Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   119   120   121   122   123   124   125   126   ...   164

250 
sərvətlərindən  və  iqtisadi  potensialından  səmərəli  istifadə  nəticəsində  surətli  iqtisadi  inkişafa  nail 
olunmuşdur. Lakin bununla belə yoxsulluq kimi fundamental və kompleks səciyyə daşıyan mühüm 
sosial  problem,  heç  də  həmin  ərəfədə  tam  şəkildə  aradan  qaldırılmamışdır.  Bunun  əsas 
səbəblərindən biri də yoxsulluğun lokal deyil, qlobal səciyyə daşıması ilə bağlıdır. 
Belə  ki,  XXI  əsrin  ilk  illərində  beynəlxalq  qurumların  verdiyi  məlumata  görə  dünya 
dövlətlərinin  təqribən  70%-i  yoxsulluq  problemindən  əziyyət  çəkmişdir.  Həmin  dövrün 
statistikasına görə dünyada 1,2 mlrd. insan yoxsulluqdan əziyyət  çəkmiş, təqribən 2 mlrd. insanın 
gündəlik  qazancı  1  ABŞ  dollarından  aşağı  olmuşdur.  Bunun  əsas  səbəblərindən  biri  dünya  üzrə 
gəlirlərin  qeyri-bərabər  bölgüsü  olmuşdur.  Təsadüfi  deyil  ki,  bu  ərəfədə  qlobalistika  çərçivəsində 
bir sıra nəzəriyyələr  yaranmışdır. Belə nəzəriyyələrdən biri də  “Qızıl milyard” nəzəriyyəsidir.  Bu 
nəzəriyyənin  mahiyyəti  budur ki,  dünya əhalisinin  yalnız 20%-i  maddi nemətlərdən  geniş  istifadə 
və istehlak edir, qalan 80%-i isə müxtəlif fərqlərlə təlabatlarını tam şəkildə ödəyə bilmirlər. 
Bu  və  buna  bənzər  bir  çox  səbəblərdən,  o  cümlədən  Sovetlər  İttifaqının  dağılması  ilə 
sosializm  təsərrüfat  sisteminin  böhranı  nəticəsində  1991-1994-cü  illərdə  əhalinin  həyat  səviyyəsi 
3,7-4  dəfə  aşağı  düşmüşdür.  Respublikamızda  əhalinin  maddi  və  mənəvi  təlabatının  ödənilməsi 
səviyyəsinin  müqayisəli  təhlili  göstərir  ki,  həm  müxtəlif  əhali  kateqoriyaları,  həm  də  ayrı-ayrı 
regionlar  üzrə  sosial-iqtisadi  durum  arasında  kəskin  disproporsiyalar  mövcuddur.  Bu  isə 
ümumdaxili  məhsulun  bölgü  sisteminin  yetkin  olmaması  ilə  şərtlənən  qeyri-harmonik 
(tarazlaşdırılmamış) inkişafın bariz nəticəsi idi. Təbii ki, zəngin yeraltı və yerüstü sərvətlərə malik 
olan  Azərbaycanda  belə  vəziyyət  uzun  sürə  bilməzdi  və  bütün  bunlar  təxirəsalınmadan 
genişmiqyaslı sosial-iqtisadi islahatlara başlanmasını zərurətə çevirmişdir. Məhz bu səbəbdəndir ki, 
1994-cü  ildən  başlayaraq,  ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycanda  əsas 
məqsədi ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafın təmin edilməsi olan çoxşaxəli sosial 
iqtisadi islahatlar həyata keçirilməyə başladı. 
Tədqiqatçıların  araşdırmalarına  görə,  həmin  dövrdə  “...  xüsusən  1996-cı  ildən  başlayaraq 
ölkəmizdə  uğurlu  həyata  keçirilən  hüquqi  və  iqtisadi  islahatlar  nəticəsində  insan  inkişafı  ilə 
əlaqədar nəzərə çarpan nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərdən biri iqtisadi sahədə baş verən 
dirçəlişin göstəricisi olan istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM-nin) artım dinamikası ilə 
əlaqədardır. Məsələn, əvvəlki illərə nisbətən ÜDM 1996-cı  ildə 1,3%, 1997-ci  ildə 5,8%, 1998-ci 
ildə 10%, 1999-cu ildə 7,4%, 2000-ci ildə 11,4% olmuşdur. Bu statistik göstəricilər iqtisadi artımın 
son  illərdə  davamlı  xarakter  daşıdığını  göstərir  ki,  bu  da  insan  inkişafının  əsas  aspektlərindən 
biridir”(5.s.17). 
Qeyd edək ki, iqtisadi tədbirlərdən başqa həmin vaxtlarda Ulu Öndər Heydər Əliyevin şəxsi 
təşəbbüsü ilə ölkəmizdə yoxsulluğun azaldılması ilə bağlı bir çox siyasi-hüquqi tədbirlərdə həyata 
keçirilmişdir. Bu tədbirlərdən ən vacibi “Yoxsulluğun Azaldılması və İqtisadi  İnkişaf üzrə Dövlət 
Proqramı”nın  hazırlanması  ilə  bağlı  olan  Heydər  Əliyevin  2  mart  2001-ci  il  tarixli  636  saylı 
sərəncamını göstərmək lazımdır. 
Bundan  başqa  Yoxsulluğun  azaldılması  ilə  bağlı  digər  siyasi  qərar  isə  Ümumilli  liderin 
təşəbbüsü  ilə  Respublika  Nazirlər  Kabineti  tərəfindən  “Azərbaycanda  Davamlı  İnsan  İnkişafı 
strategiyası”  nın  hazırlanması  haqqında  30.10.2001-ci  il  tarixli,  198  saylı  sərəncamın  verilməsi 
olmuşdur.  Göstərilən  bu  qərarlar  sonrakı  illərdə  ölkəmizdə  yoxsulluğun  azaldılması  sahəsində 
siyasi-hüquqi  cəhətdən  mühüm  rol  oynamış  və  davamlı  inkişafın  sosial  aspektlərinin  inkişaf 
etdirilməsində strateji cəhətdən başlanğıc rolu oynamışdır. 
Ölkəmizdə davamlı inkişaf və yoxsulluğun azaldılması ilə bağlı Heydər Əliyevin başladığı 
işi  onun  layiqli  davamçısı  prezident  İlham  Əliyev  uğurla  davam  etdirmiş  və  indi  də  davam 
etdirməkdədir. 
İlk  növbədə  Azərbaycanda  “Yoxsulluğun  azaldılması  və  iqtisadi  inkişaf  üzrə  dövlət 
proqramında (2003-2005)” qarşıya qoyulmuş hədəflər və proqramın gerçəkləşdirilməsi nəticəsində 
əldə olunmuş uğurlara diqqət yetirək. 
Qeyd edək ki, yuxarıda göstərilən Dövlət Proqramda o dövrdə Azərbaycanda mövcud olan 
yoxsulluq  səviyyəsi  və  onun  səbəbləri  təhlil  edilmiş,  yoxsulluğun  azaldılması  məqsədilə 
iqtisadiyyatda,  sosial  sahədə  islahatların,  institusional  dəyişikliklərin  əsas  istiqamətləri 


251 
müəyyənləşdirilmiş, yoxsulluğa daha həssas olan əhali qruplarının, ilk növbədə qaçqın və məcburi 
köçkünlərin  üzləşdikləri  problemlərin  həllinin  zəruriliyi  ön  plana  çəkilmişdir.  Yoxsulluğun 
azaldılması  ilə  bağlı  strategiya  iqtisadi  siyasətlə  bağlı  iki  mühüm  vəzifənin  yerinə  yetirilməsini 
nəzərdə  tutmuşdur.  Birinci  vəzifə,  makro-iqtisadi  sabitliyi  qoruyub  saxlamaq  üçün  fiskal  və  pul-
kredit siyasətindən çevik və ehtiyatla istifadə olunmasıdır. İkinci vəzifə, hökümət tərəfindən tarazlı 
iqtisadi  artıma  şərait  yaradılması  olmuşdur.  Tarazlı  iqtisadi  artımın  təmin  olunması  qeyri-neft 
sektorunun  inkişafının  təşviq  edilməsində  və  xüsusilə,  ölkənin  Abşeron  yarımadasından  kənar 
regionlarında iş yerlərinin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Bunun üçün əsas görüləcək 
işlər aşağıdakı müəyyənləşdirilmişdir: 
-makro-iqtisadi sabitlik; 
-tarazlı iqtisadi artım; 
-insan resurslarının inkişafına investiya qoyuluşu; 
-kənd təsərrüfatı və regional inkişaf; 
-enerji sektorunda islahatlar; 
-turizm; (6. s.30). 
Proqramda  yoxsulluğun  azaldılması  üzrə  institutsional  çərçivə  aşağıdakı  kimi 
müəyyənləşdirilib.  İnstitusional  islahatların əsas strateji  məqsədləri  aşağıdakı  kimi  ümumiləşdirilə 
bilər: 
1)dəyişikliklərdə olan iqtisadi mühitdə, o cümlədən tənzimləmə və kommersiya funksiyaları 
arasında aydın və dəqiq bölgünün aparılması; 
2)dövlət idarəetmə sistemində peşəkarlığın və şəffaflığın artırılması; 
3)qərarların qəbul edilməsinin əks-mərkəzləşdirilməsi və yerli səviyyədə özünümaliyyələş 
dirmənin inkişaf etdirilməsi; 
4)hüquq-məhkəmə sistemində islahatların aparılması; 
5)bütün səviyyələrdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi. 
Bütövlükdə  qəbul  edilmiş  Proqramda  onun  əsas  məqsədləri  elmi  cəhətdən  əsaslandırılaraq 
izah  edilmiş,  eləcə  də  bu  məqsədlərə  çatmaq  üçün  2003-2005-ci  illər  ərzində  həyata  keçiriləcək 
strateji  tədbirlər  müəyyən  olunmuşdur.  Eyni  zamanda  proqramda  Azərbaycan  Respublikasındakı 
mövcud  yoxsulluq  səviyyəsi  geniş  təhlil  edilmişdir.  Bu  məqsədlə  ölkədəki  demoqrafik  vəziyyət, 
şəhər,  kənd  və  regionlar  arasındakı  mövcud  statistik  məlumatlar  və  müşahidələr  əsasında  tədqiq 
ediləcək  yoxsulluğu  yaradan  əsas  səbəblər  açıqlanmışdır.  Respublikada  yoxsulluq  həddini  dəqiq 
müəyyənləşdirmək  üçün  ayrı-ayrı  sahələrlə  yanaşı,  ölkənin  ümumi  makroiqtisadi  vəziyyəti,  əldə 
edilən  nailiyyətlər  və  qarşıda  duran  məqsədlər  aydın  şəkildə  izah  olunmuşdur.  Yoxsulluğun 
azaldılması  istiqamətində  qarşıda  duran  vəzifələrin  icra  mexanizmini,  iştirakçı  təşkilatları,  o 
cümlədən həm iqtisadi, həm sosial, həm də idarəetmə sahəsində nəzərdə tutulan islahatları, ayrı-ayrı 
əhali qrupları üzrə həyata keçiriləcək tədbirləri tam əhatə edən Proqram təkmil bir sənəd idi. Ona 
görə  də  çox  keçmədi  ki,  Azərbaycanda  yoxsulluğun  azaldılması  istiqamətində  Proqram  əsasında 
həyata keçirilən tədbirlər öz bəhrəsini verdi və ölkədə yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49% i 
səviyyəsindən, 2007-ci ildəki 16% səviyyəsinə qədər dəyişdi (7.s.71). 
Yuxarıda  öz  əksini  tapmış  statistik  məlumatlardan  aydın  olur  ki,  yoxsulluğun  azaldılması 
istiqamətində  aparılan  işlər  və  dövlət  proqramının  həyata  keçirilməsi  kifayət  qədər  bəhrə  vermiş, 
müsbət  nəticələr  əldə  edilmişdir.  Lakin,  nüfuzlu  beynəlxalq  təşkilatların  irəli  sürdüyü  tələblər  və 
qəbul  etdikləri  normativ  sənədlər  ilə  tanışlıq  onu  deməyə  əsas  verir  ki,  yoxsulluğun  azaldılması 
təkcə  əhalinin  gəlirlərinin  artması  və  onların  ərzaq  təminatının  yaxşılaşdırılmasından  ibarət  deyil. 
Deməli,  yoxsulluq  probleminə  beynəlxalq  sənədlərdə  əksini  tapmış  normativlərdən  yanaşdıqda 
yoxsulluq  geniş  məna  kəsb  edir  və  çoxcəhətli  sosial  problemlərin  həll  edilməsindən  asılıdır.  Bu 
baxımdan sonrakı illərdə yəni 2003-cü ildən sonra davamlı inkişaf və yoxsulluğun azaldılması ilə 
bağlı  Azərbaycanda  xüsusi  proqram  işlənilib  hazırlanmışdır.  Belə  ki,  “2008-2015-ci  illərdə 
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” adlanan 
sənədi aşağıda ətraflı təhlil edəcəyik. 
2008-ci  il  15  sentyabr  tarixində  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin 
sərəncamı  ilə  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə