Elmi ƏSƏRLƏR, 2017, №7 (88)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/122
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37297
1   ...   56   57   58   59   60   61   62   63   ...   122

- 124 - 
 
duvannı  toponiminin  tayfa  adı  ilə  bağlayırlar  ki,  bu  da  qeyri  düzgündür.  İlkin  olaraq  qeyd  etmək 
lazımdır ki, bu ərazidə bu adda tayfa olmayıb. Olsa belə onun mənası göstərilməlidir. Ona görə ki, 
söz və ad öz mənası ilə mahiyyətin açarlarıdır. Əslində Duvannı yerli əhali arasında iki adla, vurğu 
ilə səslənib və indi də səslənməkdədir. 1-ci Duvanıı, 2- ci isə Divannı kimi vurğulanır. 
1-ci Duvannı- yəni duva olunan yer mənası ilə, məhz Ümbaki adına və ya toponiminə bağlanır. 
2-ci  isə  Divannı  iki  mənada  yəni,  haqq,  ədalət  məhkəməsi  olan  yer  və  ya  Divannı  dərvişlərin 
toplandığı  yer  mənasında  məhz  Qobustan  qayalarında  olan  ziyarətgaha  bağlanır.  Qabıssan  qayalarında 
olan dini əlamətlər və maddi mədəniyyət abidələri bunları təkzib edilməz şəkildə təsdiq edir. Bu ərazilərdə 
olan Safi Həmid heş də kiminsə adına bağlı deyil, müqəddəs, pak, saf torpaq mənasına bağlanır. 
Safi Novruz isə, yenə həmin vurğularla Xanəgahlara bağlanan (Yəni dərvişlərin, Zahidlərin 
toplaşdığı, dini ayinlər keşirdikləri yer mənasında) bağlanır. 
Səngəçal isə Səngə daş mənasında olan söz olub, çal sözü ilə vəhdətdə çaxmaqdaşı olan yer 
mənasını  verir.  İkini  məna  Səngəçal,  Qobustan  qayalarında  olan  Qabal(Qaval)  daşına  bağlanırki, 
bununda  açması  birbaşa  müqəddəsliyə  bağlanır.Bu  və  ya  digər  toponimlər  Qobustanin 
toponimlərinin  olmasını  təsdiq  edir.  Bu  baxımdan  Qabıssan  adı  da  daxil  olmaqla  bu  toponimlərin 
yenidən işlənilməsinə maraq və ehtiyac duyulur. 
Toponimlər tarix və dilçiliyinin güclü vəhdət təcəssümüdür. Toponimlər öz gücünü müxtəlif 
mənbələrin, alimlərin fikirlərindən daha çox özünün tarixi açmalarında göstərir və özü-özünə təsdiq 
gətirir.  Aran  Qobustanının  toponimlərindən  biri  də  Atbulağ  toponimidir.  Dədə  Qorqud  dastanında 
bu "Ayğır gözlü" bulaq kimi qeyd edilir. Dədə Qorqud dastanın açılmayan kodları, aydınlıqla təsdiq 
edir  ki,  bu  dastan  sırf  Azərbaycana  məxsus  bir  əsər  olub,  Qobustan  qaya  rəsm,  işarə  və  predmet 
yazılarının,  Qobustan  xalça  işarələrinin  sivil  davamıdır  (9,  s.486).  Hadisələr  də  sırf  Qabıssan  və 
Dərbənd arasında cərəyan edir. Dastanda bu toponimlər sistemli şəkildə, mənaları ilə dediklərinizi, 
yazdıqlarımızı qeydsiz, şərtsiz təsdiq edir. Atbulağ, Qaradağ, Ala dağ, Ala dağın qobusu, Kərklü-
Türklü çay, Qazi dağ, Ağdərə, dastanındakı bu toponimlər sistemli şəkildə, dastanında qeyd edildiyi 
kimi,  at  ilə  düz  bir  həftəyə  Dərbənd  aparır.  Svilizasiyamızın  ilkin  toponimləri  məhz  bu  yerdə 
tapmaq olar. (Şam, Əqsayi şam, Şamanlar və Mayalılar öz məntiqi nəticəsini Muğamlarımızda olan 
Mayə" şöbəsində təsdiqini tapır). Atəşpərəstlik dövründən bizə miras qalan toponimlərdir. 
Muğların (atəşpərəstlər) ilkin vətəni Qobustan və Təbriz olmuşdur. (10) səh .243."Azərbaycan 
Hacı  Vəli,  Şamlı,  İbrahimli,  Bərdaşt,  Dad  ey,  Bey  dad  dağları  bu  qişlaqlarda  olan  toponimlər  kimi, 
tarixin, dünya tarixinin ən qədim coğrafi toponimlər olmasını öz adları ilə bir daha sübut edir. İstər ipək 
yollarının, istərsə də qədim karvan yollarının kəsişdiyi mərkəz nöqtələridir bu yerlərdir. Bu yolların o 
qədər  dərin  izləri  varıdır  ki,  hələ  də  öz  keyfiyyətini  itirməmişdir.  Bu  yerlərdə  qəbir  daşlarında  olan 
predmet və mixi  yazıları əyani sübut kimi, indidə qalmaqdadır. Ərabqədim, Ərəbşahverdi toponimləri 
bu  yerlərin qədim köçəri tərəkəmələr olmasını (ərab köçəri, çöldə  yaşayan mənasında), Ərəbşahverdi, 
qədim  kurqanların  olması,  dastanlarımızda  olan  xan  və  şahlar  ilkin  "şah"  adlarının  buradan 
götürülməsinə sonda Kəyanda (İran) Şahənşahlıq kimi zirvəsinə tapmasını özündə təsdiq edir. 
Sonda isə Qobustan adını və onun mahiyyətini təsdiq etmək üçün Bilal Şirvaninin bir şeirini 
önə çəkək. 
İbratəmiz söhbət "Nur" çırağıdı, 
Yanır Qabussanda "Şəm" Hümbəti var 
"Şəm" bir Şirvandı övliyadı o, 
"Qabussan" Söyləyər şəhadəti var. (7, s.450) 
Bu  araşdırmalarla  bağlı  Qobustandan  toponimlərinin  respublikamızın  müstəqilliyinin 
qazanmağı  ilə  bağlı  yenidən  sistemli  şəkildə  toplanıb,  araşdırılmasına  ehtiyac  vardır.  Bu 
toponimlərin  yenidən  işlənməsi,  tarixi-coğrafiya  baxımından  mühüm  əhəmiyyət  kəsb  edə  bilər. 
Qobustan  tarixi  baxımdan  qədim  ərazilərdən  biridir.  Bu  ərazilərin  toponimlərinin  yenidən 
araşdırılması  elm  üçün  mühüm  əhəmiyyət  kəsb  edə  bilər.  Adın  özünün  yenidən  təhlil  edilib, 
işlənilib, həqiqi mahiyyətini tapmaq elmə mühüm tövhə edilə bilər. 
Avestada  adı  şəkilən  muğlar  qövmü  ilkin  təkanını  Qobustandan  almış,  dünya  mövqeyinə 
təkamül inkişafı ilə atəşpərəstlər, atəşpərəstlik adına bağlanmışdır. 


- 125 - 
 
Dədə Qorqud dastanında Beyrəyin söylədiyi: “Qazan xanın Bariğahında çox dincəlmişəm ” 
sözləri məhz bu barigahların birinin Qobustanda olmasını təsdiq edir. 
Barıgah-saray, dənizkənarı, sahil (4, s.36). 
Dastana  görə  üç  barigah  yəni  dəniz,  sahil,  istirahət  evi  olmuşdur.  (Ali  mənsəb  sahiblərinə 
məxsus). Bunlardan birincisi Bayandur Xana mənsub Qubada, ikincisi Şəqli (Şöklü) Məlikə məxsus 
Dərbənddə, üçüncüsü isə Qazan xana mənsub olub Alyatda (Ələt) olmuşdur. Alyat Türk dünyasının 
əksər ölkələrində adı ilə vardır. Lakin dastanda adı çəkilən bargah məhz Qobustanin Alyat əyalətinə 
məxsus olmuşdur.(Dastanin düzgün oxunuşu bunlari təsdiq edir) 
Alyat-qədim türk sözü olub, Ali mənsəb sahiblərinin yaşadığı yerə deyilir. 
Dastanda  göstərilən Ayğır gözlü  bulaq, Alyat  qəsəbəsində vəhdətdə olan məkan Avbulağa 
şamil edilməlidir. Həmin yer, həmin bulaq indi də adı ilə şəkilir. Bu yerlər ilkin sivilizasyanın əsas 
elementlərindən olan qışlaqlar olmuşdur. Təbii, dəmyə şəraitində, heyvandarlıq üçün geniş  yararlı, 
qışlaq torpaqları olmuşdur. 
Bu  yerlərin  ətrafında  olan  maddi  mədəniyyət  abidələri  (bu  yerlərdə  lazimi  tədqiqat  işləri 
aparılmamışdır.) təsdiq edir ki, bu yerlər sivilizasiyanın ilkin məkanları olmuşdur. Məhz bu tarixə 
bağlı, bu  yerlərin insanları öz  əlləri ilə Qobustan  qayalarındakı  işarələri (yeddi  min işarə)  yazmış 
dünya tarixinə maddi-mənəvi sübut kimi qoyub getmişlər. 
Bu qaya işarələri məhz oturaq təsərrüfatın ilkin mədəniyyət nümunələri olmuşdur. 
 
ƏDƏBİYYAT 
1.Heydər Əliyev və Azərbaycanda coğrafiya elminin inkişafı, Bakı, 2013, 348 s. 
2.Azərbaycan Xalq mahnıları. I hissə Bakı 2005, 165 s. 
3.Q. Sayılov, F. A. Deminkinin məlumatlarında Şirvan – Qobustan mahalı, Bakı 2007, 109 s. 
4.Ərəb – fars lüğəti, Bakı-yazıçı, 1985, 1036 s. 
5.A. Salamzadə, Şamaxı əsəri. 1949, s.85-89.  
6.Azərbaycan Xalq dastanları. Bakı 1965, 380 s. 
7.Bilal Şirvani Leyli və Məcnun, Bakı 2003, 450 s. 
8.
 
T.Heyerdal, Şəki, 2000, 8 s. 
9.
 
Ş.Qabissanli Dədə Qorqud və Qabissan’ Təknur, 2013. 
10.L.Kerimov, Azərbaycan Xalçalari, 2-3-cü cild, Bakı, Gənclik, 1983, 303 s. 
 
ABSTRACT 
Sh.A.Hamzayev 
FEATURES OF GEOGRAPHICAL NAMES IN GOBUSTAN 
Specific features of the territory of Gobustan show that there is a need for their new study. In 
view  of  the  fact  that  the  Gobustan  toponyms  are  the  oldest  in  the  world,  there  is  a  need  for  their 
study and research through a new prism. On the other hand, a proper study of these toponyms can 
benefit other areas of science, especially linguistic and history. 
 
РЕЗЮМЕ 
Ш.А.Гамзайев  
ОСОБЕННОСТИ ГЕОГРАФИЧЕСКИХ НАЗВАНИЙ В ГОБУСТАНЕ 
Специфические  особенности  территории  Гобустана  показывают,  что  есть 
необходимость в их новом исследовании. Ввиду того, что гобустанские топонимы являются 
самыми  древними  в  мире,  есть  потребность  их  изучения  и  исследования  сквозь  новую 
призму.  С  другой  стороны,  правильное  изучение  этих  топонимов  могут  принести  пользу 
другим областям науки, в особенности языкознанию и истории.  
 
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə 
olunmuşdur. (protokol № 03).  
Məqaləni çapa təqdim etdi: Coğrafiya üzrə fəlsəfə doktoru, dosent N.Babayev
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə