Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   113   114   115   116   117   118   119   120   ...   164

238 
ƏDƏBİYYAT 
 
1. Abbasov İ.D. Azərbaycanın kənd təsərrüfatı. Bakı, Elm və təhsil, 2010, 592 s. 
2. Abbasov T.A. Kənd təsərrüfatının resurs potensialı və ondan səmərəli istifadənin regional   
    problemləri. Bakı, Elm, s.45. 
3. Abdullayev A. İqtisadiyyat və iqtisadi siyasət. Bakı, “Asiya” nəşriyyatı, 2003. 
4. Balayev R.Ə. Aqrar bölmənin və ərzaq bazarının tənzimlənməsi məsələləri. Müasir mərhələdə 
Azərbaycanda  yeni  iqtisadi  sistemə  keçidin  qanunauyğunluqları  və  problemləri  (Azərbaycan 
Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu). Kollektiv monoqrafiya. Bakı, Elm, 1998. 498 s.    
5. Cəbiyev R.M. Azərbaycanda bazar infrastrukturunun formalaşması və inkişafı. Bakı,   
   2002, 231 s. 
6. Əlirzayev Ə.Q. İqtisadiyyat: düşüncələr, baxışlar. Bakı, 2002, 465 s. 
7. Əlirzayev Ə.Q., Əliyev K.Q. Sahibkarlığın inkişafının təminatı. “İqtisadiyyat və audit”       
     jurnalı № 2, Bakı, 60 s., 2002. 
8. Əliyev K.Q. Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişaf problemləri. “İqtisadiyyat   
    və audit”  jurnalı № 10, Bakı, 53 s., 2003.                                                                                                                                                                                                                                                              
 
РЕЗЮМЕ 
Теймур Аббасов  
         
ОСНОВНЫЕ ВОПРОСЫ КОНКУРЕНТНО  УСТОЙЧИВОГО РАЗВИТИЯ 
      АГРАРНОЙ ОТРАСЛИ  В НАХЧЫВАНСКОЙ  АВТОНОМНОЙ  РЕСПУБЛИКЕ 
                                                    
В  статье  рассмотрены  вопросы    продолжения  работ  по  созданию  необходимых 
экономических,  организационных,  нормативно-правовых  условий  для  проведения  в  жизнь 
аграрных  реформ,  а  также  вопросы  создания  системы  государственного  урегулирования 
сельскохозяйственного  производства  и  пути  улучшения  финансового  положения 
производителей продукции в системе агропромышленного комплекса. 
 Раскрываются цели концепции в аграрном секторе  в условиях рыночных отношений и 
основные вопросы конкурентно устойчивого развития аграрной отрасли. 
                                                                
                  
 
  
                                           NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa    
tövsiyyə olunmuşdur. (protokol № 02).  
 
                                                      
 
 
 


239 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
MEHDİ BAĞIROV  
Naxçıvan Dövlət Universiteti 
UOT: 336 
MÜASİR İNKİŞAF MƏRHƏLƏSİNDƏ AQRAR  
SEKTORDA MARKETİNQ İNFORMASIYASINDAN  
İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ 
 
Açar sözlər: kənd təsərrüfatı, marketinq fəaliyyəti, informasiya təminatı, marketinq növləri, 
aqrar istehsal      
       Key  words:    agriculture,  marketing  activities,  information  provision,  marketing  of 
agricultural produce  
Ключевые слова: сельское хозяйство, маркетинговая деятельность, информационное 
обеспечение, виды маркетинга, аграрное производство    
         Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra sosial-iqtisadi inkişaf istiqamətində 
sürətlə  irəliləməkdədir.  Artıq  bir  neçə  təkamül  mərhəsini  geridə  qoymuş  müstəqil  ölkəmiz  fiskal 
siyasət  hesabına  sahə,  region  və  digər  bölgülər  əsasında  hərtərəfli,  kompleks  irəliləməni  məqsəd 
olaraq qəbul etmiş və bu yöndə öz fəaliyyətini davam etdirməkdədir. Bəhs olunan istiqamətlər üzrə 
statistik informasiyadan istifadə xüsusilə də son 20 il üzrə respublikamızın bütün sahələrində ardıcıl 
planlaşdırma  işləri  əsasında  düşünülmüş  addımların  atılmasına,  prioritetlərin  zəruri  təşkilatlan-
maların  müəyyən  etilməsinə  və  həyata  keçirilməsinə,  bunun  nəticəsində  isə  iqtisadiyyatın,  demək 
olar  ki,  bütün  sahələrində  yüksəlişə  nail  olunmasına  dəlalət  edir.  İfadə  edilən  fikir  və  düşüncələr 
aqrar sahədən də yan keçməmiş, onun  inkişafına öz təsirini göstərmişdir. 
Ölkə  üzrə  kənd  təsərrüfatı  sahəsindəki  işlərin  qanunauyğun  şəkildə  tənəzzül  nöqtəsindən 
oynadılması  və  məqsədyönlü  şəkildə  inkişaf  etdirilməsi  onun  inzibati  məkanlarının  öncüsü  hesab 
olunan Naxçıvanın təkamülündən start verildi. Bir tərəfdən Ulu Öndər Heydər Əliyevin iqtisadiyyat 
sahəsindəki səriştəsi, istehsal sferasındakı beynəlxalq alət və vasitələrin fəaliyyəti üzrə biliklərinin 
olması, digər tərəfdən isə zəngin (lakin həmin dövrdə istifadəsində çoxlu sayda problemlər yaşanan) 
yerli potensialdan düzgün istifadə məcmu halında tədricən müsbət nəticələrini verməyə başladı. İlk 
mərhələdə  torpaqların  dövlətsizləşdirilməsi  və  özəlləşdirlməsi,  texnikanın  və  heyvanların  kənd 
əhalisi  arasında  bölüşdürülməsi,  sonralar  isə  vergidən  azad  olunma,  gübrələrin  və  yanacağın 
imtiyazlı satışı, aqrolizinq xidmətlərinin göstərilməsinə start verilməsi, hər hektar hesabı ilə yardım 
şəklində  kənd  sahibkarlarına  ödənilən  vəsaitlər,  aşağı  faizli  kreditlərin    verilməsi  aqrar  sferanın 
təkanverici, həmçinin stimaullaşırıcı elementlərinə çevrildi.  
Zaman keçdikcə aqrar sahə üzrə beynəlxalq (o cümlədən, elmi-nəzəri) təcrübənin öyrənilməsi 
bu  istiqamətə  müxtəlif  iqtisadi  alət  və  vasitələrin  cəlbini  zəruriləşdirdi  ki,  onlardan  da  biri  kimi 
marketinq  çıxış  edir.  İlk  baxışda  ancaq  “aqroməhsulların  satışını  həyata  keçirən  mexanizmlər 
məcmusu” təsəvvürünü yaradan marketinq əslində kifayət qədər əhatəli sistemə malikdir, məhsula 
olan tələbatın formalaşmasından onun faktiki ödənilməsinədək olan mərhələlər çoxluğunu özündə 
birləşdirir. Bəhs edildiyi kimi, göstərilən ardıcıllıqda ilk kateqoriyanı aqrar sahədə istehsal olunmuş 
məhsula  olan  tələbat  təşkil  edir.  Onun  formalaşmasında  istehlakı  ödəməli  olan  məhsulun  xeyli 
keyfiyyətləri  birmənalı  qəbul  edilməməli  və  incəliklə  araşdırılmalıdır.  Reallığa  gəldikdə  istər 
ölkənin, istərsə də muxtar respublikanın aqrar sektoru aid informasiyanın istifadəsi yönündə, demək 
olar ki, nəzərə çarpacaq addımlar atmamışdır. Halbuki məlumatlandırma mexanizmlərindən düzgün 
istifadə çoxsaylı məsələyə aydınlıq gətirmək iqtidarındadır ki, bunlardan da əsasları aşağıdakılardır: 

 
ölkə və regionlar üzrə istehlakı qarşılaya biləcək aqrar məhsul həcmlərinin fizioloji normalar 
əsasında müəyyən edilməsi və uyğun faktiki göstəricilərin həcmləri ilə müqayisəsi; 

 
məhsul bölgüsünün həyata keçirilməsi qayda və qanunauyğunluqlarının müəyyən edilməsi;  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə