Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   61   62   63   64   65   66   67   68   ...   122

- 134 - 
 
Xa
nlı
qlar
 
 101   1,0 
  3,4 
  0,12    25,5    8,1 
17,5   3,5  21,0  17,9  
  41,2  
Ş
ərur
  
 102   1,3 
  3,2 
  0,10      4,5    8,1 
18,5  3,5  22,0  17,2 
  46,4 
 Çə
m
ən

b
oz
 
Na

ıvan 
 
 98 
 İ,6 
  3,2 
  0,10   13,7 
  7,8 
20,5   4,5  25,0  15,1 
  43,7 
 Ş
ab
alı
d
ı 
Ş
ırna

 96 
 1,9 
  3,6 
  0,18  25,6 
  8,2 
18,5  5,0  23,5  20,7 
  47,7  
Da
rıda
ğ 
 
 99 
 2,4 
  4,7 
  2,17  33,7 
  8,3 
19,5  6,0  26,5  29,8 
  61,2  


 
135 
Üzvi  qalıqlar  tez  minerallaşır  və  çürüntünün  miqdarı  az  olduğu  üçün  bu  torpaqların  rəngi 
boz və açıq boz olur ki, onun adı da məhz buradan götürülmüşdür.  
 Açıq  və  ibtidai  boz  torpaqların  profilində  ümumi  humusun  miqdarı  0,9-1,4%  arasında 
dəyişir,  onun  kəmiyyəti  torpaq  profili  boyunca  tədricən  azalır  və  onun  yüksək  miqdar  humus  və 
illüvial qatda təyin olunmuşdur (cədvəl 1). Cədvəl 2-dən görünür ki, bu torpaqların humus qatında 
ümumi  humusun  miqdarı  1,0-1,3  %  arasında  dəyişir.  Onun  maksimum  miqdarı  (1,2-1,3%) 
Ordubad, Duzdağ, Düylün və Şərur ətrafında, minimum miqdar isə (1,0-1,1%) Xanlıqlar və Kotam 
ətrafında təyin olunmuşdur. Bu torpaqların humus qatında hiqroskopik nəmliyin miqdarı 3,0-6,5 % 
arasında  dəyişir,  onun  yüksək  miqdarı  (6,5%)  Duzdağın  ətəyində,  minimum  miqdar  (3,0-3,4%) 
Düylün,  Şərur  və  Xanlıqlar  ətrafında  müəyyən  olunmuşdur.  Orta  miqdar  isə  3,7-3,9%  olmaqla 
Ordubad və Kotam ətrafında qeyid olunur. Bu da torpağın qranulometrik tərkibi ilə ələqədardır. 
Açıq və ibtidai torpaqların profilində quru qalığın miqdar 0,14-0,76 % arasında dəyişir, onun 
yüksək miqdarı (0,47-0,76 %) illüvial  və alt qatlarda  rast  gəlinir  (cədvəl 1 ).  Bu da torpağın  orta 
dərəcədə şoran olduğunu göstərir. 
Cədvəl  2-dən  görünür  ki,  bu  torpaqların  humus  qatında  quru  qalığın  miqdarı  0,10-2,79% 
arasında  dəyişir  və  onun  yüksək  miqdar  (2,79%)  Duzdağın  ətəyində  yayılan  torpaqların  humus 
qatında təyin olunmuşdur. Bu torpaqlardan qış otlağı kimi istifadə edildiyindən heç bir meliorativ işlər 
aparılmamışdır.  Kotam,  Düylün,  Xanlıqlar  kəndləri  və  Şərur,  Ordubad  şəhərləri  ətrafındakı  torpaq 
sahələri  əkin  altında  istifadə  edildiyinə  görə,  bu  torpaqlarda  meliorativ  tədbirlər  görülmüşdür, 
suvarma norması və digər aqrotexniki tədbirlər aparıldığına görə humus qatında təkrar şorlaşma qeyd 
olunmur. Açıq və ibtidai boz torpaqlarda CaCO

miqdarı 30,1-36,2 % arasında dəyişir, yüksək miqdar 
(32,3-36,2 %) alt və illüvial qatlarda, minimum isə humus qatında təyin olunmuşdur (cədvəl 1). 2016-
cı ilin analiz məlumatlarından görünür ki, bu torpaqların humus qatında CaCO
3
 miqdarı 2,4-36,6 % 
təşkil edir, onun  yüksək miqdarı (25,5-36,6%) Xanlıqlar və Kotamda,minimum miqdar (2,4-4,5 %) 
isə Ordubad, Duzdağ və Şərur ətrafında təyin olunmuşdur (cədvəl 2). Bu torpaqların profilində zəif 
qələvi mühit (pH-8,2-8,3) mövcuddur (cədvəl 1). Cədvəl 2-dən aydın olur ki, bu torpaqların humus 
qatında qələvi mühitin nisbətən artdığı müşahidə olunur və pH-ın miqdarı 8,1-8,5 civarında dəyişir. 
Bu artım Duzdağ və Kotam (pH 8,5) ətrafında qeyd olunur (cədvəl 2). 
Açıq  və  ibtidai  boz  torpaqlarıın  profilində  gillicəli  qranulometrik  tərkib  səciyəvidir,  fiziki 
gilin  miqdarı  32,1-52,5  %  -dir  və  onun  yuksək  miqdarı  (49,7-52,5  %)  illüvial  və  alt  qatlarda 
müəyyən olünmuşdur (cədvəl 1). Bu da həmin ərazilərin çoxdan suvarılması ilə ələqədardır. Cədvəl 
2-dən görünür ki, bu torpaqların humus qatında gillicəli qanulometrik tərkib qeyd olunur (Duzdağ 
ətrafı  istisna  olmaqla).  Fiziki  gilin  miqdarı  38,5-67,9  %  arasında  tərəddüd  edir,  onun  yüksək 
miqdarı  (67,9  %)  Duzdağın  ətəyində,  minimum  miqdarı  isə  (38,5-47,5%)  Düylün,  Xanlıqlar, 
Ordubad,  Şərur  və  Kotam  ətrafında  təyin  olunmuşdur  (cədvəl  2).  Bu  da  növbəli  əkin  işlərinin 
davam etdirilməsi üçün əlverişlidir (2016-cı ilin məlumatı). 
Açıq  və  ibtidai  boz  torpaqların  profilində  udulmuş  əsasların  miqdarı  17,4-22,9  mq/ekv 
arasında  dəyişir.  Onun  minimum  miqdarı  (17,4  mq/ekv)  humus  qatında  maksimum  miqdar  isə 
illivüal və alt qatlarda təyin olunmuşdur. Bu da ana süxurun karbonatlı olması və suvarma işlərinin 
aparılması ilə ələqədardır. Uducu kompleksdə kalsium kationu ustünlük təşkil edir və onun miqdarı 
9,3-13,5 mq/ekv arasında dəyişir (cədvəl 1). Maqnezium kationunun miqdarı 6,1-6,3 mq/ekv olub, 
kiçik  hədd  daxilində  dəyişir.  Natrium  kationunun  miqdarı  0,8-3,4  mq/ekv-dir  və  o  torpaq  profili 
boyunca  artır.  Bu  da  onun  zəif  dərəcədə  şorakətləşməsinə  səbəb  olur.  2016  cı  il  analiz 
nəticələrindən gorünür ki, acıq və ibtidai boz torpaqların humus qatında udulmuş əsasların mıqdarı 
20,5-25,5  mq/ekv  arasında  dəyişir.  Onun  yüksək  miqdarı  (25,5  mq/ekv)  Duzdağın  ətəyində, 
minimum  miqdarı  Düylün  ətrafında  təyin  olmuşdur  (  cədvəl  2).  Uducu  kompleksdə  kalsium 
kaionunun miqdarı üstünlük təşkil edir, onun yüksək miqdarı (18,5-20 mq/ekv) Ordubad, Şərur və 
Duzdağın ətrafında, minimum miqdarı (16,0-17,5 mq/ekv) isə Düylün və Xanlıqlar ətirafında təyin 
olunmuşdur  (cədvəl  2).  Maqnezium  kationlarının  miqdarı  3,5-4,9  mq/ekv  arasında  dəyişir,  onun 
yüksək miqdarı (4,5-4,9 mq/ekv) Ordubad, Düylün, Duzdağ və minimum miqdarı (3,5 mq/ekv) isə 
Kotam, Xanlıqlar ətrafında təyin olunmuşdur (cədvəl 2).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə