Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   135   136   137   138   139   140   141   142   ...   164

283 
kəmiyyət-keyfiyyət xarakteristikalarının təkmilləşdirilməsində böyük rol oynamışdır. Həmin proses 
bu gün də davam etməkdədir.   
Görülən  işlər  kənd  təsərrüfatında  fəaliyyət  göstərən  subyektlərin  forma  və  növlərinə  də 
təsirsiz ötüşməmişdir. Belə ki, islahatların başlanğıc mərhələlərində ibtidai istehsal münasibətlərini 
özündə  ehtiva  edən  hüquqi  və  fiziki  şəxslər  formasında  mövcud  olan  həmin  quruluşlar  sonradan 
üfuqi  və  şaquli  şəkildə  təkmilləşdirmə  və  transformasiya  əməliyatlarına  məruz  qalaraq  özlərinin 
yeni  “istehsal-təşkilati  simalarını”  ortaya  qoydular.  İstehsalların  istisaslaşma  səviyyəsinin 
dəqiqləşdirilməsi,  zamanla  yeni  istehsalat  təcrübələrin  yiyələnmə  və  onların  paylaşılması,  həm 
bitkiçilik,  həm  də  heyvandarlığı  birləşdirən  kompleks  fəaliyyətə  müraciət  olunma,  3-5  hektar 
sahədə  fəaliyyətdən  ən  azı  50  hektar  sahədə  fəaliyyətin  təşkilinə  keçid,  texnika  və  texnologiya 
təminatında  dövlətin  yaratdığı  imkanlardan  istifadənin  genişlənməsi,  bir  sıra  kənd  təsərrüfatı 
məhsullarınin istehsalı üzrə mövsümilik prinsipinin təsirinin zəiflədilməsi daha mütərəqqi təşkilatı 
formalara keçidi şərtləndirdi.  
Haliyədə respublikamızın regionlarında yaradılması geniş vüsət alan, böyük və çoxtərəfli is-
tehsal  imkanlarına  malik  aqroparklar  buna  əyani  nümunə  olaraq  göstərilə  bilər.  Bu  quruluşların 
forma və fəaliyyətlərinin günü-gündən yenilənməsi istər sahibkarların, istərsə də müvafiq hökumət 
orqanlarının  qarşısında  qoulan  zəruri  vəzifələrdən  hesab  olunur.  Heç  də  təsadüfi  deyil  ki,  ölkə 
prezidentinin  Göygöl  və  Samuz  rayonlarına  səfəri  zamanı  19  avqust  2017-ci  il  tarixində 
aqroparkların daha mütərəqqi  formalarından biri olan Samux “Aqroenerji Yaşayış  Kompleksi”nin 
açılışında  iştirak  etmiş,  burada  tətbiq  olunan  mütərəqqi  texnologiyalarla  tanış  olmuşdur.  Onun 
yaradılmasında  rəhbərliyi  həyata  keçirən  respublikanın  Alternativ  və  Bərpa  Olunan  Enerji 
Mənbələri  üzrə  Dövlət  Agentliyi  tərəfindən  tətbiq  olunan  yeniliklər  sırasında  “quruluşun”  enerji 
təminatının  formalaşdırılmasında  elektrik  enerjisi  növü  ilə  yanaşı  geoenerji,  bioenerji,  külək  və 
günəş  enerjisi  növlərinin  imkanlarından  istifadə  olunmasıdır.  Müəyyən  mənada  “avtonom  enerji 
sistemi”  əsasında  fəaliyyət  göstərən  subyekt  özündə  aqrar  istehsal  sahələri  ilə  birlikdə  həmin 
məhsulların sənaye emalını həyata keçirən “vahidləri” də məskunlaşdırmaqdadır. İşçi heyyətinin bir 
hissəsinin  məhs  həmin  Kompleksdə  yaşayış  sahələri  ilə  təmin  olunması  onların  həmin  subyektə 
olan bağlılığının güclənməsinə şərait yaratmalıdır.  
Müvafiq  subyekt  fəaliyyətin  növlərinin  eyni  məkanda  birləşdirilməsi  baxımından  Sovetlər 
dövründə  mövcud  olmuş  aqrar-sənaye  komplekslərinin  daha  mütərəqqi  forması  kimi  çıxış 
etməkdədir.  Yeni  texniki  vasitələr  və  texnologiyalarla  təchiz  olunan  subyekt  iribuynuzlu  malqara 
fermasına,  əkin  sahələrinə  malikdir.  Həmin  istiqamətlərdən  alınan  məhsullar  emal  bölmələrini 
keçdikdən  sonra  özünün  spesifik  cəhətləri  nəzərə  alınmaqla  ümumi  və  ya  xüsusi  təyinatlı 
(soyuducu) anbarlara yerləşdirilir, yaxud birbaşa reallaşdırmaya göndərilir. Ümumi istehsalın daha 
qısa zaman vahidləri çərçivəsində yekunlaşdırılması məhsulun zay olmasının qarşısını almaqla ya-
naşı daha yüksək keyfiyyətə malik formada istehsalçılara çatdırılmasına şərait yaradır.     
Aqrar  sahə  istehsalın  ardıcıl  təşkili  və  həyata  keçirilməsi,  sadə  və  geniş  təkrar  hasilatın 
mümkünlüyü  baxımından  özünün  xüsusiyyətlərinə  malik  sahələrdən  hesab  olunur.  Haliyədə  açıq 
havada istehsalın təşkili ilə yanaşı örtülü məkanlarda (istixanalarda və s.) da fəaliyyətin icrası geniş 
vüsət almaqdadır. Statistik məlumatlara əsaslanaraq demək mümkündür ki, qeyri-istehsal mövsüm-
lərində bəzi ərzaq məhsulları üzrə əhalinin tələbatının ödənilməsində həmin fəaliyyətin payı 8-20% 
arasında tərəddüd edir. Ümumiyyətlə, fəaliyyətinin təşkili ardıcıllığı və genişləndirilməsi baxımın-
dan kənd təsərrüfatı sahəsi təkrar fəaliyyət tsikllərinin tammənalı həyata keçirilməsi özünün aktual-
lığını qorumaqdadır. “Təchizat → istehsal → reallaşdırma” vəhdəti üzərində məqsədyönlü şəkildə 
təşkil olunan icraat eyni zamanda maliyyə resurslarından səmərəli istifadəni şərtləndirməli, onların 
birbaşa təsərrüfat  proseslərindən  yayındırılmasının  optimal ölçülərini müəyənləşdirməlidir. Nəzəri 
və  təcrübi  təməllərə  əsaslanaraq,  ardıcıl  qurulması  və  sonrakı  genişləndirilməsi  prizmasından 
yanaşaraq  kənd  təsərrüfatı  fəaliyyətinin  sxem  1-də  ifadə  edilən  mərhələlərdən  keçməsi  qanuna-
uyğun hal kimi qiymətləndirilməlidir.  
 
 


284 
Sxem 1.Kənd təsərrüfatı subyektlərinin təkrar fəaliyyət tsikllərinin təşkili 
 
  I  M Ə R H Ə L Ə                           II  M Ə R H Ə L Ə 
 
  
 
 
 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
Müvafiq  sxem  özündə  kənd  təsərrüfatı  sahəsi  üzrə  mərhələlər  şəklində  təkrar  fəaliyyətin 
təşkilinin  əsas  məqamlarına  aydınlıq  gətirməkdədir.  Hər  bir  mərhələdə  işlərin  səmərəli  təşkili 
onların  növbəti  mərhələyə  təkrar  keçidinin  uğurla  baş  verməsinə  zəmin  yaradır.  Digər  tərəfdən, 
maliyyə resurslarının bölüşdürülməsi üzrə düşünülmüş, əsaslandırılmış (riskləri də nəzərə almaqla) 
strategiyanın  və  perspektiv  fəaliyyət  planlarının  hazırlanması,  onun  diversifikasiya  imkanlarının 
obyektiv  qiymətləndirilməsi  subyektlərin  gələcək  dövrlərdə  inkişafında  mühüm  rol  oynayacaqdır. 
Lakin  yaddan  çıxarılmamalıdır  ki,  aqrar  sahibkarlıq  fəaliyyətinin  sistemliliyinin  təmin  olunması 
üçün  bəhs  olunan  istiqamətlər  üzrə  əhatəli  təsnifatların  tərtib  olunması  mühümdür.  Bəhs  olunan 
sahəyə  nəzər  salaraq  qeyd  etmək  yerinə  düşər  ki,  sahibkarlıq  fəaliyyəti  özündə  iqtisadi,  təşkilati-
idarəetmə, personalla işləmək bacarığı və digər istiqamətlər üzrə icrası zəruri olan işlərin məcmusu 
kimi çıxış edir. Nəzəriyyəyə müraciət etdikdə onun geniş arealı əhatə edən bir çox növünü görmək 
mümkündür.  
Tarixi yanaşmada dünya miqyasında sahibkarlıq fəaliyyəti haqqında ilk əhatəli məmumatlar XVI 
ərsin ortalarına (Rusiya, İngiltərə, Hollandiya və s.) təsadüf etsə də, onun əsas təşəkkül etdiyi sahə ticarət 
olmuşdur. Sonralar ayrı-ayrı ölkələrin ictimai-iqtisadi formasiyalarında baş verən dəyişikliklər sahibkarlıq 
“hissinin” digər sahələrə siraət etməsinə şərait yaratmışdır. Səhmdar bankların yaranması, ağır sənayenin 
inkişafı,  dəmir  yollarının  tikintisi,  işçi  bazarlarının  formalaşması  kimi  amillər  müxtəlif  mərhələlərdə 
sahibkarlıq  fəaliyyətinin  inkişafında  əvəzolunmaz  “izlərini”  buraxmışlar.  Aqrar  sahədə  mütəşəkkil 
sahibkarlığın  formalaşması  haqda  ilk  məlumatlar  XVIII  əsrin  ortalarına  təsadüf  edir.  Həmin  dövrdə 
yaşamış  fransız  iqtisadçısı  J.Sey  özünün  “Siyasi  iqtisadın  traktatları”  əsərində  qeyd  edir:  “Sahibkarlıq 
fəaliyyəti istehsalın üç amilinin – torpağın, kapitalın və əməyin birləşməsi ilə xarakterizə olunur. Sahibkar 
– bu və ya digər məhsulu istehsal etmək və reallaşdırmaq üçün öz kapitalı və təşəbbüskarlıq qabiliyyəti ilə 
riskə gedən şəxsdir. ....Həmin təzahürlər ticarətdə olduğu kimi, sənayedə və kənd təsərrüfatında da özünü 
geniş, əhatəli şəkildə ifadə etməkdədir”  
Haliyədə  əsas  növ  və  iqtiqamətləri  üzrə  tənzimləmə  müddəalarını  “Sahibkarlıq  fəaliyyəti  haq-
qında”  Azərbaycan  Respublikası  Qanununda  tapan  müvafiq  işlər  sistemli  icraat  və  kompleks  şəkildə 
yanaşma halında arzuolunan nəticələrin əldə olunmasına şərait yaradır. Digər sahələrlə müqayisədə təbii-
iqlim, ərazi quruluşu, suvarma sistemlərinin, həcm və keyfiyyət parametrləri üzrə tələblərə uyğun gələn 
örüş sahələrinin mövcudluğu və digər şərtlərdən asılılığın yüksək olması aqrar sahibkarlıqda təşkilatlanma, 
planlaşdırma və proqnozlaşdırma işlərinin mürəkkəbliyində də özünü biruzə verməkdədir. Məsələn, kənd 
yerlərinin əhalinin təbii artımının yüksək olması nəticəsində onlara yaşayış və digər məqsədlərlə torpaq 
Təchizat, tədarük 
əməliyyatları 
Aqrar istehsal 
əməliyyatları 
Reallaşdırma (satış) 
əməliyyatları 
Maliyyə resurslarının 
əldə olunması 
Təchizat - tədarükat fəaliyyətinin yenidən təşkili  
və genişləndirilməsi 
Sərbəst vəsaitlərin yığıma, sosial məqsədlərə, fəaliyyətin sair şərtlərinin 
yaxşılaşdırılmasına və digər zəruri istiqamətlərə yönəldilməsi  
Satış əməliyyatlarının təkrar təşkili, genişləndirilməsi və  
təkmilləşdirilməsi 
İstehsal fəaliyyətinin bərpası, onun texniki-texnoloji və  
sair təminatının yaxşılaşdırılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə