Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə122/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   118   119   120   121   122   123   124   125   ...   164

248 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
RƏŞADƏT YAQUBLU  
Naxçıvan Dövlət Universitetinin 
UOT:330 
DAVAMLI İNKİŞAF VƏ YOXSULLUQ PROBLEMİ:  
SOSIAL-FƏLSƏFİ YANAŞMA 
 
Açar sözlər: davamlı inkişaf, sosial problemlər, yoxsulluq, tələbat 
Key words: 
sustainable development, social problems, poverty, need 
Ключевые слова:
 устойчивое развитие, социальные проблемы, бедность,
 
потревность 
Azərbaycanda  davamlı  inkişaf  konsepsiyasına  keçidin  əsas  məqsədlərindən  biri  yoxsulluq 
probleminin  azaldılması  olmuşdur.  Təbii  olaraq  ortaya  belə  bir  sual  çıxır:  davamlı  inkişaf  və 
yoxsulluq  problemi  arasında  hansı  əlaqə  mövcuddur?  Əvvəla  qeyd  edilməlidir  ki,  bütövlükdə 
davamlı inkişaf konsepsiyasının üç tərkib hissəsindən biri sosial problemlərdir. Ümumiyyətlə sosial 
problemlər hər hansı bir cəmiyyətdə bu və ya digər dərəcədə mövcud olan yoxsulluq problemini də 
özündə  ehtiva  edir.  Məsələyə  kompleks  yanaşdıqda  davamlı  inkişaf  konsepsiyasına  keçid 
prosesində yoxsulluq probleminin də həll edilməsi zərurəti burada aşkar görsənir. 
İkincisi,  konsepsiyada  qeyd  olunmuşdur  ki,  davamlı  inkişaf  bütün  insanların  bərabər 
səviyyədə  ən  zəruri  tələbatlarının  ödənilməsini  tələb  edir.  Eyni  zamanda,  əgər  qısa  şəkildə  şərh 
etsək  davamlı  inkişafın  başlıca  məqsədi  gələcək  nəsillərin  payına  toxunmadan,  indiki  nəslin 
tələbatının ödənilməsidir. Bu mənada davamlı inkişaf bir-biri ilə sıx bağlı olan iki mühüm anlayışı 
özündə ehtiva edir: 
1)  Tələbat  anlayışı,  o  cümlədən  əhalinin  yoxsul  təbəqəsinin  mövcudluğu  üçün  zəruri  olan 
əsas tələbat anlayışı;  
2) Daha çox texnoloji vəziyyət və cəmiyyət həyatı ilə, eyni zamanda ətraf mühitin indiki və 
gələcək nəsillərin tələbatını ödəyə bilmək qabiliyyəti ilə şərtlənən məhdudlaşdırma anlayışı. 
Yuxarıda  göstərilən  bu  anlayışlardan  göründüyü  kimi,  davamlı  inkişafın  əsas  vəsifəsi 
insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə olunur ki, bu da  yoxsulluqla birbaşa əlaqəlidir. 
Ona  görə  də  davamlı  inkişaf  və  yoxsulluq  problemləri  bir-biri  ilə  qarşılıqlı  şəkildə  əlaqəlidir.  Bu 
baxımdan da müvafiq siyasi, iqtisadi və sosial məsələlərin kompleks şəkildə tədqiq olunması daha 
məqsədə uyğundur (1.s.63). 
Mövcud  problemin  təhlili  ilk  növbədə  yoxsulluq  anlayışının  məzmun  etibarilə 
müəyyənləşdirilməsini  tələb  edir.  Müasir  ədəbiyyatlarda  yoxsulluq  anlayışı  həyat  səviyyəsi 
anlayışının sinonimi kimi də işlədilir. Həyat səviyyəsi sosial-iqtisadi koteqoriya olub cəmiyyətin və 
sosial inkişafın meyarı olmaqla, müasir şəraitdə iqtisadi islahatların həyata keçirilməsində mühüm 
konseptual  istiqamət  kimi  çıxış  edir.  Həyat  səviyyəsi  ölkə  iqtisadiyyatının  dinamikası  və  onun 
keyfiyyətinin son nəticəsi kimi başa düşülür. Həyat səviyyəsinin səciyyəsi həyat keyfiyyəti, maddi 
rifah,  yoxsulluq  göstəriciləri  ilə  müəyyənləşir,  bu  göstəricilərin  hər  birinin  həyat  səviyyəsinin 
formalaşmasında xüsusi və qarşılıqlı əlaqədə təsiri mövcuddur. Həyat səviyyəsinin əsas göstəriciləri 
aşağıdakılardır: 
1)
 
ÜDM-in həcmi, artımı, onun adambaşına düşən miqdarı; 
2)
 
ÜDM-in tərkibində, istehlak fondunun ümumi həcmi və onun adambaşına düşən səviyyəsi; 
3)
 
Əhalinin  gəlirləri,  xərcləri,  minimum  əməkhaqqı,  orta  əməkhaqqı,  bəzi  məhsulların 
istehlakının natural və dəyər göstəriciləri (çörək, ət, su və s.); 
4)
 
Səhiyyə,  təhsil  sahəsində  istehlak  hər  nəfərə  düşən  iqtisadi  və  sosial  göstəricilər.  Ekoloji 
mühit, təbii artım, orta ömür, təhsil və s. 
5)
 
Təhlükəsizlik göstəriciləri (2.s.83-84). 


249 
Yoxsulluq  anlayışının  həyat  səviyyəsi  anlayışı  ilə  eyniləşdirilməsinə  baxmayaraq,  onun 
ayrıca  tədqiqinə  ehtiyac  aradan  çıxmışdır.  Çünki,  yuxarıdakı  iqtibasdan  da  görünür  ki,  həyat 
səviyyəsi məzmun etibarilə yoxsulluqdan daha genişdir. Eyni zamanda yoxsulluq anlayışının tarixin 
müxtəlif dövrlərində fərqli dəyərləndirilməsi onun mahiyyəti üzərində sosial-fəlsəfi diskursu zəruri 
edir. 
Qeyd  etmək  lazımdır  ki,  yoxsulluq  sosial  fenomen  olaraq  sənaye  cəmiyyətində  təzahür 
etmişdir. Lakin, bu heç də o demək deyil ki, o vaxta qədər insanlar rifah içərisində yaşamış, heç bir 
maddi  çətinlik  görməmişlər.  Tarixin  müxtəlif  mərhələlərində  bəşəriyyət  aclıq  və  yoxsulluqla 
nəticələnən  edən  çoxsaylı  fəlakətlərlə  qarşılaşmışdır.  Məsələ  ondadır  ki,  yoxsulluq  insanların 
şüurunda  nəinki  problem  kimi  əksini  tapmamış,  hətta  bəzən  müsbət  hal  kimi  dəyərləndirilmişdir. 
Hələ  Qədim  Yunanıstanda  kiniklər  məktəbinin  Antisfen,  Sinoplu  Diogen  kimi  nümayəndələri 
yoxsulluğu vəsf etmiş, var-dövləti insan xoşbəxtliyinə əngəl saymışlar. 
Ümumiyyətlə, 
sənayeyəqədərki, 
yaxud 
marksizm 
terminologiyası 
ilə 
desək 
kapitalizməqədərki  cəmiyyətlərdə  yoxsulluq  normal,  hətta  ideal  mövcudluq  forması  hesab 
edilmişdir.  Bu  da  öz  əksini  “yoxsul”  rahib  təkşilatlarının  yaranmasına  və  yoxsul  həyat  tərzinin 
kanonlaşdırılmasında  tapmışdır.  Başqa  sözlə  desək  “ehtiyac”  həyat  şəraitini  mənəvi  baxımdan 
nəcibləndirən amil kimi qəbul edilmişdir (3.s.474).  
Bəzi  fəlsəfi  və  sosioloji  təlimlərdə  yoxsulluğun  qəbul  edilməsi,  iqtisadi  inkişafa  az 
əhəmiyyət  verən,  lakin  zahidliyi  təqdir  edərək  maddi  deyil,  mənəvi  zənginləşməyə  əsaslanan 
dəyərlər  sistemində  öz  əksini  tapmışdır.  Macar  sosioloqu  K.Polaninin  fikrincə,  belə  münasibət 
fərdin  şəxsi  zənginləşməsi  üçün  yox,  cəmiyyətdə  öz  imtiyazlı  movqeyini  qurmaq  məqsədilə 
fəaliyyət  göstərdiyi  mübadilə  və  bölgünün  qeyri-bazar  sisteminin  fərqləndirici  xüsusiyyəti 
olmuşdur.  Maddi  predmetlər  fərd  üçün  bu  məqsədə  xidmət  etdiyi  qədər  əhəmiyyət  daşımışdır. 
Yaşamaq uğrunda mübarizənin  kollektiv həll olunması, ayrıca insanın iqtisadi maraqları  isə nadir 
hallarda ön plana çıxarılmışdır (4.s.58). 
Yalnız  XVIII  əsrdən  sonra  yoxsulluq  probleminə  münasibət  dəyişmişdir.  XIX  əsrdə 
formalaşmağa  başlamış  sosilogiya  elmi  yoxsulluğu  insan,  yaxud  cəmiyyətin  mahiyyətində  olan 
mövcud bir fakt kimi dəyərləndirmişlər. 
Beynəlxalq  praktikada  yoxsulluğun  müəyyənləşdirilməsinin  üç  konsepsiyası  mövcuddur: 
mütləq, nisbi və subyektiv. 
Mütləq  yoxsulluq  konsepsiyası  yoxsulluq  həddi  anlayışı  ilə  sıx  bağlıdır.  Yoxsulluq  həddi-
nəzərdə  tutulan  gəlirlərin  elə  səviyyəsidir  ki,  fərdin  ondan  az  gəlir  əldə  etməsi  onun  yoxsulluğu 
sayılır. Mütləq yoxsulluq gəlirləri, yaxud istehlak səbəti yoxsulluq həddindən aşağı olan insanların 
sayı ilə ölçülür. Dünya Bankı mütləq yoxsulluq həddini (2007-ci il üçün) belə müəyyənləşdirmişdir: 
fərdin gündəlik gəlirləri 1,25 ABŞ dollarından azdırsa, onda fərd mütləq yoxsul hesab edilir. 2015-
ci ildə isə müvafiq rəqəm 1,9 ABŞ dolları qəbul edilmişdir. 
Nisbi  yoxsulluq  mütləq  yoxsulluğa  qarşı  qoyulur.  Nisbi  yoxsulluq  ölçüsü  nisbi  yoxsulluq 
həddinin  müəyyənləşdirilməsi  ilə  bağlıdır  və  əhalinin  ümumi  gəlirlərinin  adam  başına  düşən 
miqdarının mütləq yoxsulluq həddi ilə müqayisə nəticəsində təyin edilir. 
Subyektiv  yoxsulluq  konsepsiyası  isə  belə  bir  müddəaya  əsaslanır  ki,  bu  zaman  fərd  özü 
müəyyənləşdirir: o nə qədər yoxsuldur. 
Azərbaycan  iqtisadçısı  prof.  Ə.Q.Əlirzayevin  fikrincə  yoxsulluq  nisbi  göstəricidir  və 
proqram xarakterli tədbirlərin nəticəsində həll olunur. Müasir şəraitdə yoxsulluq həddi və bu həddə 
yaşayanların ümumi sayı, onların azalması tempi proqram xarakterli dövlət siyasətinin əsasını təşkil 
edir.  Yoxsulluğun  həddi  adambaşına  düşən  gəlirlərlə  qiymətləndirilir.  Məsələn,  Dünya  Bankının 
hesablamalarına  görə  hər  hansı  bir  ölkədə  yoxsulluğun  aşağı  səviyyəsinin  əsas  göstəricisi  həmin 
ölkədə mövcud olan yoxsul ailələr sayılır. Yoxsulluğun aradan qaldırılması dövlətin prioritetləri və 
proqramları üçün əsas konsepstual inkişaf istiqamətidir. 
Azərbaycan  Respublikasında  yoxsulluqla  mübarizə  dövlətin  sosial  siyasətinin  aparıcı 
istiqamətlərindən  biri  olmuşdur.  Belə  ki,  müstəqilliyini  əldə  etdikdən  sonra  digər  ittifaq 
respublikalarında  olduğu  kimi  Azərbaycan  Respublikasında  da  müəyyən  çətinliklər,  iqtisadi 
problemləryaranmışdır.  Lakin,  bu  çətinliklərə  baxmayaraq,  ölkənin  malik  olduğu  təbii 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə