274
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
ZAUR ƏLİYEV
Naxçıvan Dövlət Universitetinin
know.howtax@gmail.com
UOT:338
İQTİSADİ İNKİŞAF VƏ MƏŞĞULLUQ ARASINDAKI ƏLAQƏ:
NAXÇIVAN MUXTAR RESPUBLİKASI TİMSALINDA
Açar sözlər: İqtisadi inkişaf, məşğulluq siyasəti, investisiya qoyuluşları, texnoparklar,
sənaye zonaları, dövlət tənzimlənməsinin rolu, strateji resurs, iqtisadiyyatın diversifikasiyası
Keywords: Economical development, employment policy, investments, technology parks,
industrial zones, role of state regulation, strategic resource, diversification of the economy
Ключевые слова: Экономическое развитие, политика занятости, инвестиции,
технологические парки, промышленные зоны, роль государственного регулирования,
стратегический ресурс, диверсификация экономики
Bu gün ölkələrin qarşılaşdığı ən böyük problemlərdən biri məşğulluq sahələrinin artımını
təmin edə bilməməkdir. Əməyə tələbin olmamasının bir neçə səbəbi vardır. İqtisadi baxımdan
əməyə olan tələbi artırmağın üsullarından biri iqtisadi inkişafın təmin olunmasıdır. İqtisadi inkişafı
təmin edən amillər xüsusi əhəmiyyətə malikdir. Lakin dünya iqtisadiyyatı təhlil edildiyində yüksək
iqtisadi inkişafı göstərən statistik rəqəmlərlə müqayisədə məşğulluğun artmaması arasındakı
ziddiyyətli əlaqə iqtisadi inkişaf və məşğulluq barədə tədqiqatların aparılmasına səbəb olmuşdur.
Bu iki makroiqtisadi dəyişən iqtisadi inkişaf və məşğulluq əlaqəsi Naxçıvan Muxtar Respublikası-
nın iqtisadiyyatı və iqtisadi siyasəti üçün də son dərəcə əhəmiyyətlidir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının
uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında dinamik inkişafın möhkəm
təməli yaradılmışdır [1, s.13].
Muxtar respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi
məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq
hesabına təmin etmək zərurəti ilə izah olunur. İqtisadi cəhətdən inkişafda olan Naxçıvan Muxtar
Respublikası çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Naxçıvan Muxtar Respublikasında
artan əhali tələbatına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, sosial sahənin inkişafı üzrə
aparılan tədbirlər ən mühüm prinsiplərdəndir [2, s.16].
Naxçıvan iqtisadiyyatında baş verən dəyişiklikləri, əldə olunan nailiyyətləri ilk dəfə özünün
“Naxçıvan iqtisadiyyatının prioritetləri: iqtisadi artım, dinamik inkişaf” adlı kitabında qələmə alan
və əsərini Ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edən, prezidentimiz
tərəfindən tərəqqi medalı ilə təltif olunmuş dəyərli iqtisadçı, professor Əhmədov Nazim Hidayət
oğlu geniş araşdırmalarının və təhlillərinin sonunda haqlı olaraq qeyd edir ki, Naxçıvan
iqtisadiyyatında artım baş verir və dinamik inkişaf edir. O, əsərində statistik göstəricilərə
əsaslanaraq Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının bəzi sahələri üzrə göstəricilərinin
bütövlükdə ölkənin və iqtisadi rayonların iqtisadi göstəricilərinin xeyli qabaqladığını elmi cəhətdən
əsaslandırmışdır.
Dəyərli iqtisadçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
Naxçıvanda yeritdiyi uğurlu iqtisadi siyasəti məhz Heydər və İlham Əliyevlərin yeritdikləri iqtisadi
siyasətin davamı kimi qiymətləndirmişdir.
Tədqiqatın məqsədi Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında 2012 – 2016-ci il
dövr intervalında iqtisadi inkişaf və məşğulluq arasındakı əlaqəni statistik rəqəm göstəricilərindən,
induksiya, deduksiya, analiz-sintez, tarixi, məntiqi metodlardan istifadə etməklə qiymətlən-
dirməkdir.
275
Azərbaycan Respublikasının konstitusiyasının 35-ci maddəsinin 8-ci bəndində deyilir.
Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Hər bir dövlətin
qarşısında duran ən əsas məsələlərdən biri iqtisadiyyatın inkişafını təmin etmək, ölkə vətəndaşları-
nın bu və ya digər tələbatını ödəməkdir. İqtisadiyyatın inkişafında müəssisələrin yeri danılmazdır.
Müəssisələrin inkişafı ölkə iqtisadiyyatının inkişafına, işsizlik probleminin həllinə, insanların
rifahının artmasına gətirib çıxarır. Müəssisə və onun rəhbərlərinin əsas məqsədlərindən biri
istehlakçıların arzularını təmin edəcək məhsullar istehsal etmək və xidmətlər göstərməkdir [4, s.9 ].
Öz kiçik sahibkarlığını yaradanların sayı artıqca ölkəmiz də daha etibarlı bir yer olacaqdır.
Ən yaxşı vətəndaşlar, ölkənin inkişafında ən çox marağı olanlardır. Biz öz daxili bazarımızı
qoruyuruq, daxili istehsalçılara daha da əlverişli şərait yaradırıq və yaradacağıq.
Dövlət başçısının bu cür prinsipial mövqeyi ona görə böyük məna daşıyır ki, real sektorun
eləcə də iqtisadiyyatın inkişafında özünü göstərən meyillər daha da gücləndirilsin, məşğulluq
strukturunun təkmilləşdirilməsi və genişləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi
istiqamətində görülən işlərin nəticələri daha yüksək olsun.
Azərbaycan Respublikasının konstitusiyasının 35-ci maddəsinin 1-ci bəndində deyilir.
Əmək fərdi və ictimai rifahın əsasıdır.
Məhsul istehsal etmək, xidmət göstərmək üçün şübhəsiz əməyə ehtiyac vardır. Məşğulluğun
ilkin göstəricisi ölkə daxilində məhsul və xidmətə olan tələbdir. İdxalat və ixracat səviyyələri
məşğulluğu müəyyən edən digər faktorlardır. Bu amilləri birlikdə göstərmək istədikdə aşağıdakı
düsturu almış olarıq.
ÜDM (ümumi daxili məhsul)=ölkə daxili tələb+(idxalat-ixracat)
Beləliklə ümumi daxili məhsulun məşğulluğun ilkin göstəricisi olduğunu deyə bilərik. Lakin
istehsal zamanı istifadə edilən metodlar, işçi əmək haqqı məsrəfləri, istehsal gücü məşğulluğun
digər müəyyənləşdirici amilləridir. İqtisadi artıma aşağıdakı formada tərif verə bilərik.
Ölkədəki müəyyən bir dövrdə istehsal edilən bütün məhsulların və göstərilən xidmətlərin pul
ifadəsi olan ümumi daxili məhsulda əmələ gələn artıma iqtisadi artım deyilir. Yəni ölkədəki
mövcud məşğulluq səviyyəsinin, iqtisadi resursların dəyişməz qalması şərtilə istifadə edilən
qaynaqlara yenilərinin əlavə edilməsi yoluyla iqtisadi artıma nail olunur.
Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf termini ilə iqtisadi artım termini bir birlərinə
bənzəsələr də onlar tamamilə fərqli anlayışlardır. 1903-1987-ci illərdə yaşamış 1947-ci ildə “le
revenu national son calcul et sa signification–milli gəlir, hesablanması və mahiyyəti” əsərinin
müəllifi fransız iqtisadçı Franchois Perru iqtisadi artım və iqtisadi inkişaf terminlərinə çox yaxşı
izah etmişdir. Onun fikirincə iqtisadi artım real milli gəlirin müəyyən bir dövr daxilində ardıcıl
dəyişməsidir. Bu adambaşına düşən ümum daxili məhsulla ölçülə bilər. İqtisadi inkişaf isə daha çox
iqtisadiyyatın müxtəlif sahələrində və bütünlükdə struktural əsasında olan dəyişikliklərdir. İqtisadi
inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha
geniş anlayışdır.
İqtisadi inkişafa təsir edən amillərdən biri sayılan səmərəli fəaliyyəti qeyd etməmək olmaz.
İlkin olaraq istehlak xərcləri, investisiya qoyuluşları, məhsul istehsalındakı artım, idxalat və
ixracat arasındakı fərq ümumi daxili məhsulu əhatə edən amillərdir.
Məşğulluq anlayışını tam məşğulluq və natamam məşğulluq olaraq iki hissəyə ayırmaq
mümkündür.
Tam məşğulluq cari əmək haqqı səviyyəsində işləmək istəyən hər kəsin iş tapa bildiyi
məşğulluq formasıdır. Əgər işsizləri məşğulluqla təmin edəcək qədər iş yerləri mövcuddursa, bir
miqdar insanın işsiz qalması iqtisadiyyatda tam məşğulluğunun təmin olunmaması mənasını vermir.
5, s. 48
Natamam məşğulluğun özünü də iki hissəyə ayırmaq mümkündür.
Ölçülə bilən natamam məşğulluq – iqtisadi səbəblərdən mövcud işində qırx saatdan daha az
müddət işləyən ya da ikinci bir işdə daha çox müddət işləməyə imkanı olan şəxslərdir.
Digər səbəblərdən natamam məşğulluq – ölçüləbilən natamam məşğulluğa aid edilən
müddəalar istisna olmaqla qalan digər səbəblərə görə yəni əldə etdiyi gəlirin azlığı, friksion işsizlər
Dostları ilə paylaş: |