225
Histoqram 1.
Histoqramdan göründüyü kimi, davamlı istifadə olunan yeni metodika mənimsəmə
səviyyəsini yüksəldərək, tədrisin səviyyəsini müsbətə doğru dəyişmişdir. Sonra isə yeni metodun
tətbiqinin dayandırılması tədrisdə səviyyəni aşağı salmışdır.
Son illərdə ən yeni təlim texnologiyaları kimi gündəmə gələn MİMİO və s. istifadəsi özünün
asan mənimsənilməsi və istifadəsi ilə yanaşı, biologiya dərslərində tətbiqi üçün kifayət qədər imkanlara,
universallığa malikdirlər. Apardığımız tədqiqatlar, müşahidələr və müqayisələr göstərdi ki, auditoriyanı
maraqlandırmaq üçün mütləq motivasiya, tədqiqat sualları vasitəsilə stimul lazımdır. Hər hansı möv-
zunu biz eksperiment və nəzarət sinifdə fərqli metodika ilə tədris edərkən məlum oldu ki, nə qədər ki
dinləyiciləri (şagird, tələbə) iştirakçı halına gətirməmişik, onlarda qavrama səviyyəsi minimum həddin-
də olacaqdır. Müşahidələrimizə görə sinifdə, yaxud auditoriyada ən zəif şagird və ya tələbəni motivasi-
ya və stimul nəticəsində orta, yaxud əla səviyyəyə çatdırmaq olar, bunu apardığımız təcrübələrlə təsdiq-
lədik. İKT elə bir sürətlə inkişaf edir ki, təhsil sistemi inkişaf edərək ona heç cür çata bilmir. Bütün
bunlar təkcə informasiya texnologiyaları sahəsində çalışan mütəxəssisləri deyil, metodist-pedaqoqları da
düşündürməli, bütün sahələrdə inkişaf davam etməlidir. Multimediyalı təqdimatların istifadəsi müəllimə
imkan verir ki, dərsin hər hansı mərhələsində şəxsi yaradıcılıq qabiliyyətini, fərdiliyini nümayiş etdirsin
və dərsi monotonluqdan çıxararaq daha canlı keçirsin. Son illərin surətlə inkişaf edən informasiya
texnologiyaları fonunda təhsil sahəsində, eləcə də tədris prosesində baş verən “inqilab” sayəsində hazır-
da biologiyanın öyrədilməsi daha ümidvericidir.
Verilmiş suallar ətrafında gərəkli məlumatların toplanması, öyrənilməsi və slaydların
hazırlanması üçün onlara vaxt verildi. Hazırlanmış dərs elektron variantda məşğələ zamanı nümayiş
etdirilməli, müəllim tərəfindən müzakirə edilərək qiymətləndirilməli idi. Nəticələrin qiymət-
ləndirilməsi aşağıdakı cədvəldə verilən meyarlara görə hesablandı. Bu eksperimenti III kurs
tələbələri ilə pedaqoji təcrübədən qayıtdıqdan sonra apardıq. Təcrübədən əvvəl biologiyanın tədrisi
metodikası fənnindən öyrəndikləri, təcrübə zamanı məktəbdə qazandıqları şəxsi təcrübə onların
təqdimatlarında, çıxışlarında özünü fərqli şəkildə göstərdi.
Multimediaların hazırlanması və nümayişində keyfiyyət göstəriciləri
Cədvəl 1.
Mövzular
Multimediaların
strukturu,
səviyyəsi
Təqdimatları
təqdimetmə bacarığı
Mənbələrdən
istifadə vəziyyəti
Ürəyin quruluşu və
funksiyaları
İllüstrasiyalar,
modellər,
videolar
Fikri aydın ifadə, müstə-
qil düşüncə
Müqayisəli
məlumatlar
Ali sinir fəaliyyətinin
xüsusiyyətləri
Slaydların, videola-
rın
nümayişi
İnteraktiv üsullardan isti-
fadə
Dərslik, vəsait-
lər, int. saytları
Qanın fiziologiyası və
funksiyaları
Sxem, slaydlar, şi-
fahi izah, video
Konstruktiv təlimin ele-
mentlərindən
istifadə
Ensiklopediya,
internet saytları
Mədədə həzm
Təcrübə,
eksperi-
mentlərin nümayişi
İnteraktiv rejim, məntiqi
əməliyyatlar
Dərslik, internet,
ensikloped.
Cədvəldə göstərilən meyarlara – tələbələrin dərsə hazırlığı, slaydların mövzunu əks etdirmə
xüsusiyyəti, onların təqdimat səviyyəsi və hansı mənbələrdən istifadə etmələrinə görə
dəyərləndirdikdə əvvəlki semestrlə müqayisədə inkişaf edib formalaşdıqlarının şahidi olduq.
Multimedialar haqda izahat verərkən çatdırdıq ki, biologiya dərslərində multimediadan istifadə
metodik priyomlardan biridir. Eksperiment dərslərində və seminarlarda bu üsulları təcrübədən
keçirdikdə qaneedici nəticələr alınmışdır. Əlbəttə, bu vasitələrdən istifadə bütün tədris problemlə-
rini həll etmir və müəllimlər hər gün və hər dərsdə bu üsuldan istifadəyə məcbur deyirlər. Lakin in-
226
teraktiv lövhə dərsi cəlbedici və dinamik edir. Çünki müəllimin hazırladığı dərsdən başqa, lövhənin
öz bazasında olan materiallardan da istifadə etmək imkanı yaranır. Hər gün yeni bir tapşırıq gözlə-
yən şagirdlər isə fənnə daha çox maraq göstərir və özləri də yeni nəsə göstərmək istəyirlər. Təlim
prosesində monotonluq, dəyişilməzlik şagird və tələbələri darıxdıb həvəsdən saldığına görə eksperi-
mentlər zamanı yeni metodika ilə dərslərdə yüksək mənimsəmə nümayiş edildi.
Tədqiqatlar göstərdi ki, hər bir məşğələnin sonunda şagirdlərə ən müasir texnologiyaların
tətbiqi ilə ev tapşırıqları verilməsi müsbət nəticə verir. Tapşırığı yerinə yetirən şagirdlərə tapşırıldı
ki, informasiya texnologiyalarının imkanlarından istifadə etsinlər. Mövzulara aid daha çox məlumat
toplamaq, materialın əsas məqsədini əks etdirən, biliklərin ümumiləşdirilib, möhkəmləndirilməsinə
xidmət edən cədvəllərin tərtib etsin, mövzuya aid daha çox illüstrativ materiallar toplayaraq sis-
temləşdirsinlər. İnternetdən və texnologiyalardan istifadə vərdişləri qazanmış tələbələrə aşağıdakı
maraqlı sual tipli tapşırıqlar verildi:
-
Qanın dəri vasitəsilə oksigenlə zənginləşməsinin hansı heyvanda getməsinin səbəbi və
nümayişinin təşkili üçün nədən istifadə etmək olar?
-
Hansı orqan yerləşdiyi boşluğa görə digərlərindən fərqlənir - sualının cavabını hansı üsulla
əsaslandırıb verərdiniz?
-
Hansı orqan yerləşdiyi boşluğa görə digərlərindən fərqlənir - sualının cavabını hansı üsulla
əsaslandırıb verərdiniz?
-
Hüceyrənin həyat fəaliyyəti üçün səciyyəvi olan elementləri sadalamaq üçün hansı
cədvəldən istifadə etmək olar və əgər əlinizdə yoxdursa, dərhal necə əldə etmək olar?
-
Hansı bakteriyadan gen mühəndisliyi metodu ilə insulin hormonu alınır – sualını
cavablandırarkən müasir dövrün hansı imkanları təhsil sahəsinin inkişafına da misilsiz xidmət göstərir?
Bu tapşırıqların həlli ilə tələbələr həm verilmiş suallara çavab vermiş, həm də internet və
texnologiyaların tədrisdə tətbiqi zərurətini anlamışlar. Həmçinin YTT-dən istifadə etməklə ali və orta
məktəblərdə yüksək səmərəyə nail olunmuşdur. Bunun üçün hər üç mərhələdə YTT-dən və interaktiv
rejimdə işləmiş, biologiya dərslərində yüksək əyanilik və mənimsəmə səviyyəsinə nail olduq.
İnteraktiv dərsdə YTT-dən istifadənin
interaktivlik göstəricisi
Cədvəl 2.
Dərsin
mərhələləri
İnteraktiv rejim
YTT
Düşünməyə yönəltmə
Motivasiya
Giriş, maraqlı məlumatlar
Dərketmə
Tədqiqat sualı
Yeni mövzunın təqdimi
Düşünmə
Sərbəst tapşırıqlar
Əlaqələndirici tapşırıqlar
Digər bir mövzunun tədrisi zamanı verilmiş cədvəlin doldurulması qanin fiziologiyası
haqqında daha dolğun biliklər ələdə etməyə imkan verir. Müxtəlif qan qruplarına məxsus insanların
eritrositlərini və qan zərdabını qarışdırdıqda törənən aqqlyutinasiyanı izah edin:
Zərdab
(αβ) qrupları
Eritrositlərin qrupları
I (0)
II (A)
III (B)
IV (AB)
I (α və β)
-
+
+
+
II (β)
-
-
+
+
III (α)
-
+
-
+
IV (0)
-
-
-
-
Mövzunun aydın mənimsənilməsi üçün qanın formalı elementlərinin quruluş
xüsusiyyətlərinə aid illüstrasiyaların toplanması və izahlarla müqayisə edilməsi tapşırığı da orta
məktəb şagirdlərinin marağına səbəb olmuşdur.