Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   122   123   124   125   126   127   128   129   ...   164

256 
iqtisadi  islahatların  uğurlu  nəticələrinin  əyani  təsdiqidir.  Belə  ki,  son  illər  ərzində  muxtar 
respublikanın  Ümumi  Daxili  Məhsulunda  özəl  bölmənin  xüsusi  çəkisi  artmış  və  87  faiz  təşkil 
etmişdir. 
Son  illərdə  sahibkarlığın  inkişafına  dövlətin  maliyyə  dəstəyi  daha  da  yaxşılaşmış,  güzəştli 
kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Maliyyə təhlükəsizliyi baxımından iqtisadiyyatda 
maliyyə vasitəçisi rolunun dəstəklənməsi məqsədilə bank sisteminin likvidliyinin adekvat səviyyədə 
saxlanması  siyasəti  davam  etdirilmiş  və  iqtisadiyyatın  diversifikasiyasının  təmin  edilməsində, 
sahibkarlıq  təşəbbüsünün  dəstəklənməsi  yolu  ilə  əhali  gəlirlərinin  artırılmasında  bank  sisteminin 
rolu əhəmiyyətli dərəcədə yüksəldilmişdir.  
 
Ərzaq  təhlükəsizliyinin  təmin  olunması  üçün  bitkiçilik  və  heyvandarlıq  sahələri  inkişaf 
etdirilmiş,  ərzaq  məhsulları  ilə  özünü  təminetmə  səviyyəsi  daha  da  yaxşılaşdırılmışdır.  Yerli 
istehsal  sahələrinin  yenidən  qurulması  və  aqrar  islahatların  uğurla  aparılması  bir  sıra  qida 
məhsullarının yerli istehsalının artmasına və idxalın azalmasına səbəb olmuşdur.  
Ərzaq  təhlükəsizliyinin  təmin  edilməsi  bütün  ölkələrin  iqtisadiyyatı  qarşısında  duran  ən 
mühüm və həlli vacib olan iqtisadi problemlərdən biridir. Muxtar Respublikada əsas ərzaq malları 
üzrə  tələbatın  ödənilməsi  mənbələrinin  və  özünü  təminetmə  səviyyəsinin  təhlili  göstərir  ki, 
respublika  əhalisinin  əksər  kənd  təsərrüfatı  məhsulları,  o  cümlədən  mal  əti  və  qoyun  əti,  quş  əti, 
yumurta,  süd  və  süd  məhsulları,  habelə  meyvə  və  tərəvəzlə  təmin  olunma  dərəcəsi  qənaətbəxş 
səviyyədədir.  
Dünya bazarında cərəyan edən mürəkkəb situasiyada Naxçıvan Muxtar Respublikasında ərzaq 
təhlükəsizliyini təmin edən aşağıdakı strateji tədbirlərin davamlı olaraq həyata keçirilməsi olduqca 
mühüm əhəmiyyət kəsb etmişdir: 
-
 
daхili bazarın tələbatının yerli istehsal hesabına ödənilməsi səviyyəsini yüksəltmək üçün ərzaq 
məhsulları  istehsalı  həcminin  artırılması,  tələbatdan  artıq  istehsal  edilən  kənd  təsərrüfatı 
məhsullarının iхracının stimullaşdırılması;  
-
 
ərzaq  və  digər  kənd  təsərrüfatı  malları  bazarlarının  qorunması,  yerli  istehsal  və  idхal  olunan 
ərzaq məhsullarının keyfiyyətinə ciddi nəzarətin davam etdirilməsi;  
-
 
aqrar sənaye sektoruna yerli və хarici investisiyaların cəlb edilməsi;   
-
 
suvarma  sistemlərinin  yenidən  qurulması  və  torpaqların  meliorativ  vəziyyətinin 
sağlamlaşdırılması,  mövcud  su  resurslarından  istifadə  imkanlarının  genişləndirilməsi  və 
suvarma-drenaj şəbəkələrinin inkişaf etdirilməsi;  
-
 
baytarlıq, teхniki nəzarət, sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi;  
-
 
fermer təsərrüfatlarına dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, mikrokredit təşkilatları və 
kredit ittifaqlarının fəaliyyətinin stimullaşdırılması;   
-
 
kənd təsərrüfatı sahəsində sığorta sisteminin inkişaf etdirilməsi;   
-
 
ərzaq ehtiyatları yaradılmaqla fövqəladə hallar şəraitində əhalinin ərzaq məhsulları ilə normal 
təminatı meхanizminin təkmilləşdirilməsi; 
-
 
ənənəvi  istehsal  sahəsi  olan üzümçülüyün bərpası  üçün mövcud üzüm  bağlarında aqroteхniki 
tədbirlərin həyata keçirilməsi və yeni üzümlüklərin salınmasının davam etdirilməsi; 
-
 
muхtar  respublikanın  təbii  sərvəti  olan  qiymətli  balıq  növlərinin  istehsalına  dövlət  dəstəyinin 
gücləndirilməsi,  onların  artırılması  və  istifadəsi  ilə  bağlı  layihə  və  tədbirlərin  həyata 
keçirilməsi; 
-
 
soyuducu  anbarların  tikintisinin  davam  etdirilməsi,  daha  uzun  müddətli  və  daha  çox  meyvə-
tərəvəz  çeşidinin  saxlanmasına  imkan  verən  soyuducu  anbarların  yaradılması  və  onların  kadr 
potensialının daha da təkmilləşdirilməsi, laborator analiz məsələlərinin daim diqqət mərkəzində 
saxlanılması; 
-
 
aqrar sahədə ixtisaslı kadr potensialının gücləndirilməsi; 
-
 
gübrə  istehsalı,  zərərvericilərə  qarşı  dərmanlar  və  kənd  təsərrüfatının  inkişafına  müsbət  təsir 
edən məhsulların istehsalının dəstəklənməsi; 
-
 
müasir texnika və texnologiyanın kənd təsərrüfatında tətbiqinə nail olunmasının dəstəklənməsi. 
 
Enerji  təhlükəsizliyinin  təmin  edilməsi  blokada  şəraitində  yaşayan  Naxçıvan  Muxtar 
Respublikası  üçün  olduqca  vacib  və  həyati  məsələdir.  Bu  istiqamətdə  son  illərdə  böyük  uğurlar 


257 
qazanılmışdır.  Əhalinin  elektrik  enerjisinə  olan  tələbatını  daha  rentabelli  olan  su  elektrik 
stansiyaları  hesabına  təmin  etmək  üçün  son  dövrlərdə  Ordubad  rayonunda  Gilançay  üzərində  22 
meqavat  gücündə  Biləv  Su  Elektrik  Stansiyasının  və  Şərur  rayonunda  20,5  meqavat  gücündə 
Arpaçay Su Elektrik Stansiyasının, 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının, 22 
meqavat  gücündə  Günəş  Elektrik  Stansiyasının  tikintisi  başa  çatdırılmış  və  36  meqavat  gücündə 
Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. 
 
Təbii qaz təminatı üzrə görülmüş işlər nəticəsində muxtar respublikada 82 mindən çox əhali 
abonenti  mavi  yanacaqla  təmin  olunmuşdur.  Enerji  təhlükəsizliyi  ilə  bağlı  görülən  tədbirlərin 
nəticəsidir  ki,  bu  gün  muxtar  respublika  tamamilə  qazlaşdırılmış,  yaradılmış  elektrik  stansiyaları 
daxili  tələbatı  tam  ödəməklə  yanaşı,  elektrik  enerjisinin  ixracına  da  imkan  yaratmışdır.  Qarşıdakı 
illərdə  də  yanacaq-enerji  kompleksi  sahəsində  görüləcək  işlər  iqtisadiyyatın  və  energetika 
sənayesinin inkişafına, o cümlədən onun səmərəliliyin daha da yüksəldilməsinə xidmət edəcəkdir. 
Enerji  təhlükəsizliyinin  möhkəmləndirilməsi  məqsədilə  2014-2017-ci  illərdə  aşağıdakı  tədbirlər 
həyata keçirilmişdir: 
-
 
Muxtar  Respublikada  yeni  su  elektrik  stansiyalarının  tikintisi,  yeni  yarımstansiya  və  ötürücü 
sistemlərin qurulması; 
-
 
fəaliyyət göstərən stansiyalarda yenidənqurma işlərinin aparılması; 
-
 
enerji sistemində itkilərin minimuma endirilməsi; 
-
 
qaz təchizatının daha da yaxşılaşdırılması;  
-
 
müasir istilik sistemlərinin qurulması, mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi 
və yenidənqurulması;  
-
 
Muxtar Respublikada alternativ enerjidən istifadə və günəş elektrik stansiyasının qurulması. 
Muxtar  respublikada  informasiya  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  müasir    informasiya 
texnologiyalarının  tətbiqi  diqqət  mərkəzində  saxlanılır.  İnformasiya  cəmiyyətinin 
formalaşmasında xüsusi əhəmiyyətə malik olan “Elektron hökumət”in qurulması istiqamətində 
ardıcıl tədbirlər görülmüş, “Elektron hökumət” portalı yaradılmışdır.   
Muхtar respublikada göstərilən rabitə хidmətinin müasir tələblər səviyyəsinə çatdırılması və yeni 
informasiya  və  kommunikasiya  texnologiyalarının  tətbiqinin  genişləndirilməsi  üçün 
perspektivdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 
-
 
informasiya və kommunukasiya sistemlərinin müasir standartlar səviyyəsində formalaşması və 
onların daha da inkişaf etdirilməsinin dəstəklənməsi; 
-
 
əhalinin  İKT-nin xidmətlərindən səmərəli istifadəsi üçün onlar arasında maarifləndirmə işinin 
təşkili; 
-
 
yüksək dağlıq bölgələrdə televiziya və radio yayımlarının keyfiyyətinin yüksəldilməsi; 
-
 
informasiya təhlükəsizliyinin təmin edilməsi; 
-
 
mühəndis  və  texniki  işçilərin  hazırlıq  səviyyəsinin  yüksəldilməsi  üzrə  tədbirlərin  həyata 
keçirilməsi; 
-
 
yeni texnologiyaların tətbiq edilməsi ilə simsiz internet xidmətlərinin inkişaf etdirilməsi; 
-
 
Naxçıvan Muxtar Respublikası ərazisində efir məkanının təhlükəsizliyinin təmin edilməsi üçün 
əlavə tədbirlərin həyata keçirilməsi. 
Muxtar  respublika  müəssisələrinin  xarici  bazarlarda  möhkəmlənməsinin  və  yeni  bazarlar 
əldə  etməsinin  ən  mühüm  prinsiplərindən  biri  region  iqtisadiyyatının  xarici  iqtisadi  əlaqələr 
sisteminə  səmərəli  və  uğurlu  inteqrasiya  edilməsindən  ibarətdir.  İstər  daxili  və  istərsə  də  xarici 
bazarlarda  regionun  maraq  və  mənafelərin  tarazlaşdırılması  zəruri  məhsullara  görə  daxili  bazarın 
ehtiyaclarının  əsasən  xüsusi  mənbələr  hesabına  ödənilməsini,  xarici  valyutaya  olan  tələbatın  isə 
ixrac yönümlü fəaliyyət hesabına təmin edilməsini nəzərdə tutur. 
Regionun xarici ölkə bazarlarına yüksək rəqabət qabiliyyətinə malik məhsullar ixrac etməsi 
onun  tədiyyə  balansında  müsbət  saldonun  yaranmasına,  büdcəyə  daxilolmaların  həcminin 
artmasına, iqtisadiyyatın kapital və investisiya resurslarına olan tələbatının daxili mənbələr hesabına 
ödənilməsinə  imkan  yaradır.  Muxtar  Respublikanın  strateji  maraqlarının  qorunması  onun  xarici 
iqtisadi əlaqələr sisteminə inteqrasiya edilməsi dərəcəsindən asılıdır. Məhz bu baxımdan daxili və 
xarici bazarlarda aparılan səmərəli ticarət siyasəti, yerli əmtəə istehsalçılarının iqtisadi maraqlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə