- 21 -
Bu səbəbdən də, hər üç növ limon xemotipi ilə xarakterizə edilmişdir [3]. Digər tədqiqatda isə
Qərbi Sibirin iqtisadi rayonlarından olan Altay Respublikasında yayılmış
Thymus serpulum L.
növünün 2 xemotipə malik olduğu göstərilmişdir. Bu növün bir qrupunda efir yağının əsas tərkibi
neralidol, digər qrupunda isə karvakrol və timol olduğu aşkarlanmışdır[4]. Baykal gölü ətrafında
Buryat Respublikasında müxtəlif fitosenozlarda yayılmış
Thymus baikalensis Serg. növündə
karvakrol tipli (karvakrol-14,4-39,3%,) efir yağları müəyyən edilmişdir [6]. Rusiya regionunda bu
istiqamətdə aparılan tədqiqatların nəticəsi göstərir ki, şimal en dairəsində yayılan
Thymus L.
cinsində timol xemotipinə malik növlərə çox az rast gəlinir. Bu bölgələrə aid olan kəklikotu növləri
əsasən karvakrol və limon xemotipinə malik olur. İsti iqlim florasına uyğunlaşan kserofit
kəklikotu
növləri isə əsasən timol xemotipi ilə xarakterizə olunur. Türkiyə Cümhuriyyəti Mersin bölgəsində
Thymus Vulgaris L. [21], Azərbaycanın müxtəlif rayonlarında yayılmış
Thymus serpulim, Naxçıvan
Muxtar Respublikasında ehtiyatı bol olan
Thymus kotschyanus Boiss. et Hohen. və
Thymus collinus
Bieb. növlərindən alınan efir yağlarının tərkibinin əsası timol olduğu müəyyən edilmişdir [1].
Kəklikotu növləri zəngin kimyəvi tərkibinə görə həm xalq təbabətində, həm də tibbdə geniş
istifadə edilən bitkilərdəndir. Xalq təbabətində kəklikotu dəmləmələrindən bəlğəmgətirici,
agrıkəsici, sakitləşdirici, mikrobəleyhinə vasitə kimi işlənmişdir. Tibb sahəsində bu bitkilərdən
hazırlanan preparatlar bronxitdə, bronxial astmada, sinir sisteminin iltihabi xəstəliklərində və s.
tətbiq edilir. Kəklikotu efir yağları spazmolitik, anti-iltihab, anti-mikrob, təsirinə görə
aromaterapiyada və daxili infeksiyon xəstəliklərlə mübarizədə yüksək effekt göstərir [9, 16].
Monoterpenlərin oksigenli aromatik törəmələri olan timol, karvakrol və 1,8 sineol - antiseptik,
antihelmint təsirli maddələrdir [12].
Naxçıvan Muxtar Respublikasında geniş arealda yayılmış, bol təbii xammal ehtiyatına malik
olan koçi və təpəlik kəklikotu növləridir [2, 8]. Onlar tək-tək deyil qrup halında yayılmışlar. Taxıl,
müxtəlifot, ağac və kollarla müxtəlif tərkib və quruluşda cəngəlliklər, bitki birlikləri, farvasiya,
assosasiya makro və mikro qruplaşmalar əmələ gətirirlər. Xüsusilə dağ-kserofit (Friqana) və dağ-
bozgır (Qariqa) bitkilikləri üçün səciyyəvidirlər [7]. Kəklikotuluq fitosenozları sıx örtük əmələ gə-
tirmir. Layihə örtüyü 65-70 %, bəzi sahələrdə isə bir qədər artıq- 75-80% təşkil edir. Kəklikotu inki-
şaf etdiyi yerlərdə fitosenozun dominantı, yaxud subdominantı kimi mühüm bioloji rol oynayır.
Fitosenozlarda növ tərkibi eynilik təşkil etmir, növlərin sayı 24-55 və 30-45 arasında dəyişir. Senoz
əmələ gətirici xüsusiyyətə malik olan 15-20 növ bütün kəklikotu senozlarında iştirak edir (Cədvəl 1).
Culfa rayonunun Dik daş - Haramı ərazisində kəklikotu-müxtəlif ot
formasiyasının tərkib və quruluşu (Drudeyə görə [17])
Cədvəl 1.
№ Bitkilərin latınca və azərbaycanca adı
Bolluğu Təsərrüfat
əhəmiyyəti
1.
Ephedra procera Fisch et C.A.Mey.-Boylu acılıq
Sol
Dərman, bəzək
2.
Poa bulbosa L.-Soğanaqlı qırtıc.
Cop
2
Yem, bəzək
3.
Dactylis glomerata L.-Adi çobantoxmağı
Cop
1
Yem, bəzək,qida
4.
Berberis vulgaris L.-Adi zirinc.
Cop
1
Dərman,bəzək, qida
5.
Gypsophila bicolor (Freyn et Sint.) Grossh.-İkirəng
çoğan
Cop
3
Dərman, bəzək
6.
Allochrusa versicolor Boiss.-Alabəzək alloxruza
Cop
3
Dərman, bəzək
7.
Atraphaxis spinosa L.-Tikanlı d.vəqıran
Cop
3
Texniki, dərman, boyaq
8.
Acantholimon araxanum Bunge -Araz tıs-tısı
Cop
2
Dərman, bəzək
9.
Astracanta
aurea
(Willd.) Podlech
-
Qızılı
astracanta.
Sol
Texniki, dərman, bəzək
10.
A. microcephala (Willd.)Podlech -Xırdabaşlıqlı
astrakanta
Sol
Texniki, dərman, bəzək
11.
Amygdalus fenzliana (Fritsch) Lipsky -Fenzil badamı Cop
2
Qida, dərman, bəzək
12.
Crataegus orientalis Pall. ex Bieb.-Şərq yemişanı
Cop
2
Qida, dərman, bəzək
13.
Pyrus salicifolia Pall.-Söyüdyarpaq armud
Cop
3
Qida, dərman, bəzək
14.
Zosima orientalis Hoffm.-Şərq atıl-batılı
Sol
Dərman, bəzək
- 22 -
15.
Gundelia. tournefortii L.-Turnefor qundeliyası
Cop
1
Qida, dərman, bəzək
16.
Phlomis orientalis Mill.- Şərq odotu
Cop
2
Dərman, bəzək
17.
Satureja hortensis L.-Bağ çöl nanəsi
Cop
2
Efiryağlı, dərman,
18.
Teucrium polium L.-Ağ məryəmnoxudu
Cop
3
Efiryağlı,
dərman,
bəzək
19.
Thymus collinus Bieb.-Təpəlik kəklikotu
Cop
2
Efiryağlı,
dərman,
bəzək
20.
Th.kotschyanus Boiss. et Hohen.-Koçi kəklikotu
Cop
2
Efiryağlı,
dərman,
bəzək
Tədqiqatımızın əsas məqsədi MR-nın müxtəlif bölgələrində yay otlaqlarında yayılan
Th.
kotschyanus Boiss. & Hohen. və
Th. collinus Bieb. növlərinin efir yağlarının kimyəvi tərkibinin
tədqiqidir.
Material və metodika
Tədqiqаt işləri çöl mаrşrutlаrı, еkspеdisiyа, yаrımstаsiоnаr və kаmеrаl-lаbоrаtоr şərаitlərdə
аpаrılmışdır. Tədqiqatın obyekti kimi
Thymus L. cinsinə aid olan
Th. kotschyanus Boiss. & Hohen.
və
Th. collinus Bieb. növləri götürülmüşdür.
Naxçıvan Muxtar Respublikası Kəngərli və Şərur rayonlarında dəniz səviyyəsindən 1200-
1500 m yüksəkliyində yerləşən yay otlaqlarının bozqır torpaqlarında yayılan koçi kəklikotu
(Th.
Kotschyanus Boiss. & Hohen.), Culfa və Ordubad rayonlarında dəniz səviyyəsindən 1600-2000 m
yüksəkliyində dağlı-çəmənli fitosenozlardan təpəlik kəklikotu (
Th. collinus Bieb.)
növləri
toplanmışdır. Bitkilərdə efir yağı miqdarı, onun vegetasiya dövründən və hava şəraitindən asılı
olduğunu nəzərə alaraq, kütləvi çiçəkləmə fazasında, iyun ayının ikinci 10 günlüyündə, günəşli
hava şəraitində yığılmış və havalı kölgə yerdə qurudulmuşdur. Tədqiqat zamanı Klevenger
aparatından istifadə edərək hidrodistilyasiya metodu ilə efir yağları əldə edilmiş və susuz natrium
sulfatla qurudulmuşdur. Efir yağının çıxımı 100 q quru bitki xammalı üçün %-lə hesablanmışdır.
Prosesin sonunda efir yağları tünd rəngli ağzı kip bağlanan şüşə qablara yığılaraq +4° C
temperaturda saxlanılmışdır [11].
Qaz maye xromatoqrafiyası metodu ilə “Janaco” firmasının xromatoqfarında efir yağlarının
kompanentləri identifikasiya edilərək kəmiyyət və keyfiyyət tərkibləri öyrənilmişdir. Efir yağlarının
kompanent tərkibinin daha dəqiq müəyyənləşdirilməsi üçün aşağıdakı hərəkətsiz fazalardan istifadə
edilmişdir: Apiezon grease L. (30%); P.E.GA-2000 (5%); Silicone D.C. 702 (30%) və Celite
545/80-100. Daha tam ayrılma P.E.C.A. polietilenqlikol adipinat -2000 (5%) hərəkətsiz fazasında
aşağıdakı şərtlərlə getmişdir: mis kolonka 0,75m x 3mm; 250°C-də ionlaşdırılmış dedektor; 250°C-
lik temperaturlu buxarlandırıcı; helium qaz-daşıyıcısının sürəti 15 ml/dəq.; hidrogenin sürəti 20
ml/dəq.; havanın sürəti 0,41/dəq.; 70°-dən 220°-yə dək 6°/dəq. proqramlaşdırılmış kalonka; aparata
verilən efir yağının miqdarı 0,03-0,1 mkl; həssaslığı 1/8-1/16.
Efir yağlarının kompanent tərkibi
identifikasıyasından alınan nəticələr Dövlət standartlarına uyğun olmuşdur [5, 15].
Nəticə və müzakirələr
Tədqiqat zamanı 2015 və 2016-cı illərdə müxtəlif bölgələrdən toplanmış
Th. kotschyanus
Boiss. ex Hohen. və
Th. collinus Bieb. növlərindən alınan efir yağlarının miqdarı müqayisə
edilmişdir. Eyni növün efir yağının miqdarı bitkinin yayıldığı bölgənin relyefindən, havanın rütubət
və temperaturundan asılı olaraq fərqli olmuşdur. Tədqiqatların nəticələri cədvəl 1-də təqdim olunur.
Müхtəlif illərdə, müхtəlif və eyni bölgələrdən toplanmış
Th. kotschyanus Boiss. & Hohen.
və
Th. collinus Bieb. növlərinin efir yağı miqdarı (quru çəki hеsаbı ilə faizlə)
Cədvəl 2.
Növlər
Toplandığı
il
Toplandığı
yer,
hündürlüklər (m)
Bitki
hissəsi
Vegetasiya
fazası
Efir
yağı
çıxımı
Th.Kotschy
anus
2015
Şərur- 1300
Yerüstü hissə Kütləvi
çiçəkləmə
1,61%
Th.Kotschy
anus
2015
Kəngərli-1500
Yerüstü hissə Kütləvi
çiçəkləmə
1,27%