280
подходы к основным факторам, вызывающим экономический рост. Подчеркивалась роль и
значение государственного регулирования в экономическом развитии, занятости и повышении
благосостояния населения. В мировой практике широкое распространение получили активные и
пассивные формы государственной политики занятости. Было отмечено важное значение
продолжения государственной финансовой поддержки развития предпринимательства.
Внешние и внутренние факторы, влияющие на экономическое развитие
Нахчыванской Автономной Республики, оценивались с учетом специфики, национальных
интересов и стратегических ресурсов страны.
Актуальность темы исследования обусловлена именно в контексте вышеуказанных
проблем.
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 02).
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov
281
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87)
NAZİM ABIYEV
Naxçıvan Dövlət Universiteti
UOT:9/47.924
AQRAR SAHƏDƏ SUBYEKTLƏRİN FƏALİYYƏTİNİN
MAHİYYƏTİ VƏ SPESİFİK CƏHƏTLƏRİ
Açar sözlər: aqrar sahə, aqrar subyekt, fəaliyyətin təşkili, region, fəaliyyət tsikli
Key words: agriculture sector, agriculture subject, activity organization, region, activity cycle
Ключевые слова: аграрная отрасль, аграрный субъект, организация деятельности,
регион, цикл деятельности
XX əsrin sonunda ölkəmiz tərəfindən müstəqilliyin əldə edilməsi, suveren təməllərin
formalaşdırılması onun ümumi, o cümlədən iqtisadi təkamülündə öz sözünü demiş, onun müasir
dövrdə strateji inkişaf hədələrini müəyyən etmişdir. Mövcud təbii ehtiyatlardan, əmək və maliyyə
resurslarından kompleks və məqsədyönlü şəkildə istifadə olunması respublikamızın kiçik zaman
kəsiyində inkişaf etməkdə olan dövlətlər sırasında möhkəmlənməsinə və perspektiv dövrlərdə
inkişaf etmiş ölkələr sırasına keçidinin mümkünlüyünə şərait yaratmışdır. XXI əsrin əvvəllərində
dünyanı bürüyən iqtisadi böhran heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkəni kənarda
qoymadığı kimi, Azərbaycandan da yan keçməmişdir. Lakin aparılan monitorinqlər onu da göstərir
ki, aparılan məqsədyönlü və ardıcıl siyasət nəticəsində respublikamız bu çətinliklərdən ən az
zərərlərlə çıxan dünya “vahidlərindən” biri olmuşdur. Özünün iqtisadi siyasətini ilk növbədə daxili
tələbatın özünün istehsal potensialı hesabına mümkün qədər yüksək səviyyədə ödənilməsi, xaricdən
idxal asılılığının minimallaşdırılması, maliyyə şəffaflığının təmin edilməsi və maliyyə resurlarından
qənaətlə, məqsəduyğun, ilk növbədə prioritet sahələrin tələblərinin ödənilməsi yönündə istifadə
olunması, əmək resurslarından səmərəli istifadə kimi prinsiplər əsasında quran ölkəmiz mövcud
“tənəzzül” meyllərini azaltmaqla yanaşı kifayət qədər maliyyə (o cümlədən qızıl) ehtiyatlarını
formalaşdırmış oldu.
Son dövrlərdə qəbul olunmuş ümumi və xüsusi təyinata malik Dövlət Proqramları, maddi
istehsal sahələrinin ayrı-ayrı fəaliyyət istiqamətlərinin inkişafına yönələn Azərbaycan Respublika-
sının Qanunları, digər müxtəlif təyinatlı və səviyyəli hüquqi-normativ aktlar respublikamızda
iqtisadi təkamülü şərtləndirməklə, onun tənzimləyici bazasını hazırlamaqla yanaşı, aparısı sahə və
sferaların “simasının” dəyişilməsinə, onların daha mütərəqqi şəkildə təzahürünə şərait yaratmışdır.
Azad sahibkarlıq üçün münbit şəraitin bərqərar olması nəticəsində ölkənin aparıcı sahələrinin
potensialı dəfələrlə artmışdır ki, bu da istər fərdlərin, istər sosial sferanın, istərsə də istehsal sa-
hələrinin tələbatının ödənilməsində yeni mərhələlərə, fazalara keçidin zəminini formalaşdırmışdır.
Əyani misallara müraciət etsək görərik ki, məsələn Naxçıvan MR-də Sovet dövründə 50-yə yaxın
müxtəlif ölçülü sənaye müəssisəsi fəaliyyət göstərdiyi halda, 2017-ci ilin nəticələrinə görə onların
sayı 500-ü keçmişdir. Yaxud, haliyədə regionda 371 adda məhsul istehsal olunur ki, onlardan 344
üzrə istehsal həcmləri onun əhalisinin tələbatını ödəmək iqtidarındadır.
1993-2003-cü illərdə müstəqil ölkəyə kifayət qədər peşəkar təcrübəsi və bacarığı ilə seçilən
görkəmli xadimin, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi respublikanın iqtisadi inkişaf kursu
üzrə çevik, sistemli mütərəqqi strateji xəttinin müəyyən edilməsi və onun üzərində dövri olaraq də-
qiqləşdirmələrin aparılmasına səbəb olmuşdur. Məhz həmin şəxsiyyətin dövründə ölkədə
irimiqyaslı islahatların təməli qoyulur. Aqrar sahənin inkişafının başlanılması da Heydər Əliyevin
adı ilə bağlıdır. Onun müstəqil Azərbaycan Respublikasında hakimiyyətə gəlişi dövründə biri-
digərini əvəzləyən “Kəndli (fermer təsərrüfatları haqqında)”, “Torpaq islahatı haqqında”,
“Mülkiyyət haqqında” və digər əhəmiyyətli Azərbaycan Respublikası Qanunları, regionların sosial-
iqtisadi inkişafına şərtləndirən 2 Dövlət Proqramı (haliyədə üçüncüsü icra edilməkdə olan) və digər
282
normativ aktlar qəbul olunur. Məhz onun mütərəqqi fikir və düşüncələri əsasında ölkədə yenilənmə
proseslərinin təməli qoyulur. Hələ 1994-cü ildə Bakı şəhərində keçirilən “Aqrar islahatlar:
problemlər və onların həlli yolları” adlı beynəlxalq elmi tədbirdə müdrik ağsaqqal söyləmişdir ki,
“Son illər Azərbaycanda iqtisadi istehsalın ilbəil aşağı düşməsi və iqtisadiyyatın getdikcə dağılması
sübut edir ki, biz köhnəlmiş prinsiplər, köhnə sistem əsasında daha nəaliyyət qazana bilmərik. Bu
prinsiplərdən möhkəm yapışıb qalsaq, böyük çətinliklərlə rastlaşacağıq və şübhəsiz ki, ümumilikdə
iqtisadiyyatda, o cümlədən aqrar sahədə istehsal yenə aşağı düşəcəkdir. Ona görə də islahatların
aparılması zəruri bir vəzifədir. Nə qədər çətin olsa da, biz bu islahatları həyata keçirməli və həmişə
nəzərə almalıyıq ki, Azərbaycan Respublikasının təbiəti, torpağı, iqlimi ölkəmizdə bol kənd
təsərrüfatı məhsulları istehsal etməyə, aqrar sektoru yüksək səviyyəyə qaldırmağa imkan verir.”
Tədricən kənd mühitində istehsal imkanları və münasibətlərinin, adət və ənənələrinin
bərpası prioritet fəaliyyət istiqamətlərindən birinə çevrilir. Aqrar islahatların birinci mərhələsində
dövlət mülkiyyətində olan torpaqların özələşdirilməsi, kənddə yaşayan əhalinin mülkiyyətinə
verilməsi üzrə əməliyyatlar aparılır, dövlətin aqrar subyektlərində olan heyvanların və kənd
təsərrüfatı texnikasının fərdi təsərrüfatlar arasında bölgüsü həyata keçirilir. Torpaq, texnika və kənd
təsərrüfatı heyvanları sahibinə - mülkiyyətçiyə çevrilən kənd insanı islahatların ilk dövrlərində bəzi
çaşqınlıq hissləri keçirsə də (uzunmüddətli etibarın olmaması, maliyyə resurslarının çatışmazlığı,
istehsalın təşkili forma və qaydalarının seçilməsi və s. üzrə) zamanla hökumət tərəfindən aparılan
maarifləndirici, təşkilati, hüquqi və s. sahələrdəki işlər aqrar istehsalın təşkili və həyata keçirilmə-
sində sistemlilik, komplekslilik, səmərəlilik, qənaətcillik, aparıcı təcrübənin tətbiqi kimi prinsipləri
üzrə işlərin icrasına geniş “üfüqlər” açmışdır.
Kənd insanını torpağa bağlayan amillərin forma və səviyyələrinin zamanla təkmilləşdirilməsi,
təbii-iqlim şəraiti, torpaq resurslarının keyfiyyəti və sair istiqamətləri üzrə aparılan müşahidələr, hasilat
imkanların sistemli, tammənalı qiymətləndirilməsi nəinki fərdi təsərrüfatların, həmçinin bütöv rayonların
ayrı-ayrı kənd təsərrüfatı məhsulları istehsalının ixtisaslaşmasına gətirib çıxarmışdır.
Ölkənin regionları sırasında özünəməxsus cəhətləri ilə seçilən Naxçıvan MR özünün tarixən
öncül yerdə məskunlaşmış aqrar istehsal ənənələri ilə məşhurdur. Yerli şəraitin imkanlarından
mümkün qədər yüksək səviyyədə istifadə edilməsi kənd təsərrüfatının tərkib hissələri olan
bitkiçiliyin və heyvandarlığın əsaslı surətdə bərqərar olmasına şərait yaratmışdır. Regionda aqrar
məhsulların istehsalı və reallaşdırılması səviyyələrində dinamik artımlar müşahidə olunmaqdadır.
Buna təsir edən çoxsaylı amillər mövcuddur. Region əhalisinin sayının artması, onun tələbatının
milli, dini və digər tələblər baxımından dəyişilməsi, yerli istehsalın, xüsusilə də emal sənayesi
subyektlərinin say-tərkib ifadəsinin artması, bu əsasda isə kənd təsərrüfatı xammalına olan
ehtiyaclarının müsbət yöndə dəyişilməsi kimi faktorların təsir dərəcəsinin artması aqrar sahədə
işlərin kəmiyyət-keyfiyyət ifadələrinin yüksəlməsinə təsir etməkdədir.
Aqrar sfera üzrə fəaliyyət özündə çoxsaylı vəzifə və öhdəlikləri cəmləməkdədir. Bu sırada
ilk növbədə ümumilikdə ölkədə, o cümlədən onun regionlarında ərzaq bolluğunun yaradılması isti-
qamətində işlərin icrası yolu ilə əhalinin qida təyinatlı məhsullarla təmin olunması səviyyəsinin
yüksəldilməsi, onun növ-çeşid tərkibinin genişləndirilməsi kimi vəzifələri qeyd etmək yerinə
düşərdi. Bununla yanaşı ərzaq yönümlü emal sənayesinin aqrar xammalla təmin olunması da öz
əhəmiyyətini qorumaqdadır. Müvafiq sənaye sahəsi öz fəaliyyətini əsasən iki istiqaməti əhatə
etməklə qurmalıdır: 1.qida məhsulları təminatında tələbatın daha geniş məhsul növləri və çeşidləri
ilə iştirak etmək; 2.tələbatın fasiləsiz olaraq (mövsümlər nəzərə alınmadan) ödənilməsi sahəsində
işlərin görülməsi. Bəndlərin hər biri özünəməxsus xassələrlə fərqlənməklə yanaşı ilk növbədə re-
gion üzrə ərzaq bolluğunun yaradılmasında, həmçinin onun ixrac potensialının artırılmasında
mühüm rol oynayır. Heç də təsadüfi deyil ki, 15 dekabr 2016-cı il tarixində Türkiyə Cümhuriy-
yətinin səlahiyyətli hökumət nümayəndələrinin Naxçıvana səfəri zamanı bu ölkəyə 150 milyon
ABŞ dolları həcmində aqrar məhsulların və onların emalından əldə olunan əmtəələrin ixracı ilə
bağlı razılaşma əldə olunmuşdur. Bununla yanaşı regionda istehsal olunan məhsulların 2016-2017-
ci illərdə AFR-də, Polşa və digər dövlətlərdə sərgilərdə təmsil olunması və aqrar məhsulların ixracı
ilə bağlı müqavilələrin imzalanması muxtar respublikanın ixrac potensialının səviyyəsinə müsbət
təsir etməklə yanaşı, onun kənd təsərrüfatı sektorunda da canlanmaya səbəb olmuş, məhsulların
Dostları ilə paylaş: |