Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə102/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   98   99   100   101   102   103   104   105   ...   164

208 
məqsədlərinə  uyğun  olaraq  sosial  siyasəti  formalaşdırır  və  bu  siyasətin  həyata  keçirilməsi  üçün 
zəruri şəraitin yaradılmasını təmin etməyə çalışır. 
Sosial  siyasətin  həyata  keçirilməsi  onun  məqsəd  və  vəzifələrinin  düzgün  müəyyənləşdir-
məkdən  asılıdır.  Sosial  siyasətin  məqsədi  qarşıya  qoyduğu  məqsədlərə  yardım  etməkdir.  Sosial 
siyasətin başlıca məqsədi  yoxsulluğun aradan qaldırıldığı,  sosial  təzadların olmadığı  və  ya kəskin 
münaqişələrsiz həll edildiyi yüksək həyat səviyyəsinə malik cəmiyyət formalaşdırmaqdan ibarətdir. 
Sosial  siyasətin  məqsədi  təkcə  bu  günü  deyil,  gələcəyi  də  mütləq  nəzərə  almalıdır.  Bu 
siyasət  elə  bir  şərait  yaratmalıdır  ki,  insanlar  layiqli  əmək  fəaliyyəti  ilə  məşğul  olsunlar,  yüksək 
sosial  fəallıq  göstərərək  cəmiyyətin  maddi  rifahının  yaxşılaşdırılması  sahəsində  təməli 
möhkəmləndirsinlər və onun sosial təminat səviyyəsini yüksəltsinlər. 
Sosial siyasətin qarşısında duran məqsəd insanlarda fəal həyat mövqeyi formalaşdırmaqdan, 
cəmiyyətin  ümumi  rifahını,  humanistləşdirmə  səviyyəsini  yüksəltməkdən,  maddi  imkanlardan 
səmərəli  istifadə  etməyi  öyrətməkdən,  cəmiyyətin  əmək  qabiliyyətli  hər  bir  üzvünün  həyat 
səviyyəsinin  onun  öz  səylərindən  asılı  olduğunu  dərk  etdirməkdən,  insanların  tələbatının  və 
maraqlarının  ödənilməsi  üçün  şərait  yaratmaqdan,  ayrı-ayrı  vətəndaşlara,  əhalinin  zəif  müdafiə 
təbəqələrinə  sosial  yardım  göstərməkdən,  onların  sosial  müdafiəsini  və  reabilitasiyasını  təşkil 
etməkdən ibarətdir. 
Sosial siyasətin məqsədinin təhlili onun bəzi tiplərini müəyyənləşdirməyə imkan verir.Təd-
qiqatçıların fikrincə, sosial siyasətin əsasən dörd tipi mövcuddur: 
    - Birincisi,sosial cəhətdən sabit cəmiyyətlərdə sosial siyasət; 
    - İkincisi,sistemli böhran vəziyyətində olan cəmiyyətlərdə sosial siyasət; 
    - Üçüncüsü, deformasiya vəziyyətində olan cəmiyyətlərdə sosial siyasət; 
    - Dördüncüsü, əsaslı islahatlar yolu ilə sistemli böhrandan çıxan cəmiyyətlərdə sosial siyasət, 
başqa sözlə, keçid dövrünün sosial siyasəti. 
Sosial  siyasət  dövlətin,  onun  təsisatlarının,  yerli  özünüidarə  orqanlarının,  bütün  mülkiyyət 
formalarından olan yerli və xarici müəssisələrin, ictimai fondların, ictimai və dini birliklərin, vətən-
daş cəmiyyətlərinin fəaliyyəti nəticəsində həyata keçirilir. 
1995-ci  ildə  Kopenhagendə  keçirilən  konfransda  hazırlanmış  sənəddə  sosial  siyasətin  əsas 
məqsədləri dairəsinə aşağıdakılar daxil edilmişdir: 
   a) ölkənin fiziki, intellektual, mənəvi-etik potensialının maksimal saxlanması; 
   b)  leqal  bazarın  tələblərinə  cavab  verən  dayanıqlı  əməyi  motivləşdirmə  təbəqəsinin 
formalaşdırılması; 
   c) vətəndaşların, əhalinin müxtəlif ictimai təbəqə və qruplarının öz tələbləri və maraqlarını 
gerçəkləşdirə  biləcək,  fəallıqlarını  nümayiş  etdirməyinə  imkan  verəcək,  şəxsiyyətin  qabiliyyətlə-
rinin  yardım  göstərəcək  institusional  qurumların  və  əsaların  yaradılması.  Bunsuz  vətəndaş 
cəmiyyəti, səxsi azadlıq, real demokratiya üçün zəmin yaranmır. 
Sosial  siyasətin  həyata  keçirilməsi  şəxsiyyətin  mədəni  səviyyəsinin  yüksəlməsinə, 
insanlararası  mədəni  münasibətlərin  inkisafına,  eləcə  də  bu  münasibətlərin  lokal  səviyyədə 
reallaşmasına  kömək  edir.  Beləliklə,  insanın  optimal  inkişafı  və  onun  yaradıcı  xüsusiyyətlərinin 
açılmasına geniş imkanlar yaranır. Belə fəaliyyət toplusu cəmiyyətin strukturunda dəyişikliklər və 
yeniliklər  aparılmasına  yol  açır.  Struktur  dəyişikliklər  sənayeləşdirməni,  məşğulluğun  getdikcə 
artmasını, urbanizasiyanı, geri qalmış regionların inkişafını, kənd təsərrüfatının modernləşdirilməsi-
ni və s. nəzərdə tutur. 
Azərbaycanın müasir soial siyasəti güclü dövlət ideyasına sadiq qalaraq, ilk növbədə sosial 
problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. 
Təhlillər  göstərir  ki,  ilk  müstəqilliyin  Heydər  Əliyev  mərhələsində  Azərbaycanda  sosial 
siyasətin  baslıca  istiqamətləri-sosial  prioritetləri  əsasən  aşağıdakılardan  ibarət  olmuş  və  eyni 
zamanda ölkəmizdə onların səmərəli həlli yolları tapılmışdır. 
Pensiya  islahatları.  Bütün  sivil  cəmiyyətlərdə  pensiya  təminatı  sosial  müdafiə  sisteminin 
mühüm sahəsi kimi qəbul olunmuşdur.Bu isə pensiya təminatının mükəmməl və sivil qanunverici-
lik əsasında həyata keçirilməsini tələb edir. Hər bir ölkənin pensiya siyasəti pensiya sisteminin iki 
əsas funksiyasının gerçəkləşdirilməsinə yönəldilmişdir.Birinci funksiya sosial funksiyadır-bu, əmək 


209 
qabiliyyətini  itirmiş  səxslərin  normal  həyat  şəraitini  təmin  etməyi  nəzərdə  tutur.  İkinci,  iqtisadi 
funksiya olub pensiya ilə əmək fəaliyyəti arasında asılılığı təmin etməkdir. 
1993-cü  ildən  başlayaraq  Azərbaycan  Respublikasında  siyasi  sabitlik  bərqərar  edilməklə 
əldə olunan dayanıqlı iqtisadi inkişaf əhalinin sosial müdafiəsinin  gücləndirilməsinin əsas amilinə 
çevrildi. Məhz bu dövrdə ölkənin pensiya təminatı sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğun 
yenidən qurulması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirildi. 
Ötən  illər  ərzində  həyata  keçirilən  islahatlarla  Azərbaycanda  müasir  və  sosial  baxımdan 
yüksək  səmərəyə  malik  pensiya  təminatı  sisteminin  yaradılmasına  nail  olunmuşdur.  Bunun 
nəticəsində  pensiya  yaşında  olan  əhali  təbəqəsinin  sosial  rifah  durumu  əhəmiyyətli  şəkildə 
yaxşılaşmış  və  bu  təbəqədə  yoxsulluq,  demək  olar  ki,  tam  olaraq  aradan  qaldırılmışdır.  Əhalinin 
sosial  müdafiəsi  sahəsində  məqsədyönlü  tədbirlər  2006-2016-cı  illərdə  əmək  pensiyalarının  orta 
aylıq  məbləğinin  5,9  dəfə  yüksəldilməsinə  və  beləliklə  də  bu  göstərici  üzrə  ölkəmizin  postsovet 
coğrafi məkanında öncül mövqelərdə qərarlaşmasına imkan vermişdir. 
Hazırda ölkəmizdə mövcud olan pensiya təminatı sistemində bir sıra sosial sığorta ilə əlaqəli 
olmayan öhdəliklər sistemin maliyyə yükünü xeyli artırmaqla pensiya sisteminin xərclərinin, eləcə 
də  dövlət  büdcəsindən  ayırmaların  (transfertin)  artımını  şərtləndirmişdir.  Nəticədə,  Dövlət  Sosial 
Müdafiə Fondunun təsdiq edilmiş büdcəsində xərclərin məbləği 2016-cı ildə 2928,5 milyon manat 
təşkil etmişdir ki, bu da 2006-cı ildəki 589,5 milyon manatla müqayisədə 5 dəfə artmışdır. Həmin 
müddətdə  dövlət  büdcəsindən  ayırmaların  (transfertin)  məbləği  6,8  dəfə  artmaqla,  167  milyon 
manatdan 1142 milyon manata, cəmi xərclərdə xüsusi çəkisi isə 28,3 faizdən 39 faizə yüksəlmişdir. 
Göstərilənlərlə  bağlı,  pensiya  təminatı  sisteminin  uzunmüddətli  inkişaf  dövrü  üçün  maliyyə 
dayanıqlılığının  daha  da  möhkəmləndirilməsi  məqsədi  ilə  müvafiq  tədbirlər  işlənilməli,  sosial 
sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəlikləri üzrə xərclərin maliyyə yükünün sistemə təsiri 
tənzimlənməli, sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında əlaqə gücləndirilməlidir. 
Yoxsulluğun  azaldılması.  Yoxsulluq  sosial  və  institusional  məsələlərlə  yanaşı,  iqtisadi 
məsələləri də əhatə edən çoxşaxəli bir problemdir. Yoxsulluğun azaldılması yalnız iqtisadi siyasət 
sahəsində  həyata  keçirilən  tədbirlər  nəticəsində  əldə  edilməsə  də,  iqtisadi  artım  və  makroiqtisadi 
sabitlik  kimi  məsələlər  yoxsulluğun  azaldılmasına  zəmin  yaradaraq,  çoxşaxəli  və  davamlı  inkişaf 
tempinin təmin edilməsində mühüm amildir. 
İqtisadi artımın davamlılığını təmin edən ən baslıca cəhətlərdən biri iqtisadi inkişafın sahəvi 
və coğrafi diversifikasiyasıdır. Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, həmçinin, regionların 
tarazlı inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Məhz dayanıqlı iqtisadi artım makroiqtisadi sabitli-
yin əsasını təşkil etməlidir. 
Makro  səviyyədə  iqtisadi  sabitliyin  qorunub  saxlanılması  ölkənin  bütün  dövlət  xərclərinin 
davamlı və inflyasiya yaratmayan şəkildə idarə edilməsini tələb edir. 
Tədqiqatlar göstərir ki, inflyasiyanın surətli artımı ilk novbədə əhalinin yoxsul təbəqələrinə 
daha  ağır  zərbə  vuraraq,  yoxsulluq  həddindən  bir  az  yuxarı  səviyyədə  olan  ailələrin  yoxsulluğa 
duçar olmalarına gətirib çıxarır. Bu baxımdan makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın 
təmin edilməsi, ölkənin gəlir və xərclərinin səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir. 
Yoxsulluğun  azaldılması  hazırda  beynəlxalq  ictimaiyyət  qarşısında  duran  ümumbəşəri  bir 
problemdir.  Ölkəmizdə  bu  problemin  həlli  aktual  olsa  da,bu  sahədə  ciddi  nailiyyətlərin  əldə 
olunması  üçün irimiqyaslı maliyyə  resursları tələb olunurdu. Heydər Əliyevin  neft strategiyasının 
həyata  keçirilməsi,  “Əsrin  müqaviləsi”  çərçivəsində  ölkəmizə  maliyyə  vəsaitlərinin  daxil  olması 
yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin yaratdı. 
Sosial  siyasət  əhalinin  pul  gəlirlərinə,  həmçinin  nemət  və  xidmətlərin  lazımi  sayda 
istehsalına,  əhalinin  tələbatlarının  həcmi  və  strukturuna  təsir  göstərir.  Aparıcı  istiqamətlər  əmək 
haqqının,  gəlirlərin,  məşğulluğun  tənzimlənməsi,  işçilərin  əmək  keyfiyyətlərinin  yüksəldilməsi, 
sağlamlıq,  mədəni  və  təhsil  səviyyələrinin  dəstəklənməsi,  sosial  infrastrukturun  inkişafı,  sosial 
təminatla  bağlıdır.  Sosial  siyasətin  reallaşdığı  institusional  mühitin  səmərəliliyini  müəyyən  edən 
kəmiyyət göstəriciləri bilavasitə iqtisadiyyat, siyasət, mədəniyyət, səhiyyə mühitilə bağlıdır. Məlum 
olduğu kimi, iqtisadi vəziyyət məşğulluq və işsizlik məsələlərinə böyük təsir göstərir. Sosial iqtisadi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə