210
siyasət iş yerlərinin yaradılması yolu ilə həyata keçirildiyi halda işçi qüvvənin təklifinə uyğun olar
və bu zaman əmək bazarı daha yaxşı funksiyalaşar, işsizlik azalar [7].
Əhalinin sosial vəziyyəti, dövlətə və onun institutlarına inam bilavasitə yerlərdə dövlət
orqanlarının səmərəli funksiyalaşması ilə bağlıdır. Regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaş-
dırılması məqsədilə sərmayə qoyuluşu fəaliyyətinin genişləndirilməsi zəruridir. Sərmayələrin cəlb
edilməsi üçün ölkədə və regionda əlverişli şəraitin yaradılması tələb olunur.
ƏDƏBİYYAT
1. Mehbalıyev S.S., İskəndərov R.K.Əmək bazarı və əhalinin sosial müdafiəsi, Bakı-2002
2. Azərbaycan Respublikası Yoxsulluğun azaldılması və iqtisadi inkisaf üzrə
Dövlət Proqramı. 2008-2015.
3. Rəcəbli.H Azərbaycan Respublikasının sosial müdafiə sistemi, Bakı-2012
4. İmanov Q., Əkpərov R. Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis
modelləri. Sosial sistemlərin modelləşdirilməsi. LAP LAMBERT Academic Publishing,
Saarbrücken, Deutschland, 2013.
5. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı, Elm, 2006, -509s.
6. Тимофеева Г.В. Государственная социальная политика в РФ на современном этапе: опыт
рыночных трансформаций перспективы развития. Вестн. Волгогр. гос. ун-та. Сер.7,
Филос. 2012, № 1 (16), с.74-82.
7. Институты реализации социальной политики и услуг на макро и микроуровне. ©
Электронный
научный
журнал
Инженерный
вестник
Дона,
2007–2013.
http://www.ivdon.ru/magazine/archive/n4p2y2012/1464
ABSTRACT
A.Rustemov
A.Talıbov
DEVELOPMENT OF SOCIOLOGICAL RELATIONS
IN AZERBAIJAN REPUBLIC
The main aim of the state's economic policy should be to provide the optimal defense of the
sociological defense of the citizens of the country.Here, the dynamics of the social sociological
situation in Azerbaijan have been researched as a result of the economic reforms and the role of
these reforms has been assessed in the provision of their life level.
In this article, emphasizing the positive tendons of sociological politics, ways of solving the
problems that have emerged have been shown.
РЕЗЮМЕ
A.Рустамов
А.Талыбов
СОВЕРШЕНСТВОВАНИЕ СОЦИАЛЬНЫХ ОТНОЩЕНИЙ
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУВЛИКИ
Основная цель экономической политику государства является социальная защита в
оптимальной форме граждан государства. Здесь исследовано динамика социального
положения населения в результате экономической реформы проведенного в Азербайджане и
в обоспечение уровня жизни их были оценены эти реформы.
В статье с указанием политических тенденций социальной политики были также
указаны решения возникщих проблем.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
211
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
DİLSUZ QASIMOV
Naxçıvan Dövlət Universiteti
dilsuzqasimov1949@gmail.com
UOT: 631
KƏND TƏSƏRRÜFATININ MADDİ-TEXNİKİ TƏMİNAT SİSTEMİ, ONUN
TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ
Açar sözlər: aqrar sahə, islahatların aparılması, sahibkarlq fəaliyyəti, maddi-texniki
təminat, aqrolizinq, məhsul istehsalı
Key words: agrarian sector; reforms; entrepreneurship; material and technical support;
agroleasing; production
Ключевые слова: аграрная отрасль, проведение реформ, предпринимательская
деятельность, материально-техническое обеспечение, агролизинг, производство продукции
Kənd təsərrüfatında maddi-texniki təminat sistemi keçmiş Sovet dövlətinin təsərrüfat-
təşkilat fəaliyyətinin tərkib hissəsi olmaqla, bir neçə inkişaf mərhələsi keçmişdir. Kənd təsərrüfatın-
da elmi-texniki tərəqqinin surətli inkişafı bu sistemin funksiyalarının genişlənməsinə səbəb olmuş-
dur.Lakin uzun müddət mərkəzləşdirilmiş idarəetmə və planlı iqtisadiyyat şəraitində formalaşdırıl-
mış iqtisadi mexanizm və onun təkmilləşdirilməsi cəhdləri istehsalın səmərəliliyini istehsalçı və
istehlakçı arasındakı tarazlı inkişafı təmin etmədiyi üçün tələblə təklif arasındakı nisbət daha da
kəskinləşmişdir.(3)
1991-ci ildən öz müstəqilliyini qazanmış Azərbaycan respublikası planlı-inzibati sistemdən
demokratik prinsiplər əsasında qurulan və azad bazar münasibətlərinə söykənən yeni təchizat
sisteminə keçmiş,1995-ci ildən başlayaraq milli iqtisadiyyatda ciddi irəliləyişlər əldə edilmiş,
makroiqtisadi göstəricilərin artımına nail olunmuş, iqtisadi potensialın bərpasında və müasir
səviyyədə formalaşmasında həlledici rol oynayan sahibkarlıq fəaliyyətinin təməli qoyulmuş, kənd
təsərrüfatının maddi-texniki təminatı sisteminin inkişafına şərait yaranmışdır. (1)
Bir sıra inkişaf etmiş dünya ölkələrində - ABŞ-da Almaniyada, Belçikada, Hollandiyada,
İtaliyada və s. fermerlərə istehsal-texniki xidmət işini ixtisaslaşdırılmış “Texniki xidmət
kooperativləri” yerinə yetirir. Respublikamızda kənd təsərrüfatının konkret şəraitini, maddi-texniki
resurslarla təchizat vəziyyətini və aparılan islahatların nəticəsində yaradılmış müxtəlif növ
təsərrüfat qurumlarının istehsal-texniki xidmətlərə təlabatının ödənilmə vəziyyətini nəzərə almaqla,
kənd təsərrüfatının mexaniki vasitələrlə təchizatı yerli şəraiti nəzərə ala bilən maşınlar sistemi
yaratmaq istiqamətində həyata keçirilməlidir. Maşınlar sistemi dedikdə, istehsal prosesinin texnoloji
mərhələlər üzrə tətbiq olunan və bir-birinin işini ardıcıl surətdə tamamlayan müxtəlif maşınların
məcmusu başa düşülür. Bitkiçilikdə belə sistemə: torpağı becərən, gübrə verən, toxumsəpən və
əkən, əkinə qulluq edən, məhsul yığan,daşıyan və məhsulun satılmasını təmin edən və s. maşınlar
daxildir. Maşınlar sistemi əl əməyinin ardıcıl sürərətdə maşınla əvəz olunmasını təmin edir.
O,energetika ilə iş maşınları və mexanizmlərinin səmərəli əlaqələndirilməsidir.(2)
Mövcud texnikalar aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməyə imkan
verir. Yeni maşınlar sistemində traktorların gücünün, iş surətinin və enerji tutumunun yüksəldilmə-
si, avtomobillərin və traktor yedək arabalarının yükgötürmə qabiliyyətinin yüksəldilməsi, kənd
təsərrüfatı bitkilərinin intensiv və sənaye texnologiyası əsasında becərilməsi məqsədilə maşınların,
dənli bitkilər yığımında böyük en götürümlü kombaynların, texniki bitkilər üçün isə çoxcərgəli
yığım maşınlarının yaradılması və s. nəzərdə tutulur.
Kənd təsərrüfatının maddi-texniki təminat sistemində planlaşdırma işini həyata keçirərkən
bir sıra müxtəlif normalardan və iş normativlərindən geniş istifadə edilir. Traktorlara, kombaynlara,
avtomobillərə və başqa kənd təsərrüfatı maşınlarına olan təlabatı planlaşdırarkən mütərəqqi istehsal
Dostları ilə paylaş: |