikada sahibkarlara aqroservis xidməti
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı maşın, traktor və aqreqatları
ilə yanaşı, həm də əhalidə olan şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Bu dövr ərzində
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1742 ədəd müxtəlif təyinatlı kənd
təsərrüfatı texnikası gətirilib, onlardan 1483-ü nağd hesablaşma və lizinq yolu ilə sahibkarlara
213
satılıb. Alınmış texnika və aqreqatların 57-si 2016-cı ildə gətirilməklə fermerlərə lizinq yolu ilə
icarəyə verilmiş və eyni zamanda güzəştli şərtlərlə satılmışdır .(4)
Fikrimizcə alternativ olaraq yeni texniki təçhizat və texniki xidmət müəssisələri
yaradılarkən, müxtəlif mülkiyyət və təsərrüfatçılığa əsaslanan aşağıdakı formaların yaranmasını
məqbul hesab etmək olar:
-texniki xidmət kooperativləri;
-payçı-şərikli texniki xidmət müəssisələrı;
-texniki xidmət və texniki təchizat kompaniyaları;
-məhdud
məsuliyyətli, yoldaşlıq texniki təchizat və texniki xidmət müəssisələri;
-səhmdar cəmiyyətlər və onun birlikləri və s.
ƏDƏBİYYAT
1. A.A.Rüstəmov,D.Q.Qasımov-Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi. Bakı: Avropa-
2013.406 s.
2. C.C.Məmmədov-Aqrar bölmədə maddi-texniki təminat və xidmət işinin təşkili. Bakı;
Əbilov,Zeynalov və oğulları 2004.530 s.
3. Azərbaycan iqtisadiyyatı, Dərslik, İ.H. Alıyev, S.A. İbadovun
rəhbərliyi ilə, Bakı: Ağrıdağ, 1999.
4. Naxçıvan MR Dövlət Statistika Komitəsinin məlumatı. Naxçıvan 2016.
5. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair qanunvericilik.
Sənədlər toplusu, I cild, Bakı; 1997.
ABSTRACT
Dilsuz Gassımov
THE MATERIAL AND TECHNICAL SYSTEM OF AGRICULTURE,
ITS’ ORGANIZATION AND MANAGEMENT
In this article were researched the material and technical system of agriculture field, its
function and duty, the features of technical services, the legislative base of planning of material and
technical support and the leasing procedures of services and equipments in the agrarian sector.
РЕЗЮМЕ
Дилсуз Гасымов
СИСТЕМА МАТЕРИАЛЬНО-ТЕХНИЧЕСКОГО
ОБЕСПЕЧЕНИЯ СЕЛЬСКОГО
ХОЗЯЙСТВА, ЕЁ ОРГАНИЗАЦИЯ И УПРАВЛЕНИЕ
В статье исследована система материально-технического обеспечения аграрного
сектора, ее функции и задачи, характеристика технического обслуживания, нормативная база
планирования материально-технического обеспечения, передача в аграрном секторе лизингу
работ и техники по материально-техническому обслуживанию.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).