Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   123   124   125   126   127   128   129   130   ...   164

258 
ardıcıl  surətdə  qorunması  və  onların  iqtisadi  cəhətdən  stimullaşdırılması  muxtar  respublikanın 
iqtisadi təhlükəsizlik sisteminin əsasını təşkil edir. 
Son  illər  muxtar  respublikada  rəqabətqabiliyyətli  iqtisadiyyatın  qurulması,  daxili  və  xarici 
ticarət  fəaliyyətinin  liberallaşdırılması  və  region  iqtisadiyyatın  dünya  təsərrüfatçılıq  sisteminə 
inteqrasiyası  sahəsində  mühüm  tədbirlər  həyata  keçirilir.  Bu  tədbirlər  mövcud  xarici  iqtisadi 
fəaliyyətin  və  region  iqtisadiyyatının  beynəlxalq  münasibətlər  sisteminə  inteqrasiyasının  iqtisadi 
səmərəliliyinə xidmət edir.  
Xarici iqtisadi fəaliyyətdə regionun iqtisadi təhlükəsizliyi aşağıdakılarla xarakterizə olunur: 
- iqtisadiyyatda xarici rəqabətin əlverişsiz təsirlərinin neytrallaşdırılması; 
- idxalın və ixracın funksional strukturunun muxtar respublikanın strateji maraqlarına cavab 
verməsi; 
-  Muxtar  Respublika  iqtisadiyyatının  xarici  investisiya  və  xarici  bazar  konyukturundan 
asılılığının qarşısının alınması. 
Göstərilən  amillər  iqtisadi  artım  tempindən,  xarici  ticarət  dövriyyəsindən,  xarici 
investisiyaların, o cümlədən portfel və birbaşa investisiyaların həcmindən, inflyasiya səviyyəsindən, 
ÜDM-in strukturunda sənaye istehsalının, o cümlədən ixrac yönümlü məhsulların xüsusi çəkisindən 
asılı olaraq formalaşır. 
Yaşadığımız  yeni  əsrin  əvvəlində  ölkəmizdə,  o  cümlədən  muxtar  respublikamızda  iqtisadi 
təhlükəsizliyin təmin edilməsi baxımından aşağıdakı məsələlərin həlli ön plana keçmişdir: 
- xarici bazara məhsul ixracının funksional strukturu
- daxili bazarda yerli məhsulların daha çox hakim mövqe tutması; 
-  yerli  istehsalçıların  tədricən  dövlət  tərəfindən  proteksionist  təmayülə  malik  məqsədli 
proqramlar vasitəsilə müdafiə edilməsi; 
- iqtisadiyyatda struktur siyasətinin surətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi. 
Muxtar  Respublikanın  maraqları  ən  ümumi  şəkildə  onda  ifadə  olunur  ki,  birincisi,  xarici 
iqtisadi əlaqələr iqtisadiyyata sabitləşdirici təsir göstərsin, onun struktur dəyişikliklərinin əsas amili 
kimi  çıxış  etsin  və  ikincisi,  yerli  firmaların  xarici  bazarlarda  mövqeyinin  möhkəmlənməsinə  və 
genişlənməsinə, onun beynəlxalq təsərrüfat əlaqələrində rolunun artmasına kömək etsin. 
Muxtar  Respublikanın  xarici  iqtisadi  əlaqələrinin  inkişafı  üçün  aşağıda  göstərilən  bir  çox 
istiqamətlərdə  həyata  keçirilməkdə  olan  tədbirlər  iqtisadi  təhlükəsizliyin  möhkəmləndirilməsinə 
xidmət edir: 
-
 
Muxtar  Respublikanın  ixrac  potensialının  gücləndirilməsi,  ixracın  stimullaşdırılması 
istiqamətində həyata keçirilən əməli tədbirlərim  davam etdirilməsi;  
-
 
istehsal  olunan  malların  xarici  bazara  çixarılmasının  təmin  edilməsi  məqsədilə  onların 
beynəlxalq standartlara uyğun istehsalının təşkil olunması; 
-
 
Muxtar Respublikada daxili bazarın qorunmasını təmin edən və iqtisadi inkişafa əlverişli şərait 
yaradan idxal siyasətinin həyata keçirilməsi; 
-
 
xarici  ticarətin  inkişafı  üçün  infrastruktur  təminatının  daha  da  yaxşılaşdırılması  və 
təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi
-
 
istehsal  olunan  malların  xaricdə  tanınması  üçün  beynəlxalq  sərgi  və  yarmarkalarda  iştirakın 
stimullaşdırılması; 
-
 
xarici  ticarət  sahəsində  inkişafa  kömək  edə  biləcək  uyğun  beynəlxalq  təcrübədən  maksimum 
dərəcədə istifadə edilməsi. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik  haqqında  qanunu,  Azərbaycan 
Respublikasının Qanunvericilik toplusu, N 8, 31 avqust, 2004. 
2.
 
Azərbaycan  Respublikasının  milli  təhlükəsizlik  konsepsiyası  (Azərbaycan  Respublikası 
Prezidentinin 
2007-ci 
il  23  may  tarixli  Sərəncamı  ilə  təsdiq  edilmişdir). 
http://migration.gov.az/images/pdf/026fa4b410a33801f3dd49643726cf2a.pdf  
3.
 
Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası, http://www.president.az/files/future_az.pdf  


259 
4.
 
2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq  məhsulları  ilə  etibarlı 
təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında  Naxçıvan Muxtar Respublikası 
Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı.  
5.
 
Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı, Naxçıvan, Əcəmi, 2014, 64 s. 
6.
 
Həsənov  Ə.  Azərbaycan  Respublikasının  milli  inkişaf  və  təhlükəsizlik  siyasəti,  Bakı, 
Letterpress, 2011, s. 10, 440 s. 
7.
 
Həbibbəyli İ.Ə, Hacıyev İ.M., İsmayılov B.M. İntibahın 15 ili,  Naxçıvan, Əcəmi, 2010, 280 
səh.  
8.
 
Nadirov A.A., Nuriyev Ə.X., Muradov Ş.M.  Naxçıvanın iqtisadiyyatı XX əsrdə,  Bakı,  Elm, 
2000, 101 səh.  
 
ABSTRACT 
 
Muslum Jabbarzade 
REGIONAL ECONOMIC SECURITY ISSUES IN THE CONTEXT OF 
GLOBALIZATION AND ECONOMIC INTEGRATION 
 
In the paper are analyzed the socio-economic development of the Nakhchivan Autonomous 
Republic and the issues of ensuring economic security. Investigations were conducted on the impact 
of economic reforms to ensure economic security. Were identified and assessed factors affecting to 
improve the economic security of the region.  
 
 
РЕЗЮМЕ 
Муслум Джаббарзаде 
РЕГИОНАЛЬНЫЕ ПРОБЛЕМЫ ЭКОНОМИЧЕСКОЙ БЕЗОПАСНОСТИ В 
КОНТЕКСТЕ ГЛОБАЛИЗАЦИИ И ЭКОНОМИЧЕСКОЙ ИНТЕГРАЦИИ 
 
В  статье  проанализированы  социально-экономическое развитие    Нахчыванской 
Автономной Республики и  вопросы  обеспечения  экономической  безопасности.    Проведены 
исследования  по  влиянии  проводимых  экономических  реформ  к  обеспечению 
экономической  безопасности.  Выявлены  и  оценены  факторы,  влияющие  на  к  повышению 
экономической безопасности региона. 
 
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).
 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə