Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   57   58   59   60   61   62   63   64   ...   122

- 126 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
SƏXAVƏT SALAHOV 
E.Q.ŞIXƏLİYEV  
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti 
 
UOT:550;622.276 (479.24) 
  
AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ TERMAL 
SULARIN ENERJİ POTENSİALI 
 
Açar  sözlər:  Enerji,  palçıq  vulkanı,  termal,  potensial,  hövzə  tektonik,  struktur,  süxur, 
anomaliya, mantiya 
Key words: energy, mud volcano, thermal, potential, basin, tectonic, strukture, rock, anomaly 
Ключевые слова: энергия, грязевой вулкан, терьмал, потенциаль, бассейн, тектоник, 
структур, породы, аномалия 
Enerji  potensialının  tənzimlənməsində  digər  dərinlik  prosesləri  kimi  palçıq  vulkanları  da 
mühüm  rol  oynayır.  Məlumdur  ki,  palçıq  vulkanların  yayıldığı  sahələr  (Abşeron,  Qobustan,  Cənubi 
Xəzər  çökəkliyi  və  s.)  əsasən  karbohidrogen  yataqları  üçün  əlverişlidir.  Bundan  başqa  vulkanların 
geoloji-inkişaf tarixi boyu əmələ gətirdiyi dislokasiya şəraiti flyüidlərin yer səthinə miqrasiyası üçün 
optimal şərait yaradır. Burada mantiya səthindən inversiya olunan buxar-qaz flyüidləri əsas götürülür 
ki, bu da termal su hövzələrinin  yaranması üçün əsas səbəbdir. Belə regionlardan  İstisu-Kəlbəcər və 
Lənkəran-Lerik bölgələri termal suların enerji potensialı baxımından daha məhsuldardır.  
Respublikanın  Şamaxı-Qobustan,  Küryanı,  Xəzəryanı-Quba  və  s.  termal  su  bölgələrində  isə 
palçıq vulkanları müxtəlif formalarda təzahür edir (1).  
Respublika  ərazisində  quruda  vulkanların  sayı  təxminən  200,  Cənubi  Xəzər  akvatoriyasının 
Azərbaycan hissəsində isə 120-dən artıqdır. Planetimizin ən böyük və hündür (400 m-ə çatır) palçıq 
vulkanları  Qobustanda  (Kənizədağ,  Torağay,  Otmanbozdağ  və  s.)  yerləşir.  Qoturdağ,  Daşgil, 
Daşmərdan, Ayrantökən  və s. fəal palçıq vulkanları Qobustanın cənubunda təzahür  edir.  Bu ərazidə 
vulkanların  tullantı  məhsullarında  yanar  şistlərə  də  rast  gəlinir.  Paleogen-Miosen  çöküntüləri  ilə 
əlaqədar vulkanlar Qobustanın mürəkkəb tektonik mövqeyə malik olması, başlıcası isə müasir dövrdə 
tədqiqat rayonunun seysmo-geodinamik proseslərə məruz qalması nəticəsində əmələ gəlmişdir.  
Respublikamızda palçıq vulkanlarının enerji resursları yüksək potensiala malikdir (2,3).  
50  km  yüksəkliyə  hesablanmış  regional  qravitasiya  xəritəsində  Bektaş  müsbət  anolmolyası 
ayrılır  və  amplitud  qiyməti  25  m  Gal-dır.  Lənkəran-Lerik  bölgəsində  və  Xəzərin  cənubunda  nisbi 
müsbət  anomaliyalar,  Kiçik  Qafqaz  və  Abşeronda  isə  minimumlar  müşahidə  edilir.  Regional 
anomaliyaların böyük bir hissəsi Moxo sərhəddinin dəyişməsi ilə əlaqədardır.  
Azərbaycan ərazisində  yer qalığı deformasiyaları qeyri-bərabər paylanmışdır. Böyük Qafqaz, 
Qobustan, Kür çökəkliyi, Naxçıvan ərazislərində  sıxılma, Kiçik Qafqazda Gədəbəy, Şuşa və digər 
məntəqələrdə  isə  genişlənmə  prosesləri  qeydə  alınır.  Qobustan,Xəzəryanı-Quba,  Zaqatala-Qovdağ 
strukturlarında sıxılma və genişlənmə oxları demək olar ki, bir-birini kompensasiya edir. 
Yer  səthinin  şimal-şimal-şərq  istiqamətində  hərəkəti  Baş  Qafqaz  üstəgəlməsində  gərginliyin 
toplanma  səbəblərindən  biridir.  Lənkəran-Lerik  bölgəsində  horizontal  hərəkətlərin  təzahürləri  dağ 
silsiləsinin uzanma istiqamətində qərbdən şərqə doğru sürət parametrinin artması ilə əlaqədardır (4).  
AMEA  RSXM-də  ilboyu  seysmik-radiogeokimyəvi  tədqiqatlar  stasionar  rejimdə  1986-cı 
ildən  bu  vaxta  kimi  aparılır.  Sistematik  işlər  Şəki-Şamaxı  seysmik-proqnostik  poliqonunu  və 
vaxtaşırı  Abşeronu  əhatə  edir.  Yer  kürəsi  səthinin  lokal  sahələrinin  seysmik-radiogeokimyəvi 
zonasının  məkan-zaman  variasiyaları  üzrə  monitorinq  məlumatları  əsasında  faktiki  materialların 


- 127 - 
 
retroanalizi  aparılmış,  onun  regionda  seysmik  və  tektonik  fəallığın  artımı  ilə  tutuşdurulması 
mümkün olmuşdur. Zaqatala (07.05.2012-ci il) zəlzələsinin seysmik təkanına bir gün qalmış “Kiş” 
sgk  st-də  alfa  sahənin  anomaliyalarının  yaranması  vaxtı  natrium  və  kalium  ionlarının  cəminin 
variasiyaları qısamüddətli rəqslərin baş verməsi ilə üst-üstə düşmüşdür.  
Şamaxı-Qobustan bölgəsində qaz tərkibi həm metreoloji və həm də yerdaxili faktorların təsiri 
ilə dəyişir. Ayrı-ayrı qaz komponentləri (radon, toron, aktinon) radioaktiv sıranın fırlanma halqasına 
daxil olub, süxur məsamələrinə düşdükdə sahə üzrə müxtəlif fonda yayılır. 
Tektonik proseslərin daha aktiv getdiyi seysmik zonalarda dinamik kompo-nentlər qeyri-stabil 
sahə  şəklində  təzahür  edir  və  normal  sahələrdə  25-30  %-dən  çox  olan  zaman  lokal  anomaliyalar 
əmələ  gətirir.  Cənubi  Xəzər  çökəkliyində  məhsuldar  qat  sularında  həll  ola  bilməsi  mümkün  olan 
qazların miqdarı 19,8 ∙ 10
12
 m
3
, qazla doyma isə 5-6 m
3
/m
3
-dir. Qazla doyma Abşeron bölgəsində 
1,1 ∙ 10
12
  m
3
,  Qobustan,  Aşağı  Kür  və  Bakı arxipelaqı  rayonunda isə  3,5 ∙ 10
12
  m
3
 suda  həll  olan 
qazların miqdarı  qeydə  alınmışdır. Ümumiyyətlə,  Cənubi  Xəzər  çökəkliyi  zəngin  potensiala  malik 
enerji resusrları ilə səciyyələnir (5). 
Cənubi  Xəzər  çökəkliyinin  14  km-ə  qədər  olan  kəsilişi  enerji  resursu  baxımın-dan  yüksək 
geodinamik potensial və anomal termobarik şəraitlə xarakterizə edilir. 
Deformasiyanın  öyrənilməsi  zamanı  əsas  geofiziki  məsələ  Ümumqafqaz  istiqamətində 
dərinlik  çatlarında  toplanan  gərginliyin  qiymətləndirilməsi,  onun  hansı  yolla  boşala  biləcəyini 
müəyyən  etməkdir.  Toplanan  gərginliyin  zəif  seysmik  proseslər  nəticəsində  boşalması  baş 
verməzsə, onda gələcəkdə bu bölgə zəlzələ mərkəzinə çevrilə bilər (6). 
Litosfer  plitələrin  ətraf  zonalarında  qızmış  quru  süxur  sitemləri  bu  baxımdan  daha 
məqsədyönlüdür.  Bundan  başqa  qeyzer  bulaqların  intişar  tapdığı  Sakit  okean  geotermal  zonaları, 
Kuril adaları və digər ərazilər yüksək potensiala malik termal sularla səciyyələnirlər. Termal suların 
enerjisindən  müxtəlif  yerlərdə  geniş  istifadə  olunur.  Yeni  Zelandiyada  iri  kağız  fabriki  termal 
suların istilik  enerjisi  hesabına  işləyir.  Belə  istehsal  sahələri  digər  yerlərdə  də  Yaponiya,  Qərbi və 
Mərkəzi Amerika, Flippin, Kamçatka və s. fəaliyyət göstərir. Efiopiyada nəhəng elektrik stansiyası 
ölkə üçün böyük iqtisadi səmərə gətirir (geoheat.oit.edu/index.htm). 
Belə səmərəli texnologiyadan istifadə bizim regionlarda da mümkündür. Nümunə üçün İstisu-
Kəlbəcər bölgəsində Tərtər çayı sularını vertikal ineksiya quyuları qazmaq yolu ilə Eosenin qızmış 
çatlı  süxurlarına  vurmaqla  böyük  potensiala  malik  termal  su  resursları  almaq  olar.  Bu  baxımdan 
respublikamızda  ayrı-ayrı  bölgələr  üzrə  məhsuldar  hidrogeoloji  obyektlərdə  termal  suların  istilik 
potensialı göstəricilərinə nəzər salaq.  
Məhsuldar  hidrogeoloji  obyektlərdə  Abşeron,  Bakı  arxipelağı,  həmçinin  Küryanı  bölgəsində 
Carlı, Dəliməmmədli, Muradxanlı, Xəzəryanı-Quba bölgəsində Xudat, Xaçmaz, Nabran, Lənkəran-
Lerik bölgəsində Astara, Lerik, Masallı və Burovar, İstisu-Kəlbəcər bölgəsində Kəlbəcər, Alt İstisu, 
Üst İstisu, Bağırsaq və digər sahələrdə termal suların istilik potensialı resusrlarının qiymətləndiril-
məsi zamanı aşağıdakı elmi və praktiki tapşırıqların əsaslandırılması vacibdir: 
1.  Flyüidlərin  miqrasiyası  prosesində  dərin  horizontların  hidrodinamiki  xüsusiyyətlərinin 
yüksək kateqoriya ilə tədqiqi. 
2. Ayrı-ayrı iri termal su hövzələrinin əsas hidrodinamiki və hidrogeokimyəvi meyarlarının təyini. 
3.  Termal  suların  kəşfiyyatının  yüksək  mərhələdə  aparılması,  axtarış  metodikasının 
təkmilləşdirilməsi. 
4.  Termal  su  yığıcı  sistemlərinin  iqtisadi  səmərəliliyinin  yoxlanılması  ilə  birgə  sənaye 
göstəricilərinin dəqiqləşdirilməsi. 
5. Yüksək minerallaşma göstəricisinə malik termal su komplekslərinin texniki-iqtisadi kondisiya 
baxımından  qiymətləndirilməsi.  Belə  vacib  hidrogeoloji  məsələlərin  öyrənilməsi  üçün  elmi  tədqiqat 
və  istehsalatın  təşkili  işlərinin  koordinasiyası  vacibdir.  Bu  baxımdan  təcrübi  sənaye  (eksperimental) 
geotermal  obyektərin  yaradılması  infrastrukturu  tələb  olnur.  Tədqiqat  rayonu  üzrə  müvafiq  aşağı 
entalpiyalı geotermal sistemlərin istismarı üçün müsir texnologiyanın tədbiqi zəruridir. 
Respublika ərazisində Məhsuldar hidrogeoloji obyektlərdə termal sulara istilik enerji mənbəyi 
kimi baxılır. Burada istismar məqsdəilə 40-45 
0
C termal suların mümkünlüyü potensial resurs kimi 
qiymətləndirilir.  Lakin  35-40 
0
C  temperaturlu  zonalar  istilik  təchizatı  baxımından  məhdud 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə