- 65 -
yaşayış yerləri qayalıq, nisbətən hündür dağlıq yerlər və meşəyə yaxın kəskin dağ yamaclarıdır. Köpgərlər
həmçinin meşə qurşağı ilə subalp çəmənlikləri sərhədlərində də çox rahatlıqla məskunlaşırlar. Köpgərlər Zaqatala
və İsmayıllı qoruqlarında, eyni zamanda qorunmayan ərazilərdə meşə, subalp və 3000 m hündürlüyə qədər alp
qurşaqlarında da yaşayırlar. Köpgərlər Zaqatala, İlisu, İsma-
yıllı qoruqlarında və İsmayıllı ysaqlığı ərazisində çılpaq qa-
yalıqlı, xırda daşlı yamac və yarğanların yuxarı və orta qur-
şaqlarında, habelə bol yem bitkiləri olan çəmənlik ərazilərdə
otlamağa üstünlük verirlər. Zaqatala qoruğunda belə sahələ-
rə misal olaraq Roçigel, Dingilov, Xalagel, habelə İsmayıllı
qoruğunda duzlaq sahələrindəki biotopları və İsmayıllı
yasaqlığındakı Mülkyaylağı ərazilərini göstərmək olar. On-
lar ən
sərt qayalara, hətta qaya keçilərindən də yaxşı dırmaşa
bilir, hündürlükdən başgicəlləndirici sıçrayışlar edə bilirlər.
Keçilərə nisbətən sürətlə qaçır və sürətlə axan dağ çaylarını
üzüb keçirlər. Köpgərlərdə hiss orqanları yaxşı inkişaf et-
mişdir. Onlar çox ayıqdır və görmə qabiliyyətləri güclüdür.
Hündürlük qurşaqları üzrə paylanması və miqrasiyası. Köpgərlərin şaquli xətt üzrə hündürlük
qurşaqlarında yayılması, onların bir sıra bioloji xüsusiyyətləri ilə sıx əlaqədardır. Yay fəslində ən optimal areallar
bütün hündürlük qurşaqlarının əksəriyyətini əhatə edir. Köpgərlər təbii olaraq çox da hündürlükləri sevmirlər.
Əgər onları narahat edən və təhlükə yaradan amillər olmasa, bu heyvanlar dəniz səviyyəsindən 150-200-dən 4000
metrə qədər olan hündürlük həddi daxilində yayılırlar. Zaqatala, İlisu, İsmayıllı qoruq və yasaqlıqlarında dəniz
səviyyəsindən 1700-2500 metr olan subalp, alp və meşə qurşaqlarının yuxarı sərhədlərindədir. Məlumatlara
əsasən bu tip yay otlaqları Böyük Qafqazın həm qərb, həm də şərq coğrafi ərazilərində müşahidə edilir.
Köpgərlərin ən çox saylı olduğu Zaqatala qoruğu ərzisində hündürlüklər üzrə yayılma qanunauyğunluqlarını daha
aydın müşahidə etmək mümkündür. Burada heyvanlar daha çox çəmən otlaqlara toplanır. Belə sahələrdəki
yamaclar çətin keçilə bilən sıldırımlardan ibarətdir.
Az-az hallarda köpgərlər otlaq və meşə qurşağı olma-
yan qayalıqlara çəkilirlər. Bu cür biotoplara misal, Zaqatala
qoruğunda Qafqaz üçün xarakterik landşaftlar hesab edilən
Quton, Mişleşin və Dingah ərazilərini göstərmək olar. Belə-
liklə, köpgərlərə il ərzində dağların əksər qurşaqlarında rast
gəlinməyinə baxmayaraq, onlar fəsillərlə əlaqədar müxtəlif
hündürlüklərdəki biotoplara yığılırlar. Qış fəslində heyvanlar
aşağı və orta meşə qurşaqlarında dəniz səviyyəsindən 1000-
1500 m hündürlüyü olan biotoplarda yaşayırlar. Adətən, on-
lar dağların cənub yamaclarında, külək tutmayan və günəş tu-
tan yerlərə toplanırlar. Köpgər populyasiyalarının həyat pros-
seslərini məhdudlaşdıran əsas amillərdən güclü və qalın qar
örtüyünün olmasıdır. Bu prosses heyvanların hərəkətini deyil,
həmçinin qida əldə etmələrini də çətinləşdirir. Güclü qar ya-
ğan zaman heyvanlar aşağı, meşə qurşağına enir, orada ağac
və kolların cavan budaqları ilə qidalanırlar. S.M.Quliyevin (2008) verdiyi məlumatlarda qeyd olunur ki, fevral
ayında Böyük Qafqazın cənub yamaclarında şaxtalar azalır, bu ay ərzində köpkərlər ən çox Zaqatala və İsmayıllı
qoruqlarında, dağ meşələrinin aşağı və orta qurşaqlarına yaxın yerlərdə qalırlar. Yazın sonuna yaxın – təxminən
may ayında köpkərlərin çoxu subalp və alp hissələrə qalxaraq bütün yayı orada keçirirlər. Yayın ikinci yarısında
köpkərlərin həyat ritmində dəyişmələr baş verir. Bu zaman qan soran cücülərin fəaliyyətə başlaması köpkərləri
yüksək qurşaqlara qalxmağa məcbur edir. Yuxarıda verilən məlumatlarda köpkərlərin fəsillər üzrə müxtəlif qur-
şaqlarda yayılması və miqrasiyası aydın nəzərə çarpır.
Tükdəyişmə - tüləmə. Köpkərlər ildə iki dəfə tük dəyişir – yazda və payızda. Yaz tük dəyişməsinə hazır-
lıq kimi cod tüklər solğun rəng alır, yavaş-yavaş sınıb tökülür və xəz tüklər də parıltısını itirir. Yaz tükün dəyiş-
məsi, bir qayda qlaraq baş nahiyyədən başlayır, sonra boyundan, kürək üstündən, ardıcıl olaraq bud, bədənin yan
tərəfləri, sonda isə qarın və ətraflardan tökülməklə bu proses tamamlanır. Payızda tükdəyişməsi zamanı (avqust
ayının axırlarından başlayaraq) yay tükləri uzununa artmış olur. Tüklərin rəngi tədricən dəyişilərək, qış rəngini alır
(qara-qonur). Paralel olaraq, eyni zamanda parqu tüklər də əmələ gəlir və sıxlaşır.
Qeyd etmək lazımdır ki, Böyük Qafqazın qərb hissəsində yaz tükdəyişməsi aprel ayından, Şərqi Qaf-
qazda
isə nisbətən tez, martda başlayır. Buna səbəb temperatur fərqidir.
Çoxalması. Köpkərlərin çoxalma dövrü bir-birinin ardınca gedən və bir-birini tamamlayan üç mərhələdən
ibarətdir. Birinci olaraq bunlarda cütləşmə mərhələsi müşahidə olunur. Bu zaman köpkərlərdə aktiv cinsi oyanma
başlayır. Zaqatala və İsmayıllı qoruqları ərazilərində cinsi oyanma dövrü avqust ayının sonuna yaxın hiss olunur.
Bu zaman cinsi yetişkənliyə çatmış cavan heyvanlar tədricən sürülərdən ayrılır. Belə fərdlər qısa bir müddət ayrı
- 66 -
dolandıqdan sonra, 2-3 başdan ibarət kiçik qruplar əmələ gətirir. Bu mərhələ cütləşməyə hazırlığın birinci
hissəsidir. Belə qruplar adətən bir erkək və bir neçə dişi fərddən ibarət olub, erkək fərdin “hərəmxanası” şəklini
alır. Bəzən belə qruplarda bir neçə erkək də ola bilir. Qruplarda olan erkək fərdlər özlərini çox aqressiv aparır,
həddən artıq narahat olurlar. Hövrəgəlmə və cütləşmə dövrü Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında
iki aya qədər davam edir (oktyabrın sonundan təxminən dekabrın sonuna qədər). Hövrəgəlmə dövrü başa
çatdıqdan sonra kiçik qruplar tədricən birləşərək, qışlama yerlərində iri sürülər əmələ gətirirlər. Bu dövürdən sonra
başlayan boğazlıq mərhələsi bir sıra davranış reaksiyaları ilə müşayət olunmaqla 160-170 gün davam edir.
Çoxalmanın sonuncu mərhələsi olan doğum dövrü Böyük Qafqazın cənub yamaclarında aprelin
sonundan başlayaraq, iyun ayının sonuna qədər davam edir. Heyvanların kütləvi doğum dövrü may ayının
ikinci yarısından iyun ayının birinci ongünlüyünə qədər davam edir. Doğum dövründən sonra dişi fərdlər
balası ilə bir müddət yırtıcılardan etibarlı müdafiəsi olan yerlərdə daldalanırlar.
Qidalanması. Köpkərlərin qidasını təşkil edən bitkilər çox müxtəlifdir. Çünki onların yaşadıqları
landşaftların bitki örtüyü çox zəngindir. Qafqazda köpgərin qida rasionuna 224 növ bitki daxildir (Quliyev, 2008).
Heyvanların qidalandığı bitkilərin növ tərkibi ilin fəsillərindən, heyvanları narahat edən amillərin təsirindən və hava
şəraitinin əlverişli olub-olmamasından asılı olaraq dəyişir. Qidalanma ilin ən çətin fəsli olan qışda köpkərlərdən çox
hərəkət etmə tələb edir. Bu zamanlar heyvanlar bütün gün ərzində yem axtarmaqla məşğul olur. Hava şəraiti normal
olduqda köpkərlər səhər və axşam otlamağa çıxır, qalan vaxtı yatıb dincəlirlər. Qış vaxtı qurumuş otları tapmaq üçün
qar tutmamış sahələrə çıxırlar, bu zaman kiçik bir sahədə xeyli heyvan toplanır və qida azlığı yaranır. Qış vaxtı
köpkərlərin qida rasionunda qırtıc, pişikquyruğu, əsmə, qərikotu, baldırğan və s. üstünlük təşkil edir. Köpkərlərin
Zaqatala qoruğunda, İsmayıllı qoruq və yasaqlıqları ərazilərində qış qida rasionunu təşkil edən bitkilər növ tərkibinə
görə tur və nəcib maralla ümumilik təşkil edir. Onlardan cökə, qarağac, vələs, fısdıq, itburnu, moruq, böyürtkən kimi
bitkilərin yumşaq zoğları və yarpaqlarını göstərmək olar. Köpkərlərin qidaslanması yaz fəslinin gəlişilə nisbətən
asanlaşmağa başlayır. Bu dövürdə onlar otkimilərdən – topal, dovşan topalı, vəhşi arpa, cilkimilərin nümayəndələri
və meşə qurşağında qış-yaz ehtiyatda olan qida bitkilərindən istifadə edirlər. Köpkərlərin ən yaxşı qidalandığı fəsil
yaydır. Bu fəsildə köpkərlərin miqrasiya sahəsi artır, onların gəzdiyi qurşaqlar müxtəlif olduğu kimi, bitkilərin
zənginliyi də çox olur. Heyvanlar tam sərbəst şəkildə qidalanır və qışlama üçün lazım olan piylənməni əldə edirlər.
Yayın ikinci yarısından sonra qıda rasionu tərkibinə görə yavaş- yavaş pisləşməyə başlayır. Köpkərlərin həyatında
bitki ilə qidalanmadan başqa mühüm rol oynayan mineral duzlardır. İlin qarsız dövrlərində köpkərlər həvəslə və
iştahla mineral və duzlu su mənbələrinə gedərək onlardan istifadə edirlər. Mineral maddələrin az olduğu dövürdə,
köpkərlər fizioloji tələbata uyğun olaraq, gilli torpağı və gili yalayırlar. Buna misal olaraq Zaqatala qoruğunun bir
sıra çay yarğanlarındakı mineral duzlu su axarlarını göstərmək olar. Köpkərlər yazın əvvəllərindən başlamış, yayın
sonuna qədər bu sulardan istifadə edir.
ƏDƏBİYYAT
1. Azərbaycan faunası, X c. Məməlilər. Elm nəşriyyatı, Bakı, 1978, səh. 176-179.
2. Quliyev S.M. Bioloji müxtəliflik: Şərqi Qafqaz turu
və Qafqaz köpkəri, Bakı, 2006, 64 s.
3. Quliyev S.M. Bioloji müxtəliflik: Azərbaycanın cütdırnaqlılar faunası. Bakı, 2008, 224 c.
4. Quliyev S.M. Azərbaycanda vəhşi cütdırnaqlı heyvanların ekologiyası, təbii ehtiyatı, qorunması və
səmərəli istifadəsi// Zoologiya İnstitutunun əsərləri. Bakı, 2014, cild 32, №2, s. 42-6
5. Верещагин Н. К.Mлекопитающие Кавказа. М., Л.
Изд-во АН СССР, 1959, 704 с.
6. Алекперов Х.М., Кулиев С.М. Редкие виды копытных Азербайджана и пути их сохранение. В кн.
Биологические аспекты охраны редких животных.М.,1982,c.3-6.
ABSTRACT
N.A.Aliyeva
ABOUT SOME BIOECOLOGICAL ABILITIES OF THE CAUCASIAN
CHAMOIS (
R.RUPICAPRA CAUCASICA L.)
The paper contains information about modern habitats of the Caucasian chamois (
R.rupicapra
caucasica L.) in Azerbaijan. The data on distribution, migration, shedding, breeding, feeding and diet of the
chamois is presented.
РЕЗЮМЕ
Н.А.Алиева
О НЕКОТОРЫХ БИОЭКОЛОГИЧЕСИХ ОСОБЕННОСЯХ КАВКАЗСКОЙ
СЕРНЫ (R. RUPICAPRA CAUCASICA L.)
В статье даются сведение о современных местах обитания Кавказской серны (R. rupicapra
caucasica L.) в Азербайджане. Приводятся данные о распространении, миграции, линька,
размножении, питании и пищевом рационе.
NDU-nun Elmi Şurasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə çapa tövsiyyə
olunmuşdur. (protokol № 03).
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent M.Piriyev