221
Histoqram. Ev toyuqlarının təsərrüfat üzrə yoluxması
Parazitoloji tədqiqatlar aparılmış təsərrüfatlarda koproloji müayinə ilə yanaşı helmintoloji
yarma müayinəsi də yerinə yetirilmişdir. Yarma müayinəsi zamanı nazik bağırsaqdan 8-16 ədəd
askarid, kor bağırsaqdan 5-13 ədəd heterakislər toplanmış və nazik bağırsaqda eymeriya ocaqlarına
(qan sağıntılarına) rast gəlinmişdir.
Ev toyuqlarının invazion xəstəliklərlə yoluxmasının yaşdan asılılığı nisbi xarakter daşıyır.
İnvaziyanın ekstensivliyini yaşlı quşlarda yüksək olması heç də onların həssas olmasını göstərmir.
Əsas şərt invaziyanın intensivliyidir. Küllü miqdarda parazitlə eyni vaxtda yoluxma zamanı
xəstəliyin kliniki əlamətləri kəskin, ölüm isə yüksək olur. Yaşlı toyuqlar da eymeriyalarla yoluxur.
Onlarda da invaziyanın ekstensivliyi bəzən yüksək olur. Lakin bu invaziyadan onlar arasında
ölümlə çox nadir hallarda rast gəlinir. Səbəbi isə bizim fikrimizcə təkrar invaziyalar zamanı
tədricən
yaranan immunitetlə yanaşı, yaşlı quşlarda immun statusun yüksək olmasındadır.
Tədqiqatların nəticələrinə əsasən belə qənaətə gəlmək olur ki, kompleks parazitoloji
metodların tətbiqi baş verən invaziyaların patogenezinin mahiyyətini, parazit-sahib
münasibətlərinin daha dərin mexanizmlərini müəyyənləşdirməyə, bu əsasda qarışıq invaziyalara
qarşı tətbiq edilən dərman preparatlarının effektliyini qiymətləndirməyə imkan verir. Bu yönlü
tədqiqatlarla assosiativ invazion xəstəliklərin müalicə və profilaktikasında indiyə qədər
işlədilməyən kimyəvi maddələrin məqsədyönlü axtarışı, sınaqdan keçirilməsi zəruridir. Qarışıq
invaziyaların törədicilərinin eyni zamanda olması təsərrüfatlar üçün potensial təhlükə yaradır.
Təsərrüfat daxilində qarışıq invaziyaların öyrənilməsi xəstəliklərin mənşəyinin vaxtında
müəyyənləşdirilməsinə imkan verir. Bir çox bağırsaq xəstəlikləri vardır ki, onların kliniki əlamətləri
çox oxşar olur və profilaktika tədbirləri aparılmadıqda ölümlə yanaşı sağlam quş yetişdirmək və
reproduktiv nəsil almaq çətinləşir.
Təsərrüfatda qarışıq invaziya törədən hər hansı bir növün az tapılması, yəni invaziyanın
intensivliyinin nisbətən zəif olması heç də onun təhlükəsiz olduğunu sübut etmir. Əksinə,
invaziyanın geniş yayılmasına güclü potensiala malik ola biləcəyindən xəbər verir. Quşçuluq
təsərrüfatlarında təbii ekoloji tarazlığın pozulması nəticəsində parazit – sahib sistemində qarşılıqlı
tərəflərin müvazinəti dəyişir, parazitin inkişafı üçün daha münasib şərait yaranır. Ona görə də
təsərrüfatlarda invazion xəstəliklərə qarşı profilaktiki tədbirlər həyata keçirilərkən ümumekoloji və
təsərrüfatdaxili faktorlar kompleks şəkildə nəzərə alınmalıdır.
Nəticə:
Aparılan tədqiqatlar zamanı Qax rayonunun fərdi təsərrüfatlarında ev toyuqlarının eymerioz,
askaridioz və heterakidozla yoluxması aşkar olunmuşdur. Təsərrüfat üzrə eymeriozla 28,8%,
askaridiozla 30,5%, heterakidozla 26,1% yoluxma müəyyən edilmişdir.
Eymerioz
Askaridioz
Heterakidoz
20
25
30
35
Yoluxma
Eymerioz
Askaridioz
Heterakidoz
222
ƏDƏBİYYAT
1. Musayev M.Ə., Hacıyev A.T., Yolçiyev Y.Y., Vahidova S.M., Mustafayeva Z.Ə.
Azərbaycanda ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları. Bakı, Elm, 1991,
səh.41-51
2. Məmmədov İ.B. Naxçıvan Muxtar Respublikası şəraitində ev toyuqlarının assosiativ
invaziyaları// AMEA Naxçıvan
Bölməsi Xəbərlər, Təbiət və texniki elmlər seriyası, Naxçıvan: Tusi,
2011, № 4, səh. 178-182
3. Yolçuyev Y.Y., Məmmədov S.Ə. Abşeronda ev toyuqlarının eymeriozları və qarışıq
invaziyalar. Zoologiya institutunun əsərləri,
XXVIII cild, Bakı, “Elm”, 2006, səh. 912 - 917.
4. Özlem O., Kamile B. Van yöresi tavuklarında paraziter fauna tesbiti//Türkiye Parazitoloji
Dergisi, 2009, c. 33, № 22, səh.162-164
5. Лимаренко А., Дубров И. Болезни сельскохозяйственных птиц. Санкт- Петербург,
2005, с. 251-267.
6. Mирoнова A.A. Патологоанатомические изменения у цыплят при ассоциации
эймериоз-капилляриоз-аскаридиоз. Сб.науч.трудов, посвященных 80-летию создания первой в
Роcсии кафедры паразитологии имени академика К. И. Скрябина, Персиановка, 1997, с. 79-81.
ABSTRACT
Sevinc Mammadova
DINAMIC
INFECTION OF
EYMERIOSIS AND HELMINTOSIS
AT DOMESTIC HENS IN AZERBAIJAN
During recearches for the first time in Azerbaijan has benn found associative form of
ascaridiosis, and heterakidosis with eymeriosis at domestic hens. In private poultry in
Gakh district
during coprological investigation and opening of domestic hens it was found associative infection
with eymeriosis, ascaridiosis and heterakidosis.
Infection with invasive diseases of domestic chickens depends on age. Increased internal
resistance in older birds does not indicate that they are not sensitive. The main condition is the
intensity of the invasion.
In some farms of the Gakh region were found eimeriosis, ascaridiosis
and heterakidosis in
domestic chickens. In the hosts, the infection of birds was registered with eymeriosis 28.8%, with
ascaridiosis 30.5% and with heterakidosis.
РЕЗЮМЕ
Севиндж Мамедова
ДИНАМИКА ЗАРАЖЕНИЯ ДОМАШНИХ КУР
ЭЙМЕРИОЗОМ И
ГЕЛЬМИНТОЗАМИ
В АЗЕРВАЙДЖАНЕ
Во время исследований
в Азербайджане была обнаружена ассоциативная форма
аскаридиоза,
гетеракидоза
и эймериоза у домашних кур. В частных птицеводческих
хозяйствах в
Кахского района во время копрологического исследования и вскрытия
домашних кур выявилась ассоциативная форма заражения эймериоза, аскаридиоза и
гетеракидоза.
Зараженность с инвазионными болезниями домашних цыплят
зависить
от возраста.
Повышенная внутренняя устойчивость у более взрослых птиц не указывает на то, что они
не
чувствительны. Основное условие - интенсивность вторжения.
В отдельных хозяйствах Гахского района были обнаружены эймериоз, аскаридиоз и
гетероацидоз у домашних цыплят. У хозяствах зараженность птиц зарегистрировано
с
эймериозом 28,8%
,
с аскариозом 30,5% и с гетероцидозем 26,1%.
NDU-nun Elmi Şurasının 27 noyabr 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 03)
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə elmlər doktoru, professor E.Məmmədov