Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə137/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   133   134   135   136   137   138   139   140   ...   164

278 
bilmir. Naxçıvan Muxtar Respublikasının gözəlliyi təkcə onun təbii şəraitilə, binaları ilə deyil, həm 
də  tarixi  ab-havası  ilə  bağlıdır.  Bakı  şəhərində  İslam  Əməkdaşlıq  təşkilatına  üzv  dövlətlərin 
mədəniyyət  nazirlərinin  VI  konfransında  Naxçıvan  şəhəri  2018-ci  il  üçün  İslam  mədəniyyəti 
paytaxtı elan olunmuşdur
 

11


Unutmaq olmaz ki, bu gün Naxçıvan Muxtar Respubliksında milli təhlükəsizliyin əsas tərkib 
hissəsi  olan  enerji  təhlükəsizliyi  həll  edilmişdir.  Enerji  təhlükəsizliyinin  əsas  elementlərindən  biri 
Araz  SES  və  günəş  elektrik  stansiyalarıdır.  Enerji  təhlükəsizliyi  və  enerjinin  şaxələndirilməsi 
Naxçıvan  Muxtar  Respublikası  kimi  istehsalçı  və  ixracatçı  ölkə  üçün  olduqca  vacibdir.  İqtisadi 
inkişaf limitsiz bir vasitə olub insanlara xidmət etmək, inkişafı təşviq etmək və yoxsulluğu azaltmaq 
üçün nəzərdə tutulmuşdur. Beləliklə, dövlətimiz Naxçıvan Muxtar Respublikasında  iqtisadi, sosial 
və ekoloji aspektlərin təşviqatını hədəfləyən keyfiyyətli inkişafa dəstək verir. Son illərdə Naxçıvan 
Muxtar Respublikasında innovasiyalı iqtisadiyyatın qurulması istiqamətində çox mühüm addımlar 
atılmış,  təkmil  qanunvericilik  bazası  yaradılmış,  texnoparklar,  sənaye  zonalarının  formalaşması 
prosesi sürətlənmişdir. Naxçıvan Muxtar Respublikasının dinamik inkişafını təmin edən amillərdən 
biri  də  sahibkarlıq  sahələrinin  mövcuddluğudur.  Demək  olar  ki,  sahibkarlıq  formaları  muxtar 
respublikanın strateji resursu hesab edilir. Bir çox ölkələrin “bazar hər şeyi həll edir” şüarını qərbdə 
olan hakim ideologiyanın ön plana çəkməsi, həmin dövlətlərin strateji vəzifələrdən uzaqlaşdırılma-
sına,  iqtisadiyyatında  zəifləməyə  və  həmin  cəmiyyətdə  sosial  gərginliklərin  artamsına  səbəb 
olmuşdur. Həmin ölkələrdən fərqli olaraq Naxçıvan Muxtar Respublikası iqtisadi inkişafa təsir edən 
xarici  və  daxili  amilləri  ölkənin  spesfik  xüsusiyyətlərini,  milli  maraqlarını,  malik  olduğu  strateji 
resursları  nəzərə  alaraq  qiymətləndirdi  və  nəticədə  özünün  müstəqil  inkişaf  modelini  seçdi. 
Naxçıvan  Muxtar  Respublikasında  iqtisadi  imkanlar  əhalinin  artımını  daim  üstələmiş  eləcədə 
iqtisadi  inkişafda  və  xüsusilə  növbəti  illərdə  kənd  təsərrüfatı  və  ağır  sənaye  ilə  bağlı  inkişafın 
məqsədləri,  inkişafı  aktiv  əhalinin  artması  meyilləri  nəzərə  alınmışdır.  Bununla  əlaqədar  olaraq 
Naxçıvan Muxtar Respublikasında vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə 
lazımı kadrların seçilməsində köməklik göstərmək, işsiz və iş axtaran vətəndaşların peşə hazırlığı, 
yenidən  hazırlığı  və  ixtisaslarının  artırılması,  əmək  yarmarkalarının  təşkili,  işsiz  statusunun 
verilməsi, işsizlik müavinətinin təyin edilməsi, ödənilməsi və.s bu kimi vəzifələrin icrası məqsədilə 
Dövlət məşğulluq xidməti idarəsi yaradılmışdır. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respub-
likası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli 14-05/S nömrəli sərəncamı ilə təsdiq edilmiş 
“2016-2020-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  məşğulluğunun  artırılması  üzrə 
Dövlət  Proqramı”-nın  artıq  icrasına  başlanmışdır.  2016-2020-ci  illərdə  Naxçıvan  Muxtar 
Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramının əsas məqsədi muxtar 
respublikada  məşğulluq  səviyyəsinin  daha  da  artırılması  və  yeni  iş  yerlərinin  açılması  üçün 
sahibkarlığın  inkişaf  etdirilməsinə  dövlət  maliyyə  dəstəyinin  davam  etdirilməsi,  qeyri-məşğul 
əhalinin  peşə  hazırlığının  yüksəldilməsi,  müstəqil  məşğulluğun  inkişafını  təmin  edən  tədbirlərin 
həyata  keçirilməsi,  əmək  yarmarkalarının  keçirilməsi  sahəsində  səmərəliliyin  artırılması,  idarə, 
müəssisə və təşkilatların işçilərə olan tələbatının müntəzəm öyrənilməsi və boş iş yerlərinə işaxtaran 
vətəndaşların  göndərilməsinin  təmin  edilməsi,  məşğulluq  xidməti  orqanlarının  maddi-texniki 
bazasının möhkəmləndirilməsi kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 
“Naxçıvan  Muxtar  Respublikasının  2014-2018-ci  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı”nın  əsas  məqsədi  real  sektorun  inkişafı,  iqtisadiyyatın  diversifikasiyası,  surətli 
inkişaf  istiqamətində  tədbirlərin  davam  etdirilməsi,  xüsusilə  kəndlərin  inkişafı  ilə  bağlı 
infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. 
Dünyada  gərginliyin,  işsizliyin  və  yoxsulluğun  artdığı  bir  dövrdə  Naxçıvan  Muxtar 
Respublikasında tamamilə fərqli proseslər–sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və 
siyasi sabitliyin, milli birliyin və.s yüksəlməsi müşahidə edilmişdir. 
Naxçıvan  Muxtar  Respublikasının  iqtisadi  və  sosial  inkişafında  əldə  edilən  bütün  bu 
uğurlar, qarşıya qoyulan inkişaf hədəfləri Azərbaycan Respublikasının Konstitusiyasının ma-
hiyyətindən irəli gəlir: sosialyönümlü bazar iqtisadiyyatının qurulması Azərbaycan dövlətinin 
ali  məqsədlərindən  biridir  ki,  bu  ali  məqsədə  nail  olmağın  ən  güclü  amili  Azərbaycan 
Dövlətinin müstəqilliyinin dönməz xarakter alması və iqtisadi müstəqilliyin təmin edilməsidir. 


279 
ƏDƏBİYYAT  
 
1.
 
Əhmədov  N.H.  Naxçıvan  iqtisadiyyatının  prioritetləri,  iqtisadi  artım,  dinamik  inkişaf,  Bakı, 
Sabah, 2008, 452 səh. 
2.
 
Əhmədov N.H. Heydər Əliyevin uğurlu inkişaf modeli Naxçıvanda dinamik inkişafı təmin edir. 
Naxçıvan, NDU, Elmi əsərlər №2 (67), Qeyrət, 2015.  
3.
 
Azərbaycan Respublikasının Konstitusiyası 
4.
 
Abutalıbov R.R. İdarəetmənin əsasları. Dərs vəsaiti, YK Production şirkətinin mətbəəsi, 225 s. 
5.
 
Aren Sadun. İstihdam Para ve İktisadi Politika, Ankara, İmge kitabevi, 2008, 203 s. 
6.
 
Ülgener F.S. Milli gelir istihdam ve iktisadi büyüme, İstambul, Der Yayınevi, 1980, 219 s. 
7.
 
Özsağır Arif M. Dünden Bügüne Büyümenin Dinamiği 2008, 347 s. 
8.
 
Atamtürk Burak. İktisadi Büyüme Teorileri ve İstihdam Politikaları, Marmara Universitesi, İBF 
Yayınevi, 203 s. 
9.
 
Muradov Rövşən, Müasir mərhələdə əhalinin məşğulluq quruluşunun formalaşması və təkmil-
ləşdirilməsi problemləri. Bakı, Elm, 2006, 216 s. 
10.
 
Naxçıvan  Muxtar  Respublikasının  Dövlət  Statistika  Komitəsinin  rəsmi  internet  səhifəsi. 
http://statistika.nmr.az/macroeconomy/index.php?estat=archive&topic=30 
11.
 
Səməd  Canbaxşıyev,  Naxçıvan  şəhəri  2018-ci  il  üçün  İslam  mədəniyyəti  paytaxtı  elan  olun-
muşdur. Şərq qapısı, Naxçıvan, 11 iyul 2017 
12.
 
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”. 
13.
 
2016-2020-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  məşğulluğunun  artırılması 
üzrə Dövlət Proqramı. 
 
ABSTRACT 
    Zaur Aliyev 
RELATIONSHIP BETWEEN ECONOMIC GROWTH AND EMPLOYMENT 
The main objective of the state is to improve the welfare of people by developing the economy. 
Politicians apply many policies to increase employment. One of the most important of these policies is 
to increase economic growth by providing economic growth and boosting employment.  
This  research  analyzes  economic  growth  and  employment.  Statistical  GDP  is  used  to 
indicate economic growth and employment levels. The first kind of employment is explained, then 
the  growth  models  are  discussed.  Different  approaches  have  been  analyzed  on  the  main  factors 
causing  economic  growth.  The  role  and  importance  of  state  regulation  in  economic  development, 
employment and improving the welfare of the population were emphasized. In the world practice, 
active and passive forms of state employment policy have been widely interpreted. It was noted the 
importance of continuing state financial support for entrepreneurship development. 
The  external  and  internal  factors  affecting  the  economic  development  in  the  Nakhchivan 
Autonomous Republic were assessed taking into account the country's specifics, national interests, 
and strategic resources. 
The  relevance  of  the  research  topic  is  conditioned  precisely  in  the  context  of  the  above 
problems. 
 
РЕЗЮМЕ 
Заур Алиев 
ОТНОШЕНИЯ МЕЖДУ ЭКОНОМИЧЕСКИМ РОСТОМ И ЗАНЯТОСТЬЮ 
Главная  цель  государства  -  улучшить  благосостояние  людей  путем  развития 
экономики.  Политики  применяют  много  стратегий  для  увеличения  занятости.  Одной  из 
наиболее  важных  из  этих  стратегий  является  увеличение  экономического  роста  путем 
обеспечения экономического роста и повышения занятости. 
В  этих  исследованиях  анализируется  экономический  рост  и  занятость.  Статистический 
ВВП  используется  для  обозначения  экономического  роста  и  уровня  занятости.  Объясняется 
первый  вид  занятости,  затем  обсуждаются  модели  роста.  Были  проанализированы  различные 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə