Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə124/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   120   121   122   123   124   125   126   127   ...   164

252 
davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir(8). Qəbul edilmiş Proqramda aşağıdakı doqquz 
əsas strateji məqsəd müəyyən edilmişdir: 
-makroiqtisadi  sabitliyi  saxlamaqla  və  qeyri-neft  sektorunu  tarazlı  inkişaf  etdirməklə  davamlı 
iqtisadi artımın təmin edilməsi; 
-əhalinin  gəlir  əldə  etmək  imkanlarının  genişləndirilməsi,  yoxsul  əhalinin  sayının  əhəmiyyətli 
dərəcədə azalmasına nail olmaq; 
-səmərəli sosial müdafiə sisteminin inkişaf etdirilməsi, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial 
cəhətdən xüsusilə həssas qurupların sosial riskinin azaldılması; 
-qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə 
davam etdirilməsi; 
-təhsil və səhiyyə sahəsində əsas xidmətlərin keyfiyyətinin yüksəldilməsi və onları əldə etmək üçün 
bərabər imkanların yaradılması; 
-sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi; 
-ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin davamlı idarə olunmasının təmin edilməsi; 
-gender bərabərliyinin dəstəklənməsi; 
-institusional islahatların davam etdirilməsi və dövlət idarəetmənin təkmilləşdirilməsi. 
Müəyyənləşdirilmiş  məqsədlərdən  aydın  görünür  ki,  burada  cəmiyyət  həyatının  bütün 
sferaları  diqqət  mərkəzinə  gətirilmiş,  cəmiyyətin  davamlı  və  kompleks  inkişafını  təmin  edəcək 
tədbirlər planı nəzərdə tutulmuşdur. 
Qarşıya  qoyulmuş  strateji  məqsədlərə  nail  olmaq  üçün  otuz  dörd  hədəf  müəyyənləş-
dirilmişdir.  Bu  hədəflərdən  ən  mühümləri  bunlardır:  adambaşına  ÜDM-in  həcmini  iki  dəfə 
artırmaq;  yoxsulluğun  səviyyəsinin  iki  dəfə  azaldılmasına  nail  olmaq;  işsizlik  səviyyəsini  3-4% 
həddinədək  azaltmaq;  minumum  əməkhaqqını  və  əmək  pensiyalarının  baza  hissəsinin  mütəmadi 
olaraq artırılmasını təmin  etmək;  ana ölümü və  uşaqlar arasında ölüm hallarının səviyyəsinə  görə 
Avropa ölkələri üzrə orta göstəriciyə çatmaq; bütün əhalini keyfiyyətli içməli su ilə təmin etmək; 
ölkənin şəhər və qəsəbələrini su təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin etmək 
və s. 
Aparılmış uğurlu iqtisadi-siyasət nəticəsində müəyyən irəliləyiş və inkişafa nail olunmuşdur. 
Xüsusilə  sosial  sferaya  yönəlik  tədbirlər  bəhrəsini  vermiş,  müvafiq  sferanın  davamlı  inkişafı 
istiqamətində ciddi addımlar atılmışdır. Deyilənləri proqramın gerçəkləşdirildiyi bir il ərsində əldə 
edilmiş  uğurlar  da  təsdiqləyir.  Bunun  statistik  göstəricilərdə  necə  əksini  tapmasına  nəzər  yetirək: 
ümumi  daxili  məhsulun  həcmi  9,3%  artmış,  adambaşına  düşən  ümumi  daxili  məhsulun  həcmi 
3917,3  manat  təşkil  etmiş,  əhalinin  gəlirləri  8%,  ölkə  iqtisadiyyatında  çalışan  işçilərin  orta  aylıq 
əmək  haqqı  8,6%  artımı,  sosial  müdafiə  və  sosial  təminat  üçün  ayrılan  büdcə  vəsaitlərinin  həcmi 
24,6% çoxalmışdır. 2010-cu il yanvar ayından növbəti dəfə yaşayış minumumu və uşaq doğulduqda 
ödənilən müavinətin həcmi artırılmışdır. Bu dövrə qədər ünvanlı sosial  yardım proqramı 663 min 
nəfəri əhatə etmişdir. Proqramın icra edildiyi bir il ərzində ölkədə 74 min yeni iş yeri açılmışdır ki, 
bunun da 70%-i regionların payına düşür. Bu isə ölkədə icra edilən vahid strateji xətt qarşıda duran 
sosial problemlərin üzrə gerçəkləşdirilməsinin göstəricisi hesab oluna bilər. İş  yerlərinin açılması, 
məşğulluğun və onun davamlı olaraq yoxsulluğun azaldılmasına müsbət təsir göstərmişdir. Belə ki, 
bir il ərzində yoxsulluq səviyyəsi 11%-dək azalmışdır (8). 
Bütün  bu  statistik  göstəricilər  məqalədə  tədqiq  olunan  davamlı  inkişafa  keçilməsinin 
yoxsulluğun  azaldılmasına  müsbət  təsir  etdiyini  göstərən  faktlardır.  Məhz  bu  məqamlar  mövcud 
məqalənin nəzəri və praktiki əhəmiyyətinin qarşılıqlı əlaqəsini göstərən şərtlərdir. 
 
 
 


253 
ƏDƏBİYYAT  
 
1.
 
Rzayev  İ.  Azərbaycan  respublikasında  regionların  davamlı  social-iqtisadi  inkişafı:  mövcud 
vəziyyət və gələcək perspektivlər, Bakı, Elm, 2010, 468 s. 
2.
 
Əlirzayev  Ə.Q.Sosial  sferanın  iqtisadiyyatı  və  idarə  edilməsi  (dərs  vəsiati),  Bakı6  İqtisad 
Universiteti, 2010,326 s. 
3.
 
Poverty// The Encyclopaedia Americana. Danbury, Conn/Americana Corp, 1979, s.474. 
4.
 
Поланьи  К.  Великие  трансформацие:  Политические  и  экономические  истоки  нащего 
времени, СПб.: Алатея, 2002, с.58. 
5.
 
Hüseynov Sakit. Davamlı insan inkişafı strateji istiqamətləri, Bakı, Adiloğlu, 2003.(264)s.17. 
6.
 
The World Bank, 2007, Understanding Poverty. 
7.
 
Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  Dövlət  Proqramı,  2003-2005,  Bakı, 
R.N.Novruz-94, 2003, 306 s.  
8.
 
www.minenerqu.gov.az 
ABSTRACT 
Rashadat Yagublu  
 
The article analyzes the role and significance of the concept of sustainable development in 
the  elimination  of  poverty  problems.  First  of  all,  the  link  between  the  concept  of  sustainable 
development and the problem of poverty is revealed. At the same time, the concept of poverty was 
described  from  the  socio-philosophical  point  of  view  at  different  stages  of  history,  the  types  of 
absolute,  relative  and  subjective  poverty  were  uncovered,  information  was  given  on  the  attitude 
towards  poverty  in  the  countries  of  the  world.  The  article  also  analyzed  the  measures  taken  to 
address the problem of poverty in Azerbaijan, including state programs and their final results, and 
underlined the social significance of these documents. 
 
РЕЗЮМЕ 
Рашадат Ягублу  
 
В  статье  анализируется  роль  и  значение  концепции  устойчивого  развития  в 
устранении  проблем  бедности. Прежде  всего,  расскрывается  связь  между концепцией 
устойчивого развития и проблемой бедности. В то же время была описана понятие бедности 
с  социально-философской  точки  зрения на  разных  этапах  истории,  раскрыты 
типы абсолютной, относительной и субъективной бедности, была представлена информация 
об отношении к бедности в мировых странах. Также в статье были проанализированы меры, 
принятые  для  решения  проблемы  бедности  в  Азербайджане,  включая  государственные 
программы  и  их  конечные  результаты,  и  подчеркнута  социальная  значимость  этих 
документов. 
 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə