Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə113/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   109   110   111   112   113   114   115   116   ...   122

 
232 
Təcrübə 4. Dəmirin oksigendə yanması. 
Müəllim  şagirdlərə  dəmir  iynəni  göstərir  və  qeyd  edir  ki,  metallar  yalnız  qızdırıldıqda 
oksigendə  yanır.  Şagirdlərin  diqqəti  dəmirin  açıq  havada  və  oksigendə  yanmasına  yönəldilir. 
Dəmirdən hazırlanmış iynənin ucuna kiçik ağac parçası taxıb spirt lampasının alovunda yandırır və 
oksigen  olan  bankaya  daxil  edir.  Yanmanın  gücləndiyini  və  dəmirin  ətrafa  dəmir  yanığı  Fe
3
O
4
 
(Fe
3
O

→ FeO + Fe
2
O
3
) qığılcımlarının səpələnməsi ilə alovsuz yanması müşahidə olunur. 
 
 
 
8-ci  sinifin  kimya  dərsliyində  təcrübələrin  nümayişi  ilə  tədris  olunan  mövzular  bunlardır:   
«Qeyri-üzvi  birləşmələrin  mühüm  sinifləri»,  «Kimyəvi  reaksiyaların  təsnifatı»,  «Kimyəvi 
reaksiyaların  surətinə  təsir  edən  amillər»,  «Katalizator  və  katalitik  reaksiyalar»  və  «Elektrolitik 
dissosiasiya». Aşağıda bəzi mövzuların tədrisində nümayiş təcrübələrindən istifadə olunmasına dair 
metodik işləmə verilir. 
«Əsaslar» mövzusunun tədrisində müəllim əsaslar üçün xarakterik olan təcrübələri nümayiş 
etdirməklə şagirdlərin qeyri-üzvi birləşmələrə dair biliklərini inkişaf etdirir. 
Təcrübə 1. Əsasların alınması və kimyəvi xassələri. 
Təchizat:  sönməmiş  əhəng,  mis  (II)  sulfat,  natrium-hidroksid,  çini  kasa,  sınaq  şüşələri, 
stəkanlar, şüşə çubuq, fenolftalein, lakmus və metiloranjın spirtdə məhlulları. 
Təcrübənin aparılması metodikası. 
Üç stəkan götürüb onların hər birinə 10 ml natrium-hidroksid məhlili tökülür. Sonra müəllim 
indikatorların  spirtdə  məhlullarını  nümayiş  etdirir.  Şagirdlər  fenolftaleinin  rəngsiz,  lakmusun 
bənövşəyi, metiloranjın narıncı rəngdə olduğunu müşahidə edirlər. Müəllim birinci stəkana 3 damcı 
fenolftalein,  ikinci  stəkana  3  damcı  lakmus,  üçüncü  stəkana  3  ml  metiloranj  məhlulu  əlavə  edir. 
Şagirdlər birinci stəkanda məhlulun moruğu rəngə, ikinci stəkanda göy rəngə və üçüncü stəkanda 
sarı rəngə boyandığını müşahidə edirlər. 
Müəllim  stəkanların  hər  birinə  indikatorların  spirtdə  məhlullarının  rəngi  alınana  qədər 
tədricən xlorid turşusu əlavə edir. Gözlənilən nəticə alındıqdan sonra müəllim təcrübədə müşahidə 
olunan  hadisəni  izah  edir.  O,  göstərir  ki,  sonda  alınan  məhlulda  nə  NaOH,  nə  də  HCl  qalmayıb, 
onlar  ekvivalent  miqdarda  qarşılıqlı  təsirdə  olaraq  duz  və  su  əmələ  gətiriblər.  Neytral  mühit 
yarandığına  görə  indikatorların  özlərinə  məxsus  rəngləri  bərpa  olunur.  Şagirdlər  qələvi  ilə  turşu 
arasında gedən neytrallaşma reaksiyasının tənliyini tərtib edirlər: 
NaOH + HCl →NaCl + H
2

Müəllin  qeyd  edir  ki,  neytrallaşma  reaksiyası  həll  olmayan  əsaslarla  turşular  arasında  da  gedir. 
Bunu  təsdiq  etmək  üçün  əvvəlcə  həll  olmayn  əsas  (Cu(OH)
2
)  alır  və  onun  turşu  (HCl)  ilə 
reaksiyasını nümayiş etdirir: 
CuSO
4
 + 2NaOH → Cu(OH)
2
 ↓ + Na
2
SO
4
 
Cu(OH)
2
 + 2HCl → CuCl
2
 + 2H
2

Şagirdlər  7-ci  sinifin  kimya  kursunda  aktiv  metalların  su  ilə  reaksiyasından  metalların  hidrok-
sidlərinin  əmələ  gəlməsini  öyrənmişlər.  Burada  kalsium-oksidin  su  ilə  reaksiyasından  əsasın 
alınması  göstərilir.  Az  miqdarda  sönməmiş  əhəng  (CaO)  götürüb  çini  kasaya  tökülür  və  üzərinə 
ehtiyatla  su  əlavə  olunur.  Əmələ  gələn  məhlula  3  damcı  fenolftalein  tökülür.  Şagirdlər  fenolftale-
inin  natrium-hidroksiddə  olduğu  kimi  moruğu  rəng  almasını  reaksiya  nəticəsində  qələvinin  əmələ 
gəlməsi ilə izah edirlər. 
«Kimyəvi  reaksiyaların  surətinə  təsir  edən  amillər»  mövzusunun  təcrübələrin  nümayişi  ilə 
öyrədilməsi  şagirdlərdə  reaksiyanın  surətinin  qarşılıqlı  təsirdə  olan  maddələrin  təbiətindən, 
səthlərinin  ölçüsündən,  qatılıqlarından,  temperaturdan,  katalizatordan  və  qaz  halında  olan  mad-
dələrin təzyiqindən asılı olaraq dəyişməsi haqqında aydın təsəvvür yaradılır. Müəllim bu mövzunu 
şagirdlərin 7-ci  sinifin kimya kursundan kimyəvi reaksiyanın  sürətinə təsir edən amillər haqqında 
malik olduqları biliklərinə istinad etməklə öyrədir. 
Təcrübə 2. Reaksiyanın surətinin qarşılıqlı təsirdə olan maddələrin təbiətindən asılılığı. 


 
233 
Təchizat: 200 ml həcmində 2 ədəd stəkan, 100 ml həcmində ölçü silindiri, şüşə çubuq, 1M 
qatılıqda xlorid turşusu məhlulu, eyni çəkidə sink və maqnezium metalı. 
Təcrübənin aparılması metodikası. 
İki stəkanın hər birinə 100 ml xlorid turşusu töküb onlardan birinə sink, digərinə maqnezium 
salınır. Stəkanlarda hidrogenin  qabarcıqlarının ayrılması intensivliyinə  görə müxtəlif metalın eyni 
turşu  ilə  qarşılıqlı  təsirinin  surətinə  dair  nəticə  çıxarılır.  Şagirdlər  apardıqları  müşahidədən  belə 
nəticəyə  gəlirlər  ki,  maqneziumla  xlorid  turşusu  arasında  reaksiya  daha  surətlə  gedir.  Müəllim  bu 
təcrübədə  metalların  aktivliyi  haqqında  şagirdlərdə  təsəvvür  yaradır.  Nümayiş  təcrübəsinin 
tənliklərini yazmaq şagirdlərə tapşırılır: 
Mg + 2HCl = MgCl
2
 + H
2
↑ 
Zn + 2HCl = ZnCl
2
 + H
2
↑ 
Təcrübə 3. Reaksiyanın sürətinin qarşılıqlı təsirdə olan maddələrin qatılığından asılılığı.  
Təchizat: 200 ml həcmində 3 ədəd stəkan, 100 ml həcmində ölçü silindiri, saniyəölçən,  
1M qatılıqda natrium tiosulfat Na
2
S
2
O
3
 · 5H
2
O və sulfat turşusu H
2
SO

məhlulları, su.  
Təcrübənin aparılması metodikası.  
Distillə  suyunda  natrium-tiosulfatın  təzə  məhlulu  hazırlanır.  Ölçü  silindri  vasitəsilə  dəqiq 
ölçməklə  stəkanların  hər  birinə  birinci  cədvəldə  göstərilən  həcmdə  natrium-tiosulfat  məhlulu  və 
distillə  suyu  əlavə  olunur.  Stəkanlardakı  natrium-tiosulfat  məhlullarının  bərabər  həcmlərində 
qatılıgı  5:  10:  15  =  1:  2:  3  nisbətindədir.  Laborantın  və  şagirdlərdən  birinin  köməkliyi  ilə  eyni 
zamanda  stəkanların  hər  birinə  cədvəldə  qeyd  olunan  bərabər  həcmdə  sulfat  turşusu  məhlulu 
tökülür. Şagirdlər stəkanlarda bulanmanın əmələ gəlməsinə qədər sərf olunan zamanı qeyd edirlər. 
Üçüncü stəkanda natrium-tiosulfat məhlulunun qatılığı çox olduğuna görə məhlul daha tez bulanır. 
İkinci  stəkanda  məhlulun  bulanmasına  iki  dəfə  çox  zaman  tələb  olunacaq.  Birincu  stəkanda 
bulantının əmələ gəlməsinə sərf olunan zaman üç dəfə çox olacaqdır.  
Müəllimin köməyi ilə nümayiş təcrübəsindən aşağıdakı nəticə çıxarılır: kimyəvi reaksiyanın 
surəti qarşılıqlı təsirdə olan maddələrin qatılıqları ilə düz mütənasibdir. Bu təcrübə dərsdə nisbətən 
az  vaxt  daxilində  şagirdlərin  kimyəvi  reaksiyanın  surətinə  qatılığın  təsirini  əyani  olaraq  görmələri 
üçün nümayiş etdirilir. Lakin, müəllim praktik məşğələ dərsində bu təcrübəni şagirdlərin iştirakı ilə 
aparıb, reaksiyanın sona çatmasına sərf olunan zamanı və reaksiyanın orta sürətini təyin edə bilər. 
Reaksiya iki mərhələdə gedir: 
I. Na
2
S
2
O
3
 + H
2
SO

= H
2
S
2
O

+ Na
2
SO
4
 
II. H
2
S
2
O

= S↓ + H
2
O + SO
2
 
Reaksiyanın tam tənliyi: 
Na
2
S
2
O
3
 + H
2
SO

= Na
2
SO

+ H
2
O + SO

+ S↓ 
 
                  Kimyəvi reaksiyanın sürətinin qatılıqdan asılılığı. Cədvəl 1 
                                    
 
 
 
 
 
 
 
 
 
9-cu  sinfin  kimya  kursunda  nümayiş  təcrübələrinin  aparılması  planlaşdırılan  bölmələr 
bunlardır:  metallar  və  onların  umumi  xassələri;  dövri  sistemin  I-III  qrupların  əsas  yarımqrup 
elementləri;  əlavə  yarımqrup  metallarının  ümumi  icmalı;  halogenlər;  oksigen  yarımqrupu;  azot 
yarımqrupu. 
9-cu  sinfin  kimya  kursunda  şagirdlərin  bilik,  bacarıq  və  vərdişlərinin  formalaşmasında 
böyük  rolu  olan  nümayiş  təcrübələri  üçün  geniş  imkanlar  mövcuddur.  9-cu  sinif  şagirdləri  kimya 
Eksperiment, 
№ 
Natrium- 
tiosulfat 
məhlulu, 
ml 
 Distillə 
suyu,ml 
Ümumi 
həcm, 
ml 
Sulfat 
turşusu 
məhlulu, 
ml  


10 
15 


10 

15 


15 

15 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə