286
Sxem 2. Regionun aqrar sferasının subyektlərində kompleks
fəaliyyətin
təmin olunması üzrə mühüm komponentlər
Hüquqi-tənzimləyici bazanın formalaşdırılması ilə yanaşı stimullaşdırıcı
və təşkilati
addımların mütəmadi şəkildə diqqət mərkəzində olması da aqrar sahənin inkişafında spesifik təsirə
malikdir. Hələ 1994-cü ildə kənd təsərrüfstı istehsalçılarının 9 vergi növünün 8-dən (torpaq vergisi
istisna olmaqla) müxtəlif mərhələlərlə azad olunması, əkin sahələrinin hər hektarı üçün elektron
formada ödənişlərin həyata keçirilməsi, cins heyvanların, yanacaq və sürtkü materiallarının,
texnikanın, gübrələrin, suvarma sistemlərinin əldə olunmasına görə sadələşdirmələrin aparılması və
imtiyazlı şərtlərin nəzərdə tutulması (bəzi istiqamətlərdə ödəniş məbləğlərinin bir hissəsinin dövlət
tərəfindən üstlənməsi) əyani nümunələr şəklində göstərilə bilər ki, bu da aqrar sahənin inkişafına
yönələn işlərdəndir.
Regionun aqrar sferasının subyektlərində kompleks fəaliyyətin təmin olunması
üzrə mühüm komponentlər
Regionun əsas aqrar istehsal sahələri
üzrə ixtisaslaşma istiqamətlərinin
müəyyən edilməsi, onlar üzrə zəruri
nisbətlərin
hesablanması
Regionda bərqərar olmuş aqrar sahələr
üzrə perspektiv strateji kursun müəyyən edilməsi
və mərhələli şəkildə onun
icrasına nail olunması
Subyektlərin əsas məhsulları üzrə müəyyən
olunmuş norma və normativlər əsasında zəruri
istehsalat ehtiyatları
həcmlərinin müəyyən
edilməsi
Maliyyə resursları üzrə həcmlərin dəqiqləşdi-
rilməsi, xüsusi və borc vəsaitləri hesabına gö-
rüləcək işlərin istiqamətləri
və həcmləri üzrə
hesablamaların aparılması
Regionun ümumi və aqrar məqsədlər üçün
istifadə edilə bilən torpaq resursları, onların kənd
təsərrüfatı sahələri üzrə bölgüsünün həcmləri və
keyfiyyət tərkibi haqqında dəqiq məlumatın əldə
edilməsi
Aqrar fəaliyyətin təşkilində ölkənin və regionun
bazalarının qorunmasına yönələn, xarici ölkələrdə
müvəffəqiyyətlə sınaqdan çıxarılmış nəzəri və təcrübi
üsulların regiona transformativ şəkildə tətbiqi
Aqrar istehsalın və sonrakı
proseslərin tələblərə
uyğun səviyyədə təşkili məqsədilə zəruri işçi
heyyətinin toplanılması, onların ixtisas
səviyyəsinin artırılması yönündə işlərin icrası
Aqrar fəaliyyətin məqsədyönlü həyata keçirilməsi
məqsədilə suvarma və digər kommunikasiya
sistemlərinin yaradılması, onların mütəmadi
yenilənməsi
Aqrar sfera üzrə regionun daxili şərtləri
ilə səciyyələnən fəaliyyət sistemlərinin
yaradılması, onların yenilənməsi
istiqamətində
işlərin davamlı icrası
Əsas istehsal komponentləri ilə (texnika, gübrə,
toxum, tinglər, cins heyvanlar və s.) təmin olunma
səviyyəsinin yüksəldilməsi əsasında daha
məhsuldar fəaliyyətin təşkili
Maliyyə resuslarının istifadəsinin optimallığı və
səmərəliliyinin təmin olunması məqsədilə zəruri
nəzəri təməllər üzrə işlərin aparılması
İşlərin kompleks şəkildə icrası məqsədilə
fitosanitariya, baytarlıq, seleksiya s. analoji
fəaliyyətinin həyata keçirilməsi
Hasil edilmiş aqrar məhsulların reallaşdırılması
məqsədilə yerli və beyənlxalq təcrübədə mövcud olan
üsul və vasitələrdən istifadə olunmasına nail olunması
İstehsal olunmuş məhsulların satış və şəxsi istifadə
üzrə optimal bolgülərinin müəyyən edilməsi,
onların zay olmadan, reallaşdırılmasının maksimal
səviyyəyə çatdırılması
Regional müstəvidə aqrar sahə subyektlərində təchizatının, məhsul istehsalı və satışının həyata keçirilməsi
məqsədilə digər istiqamətlərdə işlərin görülməsi