Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   30   31   32   33   34   35   36   37   ...   164

72 
qoşunlarının qarşısını ala bilməyən Abbasqulu xan, yenidən Naxçıvanı tərk etməyə və Tiflisə qaçaraq 
II İraklidən kömək istəməyə məcbur oldu. Cəfərqulu xan isə Naxçıvanda hakimiyyətə gəldi.  
Abbasqulu xanın II İrakliyə sığınması onun bu sahədə Rusiyanın siyasətini həyata keçirmək 
baxımından  çox  əlverişli  idi.  Həqiqətən  bəzi  hallarda  Kartli-Kaxeti  çarı  II  İrakli  Georgiyevsk 
traktının  şərtlərindən  istifadə  edərək  öz  əməllərini  Rusiya  hakimiyyətinin  adı  ilə  pərdələyirdi.  II 
İrakli Əhməd xana məsləhət görür ki, o, Abbasqulu xanla Cəfərqulu xan arasındakı münasibətlərə 
toxunmasın və Naxçıvanda baş verən hadisələrlə işi olmasın. Əks tədqirdə o, digər xanlar arasında 
öz  nüfuzunu  itirə  bilər.  Əslində  isə  II  İrakli  “uzaqgörənlik  edib,  ilk  növbədə,  xudpəsəndliklə  öz 
torpaqlarını  genişləndirmək  barədə  fikirləşirdi.  O,  Rusiya  hakim  dairələrinə  göndərdiyi 
məktublarının  birində  yazırdı:  “...Belə  hesab  edirəm  ki,  Azərbaycana  sahib  olmaq  Rusiya  üçün 
əlverişlidir. Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”. II İrakli başqa bir 
məktubunda rus komandanlığından xahiş edirdi ki, “...Gürcüstanı ləzgilərin təhlükəsindən qurtarsın, 
Gəncədə,  İrəvanda  onun  hakimiyyətini  təsdiq  etsin  və  Naxçıvanı  da  ona  tabe  etdirsin”.  Onun 
Azərbaycan  torpaqlarını  mənimsəmək  üçün  dəridən-qabıqdan  çıxmasına  baxmayaraq,  nə 
Abbasqulu xan, nə də Azərbaycanın digər xanları onun xudpəsənd fikirlərini başa düşə bilmirdilər. 
Əksinə,  onlar  II  İraklini  qüdrətli  dövlət  saydıqları  Rusiyaya  arxalanmış  sədaqətli  müttəfiq  hesab 
edirdilər.  Abbasqulu  xan  yenidən  Naxçıvan  xanlığında  hakim  olmaq  üçün  II  İraklinin  köməyinə 
sadəlövhcəsinə  inanırdı.  Kartli-Kaxeti  çarlığının  Rusiya  qəyyumluğunu  qəbul  etdiyini  bilən 
Abbasqulu xan da Rusiyanın himayəsində olmağı arzulayırdı. Bu haqda Abbasqulu xan Rusiyanın 
Gürcüstandakı qoşunlarının başçısı S.Burnaşevə yazmışdı: “Çar İrakli ilə yaxınlıq edərək, imperator 
həzrətlərinin  hakimiyyəti  altında  olmağı  arzulayır  və  başqa  xanları  da  belə  addım  atmağa 
çağırıram”.  Abbasqulu  xanın  Rysiyanın  qəyyumluğunu  qəbul  etmək  arzusunu  II  İrakli  general-
poruçik Q.A.Potyomkinə xəbər verdi. “Dəhşətli qaçqın vəziyyətində olan naxçıvanlı Abbasqulu xan 
bizdən  xahiş  edir  ki,  biz  ona  öz  mülkiyyətinə  qayıtmağa  kömək  edək  və  o,  imperatriçəyə  tabe 
olacağını bildirir” (3, s. 63). Abbasqulu xanın Rusiya və Gürcüstana müraciət etməsini,  yalnız və 
yalnız Naxçıvan xanlığında öz hakimiyyətini bərpa etmək arzusu ilə izah etmək lazımdır. 
II  İrakli  Abbasqulu  xanın  hakimiyyətini  bərpa  etmək  üçün  hərbi  qüvvə  ilə  kömək  etmək 
istədikdə,  Rusiya  ilə  imzalanmış  Georgiyevski  traktatının  məhdudlaşdırıcı  şərtlərinə  görə  edə 
bilmədi. Lakin  tezliklə bu Rusiyanın  Gürcüstandakı  nümayəndəsi  Q.A.Potyomkinə çatdırıldı və o 
bu işə razı olduğunu bildirdi. Deməli bu da Rusiyanın açıq-aşkar II İraklini onun siyasətini həyata 
keçirməkdə bir vasitəçi olduğunu göstərirdi. Kartli-Kaxetiya çarı Qrabağ xanı ilə birlikdə Naxçıvan 
xanlığı üzərinə hücum etmək istəsə də, bu işə isə Osmanlı dövləti mane oldu. Çünki Georgiyevsk 
traktatı  bağlanmasından  və  Gürcüstana  rus  ordusunun  gəlməsindən  narahat  olan  Osmanlı  sultanı 
yenidən  Cənubi  Qafqazın  işlərinə  qarışmağa  başladı.  Belə  ki,  Osmanlı  dövləti  müsəlmanların 
həmrəyliyinə arxalanaraq, Azərbaycan və Dağıstan hakimlərini ələ almağa, həmçinin qarabağlıların 
gürcülərlə ittifaqını pozmağa cəhd göstərirdi.  
Bu zaman erməni patriarxı İoni Qarabağ məlikləri ilə birlikdə Q.A.Potyomkinə yazırdılar ki, 
Osmanlı  nümayəndələri  Kür  çayı  yanında  azərbaycanlılardan  ibarət  ordu  yaratmağa  və  rus 
ordusunun qarşısını kəsməyə cəhd edirlər ( 3, s. 65). 
Azərbaycan xanlıqları arasındakı ziddiyyətlərdən Osmanlı dövləti istifadə edə bilərdi. Bu isə 
öz növbəsində Rusiyanın həmin bölgədə yeritdiyi siyasəti müvəffəqiyyətsizliyə uğradırdı. Bununla 
əlaqədar  Rusiya  dövlətinin  hakim  dairələri  Qafqaz  xəttində  olan  ordunun  komandanlığına 
tapşırmışdı ki, “...yaxın olduqları yerlərdə Azərbaycan hakimlərinə, irəvanlı Hüseynəli xana, təbrizli 
Nəzərqulu xana, xoylu  Əhməd xana, Urmiyalı Qulu xana sakitlik  yaratmaq, öz aralarında razılığa 
gəlmək, sülhü qoruyub saxlamaq və öz imkanları ilə razılaşmaq üçün onlara təsir etsinlər. Onlara 
bildirmək lazımdır ki,  dinclik  və sakitliyi Rusiya verə bilər. Rusiya ilə etibarlı qonşuluq əsasında 
güclü  himayəçi  tapa  bilərlər...  Mən  inanıram  ki,  Azərbaycanın  hakimləri  özləri  bu  həqiqəti  dərk 
edəcək,  qanlı  ara  müharibələrinə  son  qoyacaq  və  bu  da  həm  özlərinin,  həm  də  insanlığın  xeyrinə 
olacaqdır” ( 3, s. 67). 
Kəlbəli  xan  hakimiyyətə  gəldiyi  vaxt,  1787-ci  ildə  Azərbaycanda  və  bütövlükdə  Cənubi 
Qafqazda  daxili  və  xarici  vəziyyət  xeyli  mürəkkəbləşmişdi.  Azərbaycanın  və  Gürcüstanın  İran  və 
Osmanlı imperiyası tərəfindən təcavüzkarlığa məruz qalmaları təhlükəsi yaranmışdı. Belə bir tarixi 


73 
şəraitdə  Cənubi  Qafqaz  xalqları  öz  daxili  imkanları  hesabına  xarici  təhlükəyə  qarşı 
istiqlaliyyətlərini  müdafiə  edə  bilməzdilər.  Naxçıvan  xanlığında  hakimiyyətə  gəldiyi  gündən 
Kəlbəli xan Rusiya dövləti ilə həm siyasi, həm də iqtisadi münasibətlər yaratmağa səy göstərmişdi. 
Bu  da  səbəbsiz  deyildi.  Həmin  dövrdə  İran  təcavüzü  qarşısında  qalan  Azərbaycan  xanlarına  rus 
dövləti özünü riyakarlıqla Şərq xalqlarının “dostu” kimi qələmə verir, Azərbaycan xanlıqlarına hər 
vasitə  ilə  kömək  göstərəcəyini  vəd  edirdi.  Məhz  buna  görə  də  Kəlbəli  xan  sadəlövhlüklə  rus 
diplomatlarının  fitnəkarlığına  uymuşdu.  O  da  bəzi  Azərbaycan  xanları  kimi  Georgiyevsk 
müqaviləsinin (1783) səmimiyyət naminə bağlanıldığına inanırdı. Elə onun Rusiyaya bu inamı Ağa 
Məhəmməd  şahın 1797-ci ildə qəzəbinə tuş gətirdi ki, bu yolda o, öz gözlərini itirdi. Lakin mövcud 
vəziyyətdə  Kalbalı  xan  Rusiyanın  Cənubi  Qafqaz  siyasətindən  yaralanaraq  xanlığı  yaşatmaq  və 
sabit siyasi vəziyyət əldə etmək üçün bu addımı atmış oldu.   
XVIII  əsrin  ikinci  yarısında  1783-cü  ildə  Georgiyevski  traktatının  imzalanmasından  sonra 
Rusiyanın  Azərbaycan  torpaqlarını  işğal  etmək  istəyi  daha  da  gücləndi.  Artıq  o  Kartli-Kaxetiya 
çarlığını  özünə  bir  dayaq  nöqtəsi  kimi  götürmüşdü.  Osmanlı  və  İran  dövlətlərinin  müdaxiləsi  və 
daxili  qarşıdurmalar  Naxçıvan  xanlarını  Rusiya  ilə  yaxınlaşmağa  vadar  edirdi.  Bu  isə  Rusiya 
dövlətinin həmin əsrin əvvəllərindən başladığı  siyasəti həyata keçirməyə  əlverişli  şərait  yaradırdı.  
Aparılan tədqiqatlardan belə aydın olur ki, Rusiyanın Cənubi Qafqaz siyasətini həyata keçirməsində 
burada yaşayan xristian əhalinin böyük rolu olmuşdur. 
 
ƏDƏBİYYAT 
 
 
1.
 
Azərbaycan  tarixi  (Ən  qədim  zamanlardan  XX  əsrədək):  Ali  məktəblər  üçün  dərslik  /  Z.M. 
Bünyadov və Y.B.Yusifovun redaktəsilə. Bakı: Azərnəşr, 1994, 680 s.  
2.
 
Azərbaycan tarixi: 7 cilddə, III c., Bakı: Elm, 2007, 592 s. 
3.
 
Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı: Şərq-Qərb, 2007, 120 s.  
4.
 
Quliyev M.R. Naxçıvan xanlığının Qafqazda hərbi-siyasi mövqeyi və əlaqələri. Naxçıvan: 
Əcəmi, 2013, 184 s.   
5.
 
Mustafazadə  T.T.  XVIII  yüzillik  –  XIX  yüzilliyin  əvvəllərində  Osmanlı-Azərbaycan 
münasibətləri. Bakı: Elm, 2002¸ 372 s. 
6.
 
Nəcəfli G.C. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı: 
Nur-lan, 2007, 284 s.  
7.
 
Nəcəfli G.C. Ermənilərin Azərbaycanın Naxçıvan bölgəsini ələ keçirmək üçün tərtib etdiyi 
layihələr (XVIII əsr) / Naxçıvan bu gün: islahatlar, perspektivlər (5-6 oktyabr 2007-ci ildə 
keçirilmiş beynəlxalq simpoziumun    materialları). Bakı: Nurlan, 2008, 105-112 s. 
8.
 
Sadıq İ. Ermənilərin Birinci Pyotrla görüşü. Bakı: Azərnəşr, 1993, 32 s.  
9.
 
Uras E. Tarihde ermeniler ve ermeni meselesi. İstambul: Belge Yayınları, 1987, 798 s. 
10.
 
Абдурахманов А. Азербайджан во взаимоотношениях России, Турции и Ирана в 
первой половине XVIII в. Баку: Нагыл Еви, 2011, 136 с. 
11.
 
Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 годь. Санкт-
Петербургь: 1968, 587 с. 
12.
 
Мамедов С.А. Исторические связи Азербайджанского и Армянского народов во 
второй половине XVII – первой трети XVIII в. Баку: Элм, 1977, 263 с.  
13.
 
Памятники дипломатических и торговых сношений Московской Руси с Персией 
(состави-тель Н.И.Веселовски). Т. I, Санкт-Петербургъ: 1890, 553 с. 
14.
 
Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 
Армении в XVI- начале XIX вв. Ленинград: Изд-во ЛГУ, 1949, 384 с.  
15.
 
Эзов Г.А. Сношения Петра Великого с армянским народом. Санкт-Петербург: 
Типография императорской АН, 1898, 512 с.  
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə