228
ölkəmizdə resursların məhdudluğunu, maliyyə köməkliyi üçün kütləvi müraciətləri və ayrılmış kre-
ditlərin qaytarılmadığı hallarının tez-tez baş verməsini nəzərə alaraq maliyyə və texniki köməyə, re-
strukturizasiyaya ehtiyacı olan kiçik və orta müəssisələrin məcburi diaqnostikasını həyata keçirən
institutların yaradılması zəruridir. Bu vəsaitlərin qənaət olunmasına və onların məqsədəuyğun istifa-
də edilməsinə, həmçinin sahibkarların məsuliyyət və cavabdehliyinin yüksəldilməsinə imkan verə-
cəkdir.
-
Kiçik və orta sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin və dolayı maliyyə dəstəyinin güclü va-
sitəsi dövlət və ya regional proqramlar çərçivəsində kiçik və orta sahibkarlığın maliyyə resursları ilə
təmin edilməsi məqsədilə ayrılan kreditlərə dövlət təminatının verilməsidir. Bu cür proqramlar
ABŞ-da, Yaponiyada, Almaniyada və digər ölkələrdə mövcuddur. Məsələn, ABŞ-da 2002-ci ildə
kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə təminatın verilməsi üçün 17,5 mlrd dollar ayrılmış-
dır. ABŞ-da bu tipli 20-dən yuxarı ixtisaslaşdırılmışkreditləşdirmə proqramları mövcuddur. Qeyd
edək ki, bu cür sistemin respublikamızda inkişafı xüsusi (şəxsi) kapitalın cəlb edilməsi hesabına ki-
çik və orta sahibkarlığa dəstəyin maliyyə resursları bazasını əhəmiyyətli dərəcədə genişləndirməyə
imkan verəcəkdir.
-
ABŞ, Yaponiya və İngiltərədə geniş yayılmış kiçik və orta sahibkarlıq fəaliyyətinin investisiya
kreditləşməsi (investisiya yönümlü kredit verilməsi) təcrübəsi olduqca maraqlıdır. Bu təcrübənin
əsasını şəxsi kapitallarını istifadə etməklə və SBA təminatı altında alınmış kapitalı cəlb etməklə xü-
susi investisiya kompaniyaları (SmallBusinessİnvestmentCompanies – SBİC) şəbəkəsinin yaradıl-
ması təşkil edir. SBİC şəbəkəsi kiçik və orta sahibkarlıq fəaliyyətinə müxtəlif yönümlü investisiya
qoyuluşu həyata keçirir. Bu kompaniyalar səhm kapitalı, istiqraz vərəqəsi, uzunmüddətli borc verir,
həmçinin maliyyə resurslarının idarə edilməsi üzrə xidmətlər göstərirlər. Onların fəaliyyəti üçün
sövqedici stimul kiçik müəssisələrin uğurlu inkişafı və gələcək çiçəklənməsi halında SBİC-in mən-
fəətin bölüşdürülməsi prosesinin iştirakçısı olması ehtimalıdır.
-
Kəskin rəqabətli qloballaşan iqtisadiyyata daxilolma Azərbaycandan mövcud resursları iqtisadi
fəaliyyətin daha səmərəli istiqamətlərində təmərküzləşdirilməsini tələb edir. Qeyd edək ki, innova-
siya fəaliyyəti ölkəmizdə mövcud olan və kifayət qədər istifadə edilməyən yaradıcı və elmi-texniki
potensialdan daha tam istifadə olunmasına imkan verir. Kiçik və orta sahibkarlıq sektorunda inno-
vasiya fəaliyyətinin intensiv inkişafının və himayə edilməsinin vacibliyi elmi araşdırma institutları,
universitetlər və sınaq laboratoriyaları arasında qarşılıqlı əməkdaşlığın təmin edilməsi və bu işlərin
maliyyələşdirilməsi vəzifəsini qarşıya qoyur. Dünya praktikasında elmi tədqiqat və araşdırma işləri-
nin yerinə yetirilməsi məqsədilə müxtəlif idarələrin maliyyə resurslarının birləşdirilməsi təcrübəsinə
rast gəlinir. Məsələn, ABŞ-da innovasiya fəaliyyətinin himayə edilməsi məqsədilə “Kiçik və orta
sahibkarlıqda innovasiya araşdırmaları (SmallBusinessİnnovationResearch – SBİR)” və “Kiçik və
orta sahibkarlıq texnologiyalarının yayılması (SmallBusinessTechnology Transfer – STTR)” proq-
ramları yaradılmışdır. Bu proqramlar aparıcı federal idarələrin (məsələn, NASA) tematikası üzrə ki-
çik və orta sahibkarlıq sektorundakı müəssisələr tərəfindən həyata keçirilən elmi tədqiqat və araşdır-
ma işlərinin müsabiqə əsasında büdcə maliyyələşdirilməsini təmin edir. Texnologiyaların inkişaf et-
dirilməsi və təkmilləşdirilməsi STTR proqramı vasitəsilə həyata keçirilir ki, bu proqram kiçik
müəssisələrin qeyri-kommersiya araşdırma institutları ilə qarşılıqlı əlaqə qurmasını stimullaşdırır.
Fikrimizcə, bu təcrübəni nəzərə alaraq respublikamızda istər dövlət, istərsə də özəl sektor sahəsində
fəaliyyət göstərən kiçik və orta müəssisələrin elmi tədqiqat və araşdırma işləri üçün nəzərdə tutul-
muş maliyyə vəsaitlərinin birləşdirilməsi mümkünlüyünü gözdən keçirmək olar. Digər bir tərəfdən
ölkəmizdə kiçik və orta müəssisələrin elmi tədqiqat və araşdırma işlərinə marağını artırmaq məqsə-
dilə xüsusi fondların təsis edilməsi, fond və onun iştirakçıları tərəfindən elmi araşdırmanın temati-
kasının müəyyənləşdirilməsi, fikrimizcə, olduqca vacibdir.
-
Kiçik və orta sahibkarlıq sektorunun innovasiya fəaliyyəti ilə məşğul olan müəssisələrinin cid-
di problemlərindən biri intellektual mülkiyyətin hüquqlarının müdafiəsidir. Bununla əlaqədar olaraq
Yapon hökuməti intellektual mülkiyyətin müdafiəsini, yayılmasını və intellektual mülkiyyətin hü-
quqlarının milli qeydiyyat sisteminin təkmilləşdirilməsini təmin edən bir sıra təşkilati və qanunveri-
ci tədbirlər həyata keçirmişdir. Fikrimizcə, ölkəmiz reallığında kiçik müəssisələrin innovasiyaişlə-
mələrininpatentləşdirilməsi və başqa ölkələrdə yeni məhsullarının sertifikatlaşdırılması məsrəfləri-
229
nin maliyyələşdirilməsininməqsəduyğunluğu haqqında rəy vermək hüququna malik ekspert şurası
yaratmaq məqsədəuyğundur. Bu məsrəflərin maliyyələşdirilməsi üçün dövlət təminatı və güzəştli
kreditləşdirmə mexanizmindən istifadə etmək olar. Bu innovasiya fəaliyyəti ilə məşğul olan bir çox
müəssisələrə dünyəvi yeniliyə və rəqabət qabiliyyətliliyə malik işləmələrinpatentləşdirilməsi və ser-
tifikatlaşdırılması üçün vəsait əldə etməyə imkan verəcək, eyni zamanda, bu müəssisələrin dünya
bazarına çıxma imkanlarını asanlaşdıracaqdır.
-
Kiçik və orta sahibkarlığın gələcək inkişafına yönəldilə biləcək maddi və maliyyə resurslarının
məhdud olmasından çıxaraq Yaponiya və Böyük Britaniyanın təcrübəsinə müraciət etmək, fikrimiz-
cə, məqsədəuyğundur. Yaponiya və Böyük Britaniyanın təcrübəsi kiçik və orta sahibkarlığın inkişa-
fının prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə əsaslanır. Məsələn, Böyük Britaniyada 2000-
ci ildə maliyyə resurslarının istifadə edilməsininoptimallaşdırılması məqsədilə kiçik və orta sahib-
karlığın tənzimlənməsininikisəviyyəli prioritetlər sistemi qəbul edilmişdir. Bu sistemin analoji ola-
raq respublikamızda tətbiq edilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirək. Prioritetliyin birinci
səviyyəsi ümumdövlət tətbiq miqyasına uyğun olmalıdır və sosial-iqtisadi islahatlar üçün zəruri re-
sursların sürətli toplanmasına imkan yaratmalıdır. Prioritetliyin birinci səviyyəsi ölkənin sosial-iqti-
sadi inkişafı üçün strateji əhəmiyyətə malik konkret müəssisələr qrupunun inkişaf və himayə edil-
məsinin yüksək nəticəliliyini təmin edir. Prioritetliyin ikinci səviyyəsi sosial-iqtisadi inkişafın yerli
və regional məqsədlərinə uyğun gəlməlidir və daha effektiv, sürətlə inkişaf edən müəssisələrin,
həmçinin yüksək sosial əhəmiyyət kəsb edən müəssisələrin himayə edilməsi yolu ilə regionların so-
sial-iqtisadi inkişafına nail olmaq üçün kifayət qədər resurs toplamaqdır. Qeyd edək ki, müəssisələ-
rin bir neçə məqsədli prioritetlərə cavab verməsi halında, onlar bir neçə mənbədən maliyyə dəstəyi-
nin verilməsinə və əlavə güzəştlərin əldə edilməsinə ümid edə bilərlər.
Kiçik və orta sahibkarlıq fəaliyyətinin himayə edilməsi üzrə həyata keçirilən dövlət siyasəti-
nin inkişaf etmiş ölkələrdə istifadə edilən 5 əsas istiqamətini ayırmaq olar:
1.
vergi stimullaşdırılması;
2.
dövlət tədatükü;
3.
gömrük-tarif tənzimlənməsi;
4.
dövlət subsidiyalaşdırılması;
5.
standartlaşdırma.
Eyni alətlər dövlətlər tərəfindən sahədəki mövcud vəziyyətdən asılı olaraq müxtəlif məqsədlə-
rə nail olmaq üçün istifadə oluna bilər. Qeyd edək ki, istifadə olunan bu alətlər müxətlif təsirlər do-
ğura bilər. Məsələn, aşağı idxal paylı seqmentlərdə daxili istehsal həcminin artırılması və kompani-
yaların dünya bazarlarına çıxmasına köməklik göstərilməsi, müəssisələrin rəqabət qabiliyyətlilik sə-
viyyəsinin saxlanılması məqsədilə modernləşdirilməsi üçün vergi güzəştləri və ya subsidiyalaşdır-
ma kimi tənzimləmə alətlərindən istifadə edilə bilər. İdxal bu zaman stabil olmaqla aşağı səviyyədə
qalacaqdır və onun stabilliyi logistik (maddi-texniki) mülahizələrlə, ayrı-ayrı istehlakçıların istehlak
prioritetləri ilə, texnoloji asılılığın hakim olması ilə izah olunur. İdxaldan asılı olan sektorlarda ver-
gi güzəştləri və ya subsidiyalaşdırma kimi tənzimləmə alətlərindən istifadə müəssisələrin rəqabət
qabiliyyətliliyini yüksəldir və idxalı əvəzetməni stimullaşdıran mexanizm olur [7,8].
İnkişaf etmiş xarici ölkələr kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafının stimullaşdırılma-
sı üçün vergi güzəştləri mexanizmini fəal surətdə tətbiq edirlər. Məsələn, İsveçdə ötən ilin səviyyəsi
ilə müqayisədə cari ildə (2016-cı ildə) firmalar araşdırma işlərinə sərf etdikləri məsrəflərin 10%
həcmində vergi məbləğindən azad edilmişlər. Fransa və Almaniyada araşdırma işlərinə və işləmələ-
rə sərf edilən cari məsrəflər hesabdan silinə bilər. Vergi araşdırma krediti Böyük Britaniya, Belçika,
Danimarka, Avstraliya, Avstriya, Macarıstan, İspaniya, Portuqaliya, Kanada, Fransa, Norveç, ABŞ,
Yaponiya, Meksika və Cənubi Koreya kimi ölkələrdə tətbiq edilir. İspaniya, Böyük Britaniya, Al-
maniya və İsveç kimi ölkələr kiçik və orta sahibkarlığın innovasiyayönümlü fəaliyyətini stimullaş-
dırmaq üçün dolayı vergilərdən istifadə edirlər. Qeyd edək ki, hazırda bu ölkələrdə innovasiya təyi-
natlı əmtəələr üzrə ƏDV normasının diferensiallaşdırılmasının tətbiq edilmə mümkünlüyü nəzərdən
keçirilir.
Bir çox tədqiqatçılar və kompaniyalar səhm satışından əldə edilən mənfəətdən alınan vergi
normasının azaldılmasını vergi stimullaşdırılmasının ən perspektiv növü adlandırırlar. Bu təcrübə-
Dostları ilə paylaş: |