Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   59   60   61   62   63   64   65   66   ...   122

- 130 - 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 7 (88) 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 7 (88) 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 7 (88) 
 
MƏHƏMMƏD MƏMMƏDOV 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
  
UOT: 631.445.5. 
NAXÇIVAN MR ARAZBOYU DÜZƏNLİKLƏRİNDƏ YAYILAN TORPAQLARIN 
MÜASİR VƏZİYYƏTİ VƏ ONLARIN KƏND TƏSƏRRÜFATININ İNKİŞAFINDA ROLU 
 
 
Açar sözlər: humus, azot, torpaq mühiti, qranulometrik tərkib, udulmuş əsaslar 
 
Key  words:  soil,  humus,  nitrogen,  layer,  soil  condition,  qranulometric  conted,  absorbed 
foundations 
 
Ключевые  слова:  пщчва,  гумус,  азот,  слой,  среда  почвы,  гранулометрический 
состав,поглащенные основа 
Giriş.  Son illərdə  Naxçıvan MR-də  torpaq və  bitki örtüyünə  antropogen  təsir  gücləndiyinə 
görə ərazidə deqradasiya prosesi sürətlənmişdir. Respublikamızda əhalinin ərzaq təhlükəsizliyini və 
insan sağlamlığını təmin etmək məqsədi ilə 2016-cı ildə AMEA akad H.Ə.Əliyev adına Coğrafiya 
İnstitutunun  "Landşaftşünaslıq  və  landşaft  planlaşdırması"  şöbəsinin  əməkdaşları  tərəfindən 
Naxçıvan  Muxtar  Respublikasında  torpaq  tədqiqatı  işləri  aparılmışdır.  Götürülmüş  torpaq 
nümunələri institutun “Torpaq coğrafiyası” şöbəsində laboratoriya şəraitində analiz edilmişdir. 
1  saylı  cədvəl  AMEA  akad  H.Ə.Əliyev  adına  Coğrafiya  İnstitutu  fond  və  ədəbiyyat 
materialları  əsasında,  2  saylı  cədvəl  isə  2016-cı  ilin  torpaq  analiz  məlumatları  əsasında 
hazırlanmışdır. Fond materialları akademik H.Ə.Əliyev və k.t.e.d Ə.Q.Zeynalova məxsusdur. 
Düzənliyin  torpaq  xəritə-sxemi  akad.  Q.Ş.Məmmədovun  (5)  tərtib  etdiyi  Naxçıvan 
bölgəsinin Torpaq xəritə-sxeminə və akad. Volobuyevin (7) redaktoluğu ilə tərtib olunmuş Az.SSR 
torpaq xəritəsinə əsasən tərtib edilmişdir. 
Təhlil  və  müzakirə.  Naxçıvan  Muxtar  Respublikasının  sahəsi  5383000  hektardır  və 
Respublika ərazisinin 6,2%-ni təşkil edir. Ərazinin relyefi dağlıq və düzənliklərdən ibarətdir. Ərazi 
şimal-qərbdən  Dərələyəz  və  şimal,  şimal-şərqdən  isə  Zəngəzur  sıra  dağları  ilə  əhatələnmişdir. 
Düzənliklərə isə Arazçayıboyuncabir-biriniəvəz edən Ordubad, Culfa, Naxçıvan, Böyükdüz, Şərur 
və Sədərək düzənlikləri aiddir. İran ərazisindən daxil olan isti hava kütləsi MR-nın ərazisində 1700-
1800 metr hündürlüyə qədər quru subtropik iqlim şəraiti yaradır. 
Boz  torpaqlar.  Kür-Araz  ovalığında,  Cənub-Şərqi  Şirvan  düzənliyində,  Samur-Dəvəçi 
ovalığında,  Abşeron  yarmadasında  və  Naxçıvan  MR-da  Arazboyu  düzənliklərdə  formalaşmışdır. 
 
Azərbaycanda boz torpaqlar müxtəlif tədqiqatçılar (10,6,9,7,8,5,3) tərəfindən öyrənilmişdir. 
Naxçıvan MR-də isə boz torpaqlar S.A.Zaxarov (10), H.Ə.Əliyev, Ə.Q.Zeynalov (6), N.C.Mehtiyev 
(4), N.S.Bababəyli və başqaları tərəfindən tədqiq edilmişdir. 
Arazboyu  düzənliklərin  relyefi  təpəli  və  dalğavari  düzənliklərdən  təşkil  olunmuşdur. 
Əyyubov.Ə.D (11) bu düzənliklərdə qışı soyuq, yayı quraq keçən isti yarımsəhra və quru-çöl iqlim 
tipi  ayırmışdır.  Ərazidə  orta  illik  temperatur  10-14
0
C  arasında  dəyişir  və  yayı  isti,  qışı  isə  soyuq 
keçir.  Yağıntıların  illik  miqdarı  232-300  mm  arasında  tərəddüd  edir,  əsasən  yaz  və  payız 
fəsillərində  düşür.  10
0
C-dən  yuxarı  fəal  temperaturlar  cəmi  4200-4800
0
C  arasında  dəyişir,  illik 
buxarlanmanın miqdarı 947-1210 mm arasında tərəddüd edir, rütubətlənmə əmsalı 0,09-0,25-dir. 
Ərazidə  torpaqəmələgətirən  süxurlar  əsasən  dördüncü  dövrün  prolüvial,  allüvial  çöküntü 
süxurlardan  və  karbonatlı  əhəngdaşlarından  ibarətdir.  Bitki  örtüyü  əsasən  qarağanlı,  yovşanlı, 
efimerli  və  düzənliklərin  hündür  hissəsində  kserofit  otlar  və  qaratikan  kollarından  ibarətdir. 
Kserofitlər  əsasən  Şərur,  Böyükdüz,  Naxçıvan  düzənliyinin  şimal,  şərq  hissəsi  və  Culfa  şəhərinin 
şimalında yayılmışdır. Hal hazırda bu ərazilər əkin altında istifadə olunur. 


- 131 - 
 
Arazboyu  düzənliklərdə  boz  və  şabalıdı  torpaqlar  geniş  ərazidə  formalaşmışdır.  Boz 
torpaqlar  H.Ə.Əliyev,  Ə.Q.Zeynalov  (6)  tərəfindən  fiziki-  kimyəvi  xassələrinə,  morfoloji 
əlamətlərinə və digər xüsusiyyətlərinə görə: tipik, açıq və ibtidai, adi, və çəmən-boz yarımtiplərinə 
ayrılmışdır. 
Tipik boz torpaqlar. Bu torpaqların profilində torpaq qatları aydın seçilir, xüsusilə humus 
qatının  rəngi  alt  qatlardan  fərqlənir,  illüvial  qatlardan  alt  qatlara  keçid  zəif  seçilir.  Bu  torpaqlar 
Kəngərli, Şərur və Sədərək inzibati rayonları ərazisində yayılmışdır.  
Cədvəl 1-dən görünür ki tipik boz torpaqların profilində ümumi humusun miqdarı 0,60-1,5 
% və ümumi azotun miqdarı isə 0,06-0,10 % arasında dəyişir.  
2016-cı  il  torpaq  tədqiqatlarının  analiz  nəticələrindən  görünür  ki,  tipik  boz  torpaqların 
humus  qatında  ümumi  humusun  miqdarı  1,1-1,5  %  arasında  dəyişir  (cədvəl  2).  Onun  yüksək 
miqdarı  1,4-1,5%  Şahtaxtı,  Çalxanqala  kəndləri  və Qıvraq  qəsəbəsi  ətrafında,  minimum  miqdarı 
1,2%  isə  Gümüşlü  kəndi  ətrafında  müəyyən  olunmuşdur.  Tipik  boz  torpaqların  humus  qatında 
ümumi humusun miqdarının azalma fərqi 0,1-0,3 %-dir. Bu isə 0-20 sm-lik qatda humus ehtiyatının 
2,6-7,2 t/ha azaldığını göstərir.  
Tipik boz torpaqların  üst  qatında hiqroskopik  nəmliyin  miqdarı 3,2-4,7  % arasında dəyişir 
və  onun  yüksək  miqdarı  4,7%  Çalxanqala,  minimum  miqdar  isə  2,9-3,9%  Gümüşlü  və  Şahtaxtı 
ətrafında  yayılan  torpaqların  humus  qatında  müəyyən  olunmuşdur.  Bu  isə  həmin  ərazidə  yayılan 
torpaqların qranulometrik tərkibi ilə əlaqədardır (cədvəl 2). 
Qıvraq  qəsəbəsi  ətrafında  və  digər  sahələrdə  yayılantipik  boz  torpaqların  profilində  quru 
qalığın miqdarı 0,10-0,15% arasında dəyişir və əvəlki illərdə butorpaqların profili zərərli duzlardan 
yuyulmuşdur (cədvəl 1). 
Tipik  boz  torpaqların  humus  qatında  quru  qalığın  miqdarı  0,10-2,14%  arasında  dəyişir  və 
onun minimum miqdarı 0,10-0,20% Sələsüz, Şahtaxtı, Gümüşlü və Çalxanqala kəndləri ətrafında, 
maksimum miqdar 2,14% olmaqla Qıvraq qəsəbəsi ətrafında müəyyən edilmişdir (cədvəl 2). Qıvraq 
qəsəbəsi  ətrafında  isə  becərilən  torpaqlarda  suvarma  işləri  düzgün  aparılmadığına  görə  təkrar 
şoranlaşma baş vermişdir. 
Cədvəl  1-dən  görünür  ki,  tipik  boz  torpaqların  profilində  CaCO
3
-ın  miqdarı  25,0-46,2% 
arasında  dəyişir  və  onun  yüksək  miqdarı  (45,9-46,2  %)  illüvial  qatda  təyin  olunmuşdur.  Bu  da 
torpaqəmələgətirən  süxurların  karbonatlı  olması  ilə  əlaqədardır.  Cədvəl  2-dən  görünür  ki,  bu 
torpaqların  humus  qatında  CaCO
3
-ın  miqdarı  (6,9-28,9  %)  arasında  tərəddüd  edir.  Onun  yüksək 
miqdarı (24,6-28,9 %) Şahtaxtı və Qıvraq ətrafında, minimum miqdar(6,9%) Gümüşlü, orta miqdar 
(17,6-20,0%)  isə  Çalxanqala  və  Sələsüz  ətrafında  yayılan  boz  torpaqlarda  təyin  edilmişdir.  Tipik 
boz torpaqların profilində qələvi mühit (pH 8,2-8,5) səciyyəvidir və alt qatlara doğru qələvilik artır 
(cədvəl 1). Cədvəl 2-dən görünür ki, boz torpaqların humus qatında qələvi mühit mövcuddur (pH 
8,0-8,3), və qələviliyin nisbətən çoxalması (pH-8,3) Qıvraq kəndi ətrafında müşahidə olunur.  
Boz torpaqlar qranulometrik tərkibinə görə orta gillicəlidir və torpaq profilində fiziki gilin 
miqdarı 36,5-44,2% arasında dəyişir. Onun yüksək miqdarı (43,8-44,2%) humus və illüvial qatlarda 
müəyyən edilmişdirm (cədvəl 1). 
Tipik  boz  torpaqların  humus  qatında  gillicəli  və  gilli  qranulometrik  tərkib  səciyyəvidir  və 
onlarda  fiziki  gilin  miqdarı  37,1-62,7%  arasında  tərəddüd  edir.  Fiziki  gilin  maksimum  miqdarı 
(52,3-62,7%)  Çalxanqala  və  Qıvraq  ətrafında,  minimum  miqdarı  (37,1-49,7%)  isə  Gümüşlü, 
Sələsüz  və  Şaxtaxtı  ətrafında  təyin  olunmuşdur.  Gümüşlü  ətrafında  orta  gillicəli,  Sələsüz  və 
Şahtaxtı ətrafında yayılan tipik boz torpaqların qranulometrik tərkibi ağır gillicəlidir (cədvəl 2).  
Tipik  boz  torpaqların  profilində  udulmuş  əsasların  cəmi  20,9-21,8  mq/ekv  arasında  dəyişir  və 
onun yüksək miqdarı (21,8 mq/ekv) illüvial qatda təyin olunmuşdur. Uducu kompleksdə kalsium kationun 
miqdarı 15,4-16,0 mq/ekv arasında dəyişir və onun yüksək miqdarı (16,0 mq/ekv) illüvial qatda müəyyən 
olunmuşdur (cədvəl 1). Maqnezium kationun miqdarı 4,0-5,0 mq/ekv təşkil edir və onun yüksək miqdarı 
(4,9-5,0  mq/ekv)  alt  qatlarda  təyin  olunmuşdur.  Bu  torpaqların  profilində  Na  kationun  miqdarı  0,9-1,2 
mq/ekv arasında dəyişir, onun yüksək miqdarı (1,0-1,2 mq/ekv) alt qatda təyin edilmişdir. Bu isə tipik boz 
torpaqların profilində zəif dərəcədə şorakətləşmənin olduğunu göstərir (cədvəl 1).  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə