205
A.A.Uxtomski sinir sistemi haqqında vurğulamışdır ki, uşaqlarda bəzi mərkəzlərin
başqalarına nisbətən tez oyanması onlarda müəyyən fəaliyyət növlərinə daha güclü meyillərin
yaranmasına səbəb olur.
Məlumdur ki, orqanizmdə gedən proseslər sinir və humoral yolla tənzim olunur.
K.M.Bıkov və İ.L.Rozenkov kimi məşhur alimlər ali quruluşlu heyvanlarda və insanlarda humoral
yolun (kimyəvi yol) da sinir sistemi vasitəsilə idarə olunduğunu söyləmişlər.
2005-ci ildə Məhəmməd Azəri beyin haqqında aşağıdakı fikirləri söyləmişdir: “Cənab beyin
bütün orqanizmin sahibidir. O, ancaq quruluşuna görə yox, həm də daxilində gedən fizioloji və psixi
proseslərin xarakterinə görə də ən mürəkkəb törəmədir. Baş beyinin ən mühüm və ən kamil hissəsi
beyin yarımkürələrinin qabığıdır. O, insanın bütün ruhi-əsəbi fəaliyyətinə göz qoyur” (2, 324).
Bütün bu
xarici alimlərin sinir sistemi haqqında fikirləri ilə yanaşı, Azərbaycanda da bu sahə ilə bağlı görkəmli
şəxsiyyətlərin nailiyyətləri olmuşdur. Belə ki, insan orqanizminin anatomik, fizioloji-gigiyenik
normaları haqda məlumatları H.B. Zərdabi, N. Vəzirov, K.Balakişiyev və professor A. Əmirov təbliğ
etmişlər. Bundan başqa, Ə.Əliyev, M.Topçubaşov, Z.Əliyeva, A.İ.Qarayev, K.Ə.Balakişiyev,
M.Q.Mustafayeva, H.H.Həsənov, Ş.M.Hacıyev, A.İ.Qəribov, P.Q.Eyvazov, M.C.Hacıyeva, F.İ.Cə-
fərov, A.Məmmədov və başqalarının tibb elminin inkişafında böyük rolu olmuşdur.
ƏDƏBİYYAT
1. Ado A.D., Burlakov Q.B.,Qaranina İ.P.,Davletşina R.M.,Yerzina Q.A.,İşimova L.M.,
Kulikova L.İ., Podkolzin A.A., Pıtski V.İ., Tomiles V.A., Uvarova N.A.
Patoloji fiziologiya,
Moskva “Mediçina”, 1973, Maarif 1980, 534 s.
2. Əliyev Ə.H, Cəfərov F.İ., Fərəcov Ə.N. Biologiya (İnsan), Çaşıoğlu, Bakı, 2001
3. Məmmədov A., Novruzov H., Məmmədova T. Yaş anatomiyası, fiziologiyası və gigiyenası
(ali məktəblər üçün dərslik). Naxçıvan, İdeya, 2011
4.
Nəcəfov C.Ə., Zeyniyev N.R., Quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. Bakı, Şuşa, 2001.
5.
https://az.wikipedia.org/wiki/Sinir_sistemi
ABSTRACT
Shahla Gulieva
HUMAN NERVOUS SYSTEM THEORETICAL OPINIONS
ABOUT SYSTEMA NERVOSUM
The article deals with the vieus and opinions of the world famous scientists about human
nervous system. The problems such as uffection, reflex arc, and its parts, playing a key role of the
central nervous system of a human body in the harmony with the external environment during the
entere life of a man, types of nervous system and so on are mentiored here. In addition, the problem
regulating the ways in which owuring in the human booly is also informed here. The article reports
scientifical ideas that lead to some successes in physioplody and anatomy of the Azerbaijani
scientists.
РЕЗЮМЕ
Шахла Кулиева
НАУЧНО-ТЕОРЕТИЧЕСКИЕ МНЕНИЯ О НЕРВНОЙ
СИСТЕМЕ -
SYSTEMA NERVOSUM- ЧЕЛОВЕКА
В статье говорится о взглядах и мнениях известных учёных мира о нервной системе
человека. Здесь обсуждены вопросы рефлекса, рефлексной дуги, его частей, основной роли
центральной нервной системы в единстве организма с внешней средой в процессах всей
жизненной деятельности человека, типов нервных систем и т.д. Кроме того здесь говорится
о проблеме путей регулирования процессов, идущих в организме. В статье освещены
научные мнения не только иностранных учёных, но и учёных Азербайджана, которые стали
основанием для определенных успехов в области физиологии и анатомии.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
206
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2017, № 7 (88)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88)
ƏDALƏT FƏRƏCOV
XATİRƏ HÜSEYNLİ
Azərbaycan Dövlət Pedoqoji Universiteti
UOT:
612.8
NEYRONUN FUNKSİONAL TƏŞKİLİNİN FİZİOLOJİ MEXANİZMİ
Açar sözlər: neyron, neyroqliya, astrosit, periferik, dendrit, neyromediator, sinaps, perika-
rion, akson, terminal, membran, elektrogenez, presinaptik, təsir potensialı (TP), generasiya,
hiperpolyarlaşma, dekrement, akkomodasiya.
Ключевые слова: нейрон, нейроглия, астросит, периферия, дендрит, нейро-
медиаторы, синапсы, перикарион, аксон, терминал, мембрана, электрогенез, пресинаптик,
потенциал действия (ПД), генерация, гиперполяризация, декрамент, аккомодация.
Key words: Neuron, glial, astrocyte, peripheral nerves, dendrit, perikaryon, axon, synaps,
membrane, the potential impact, dekremente, accommodation, generation, neyrology, mycrology,
myelin-forming,
Sinir sistemi orqanizmin üzv və üzvlər sisteminin funksional vəhdənini təşkil edir və orqaniz-
min adaptasiya uyğunlaşma proseslərini əlverişli vaxtda təmin edir. Sinir sistemi iki tip hüceyrədən
qurulub –neyronlardan və qliyalardan və ya neyroqliyalardan. Neyroqliyalar bir neçə tipə ayrılır.
Astrositlər, mikroqliyalar, mielin əmələ gətirən hüceyrələr, o cümlədən MSS-nin oliqodendritləri və
periferik sinirlərin üzərini örtən Şvann hüceyrələri də neyroqliyalara aiddir. Neyronlardan fərqli
olaraq qliositlər trofik, dayaq və izolyasiyaedici funksiya daşıyır.
Neyron-sinir sisteminin əsas struktur-funksional vahidi hesab olunur. İnsan beynindəki ney-
ronların sayı 100×10
9
–dan artıqdır. Neyronların əsas funksiyası-generasiya, sinir impulsalarını
ötürmək və inteqrasiya etməkdir. Neyronun quruluşunda - sinir hüceyrəsinin cismi (perikarion) və
çıxıntıları, yəni dendritləri və aksonu bir-birindən fərqlənir. Perikariondan bir akson və çoxlu sayda
dendritlər ayrılır.
Neyronun çıxıntıları və perikarionun səthi sayəsində sinaptik strukturların yaranması müm-
kün olur. Neyronlar-oyandırıcı hüceyrələrdir, informasiyanın neyronun hüdudları daxilində ötürül-
məsini təmin edir, həmçinində neyronlar oyanma impulslarını orqanizmin digər toxuma hüceyrələ-
rinə də ötürürlər. Bununla da, beyində informasiyaların yenidən işlənməsi mümkün olur. Neyronlar
arasında oyanma siqnallarının ötürülməsi sinaptik strukturlarda yaranan neyromediatorların sayə-
sində baş verir.
Neyronların təsnifatı. Sinir hüceyrələrinin təsnifatı olduqca genişdir; belə ki, neyronlar
ölçülərinə və perikarionun formasına, çıxıntılarının sayına, onların sinaptik rabitələrinə, dendritlərin
şaxələnməsinin xarakterinə, elektrofizioloji təbiətlərinə, neyromediatorların kimyəvi tərkibinə,
neyron torundaki mövqelərinə (pozisiyalarına) və başqa xarakterinə görə fərqlənirlər. İcra etdikləri
funksiyadan aslı olaraq –neyronlar afferent (hissi, sensor), efferent (hərəki, motor) və aralıq sinir
hüceyrələrinə (assosiativ neyronlara və ya interneyronlara) ayrılırlar.
Sinir hüceyrələrinin müxtəlifliyinə (reseptiv və inteqrativ zonalarda, aksonun başlanğıc seq-
mentində, aksonda, aksonun terminallarında), elektrogenezin xarakterindən aslı olmalarına görə
təsnif olunurlar, bele differensasiyanı universal təsnifat hesab etmək olar. Bu təsnifata aid olan
xüsusiyyətlər-sinir hüceyrəsinin hüdudlarında, onun neyron torunda və zəncirlərində, həmçinin də
membran elektrogenezinin xarakterində özünü göstərir. Reseptorlar presinaptik zonalarda MP-nın
(membran potensialının) dəyişməsi, TP-nin (təsir potensialının) akson üzrə ötürülməsi zamanı
yaranan müxtəlif siqnalların istiqaməti (giriş və çıxış vəziyyətləri) nəzərə alınmaqla özünü göstərir.
Membranın sükunət potensialı (MP) sakitlik vəziyyətində membranın daxili və xarici səthləri
arasında elektrik potensialının (qıcıqlandırıcının təsiri olmadan) fərqinə əsasən müəyyən olunur.
Sinir hüceyrələrinin sükunət potensialı (MP) -70 mv təşkil edir və bu kəmiyyət kifayət qədər
stabildir. Membran potensialının dəyişilməsi xüsusi terminlərlə ifadə olunur:
depolyarlaşma –membran potensialı kəmiyətinin azalmasına;
repolyarlaşma –MP-nın başlanğıc səviyyə ilə müqayisədə artmasına görə