Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   55   56   57   58   59   60   61   62   ...   122

- 122 - 
 
Bu baxımdan da bir sual doğulur: “Nə üçün belə tarixi adlar sıradan çıxarılıb, başqa adlarla 
əvəz  olunub  yaddaşlara  hakim  kəsilmişdir.  Maraqlıdır  ki,  Nəriman  kənddən  2  km,  şərqə  tərəf 
Dərəkənd adlanan digər bir kəndi “Gəm” altı kimi qədim ada malik olmuşdur. Məhz bu iki qədim ad 
məntiqi  mənası  ilə,  bir-birinə  bağlı  və  vəhdətdə  Qobustan  qayaları  ilə  yəni  “Gəmi  Qaya”  adı  ilə 
bağlılıq təşkil edir ki, bunlar da antik tariximizin ana xətlərindən, toponimlərindən və onların mənaltı 
vurğularından, qiymətləndirmələrindən doğulmuşdur. Nərmankənd adına gəldikdə. Nər – dəvə, man – 
(əndə).  Yorğunliq,  əzginlik  mənasında  orada  olan  qədim  karvansara  ilə  bağlıdır  və  ya  ona 
bağlanmalıdır  (4,  s.472-326).  Yerli  adamların  fikrinə  görə  Nərmankənd,  N.Nərmanovun  adı  ilə 
bağlanır. Bu isə düzgün deyil, Nərmankənd qədim məkan olduğu üçün mifoloji xarakter daşımalıdır. 
Tarixən Qobustan 2 hissəyə bölünür, 1-ci Aran Qobustani ən qədim tarixi toponimləri olub: 
“Ümbaki”,  “Baki”,  “Alyat(Ələt),  “Duvannı-Divannı”,  Atbulağ,Səngəçal  və  s.  Eyni  zamanda  bu 
yerlər Dədə Qorqud dastanın ana toponimləri olmuşdur. Dağ Qobustanina aid olmuşdur. “Mərəzə”, 
“Gəmüstü”,  “Arab  qədim”,  “Arabşah  verdi”,  “Qurrbançı”  və  s  toponimlər.  Tarixən  ilkin 
svilizasiyanın  ilkin  məskənləri  və  toponimləri  olmuşdur.  Qədim  toponimlərdən  biri  də,  Qabıssan 
(Qobustan)  adı  ilə  vəhdətə  olan  “Mərəzə”  toponimidir.  Mərəzə  toponimi  klassik  avropa 
mənbələrində o, cümlədən F.A.Deminiski və Dorinin əsərlərində xüsusi yer tutmaqla “Piri Mərəzə” 
kimi qeyd edilmişdir. “Piri Mərəzə” isə kod kimi açıldıqda bir başa “Dədə Qoroqud” dastnına və 
onun  tarixinə  bağlanmaqla  tarixi  toponim  kimi  öz  təsdiqini  tapır.  Bu  haqda  F.A.Deminiski 
demişdir: “Piri Mərəzədə Persilər oturur dualar oxuyurdular”. (3, s. 10). 
Nə  deməkdir  “Mərəzə”,  “Piri  Mərəzə”  bu  vurğular  hara,  hansı  mənalara  bağlanır.  Tarixə 
bağlı  bu  adlar,  müasir  dövrümüzdə  və  sovet  imperiyası  dövründə  mahiyyətindən  uzaqlaşıb,  hansı 
istiqamətlərə  haçalanmışdır.  Mərəzə  adının  mənası  qədim  türk  dilində,  əski  əlifbamızda  və  bu 
əlifbanın mənalarından doğulan söz kimi üç mənaya vurğulanır. 1-ci və 2-ci mənalar “Xəstəlik”və 
“pataloji xəstəlik” mənalarını daşıyır. Məhz sovet dövründə, tarixin saxtalaşdırılması dövründə bu 2 
məna özünə yer tutmuş, lakin açıqlanmamışdır (4, s. 360).  
Mərəzə  toponimi  haqda  çoxlu  məlumatlar  olsa  da,  bu  adın  real  doğulma  mahiyyəti 
göstərilməmişdir.  Bu  tarixi  ad  elə  hala  salınmışdır  ki,  müxtəlif  bölgələrdə  ikrah  hissi  doğurmuşdur. 
Müqəddəs  bir  yerə,  Pirlər  yurdu  Mərzəyə  3-cü  mənada  “nümayiş  etdirilən”  yer  deməkdir  ki,  “Piri 
Mərəzə”  adına  bağlanır.  “Dədə  Qorqud”  dastanında  bu  yer  “Ərquru”  yatan  yer  kimi,  “Ala”  dağın 
qobusu  ilə  vəhdəhtə  qeyd  edilir.  Dastanda  “ərquru”  təhrif  olunmuş  “ərvahlar”  deməkdir.  Ərvah  isə 
atəşpərəstlik, Muğlar dövründən bizlərə miras qalan Muğamlarımızda “Ruh Əl Ərvah” muğam şöbəsi 
kimi qeyd olunur. Ərvah isə qədim Türk dilində ruhlar, ruhlar olan yer kimi öz təsdiqini tapır. Ruhlar 
olan  yer  isə,  birbaşa  “Diri  Baba”  məqbərəsinə,  pirinə  bağlanır.  “Diri  baba”  məqbərəsi  1401-1402  ci 
illərdə  tikilsə  də,  onun  ziyarətgah  kimi  tarixi  atəşpərəstlik  dövrünə,  İbrahim  p.ə.dövrünə  gedib  çıxır. 
Akademik memar A.Salamzadənin  “Diri  Baba” məqbərəsi  haqda məqaləsində  qeyd  edilir: “Abidənin 
memarlıq cizgiləri təsdiq edir ki, bu abidə bir nəfər üçün deyil, müqəddəslər üçün inşa edilmişdir. “Diri” 
canlı  mənasında  deyil,  “qədim”,  qədimlik  mənasındadır.  (5,  s.  85)  “Qurbani”  dastanında  qeyd  edilir. 
“Vətənim diridir kəndim Qaradağ, Qaradağdan Qarabağa gedirəm”.(6, s. 229) Yəni, vətənim qədimdir, 
kəndim Qaradağ. Qaradağ dastanın açılmayan kodlarına görə “Safi Novruz” xanəgahına, onun ətrafına 
bağlı  olan  yer,  məkandır.  Qədim  qışlaqlar  olan  yerdir.  “Diri  baba”  piri  Ala  dağın  ətəyində  yerləşir 
Mərəzədə. Bu abidə 1963-cü ilə Camal Əbdülnasirin (Misir prizidenti) istəyi ilə, bərpa edilərkən üzlük 
çəkilməklə əlamətləri itirilmiş və subyektiv şəkildə erməni ustatlarının əli ilə saxtalaşdırılmışdır. 1949-
cu ildə  A. Salamzadə  “Diri  Baba”nın şəklini  və  sxemini  orijinal olaraq öz  əsərində  vermiş və  mənim 
dediklərimi inkar edilməz şəkildə təsdiq gətirir. “Diri Babanın” üstü meydan olmuş, Ala dağın (indi Ala 
daş kimi yaddaşlarda qalmışdır) ətəyidir. Qədim dövrün dini ayinləri məhz burada “Diri Babada” qədim 
Qabıssanlılar  (Qobustan),  Şirvanlılar  tərəfindən  keçirilirdi.  Ruhlar  isə,  təbii  ki,  qədim  müqəddəs 
insanların  ruhlarına  olan  işarədir.  “Mərəzə”  məhz  bu  mənalarla  “Nümayiş  etdirilən  yer”  kimi  öz 
toponim  təsdiqini  tapır.  Persilərə  gəldikdə  Azərbaycan  dilində  bu  “Persi”  deyil  Parsilər  olmalıdır. 
Parsilər dedikdə İslama deyil, məhz atəşpərəstlərə, İbrahim dinində doğulan Zahidlərə, Abidlərə deyilib 
ki, onlar din rəhbərləri kimi, Xanəgahlarda, ağır ziyarətgahlarda oturub, dini ayinləri icra edirdilər. 


- 123 - 
 
                 
 
          Diri Baba türbəsi 1948-ci il               Bərpadan sonra 1963-cü il 
                
 Mikrotoponimlər 
Ala  dağa  gəldikdə  Ala,həm  yüksək  dağ,  həmdə  müqəddəsliyə  bağlanan  toponimdir.Yəni 
dini  ayinlərin  bəxş  edildiyi  yer  mənasında.  Dədə  Qorqud  dastanında,  Qazan  xan  oğlu  Uruzun 
dalınca məhz buradan keçib, Dərbəndə getmişdir. 
Mərəzə  toponimi  Xızı  rayonunda,  yaylaqlarda  da  vardır.  Demək  dörd  aylıq  yaylaqlar 
vaxtında da dini ayinlər və ya başqa tədbirlər qədim zamanlarda burada keçirilmişdir. Təbii ki, Türk 
dünyasının  başqa  yerlərində  də  bu  toponim  vardır.  "Mərəzə"  toponimini  bəzi  mənbələr  və  ya  el 
arasında bəzi şəxslər tərəfindən "Mərz" kimi də qeyd edirlər. 
1) “Mərz”-sərhəd mənasını daşıyan sözdür. 
2) “Mərəzə” isə nümayiş etdirilən yer mənasında. 
Bunlar qarışdırılmamalı və hər birinin öz mahiyyət bağlılığı düzgün qeyd edilməlidir. Bəli, 
“Mərz” sözünü, toponimini də bu əraziyə şamil etmək olar, Mərəzədən ayrı formada “Mərz”, yəni 
sərhəd kimi mənada öz təsdiqini tapır. 1-ci “Cəngidə”, yəni indiki Qabıssanın giriş hissəsində hava 
sərhəddi  kimi  qeyd etmək olar.  Burada  (Cəngidə) dağ-aran havası  qovuşan və  ya ayrılan  yer kimi 
özünü  göstərir.  (Yəni  iki  havanın  qovuşduğu  yer,  həqiqətən  də  bu  belədir.  Cəngidə  Bakıdan 
gedəndə hava büsbütün dəyişir, insana gözəl ovqat bəxş edir). 
2-ci  məna  isə  Abşeronla  sərhəd  bağlılığına,  bağlanır.  Abşeronla  Mərəzə  tarixən  bir-birinə 
bağlı olan yerlərdir. Bu sərhəd bağlılığı isə vulkanlara bağlıdır. 
Dünya vulkanlarının geniş hissəsi bu iki ərazidədir.  
“Abşeron”  -şor  su  mənasında,  ilkin  svilizasiyanın  ilkin  dastanı  "Dədə  Qorqudda"  Ümman 
dənizi kimi, qeyd edilən Həzər dənizinə (Xəzər) bağlanır. 
“Apşeron” isə tamam təhrif olunmuş sözdür və heç bir məna daşımır. 3-cü ad Əfşara, Əfşar 
tayfalarına bağlanmaq isə, bu iki adı inkar etməklə ikiqat təhrif deməkdir. Belə çıxır ki, Əfşarlara 
qədər bu yerin adı olmamışdır? 
Mənim mmülahizəmə və lüğğəti termin mənalarına görə bu toponim əslində, "Abi Şürun" deməkdir. 
1) Abi-göy (rəng mənasında) 
2) Şürun isə iki mənada, 1-ci gurultu, parıltılı yəni püskürən bulkanlar məkanı mənasında. 
2-ci məna isə şoran yer mənasında bax (4, s. 791). Zamanında Mərəzə rayonu kimi tanınan 
(1950)  bu  toponim  bağlanmaqla  tarixin  ən  qədim  toponimlərindən  olub,  yazdığım  tarixi 
mahiyyətlərə  bağlanır.  Bu  baxımdan  Azərbaycanın  istər  yazılan,  açılan  istərsə  də  yazılmayan 
açılmayan toponimlərinin yenidən, yeni üslubla araşdırılmasına böyük ehtiyac vardır. Hər bir elmi 
kəşf  son  deyil,  gələcək  elmin  başlanğıcıdır.  Məhz  bu  prizmadan  yanaşsaq  toponimlərin  yeni 
araşdırılmasına ehtiyac vardır. İndi isə qədim Qobustanın aran hissəsində olan bir neçə toponimlərin 
araşdırılmasına nəzər yetirək. 
Bakı  Ümbaki  adlarının  mahiyyəti  Aran  Qobustanında  olan  digər  toponimlərdə  vəhdət 
bağlılığı ilə bir daha təsdiq edir. Burada olan Duvannı, Səngəçal qəsəbələrinin adları, Safi Həmid, 
Safi  Novruz  (Sofi)  toponimləri  də  fikrimizə  təsdiq  gətirərən  yerlərdir.  Toponimşunaslar  bəziləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə