276
(öz peşəsinə, ixtisasına görə iş tapa bilməyən, mövcud işini dəyişdirmək niyyətində olan və yaxud
ikinci bir iş axtardığını bildirən şəxslərdir).
İqtisadiyyat ədəbiyyatlarında bir çox inkişaf nəzəriyyəsi vardır. Nəzəriyyədəki ilk inkişaf
modeli klassik inkişaf modelidir.
Klassik inkişaf modeli çoxlu sayda iqtisadi mütəfəkkürün fikirlərinin süzgəcdən keçmiş
akumlyasiyasından meydana gəlmişdir. Lakin klassik nəzəriyyəyə ən böyük yenilik David Rikardo
tərəfindən gətirilmişdir.Adam Smith də iqtisadi inkişaf ilə bağlı dəyərli düşüncələrini “xalqların
sərvətlərinin əsasları” əsərində qeyd etmişdir.
Klassiklərin fikirlərinə görə iqtisadi inkişafı sərmayə yığımı ilə təmin etmək olar. Sərmayə
yığımının qaynağını qənəatçillikdə görürdülər. Qənaətlər investisiyaya çevrilir və beləliklə iqtisadi
inkişaf təmin olunur.
David Rikardoya görə kapitalistlərin əsas məqsədi mənfəət əldə etməkdir və onlar istehsalın
səmərəliliyini, fasiləsizliyini daim təmin etmək uğrunda səylər göstərirlər.
İstehsalı artırmaq üçün daha çox işçi qüvvəsi məşğulluqla təmin edilməlidir ki, bu zaman da
əmək haqqı artacaq və bunun qarşılığında da əhalinin artımına səbəb olacaqdır.
Belə olan təqdirdə məhsullarına tələb artacaqdır və bunun nəticəsində iqtisadi artım yaranacaqdır.
İkinci inkişaf modeli də Harrod-Domar modelidir. Harrod və Domar Keynesçi iqtisadçılar-
dır. Harrod Keynes kimi natamam məşğulluqdan tam məşğulluğa gedən yolun tətqiqatı ilə məşğul
olmuşdur. Lakin, Con Menyard Keynes qısa dövrdə makro-statistik metodla, Harrod isə makro-
dinamik metodla tədqiqat aparmışdır
6, s.29
.
Harrod - Domar inkişaf modelini məcmu tələb, istehsal və məşğulluq arasındakı əlaqədən
əmələ gəldiyini demişdir. O inkişaf sürətini son qənaətlilik səviyyəsi və sərmayə qoyuluşu əmsalı
ilə izah etmişdir.
İqtisadi inkişaf sərmayə qoyuluşu əmsalı dəyər ilə tərs mütənasib olduğu halda son
qənaətlilik səviyyəsi ilə düz mütənasibdir. Yəni iqtisadiyyatda son qənaətlilik səviyyəsi artdıqca və
sərmayə qoyuluşu azaldıqca iqtisadi inkişaf sürəti artacaqdır
7, s.332
.
Üçüncü inkişaf modeli Neo-Klassik inkişaf modelidir. 1956-cı ildə Solow tərəfindən
nəzəriyyəyə gətirilmişdir. Bir inkişaf modeli tanınmış dünya iqtisadçıları tərəfindən qəbul
edilmişdir. Modelin əsas predmeti qənaət, investisiya və iqtisadi inkişafın xarici dəyişən olan əhali
artımı və texnoloji inkişafla bağlı əlaqəsinin öyrənilməsidir. Solow tədqiqatında nəticə olaraq
Keynesin fikirlərini də diqqətə almışdır. Solow modelində bazar iqtisadiyyatında qərarlılıq vardır.
Uzunmüddətli dövrdə iqtisadiyyat dayanıqlı və müvazinətli inkişaf tsklində olur. Müvazinətli
inkişaf dövründə sərmayə yığımı, əhali artımı və texnoloji inkişafdakı innovasiyaların bir-biri ilə
əlaqələri nəzərə alınır. Əlaqələri geniş şəkildə qeyd etsək əhali artımı inkişaf səviyyəsinə təsir edər
lakin, inkişaf səviyyəsi əhali artımına təsir etməz. Digər əlaqədə isə texnoloji inkişaf iqtisadi inkişaf
səviyyəsinə təsir etdiyi halda iqtisadi inkişaf səviyyəsi texnoloji inkişafa təsir göstərmir. Qeyd
edilənlərdən belə nəticə çıxarmaq olar ki, iqtisadi inkişaf səviyyəsi ilə əhali artımı və texnoloji
inkişaf arasında tək tərəfli səbəb-nəticə əlaqəsi vardır.
Son inkişaf modeli daxili inkişaf nəzəriyyəsidir. Burada iqtisadi inkişaf sistemi daxili
amillərlə əlaqələndirilmişdir. Neo-klassik inkişaf prinsipində xüsusilə inkişaf səviyyəsinə təsir edən
amillərin müəyyənləşdirilməsində kifayət qədər əsaslı metodlar mövcud deyil. İlk dəfə Romer
tədqiqatında daxili inkişaf modellərini ətraflı şəkildə izah etmişdir
8, s.89
.
İqtisadi inkişafa səbəb olan əsas faktorlar barədə müxtəlif yanaşmalar mövcuddur.
Bu yanaşmalara AK modelini, Arrow-Romer modelini, Lucas modelini, Ar-Ge modelini
misal olaraq göstərmək olar.
İqtisadi inkişaf, məşğulluq və əhalinin rifah halının yüksəldilməsində dövlət tənzimlən-
məsinin rolu və əhəmiyyəti olduqca çoxdur.
Dünya praktikasinda dövlət məşğulluq siyasətinin aktiv və passiv formaları fərqləndirilir.
Aktiv siyasət zamanı, dövlət işsizliyin həcmini hüquqi, təşkilati və iqtisadi tədbirlər vasitəsilə aşağı
salır. Bu siyasət yeni iş yerlərinin yaradılması, iş axtaran vətəndaşların yenidən hazırlanması,
işədüzəlmədə onlara kömək, kiçik və orta biznesin, özünə məşğulluğun inkişafı və.s nəzərdə tutulur.
Məşğulluğun passiv siyasəti isə işsizliyin mənfi nəticələrinin aradan qaldırılmasına yönəlmiş
277
tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Bu zaman, dövlət tərəfindən işsizliyə maddi
köməklərin göstərilməsi, vəsaitlərin verilməsi, zəruri məhsulların paylanması, xüsusi yeməkxana-
larda qidalanmanın təşkili və.s tədbirlər həyata keçirilir [9, s.45].
Bu məqalədə rəqəm göstəriciləri Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika
Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmişdir. Burada Naxçıvan Muxtar Respublikasının
2012-2016-ci illərdəki sosial iqtisadi göstəriciləri cədvəl 1-də verilmişdir.
Cədvəl 1. Naxçıvan Muxtar Respublikasının 2012-2016-ci illərdəki sosial iqtisadi göstəriciləri.
Cədvəl 1-də göründüyü kimi 2016-cı ildə 2012-ci illə müqayisədə sənaye məhsulunun
ümumi həcmi 1.23 dəfə, əsas kapitala yönəldilən investisiyalar 1.02 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 1.35 dəfə, nəqliyyat sektorunda yük daşınması (min ton) 1.15 dəfə, informasiya və
rabitə xidmətlərinin həcmi 1.15 dəfə, pərakəndə əmtəə dövriyyəsi 1.54 dəfə, əhaliyə göstərilmiş
pullu xidmətlər 1.43 dəfə, əhalinin gəlirləri 1.12 dəfə, hər bir nəfərə düşən gəlirlər (manat) 1.1 dəfə,
orta aylıq əməkhaqqı (manat) 1.13 dəfə, əhalinin rifahının qiymətləndirilməsində istifadə edilən
ümumdaxili məhsul 1.23 dəfə artmışdır Bununla yanaşı artım iqtisadi fəaliyyət növləri üzrə muzdla
işləyən işçilərin sayında da baş vermişdir ki, bu da düzgün düşünülmüş iqtisadi siyasət istiqamətinin
nəticəsidir. Son illər ərzində dünyada iqtisadi cəhətdən Naxçıvan Muxtar Respublikası qədər inkişaf
edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. Yoxsulluq şəraitində
yaşayanların sayı kəskin şəkildə azalmış, işsizliklə bağlı məsələlər öz həllini tapmışdır. Demək olar
ki, 2014-2016-cı illər üzrə Dövlət Proqramı bütün məsələləri özündə ehtiva etmişdir, bir dənə də
olsun məsələ diqqətdən kənarda qalmamışdır. İcra edilmiş dövlət proqramları, aparılan iqtisadi
islahatlar Naxçıvan Muxtar Respublikasının inkişafını təmin etmişdir. İstənilən istiqamət üzrə
böyük naliyyətlər, nəticələr göz qabağındadır. Bu gün Naxçıvan dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilmişdir. Naxçıvan şəhərinə gələn hər bir qonaq bunu qeyd edir və öz təəccübünü gizlədə
2012
2013
2014
2015
2016
Ümumi Daxili Məhsul
2103424,3 2338927,7 2391004,2 2467422,4 2582361,4
Sənaye məhsulunun ümumi
həcmi
799492,4
862870,5
891486,4
916817,9
942944,7
Əsas kapitala yönəldilən
investisiyalar
982264,7 1037748,4
924628,6
951196,5
997609
Kənd təsərrüfatının ümumi
məhsulu
318836
337127,2
355156,7
402991,8
429448,4
Nəqliyyat sektorunda yük
daşınması (min ton)
13952,4
15280,2
15564,1
15898,3
16082,7
İnformasiya və rabitə
xidmətlərinin həcmi
42474,2
45051,9
46085,5
46908,4
48727,2
Pərakəndə əmtəə
dövriyyəsi
975352,6 1108699,1 1144494,4 1276986,7 1506343,6
Əhaliyə göstərilmiş pullu
xidmətlər
149734,9
180737,6
187086,4
195829,5
213651,4
Əhalinin gəlirləri
1623420,9 1737057,9 1775741,6 1804178,6 1825591,9
Hər bir nəfərə düşən gəlirlər
(manat)
3839
4027,5
4058,8
4080,9
4085,9
Orta aylıq əməkhaqqı
(manat)
365,1
376,6
391,3
399,5
413,2
Dostları ilə paylaş: |