Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   116   117   118   119   120   121   122   123   ...   164

244 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
KƏMALƏ TƏHMƏZBƏYOVA  
 
 
 
 
 
 
 
 
 Naxçıvan Dövlət Universiteti 
UOT: 336 
      İNFRASTRUKTUR AQRAR SAHƏLƏRİN TƏKANVERİCİ QÜVVƏSİDİR 
 
Açar sözlərbazar münasibətləri , region, infrastruktur, xidmət, son məhsul, əmək sərfi. 
Key wordsmarket relations: region, infrastructure , service, final product ,  labor expence. 
Ключевые  слова:  рыночное  отношения,  регион,  инфраструктура,  услуга,  конечная 
продукция, затрады труда. 
İnsan  yarandığı  bir  dövrdən  tələb  onunla  qoşa  mövcud  olmuşdur.  Lakin  ilkin  mərhələdə 
tələbin mahiyyəti açıqlanmamış insan idrakının inkişafında yeri və rolu dərk edilməmişdir. Qısaca 
desək, insan öz maddi və mənəvi təlabatını ödəmək üçün primitiv istehsala girmiş sərf etdiyi əmək 
onun nitqini və düşünmək qabiliyyətini inkişaf etdirmişdir. Zənnimcə ilkin tələbin iki istiqamətini 
fərqləndirsək  yerinə  düşər.  Yəni  insan  təlabatı  onun  yaşadığı  zaman  və  şəraitə  uyğun  şəkildə 
formalaşır desək yanılmarıq. Qədim insanların birinci tələbi fizioloji , yəni yeməyə, geyməyə və s. 
olan  tələbi.  İnsanların  fizioloji  tələblərini,  meşə  və  heyvan  mənşəli  qidalarla  ödəmiş  və  onları 
təbiətdən hazır şəkildə yəni yalnız toplamağa, yığmağa əmək sərf etməklə almışdırlar.  
İkinci  vəhşi  heyvanlardan  və  təbiət  hadisələrindən  qorunmağa  olan  tələbi.  Əvvəlcə  buna 
qaçmaq qayalara dırmaşmaq, daşla vurmaq ,  mağaralarda gizlənməklə nail olmuşdular. İnsanların 
artımı onların qidaya ,  geyim və qorunmaya olan təlabatlarını da artırmışdır. Beləliklə, insanlar öz 
təlabatlarını ödəmək məqsədi ilə istehsala başlamış və tədricən öz düşüncə və davranışlarına uyğun 
olaraq  primitiv  infrastruktur  yaratmışdırlar.  Maddi  təlabatın  ödənilməsinə  olan  ehtiyac  onları  bir 
çox işlərə vadar etmiş -cığırlar salmış, qayalara dırmanmaq ( ov ovlamaq ) üçün bəlli istiqamətlər 
seçmiş,  daş  əmək  alətləri  yaratmış,  vəhşi  heyvanları  əhilləşdirib,  onların  südündən  ətindən 
dərisindən  istifadə  etmiş,  onlar  üçün  tövlələr  yaratmışdırlar.  İkinci  təbii  hadisələrdən  və  vəhşi 
heyvanlardan, küləkdən, soyuqdan, yağışdan və başqa qəbilələrdən qorunmaq məqsədilə qamışdan, 
palma  yarpaqlarından  komalar,  sümük,  daş  alətlər  düzəltmiş,  onları  saxlamaq  üçün  bəlli  yerlər 
seçmişdirlər.  
Üçüncü dincəldikləri və ya ovdan qabaq müəyyən ayinlər, rəqslər, şənliklər icra etmişdirlər 
ki,  bu  zaman  onlar  müxtəlif  geyimlərdən,  qablardan,  alətlərdən  istifadə  edərək  öz  mənəvi 
təlabatlarını  da  ödəmişdilər.  Beləliklə,  insan  şüurunun  inkişafı  onun  mənəvi  təlabatını 
formalaşdırmışdır.  Yemək,  geymək,  qorunmaq,  ayin,  rəqs,  şənliklər  üçün  istifadə  olunan  komalar 
sümük, daş alətlər, qablar, silahlar.ov və gəzinti üçün cığırlar, yollar o zamankı infrastruktur rolunu 
oynamışdır.  Deməli,  hər  hansı  bir  sahənin  inkişafında  və  məkandan  asılı  olmayaraq  infrastruktur 
böyük rol oynamışdır. Zaman keçdikcə insan inkişaf etmiş, çoxalmış onun tələbi də genişlənərək, 
şaxələnərək,  müxtəlif  növlü  təlabatlar  yaratmışdır.  Lakin  XXI  əsrdə  də  fizioloji  tələb  ön  planda 
saxlanılır.  Çünki  insan  öz  fiziki  gücünü  bərpa  etmədən  digər  tələblərin  ödənilməsi  üçün  çalışa 
bilməz. Bu gün dünyamızda baş verən qlobal dəyişikliklər surətli insan artımı ilə müşayət olunur. 
Bu məqsədlə statistikaya nəzər salsaq görərik ki, bizim eranın əvvəllərində insanların sayı 150-200 
milyon. bizim eranın 1000-ci ilində təqribən 300 milyon, 1850-ci ildə bir milyard,1930-cu ildə iki 
milyard, 1960-cı ildə 3 milyard,1976-cı ildə isə 4 milyarda çatmış hazırda 7 milyarda çatmaqdadır. 
(3-244s) . 
Dünya  əhalisi  və  təbii  sərvətlər  ölkələr  üzrə  qeyri-bərabər  yerləşmişdir.  Buna  baxmayaraq 
hər bir ölkə ən azından öz əhalisinin fizioloji təlabatının ödənilməsində fəal iştirak etməlidir. İkinci 
dünya  müharibəsindən  sonra  əhalinin  surətli  artımı  qeydə  alınır.  Bu  artan  tələbi  formalaşdırır. 
Təlabatın ödənilməsi dünya ölkələri üzrə qeyri-bərabər xarakter almışdır. Yəni dünyada aclıq çəkən 
əhali  müəyyən  regionlar  üzrə  çoxluq  təşkil  etməkdədir.  Məsələn,  aclıq  çəkən  əhalinin  ərzaq 


245 
məhsullarına olan təlabatını ödəmək məqsədilə 1944-1945-ci illərdə yaranmış BMT-nin tərkibində 
FAO təşkilatı yaradıldı. Bu təşkilat üzv ölkələr üçün ərzaq təhlükəsizliyi proqramı işləyib hazırladı. 
Əslində FAO təşkilatının məqsədi dünya miqyasında aclıq çəkən əhalinin ərzaq məhsullarına olan 
təlabatını  ödəmək  və  eyni  zamanda  bəzi  zəif  inkişaf  etmiş  ölkələrdə  aclıq  və  yoxsulluqla 
mübarizədə  bu  ölkələrə  yardım  göstərməkdən  ibarətdir(2-168).  Müxtəlif  qlobal  təşkilatlar, 
hökumətlər  tərəfindən  görülən  tədbirlər  nəticəsində,  II  Dünya  müharibəsindən  sonra  ,  dünyada 
ərzaq  istehsalı  artan  əhali  istehlakını  2  dəfə  ötüb  keçmişdir.  Lakin  bu  ərzağın  60-70%-i  inkişaf 
etmiş ölkələrin payına düşür. İnkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə dünya əhalisinin 
böyük  hissəsi  toplandığı  halda  ərzaq  istehsalı  məhsulları  bu  ölkələrdə  40-30%  təşkil  edir. 
Beynəlxalq miqyasda ərzaq probleminə diqqət yetirilməsinin nəticəsidir ki, BMT -nin təşəbbüsü ilə 
1996-cı  ildə  "  Ümumdünya  ərzaq  təhlükəsizliyi  haqqında  Roma  deklarasiyası  "  qəbul  edilmişdir. 
2000-ci  ilin  sentyabrında  Nyu-Yorq  şəhərində  BMT  tərəfindən  91  ölkənin  dövlət  başçılarının 
iştirakı  ilə  minilliyin  Samiti  keçirilmişdir.  Bu  sammitdə  möhtərəm  Heydər  Əliyev  də  iştirak 
etmişdir(2-20s).  Azərbaycan  "1996-cı  ildən  FAO  təşkilatının  üzvüdür  və  2000-ci  ildə  Ulu  Öndər 
tərəfindən ölkə əhalisinin ərzaq məhsullarına olan təlabatını yerli istehsal hesabına ödəmək məqsədi 
ilə ərzaq təhlükəsizliyi haqqında proqram qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının qəbul 
etdiyi  "2005-2010-cu  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  kartofçuluğun  inkişafına  dair 
Dövlət Proqramı", Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafın 
dövlət  Proqramı",  "2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq 
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "2012-2015-ci illərdə Naxçıvan Muxtar 
Respublikasında  meyvəçiliyin  və  tərəvəzçiliyin  inkişafı  üzrə  Dövlət  Proqramında  Muxtar 
Respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar bir çox məsələlər öz əksini 
tapmışdır.  
 2012-ci  il  aprel  ayının  19-da  Bakıda  keçirilən  BMT-nin  ərzaq  və  Kənd  Təsərrüfatı 
Təşkilatının  (FAO)  Avropa  üzrə  28-ci  regional  konfransı  keçirilmişdir.  Konsfrasda  iştirak  edən 
Prezident  İlham  Əliyev  demişdir  ki,  "  Biz  qarşıya  hədəf  qoymuşuq  ki,  özümüzü  əsas  ərzaq 
məhsulları ilə tam şəkildə təmin  etməliyik.  Bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Hazırda 
biz özümüzü əsas qida məhsulları ilə böyük dərəcədə təxminən 80-90% səviyyəsində təmin edirik”. 
Sonra  FAO  təşkilatının  rəhbəri  qeyd  etmişdir  ki,  ildə  3  milyard  ton  ərzaq  məhsulu  xarab 
olmaya məruz qalır. Bu əsasən inkişaf etmiş ölkələrin payına düşür.  
Əslində bu qlobal infrastrukturun (daşınmanın çatdırılmanın zəifliyi) zəif qiymətlərin baha 
olması  ucbatından  baş  verir.  Əslində  ərzaq  məhsullarının  yeni  alınmış  sortları  xarab  olmaya, 
çürüməyə  qarşı  çox  davamlıdır.  Qeyd  edək  ki,  bu  problem  yalnız  qlobal  təşkilatların  və  üzv 
ölkələrin birgə səyləri nəticəsində aradan qaldırıla bilər. Zənnimcə aşağıdakı bəzi məsələlər qlobal 
ərzaq təhlükəsizliyinin aradan qaldırılmasında müəyyən rol oynaya bilər.  
1. FAO təşkilatının dəstəyi ilə üzv ölkələrdə müəyyən kənd təsərrüfatı məhsullarının, sortların 
yetişdirilməsinə və ixtisaslaşdırılmasına dəstək  
2.  İnkişaf  etməkdə  olan  və  zəif  inkişaf  etmiş  ölkələrdə  kənd  təsərrüfatı  infrastrukturunun 
yaradılmasına  innovativ  kənd  təsərrüfatı  məhsullarının  yetişdirilməsinə  maddi  və  mənəvi 
dəstək. 
3. İxtisaslaşdırılmış məhsulların mübadiləsi məqsədilə üzv ölkələrin səyləri ilə birgə regionlar 
arası  yolların  (hava,  su,  dəmir,  şose  və  s.)  bərpası  və  yenilərin  yaradılması,  daşınma 
xərclərinin münasibliyinin təşkili məqsədilə ƏDV və bəzi rüsumların aradan qaldırılması. 
4.  Qlobal  iqtisadi  təhlükəsizliyin  və  o  cümlədən  ərzaq  təhlükəsizliyinin  aradan  qaldırılması 
məqsədi ilə səylərin birləşdirilməsi 
5.  Terorizmlə  mübarizə,  islama  fobiyanın  aradan  qaldırılması,  dünyada  siyasi  sabitliyə  nail 
olunması. 
6.  Qlobal  təhlükə  törədən  xəstəliklərin  uşaq  ölümlərinin  və  ekoloji  təhlükənin  aradan 
qaldırılması  məqsədi  ilə  beynəlxalq  səviyyədə  təkliflərin  dinlənilməsi  və  tədbirlərin 
görülməsi. 
7.  Ölkələrdə  və  qlobal  aləmdə  multikulturalizmin  təşkili  və  sərhəd  pozuntularına  qarşı  birgə 
mübarizə. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə