Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   53   54   55   56   57   58   59   60   ...   122

- 118 - 
 
Sirab (sirli su) və ya Sərab (baş su) suyu ta qədim zamanlardan məşhur olmuş, əhəmiyyətli müalicə 
vasitəsi  kimi  tanınmışdır.  Yataqda  fərqli  kimyəvi  tərkibə  malik  3  tip  su  aşkar  edilmişdir.  Bunlar 
arasında  I tip az minerallaşmış, kalsiumlu-natriumlu,  karbon qazlı, hidrokarbonatlı  olub  “Narzan” 
(Kislovodsk)  tipli  sulara  yaxındır.  II  tip  kimyəvi  tərkibinə  görə  orta  dərəcədə  minerallaşmış, 
karbonqazlı,  hidrokarbonatlı,  natriumludur  və  “Borjomi”  (Gürcüstan)  tipli  sulara  yaxındır.  III  tip 
kimyəvi tərkibinə görə yüksək dərəcədə minerallaşmış, karbon qazlı, mərgümüşlü, hidrokarbonatlı-
xlorlu və natriumludur [4, səh.515].  
Tərkib etibarilə Sirab həmçinin, Saxalindəki “Sineqorsk” və Culfadakı “Darıdağ” tipli sulara 
uyğundur.  Sirab  mineral  suyunun  müalicəvi  funksiyasından  mədə-bağırsaq,  qaraciyər  və  s. 
xəstəliklərin müalicəsində istifadə olunur [7]. Bu cür əhəmiyyətə malik su hələ ki ölkəmizdə yalnız 
süfrə suyu kimi istifadə edilir. Əslində süfrə suyu kimi istifadə edən insanlar da şübhəsiz ki, onun 
müalicəvi xüsusiyyətlərinə görə bu suya üstünlük verirlər. Lakin turizm məqsədli istifadəsi təəssüf 
ki,  hələ  mövcud  deyil.  Müəllifin  fikrincə,  bu  suyun  bazasında  müalicə  mərkəzinin,  sanatoriya-
kurort  kompleksinin  yaradılması,  daha  sonra  reklam-təbliğat  işinin  aparılması  sudan  müaliə-
sağlamlıq turizmi məqsədilə istifadədə məqsədəuyğun addım olacaqdır.  
Badamlı mineral su  yatağı Şahbuz rayonu ərazisində Badamlı kəndindən 3 kilometr cənub-
qərbdə  dəniz  səviyyəsindən  1274  metr  hündürlükdə  yerləşir.  Badamlı  mineral  su  yatağı  bir  neçə 
bulaqdan  ibarət  qrup  təşkil  edir.  Suyun  kimyəvi  tərkibi  hidrokarbonatlı-xlorlu,  karbon  qazlı, 
natrium-kalsiumludur. Müalicə əhəmiyyəti ilə yanaşı süfrə suyu kimi istifadə edilən Badamlı suyu 
“Saqveri”  (Gürcüstan),  “Narzan”  (Kislovodsk)  suları  tiplidir.  Sirab  kimi  Badamlı  suyu  da  əsas 
etibarilə süfrə suyu kimi istifadədədir və hələ ki, hər hansı bir sanatoriya tipli müsəssisə fəaliyyətdə 
deyil.  Suyun  tərkibinin  dünya  əhəmiyyətli  sularla  eyni  tipli  olması  onların  təcrübəsindən  istifadə 
etməklə  Badamlı  suyu  bazasında  da  kurort  yaratmağa  imkan  verir.  Burada  söhbət  mövcud 
təcrübənin eynilə istifadəsindən getmir, sadəcə olaraq o təcrübədən yararlanmaqla hətta daha yaxşı 
sanatoriya tipli müəssisələr formalaşdırmaq mümkündür. Bununla da Badamlı suyu nəinki yerli və 
ölkə əhalisinin süfrə suyu, eyni zamanda müalicəvi sanatoriya-kurort mərkəzi olacaqdır [4, səh.58].   
Vayxır mineral su yatağı Naxçıvan şəhərindən 18 kilometr şimalda Babək rayonunda Vayxır 
kəndinin şimal-qərbində, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir [4, səh.571]. Bir neçə 
bulaqdan  ibarət  bu  mineral  suyun  mərkəz  hissəsindəki  quyularında  2  tip  su  müəyyən  edilmişdir. 
“Yesentuki”  tipli  olan  I  tip  orta  dərəcədə  minerallaşmış  karbon  qazlı,  natriumlu-kalsiumlu  və 
hidrokarbonatlı-xlorludur.  II  tip  “Sirab”  və  “Soymi”  tipli  olub  karbon  qazlı  və  az  minerallaşmış 
hidrokarbonatlı-kalsiumlu-natriumludur. Mineral sudan öd kisəsi yolları iltihabı, qaraciyər (hepatit), 
xroniki qastrit, xroniki kolit və s. kimi xəstəliklərin müalicəsində istifadə edilə bilər [6].  
Gülüstan  mineral  suyu  Culfanın  Gülüstan  kəndindən  2,5  kilometr  aralıda  Əlincəçay 
məcrasında yerləşir. 1962-ci ildə qazılmış Gülüstan suyu dərinliyi 135 metr olan quyudan çıxır [4, 
səh.170].  Suyun  tərkibi  az  minerallaşmış,  karbon  qazlı,  hidrokarbonatlı,  natriumlu,  kalsiumlu  və 
maqneziumludur. Gülüstan mineral suyu Rusiyadakı “Kislovodsk” və Babək rayonundakı  “Sirab” 
suları tiplidir. Müalicə baxımından mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir [7].  
Əshabi-Kəhf mineral su yatağı Babək rayonunun Qahab kəndindən 6 kilometr cənub-şərqdə 
Naxçıvan şəhərindən 12 kilometr aralı Əshabi-Kəhf dağının ətəyində yerləşir. Su demək olar ki, hər 
15 dəqiqədən bir qaynayaraq köpüklənir. Tərkibinə  görə  Əshabi-Kəhf suyu karbon qazlı, radonlu, 
hidrokarbonatlı  -  xlorlu  -  sulfatlı,  az  minerallaşmış,  natriumlu  –  kalsiumludur  və  Rusiya 
Federasiyasındakı “Pyatiqorsk” suyunun analoqudur. Müalicə baxımından revmatizma xəstəlikləri-
nin müalicəsində istifadə olunur [ 4, səh.155].  
Nəhəcir  mineral  suyu  Culfa  rayonunun  ərazisində  Nəhəcir  kəndi  yaxınlığında  Naxçıvan 
şəhərindən  17  kilometr  aralı  dəniz  səviyyəsindən  1700  metr  hündürlükdə  yerləşib,  tərkibinə  görə 
karbon qazlı, az minerallaşmış, hidrokarbonatlı, natriumludur. Kimyəvi tərkibinə görə “Yessentuki” 
tipli olub, mədə-bağırsaq xəstəliklərində əvəzolunmaz vasitədir [ 4, səh.445]. 
Tivi mineral su bulağı Ordubad rayonunun Tivi kəndi ətrafında yerləşir. Bir neçə çıxışdan 
ibarət su az minerallaşmış, kalsiumlu, hidrokarbonatlı, karbon qazlı, maqneziumludur və “Narzan” 
tipli sulara aid edilir. Daxili xəstəliklərin müalicəsində istifadə edilməsi məqsədəuyğun hesab edilir. 


- 119 - 
 
Sirab və Badamlı mineral sularında olduğu kimi, yuxarıda qeyd olunan sularında bazasında 
təəssüf  ki,  sanatoriya-kurort  müəssisələri,  müalicə  mərkəzləri  fəaliyyət  göstərmir.  Bu  isə  belə 
faydalı suların turizmdə istifadəsinə mane törədən başlıca amildir. Suların bazasında infrastrukturun 
formalaşdırılması  ilə  onları  müalicə-sağlamlıq  obyektlərində  çevirmək,  turizmdə  faydalı  istifadə 
etmək nəinki ölkə iqtisadiyyatı, eləcə də suların daha səmərəli istifadəsi üçün mühüm addım olar. 
Darıdağ  mineral  su  yatağı  Culfa  rayonu  ərazisində,  8  kilometr  şimal-şərqdə  Darıdağın 
ətəyində  dəniz  səviyyəsindən  800-900  metr  hündürlükdə  yerləşir.  Darıdağ  5  bulaq  32  kəşfiyyat 
quyusundan  ibarət  olub  yatağın  suyu  mərgümüşlü,  karbon  qazlı,  yüksək  minerallaşmış  xlorlu-
hidrokarbonatlı-natriumludur [5, səh.150] və “Lya-Burbul” (Fransa), “Kudova” (Polşa), “Rençeko” 
(İtaliya),  “Dürkgeym”  (Almaniya),  “Sineqorsk”  (Rusiya)  sularının  analoqudur  [7].  Ümumiyyətlə, 
Darıdağ  çoxkomponentli  mürəkkəb  duzlu  məhlula  malik  olub,  çox  nadir  rastlanan  arsenli  sular 
qrupuna  aiddir.  Darıdağ  suyu  ürək-damar  sistemi  xəstəlikləri,  dayaq-hərəkət  orqanları,  periferik 
əsəb sistemi, dəri, ginekoloji, anemiya mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə bağlı 
müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini 
öyrənən bir sıra alimlər onun mübadilə pozğunluğundan yaranan artritlərə müalicəvi təsirini sübuta 
yetirmişlər.  Suyun  antiseptik,  faqositar  və  bakteriosit  xüsusiyyətləri  ilə  əlaqədar  olaraq  yaraların 
çirkdən tez təmizlənməsi, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalması da onun 
müalicə  baxımından  effektivliliyini  bir  daha  sübut  edir.  Darıdağ  arsenli  su  mənbələri  hələ  XV 
əsrdən  mövcud  olmasına  baxmayaraq  ilk  dəfə  1978-ci  ildə  müalicəxanası  inşa  edilmişdir. 
Regionların  sosial-iqtisadi  inkişafı  üzrə  Dövlət  Proqramı  əsasında  2005-ci  ildə  beynəlxalq 
standartlara cavab verə bilən müalicəxana korpusu inşa olunmuşdur. 
Lakin  qeyd  olunmalıdır  ki,  sulardan  bəziləri  lazımınca  öyrənilməmişdir.  Bunlara  Biləv, 
Nəsirvaz,  Ələhi,  Bist,  Xurs,  Dəstə,  Parağa,  Kotam,  Kilit,  Durmus,  Başkənd,  Bəyəlməd,  Qazançı, 
Ləkətağ, Gülüstan, Biçənək, Şahtaxtı, Sürəməlik, Dərəşan və s. nümunə göstərmək olar. 
Nəticə.  Turizmin  bir  növü  kimi  müalicə-sağlamlıq  turizmi  nöqteyi-nəzərdən  bu  mineral 
suların əhəmiyyəti danılmazdır. Dünya turizm bazarına nəzər salsaq, son illərdə kütləviləşən turizm 
növləri  arasında  müalicə-sağlamlıq  turizmi  olduğunun  şahidi  olarıq.  Artıq  insanlar  stresli,  gərgin 
həyat və iş şərtlərin uzaqlaşmaqla nəinki dincəlmək, istirahət etmək, eyni zamanda sağlamlıqlarını, 
zəifləyən  orqanizmlərini  bərpa  etmək,  fiziki-psixoloji  yorğunluqlarını  aradan  qaldırmaq  istəyirlər 
ki,  bu  da  məhz  müalicə-sağlamlıq  turizmi  vasitəsilə  həyata  keçirilir.  Müalicə  isə  yalnız  müasir 
texnoloji  avadanlıqlarla  təchiz  edilmiş  xəstəxanalarda  deyil,  təbii-rekreasiya  ehtiyatları,  təbii 
müalicəvi  resurslarla  da  həyata  keçirilə  bilər.  Azərbaycanda  bu  təbii  resusrların  demək  olar  ki 
böyük əksəriyyəti o cümlədən, müalicəvi neft, palçıqlar, duz, dərman bitkiləri, mineral-termal sular 
vardır.  Naxçıvan  MR  isə  bu  ehtiyatlar  arasında  Duzdağ,  dərman  bitkiləri  və  mineral  sular  kimi 
böyük potensialı özündə birləşdirmişdir. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, nəinki Naxçıvan 
MR-in  hətta  bütün  ölkəmizin  bu  geniş  potensialı  turizm  məqsədilə  istifadədə  aşağı  səviyyədədir. 
NMR-da  mineral  ehtiyatlardan  turizm  məqsədilə  istifadəyə  mane  olan  bir  sıra  problemlər 
mövcuddur ki, bunlara aşağıdakıları aid etmək olar: 

 
Naxçıvan MR-nın blokada şəraitində yerləşməsi 

 
Regionda  xüsusilə  daxili  turizmin  inkişafına  əsaslı  əngəl  törədən  amil  nəqliyyat 
qiymətləridir 

 
Respublikanın  digər  ərazilərindən  Naxçıvana  gedən  taksi  və  avtobusların  İran  İslam 
Respublikası ərazisindən keçməsi 

 
Keçmiş sovet dönəmində İran və Türkiyə kimi ölkələrlə sərhəd olduğuna görə Naxçıvan 
ərazisinin qapalı ərazi elan olunaraq turizmin inkişafına imkan verilməməsi 

 
Turizm sahəsində təcrübəli kadrların çatışmazlığı 

 
Mövcud  imkanların  həm  ölkə,  həm  də  dünya  səviyyəsində  lazımi  dərəcədə 
tanıdılmaması, reklam-təbliğat işinin yaxşı aparılmaması 

 
Turizm sahəsində mövcud beynəlxalq əhəmiyyətli metodlardan lazımi səviyyədə istifadə 
olunmaması 
Fikrimizcə,  bu  sahədə  ən  böyük  çatışmazlıq  bu  ehtiyatların  lazımınca  tanıdılmaması  və  ən 
əsası  bu  resurslar  bazasında  müalicə  əhəmiyyətli  müəssisələrin,  sanatoriya-kurortların  yaradılma-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə