289
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
HƏVVA ADIGÖZƏLOVA
Naxçıvan Dövlət Universiteti
eva.alieva.2012@mail.ru
UOT: 330
İNNOVASİYA CƏMİYYƏTİNDƏ İNTELLEKTUAL KAPİTALIN ROLU
Açar sözlər: innovativ cəmiyyət, intellektual mülkiyyət, intellektual kapital, istehsal vasitələri,
insan kapitalı.
Key words: innovative society, intellectual property, intellectual capital, the means of
production, human capital.
Ключевые слова: инновационное общество, интеллектуальная собственность,
интеллектуальный капитал, средства производства, человеческий капитал.
Dünya iqtisadiyyatı artıq postsənaye (informasiya) fazasına daxil olmuşdur və bu proses
dərinləşdikcə inkişaf etmiş ölkələrdə sənaye inkişafı dövrü artıq biliklərin, yüksək texnologiyaların,
yeni tədqiqatların, yeni kəşvlərin və onların sürətli tətbiqinin əsas rol oynadığı innovasiyanın inkişa-
fı dövrü ilə əvəz olunmağa başlamışdır.
Milli iqtisadi sistemlərin üstünlük amilləri artıq təbii resurslar və ya ucuz işçi qüvvəsi kimi
ənənəvi amillər deyil, biliklər və onların əsasında ideyalar yaratmaq və həyata keçirməkdir. İnkişaf
etmiş ölkələrdə milli innovasiya sistemləri yaradılır ki, onların məqsədi innovasiyalara əsaslanan
iqtisadiyyat yaratmaqdır. Belə iqtisadi sistemlərə innovasiya cəmiyyəti deyilir. İnnovasiya cəmiy-
yətinin fərqləndirici xüsusiyyəti insan resursları və onların prioritet inkişaf rolunun müəyyən
olunmasıdır.
Ağıl insan əməyinə yeni keyfiyyətli məna verir: məhsul istehsalın digər ənənəvi
amillərinin iştirakı olmadan yaranır. İnformasiya cəmiyyətində insanın intellektual potensialı əsas
istehsal vasitəsinə çevrilir və bu istehsal vasitəsi tamamilə işçiyə məxsusdur. Buna görə də yüksək
keyfiyyətli əmək resurslarının dəyəri kəskin artır. Beləliklə, insan potensialı və intelektual kapital
anlayışı yaranır ki, bu da şəxsin təhsil səviyyəsinin və fərdi əqli qabiliyyətinin məcmusu kimi
ifadə olunur.
İntelektual kapital anlayışına dəqiq tərif vermək üçün onun “intellektual mülkiyyət” və
“insan kapitalı” anlayışları ilə fərqlərini müəyyən etmək lazımdı. Bəzi tədqiqatçılar insan kapitalı
anlayışını fərdin 3 qrup keyfiyyətlərinin: sağlamlığı, peşəkarlığı və sahibkarlıq ruhunun cəmi kimi
qəbul edirlər. İnsan kapitalının digər kapital formalarından fərqi ondadır ki, o, öz sahibindən ayrı
ola bilməz. Buradan bir neçə nəticə çıxır. Əvvəla insan kapitalının sahibi onun istehsalda istifadəsi
zamanı şəxsən iştirak etməlidir. İkincisi, insan kapitalından gəlir əldə olunması üçün işçi öz əmək
və qüvvəsini sərf etməlidir. Üçüncüsü, insan kapitalı, nə satıla, nə də vərəsəlik qaydasında verilə
bilməz. Dördüncüsü, insan kapitalının xidmət müddəti insanın əmək həyatının davamlılıq ölçüsü ilə
müəyyən edilir. Müasir cəmiyyətdə insan alveri mümkün olmadığına görə insan kapitalı üçün də
pulla qiymət qoyulmur. Yalnız məhdud müddətə insan kapitalının işə cəlb olunması müşahidə olun-
duğu “icarə” sazişləri üzərində qurulmuş bazarlar fəaliyyət göstərir. Bununla yanaşı əmək haqqı
başqasının insan kapitalından istifadə üçün “icarə” ödənişi kimi çıxış edir.
Q.Bekkerə görə insan kapitalı təhsilə qoyulan investisiyaların miqdarına yəni biliklərin alın-
ması və mənimsənilməsinə çəkilən pul məsrəflərinə bərabərdir. İnsan kapitalının formalaşmasına
çəkilən məsrəflər özlərini investisiyalar kimi biruzə verirlər, çünki onlar resursların indiki zaman-
dan gələcəyə yerdəyişməsini nəzərdə tuturlar. İnvestor bu gün gəlirinin bir hissəsini gələcəkdə daha
yüksək gəlir əldə etmək xatirinə qurban verir. Gözlənilən məhsuldarlığı müəyyən xərclər hesabına
yüksəltmək olar, belə ki, əks halda hazırlığa tələbat sonsuz olardı. Onun xərcləri təlim alan işçinin
özünün sərf etdiyi vaxt və qüvvədən onun itirilmiş qazancından, başqaları tərəfindən həyata keçiri-