Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə73/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

- 152 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
VİDADİ HEYDƏROV 
Naxçıvan Dövlət Universiteti 
UOT:785 
ALƏTLƏRİN ŞAHI 
 
Açar sözlər: orqan, musiqi, alət, boru, bəstəkar. 
Key words: organ, misic, instrument, pipe, composer 
Ключевые слова: орган, музыка, инструмент, труба, композитор 
Bəşəriyyət tarixində yaradılan musiqi alətlərindən ən möhtəşəmi, mükəmməli və mürəkkəbi 
orqan  musiqi  alətidir.  Orqan    yunanca    “orqanon”  sözü  olub,  mənası  “alət”  deməkdir.  Almanca 
“orqel”,  İngiliscə  “orqan”,  Fransızca  “orqiye”,  İtalyanca  və  İspanca  “orqano”,  Azərbaycanca 
“orqan”  adlanır.  Nəfəsli  Orqan  da  adlandırırlar  ki,  bu  termin  vasitəsilə  elektron  orqanlardan 
fərqlənsin.  
Orqan musiqi alətlərinin ən böyüyü, ən möhtəşəmi, quruluşuna görə ən mürəkkəbidir. Dahi 
Alman bəstəkarı V.A. Motsart orqanı “alətlərin şahı” adlandırmışdır, doğrudan da heç bir alət orqan 
qədər qeyri-adi dərəcədə çoxsahəli, rəngarəng səslənməyə malik deyildir. Bununla yanaşı öz həcmi, 
diapazon  böyüklüyü,  imkanları  və  tembr  rəngarənliyinə  görə  musiqi  alətlərinin  şahı  sayılır. 
Ümumiyyətlə orqan 20-dən çox musiqi alətinin səsini çıxarda bilir. Bu alətdə istər klassik, istərsə də 
rok və caz musiqisi ifa etmək mümkündür.  
Bu  musiqi  alətində  klavişlərlə  çalırlar,  lakin  fortepianodan  fərqli  olaraq  orqan  simli  alət 
deyil, klavişli-nəfəsli alətdir. O, əzəmətli royalın deyil, balaca tütəyin qohumudur.  
Orqançı - orqan musiqi alətində ifa edən şəxs, kilsədə rütbədir.  
Orqanın təsvirinə hələ Talmudda (III-V yüzilliklərdəndə qabaq mövcud olan yəhudi mədəni 
qanunları, mərasim qaydaları və əfsanələrini əhatə edən dini mətinlərdir. İbranicə lamad-öyrənmək 
kökündən gəlir.) rast gəlinir.  
Avropada  Pan fleytası və qədim Çin aləti olan şen ilə yaxınlığı diqqəti çəkmişdir.  
E.ə.  III  əsrdə  Yunanistanın  İsgəndəriyyə  (Aleksandriya)  şəhərindən  olan  ixtiraçı  Ktesebiya 
ilk  dəfə  suyun  gücü  ilə  işləyən,  fleytaya  bənzər  üç  sıralı  borulardan  ibarət  su  orqanını,  yəni 
hidravlik orqanını yaradır. Hər bir sıradakı borularınözünə məxsus tembri olmaqla 1-ci sıra boğuq 
fleyta  səsinə  bənzər  idi,  2-ci  sıra    (1  oktava  yuxarı  fortepianonun  4-cü  oktavasına  bənzər)  daha 
kəskin və 3-cü sıra 2 oktava yuxarı (təxminən süperoktava 2) daha yüksək səslənməyə malik idi.  
Ktesebiyanın bu ixtirası ilk klavişli alət idi. Lakin bu klavişlər ifa zamanı basılmır, hərəkət 
etdirilirdi, bu da ifaçı üçün rahatsızlıq yaradırdı. Böyük ölçülü orqanlar IV əsrdə meydana gəldi. 
Orqanın daha təkmilləşmiş forması VII-VIII əsrlərə aiddir. İlk dəfə orqanı 660-cı ildə Roma 
papası  Vitalian  kilsəyə  gətirdi  və  bu  alət  dini  mərasimlərin  əvəzedilməz  xidmətçisinə  çevrildi. 
Bununlada  Avropada  daha  mürəkkəb  orqanların  yaradılması  prosesinə  təkan  verildi.  Bunun  üçün 
orqan ustalarından xüsusi bilik və bacarıq tələb olunurdu. 
980-ci  ildə  İngiltərənin  Uincestr  kilsəsində  400  borudan  ibarət  2  nəfər  ifaçı  üçün  nəzərdə 
tutulmuş  orqan  yaradıldı,  lakin  tarixə  nəzər  salarkən  aydın  olur  ki,  kilsə  aləti  kimi  tanınan  orqan 
daha əvvəllər ərəblərdə toy aləti kimi istifadə olunmuşdur. 
Orta əsrlər dövründə orqanın Avropada məşhurlaşması onun təkmilləşməsi uğrunda rəqabət 
yaradır. İlk dövrlər orqan ustaları İtaliyada, IX əsrdə Fransada, daha sonralar isə Almaniyada şöhrət 
qazanırlar.  
1054-cü  ildə  Xristian  kilsələri  Qərbi-katolikvə  Şərqi-provoslav  (hansı  ki,  orqan  onlara 
məxsus kilsələrə buraxılmırdı) deyilən 2 hissəyə bölünür. 
Katolik  dini  orqanı  zəruri,  labud  hesab  edirdi,  belə  ki,  orqan  ifaçılığı  kütləvi  dini 
mərasimlərə çox təntənəli xarakter verirdi.  


- 153 - 
XIV əsrdə L.Van Balbeke tərəfindən ayaqla çalınan pedal klaviaturası kəşv edildi ki, bu da 
orqanın  təkmilləşməsində  böyük  bir  sıçrayışa  səbəb  oldu.  Halbuki  o  vaxta  qədər  yalnız  əl 
klavişlərindən istifadə olunurdu.  
Konstruksiyanın  dəyişilməsi  ilə  2-3  manualı  olan  orqanlar  meydana  gəldi  və  klavişlərin 
həcmi kiçildi, boruların sayı artırıldı, orqan daha müasir görkəm aldı. Bu da Qərbi Avropanın bütün 
milli məktəblərində polifoniyanın çox yüksək sürətlə inkişafına səbəb oldu. 
Orta əsrlərdə və ilkin dirçəliş dövründə orqan barokko tipli alət xüsusiyyətlərindən uzaq idi. 
Ölçüsünün  böyüklüyünə  və  borularının  çox  olmasına  baxmayaraq  bu  orqanda  ifa  etmək  olduqca 
çətin  idi.  Birincisi  bu  orqan  2  hissəyə  bölünmüşdü  və  hər  hissə  bir  orqançının  xidmətindəydi. 
İkincisi  klavişlərin  ölçüləri  çox  böyük  idi,  (uzunluğu  30-35  sm,  eni  8-9  sm.)  hər  ifaçı  20  klavişə 
malik idi və ifa etmək üçün yumruqla, yaxud dirsəklə vurmaq lazım gəlirdi. Üçüncüsü çoxlu sayda 
mexin (körük) olması ifa zamanı çox səs küy yaradırdı. 
Orqan uzun illər kiçik həcmli olub, müasir fortepiano kimi evlərdə kübar aləti olaraq istifadə 
edilmiş,  bu  alətdə  xalq  mahnılarına  əsaslanan  variasiyalar  və  rəqslər  ifa  olunmuşdur.  Bununla  da 
orqan  instrumental  musiqidə  böyük  əhəmiyyətə  malik  olmuş  və  bir  çox  bəstəkarlar  orqan  üçün 
əsərlər yaratmağa başlamışlar. 
XVI-XVIII  əsrlərdə kilsə  orqanları  ilə  yanaşı  otaq şəraitində  ifa etmək üçün kiçik orqanlar 
inşa  edilirdi  ki,  bu  da  orqan  ifaçılığına  kübar-məişət  xarakterini  vermək  məqsədini  daşıyırdı. 
Bunların içəsirisində pozitiv, portativ və reqal orqanlar daha geniş yayılmışdır. 
Orqan  musiqisi  sahəsində  İtalyanın  Roma  şəhərində  Müqəddəs  Pyetr  kilsəsində  orqançı 
Ciraloma  Fresqobaldi  (1583-1643)  böyük  bəstəkar  və  orqançı  kimi  bütün  Avropada  çox  hörmət 
qazanmışdı. Müxtəlif ölkələrindən onun yanına tələbələr gəlir və təkmilləşib vətənlərinə qayıdır, öz 
milliməktəblərini yaradırdılar. Heç də təsadüfi deyil ki, onu “İtalyanın Baxı” adlandırırdılar. 
XVII əsrdə yaxşı temperasiyalı quruluşun meydana gəlməsi ilə  orqan musiqisində qızıl əsr 
dövrü başlayır. XVIII əsrin əvvəllərində böyük polifoniya ustalarının İ.Paxelbel, İ.S.Bax, H.Hendel, 
S.Şeydt,  İ.Y.  Froberqer,  İ.Reynken,  V.Lyubek,  D.Bukstexude  və  bir  sıra  bəstəkar-orqançıların 
yaradıcılığı özünün çiçəklənmə dövrünü yaşayır. XVI-XVIII əsrlərdə Avropada müasir tipli orqan 
geniş yayılmışdı.  
Müasir orqanda bir-birinin üzərində yerləşən bir neçə klaviaturadan ibarət (1-7 manual) ifaçı 
pultu, aşağıda isə ayaqlar üçün nəhəng klavişlər, habelə ən aşağı səsləri canlandıran pedallar vardır. 
Orqanın boruları metaldandır, sayı bir neçə minə çatır. Böyük orqanlarda 30 mindən artıq boru olur. 
Orqanın klaviaturası son dərəcə mürəkkəbdir, hər bir klaviş onlarla, bəzən yüzlərlə borunu hərəkətə 
gətirir.  Klaviaturanın  üzərində  yerləşən  registr  dəstəkləri  və  düymələri  ilə  bu  və  ya  digər  borunu 
açıb-bağlamaq olar. Hər regstrin özünəməxsus xarakterik tembri vardır. 
Hərəkət  ötürmə  sisteminə  görə  (traktura)  orqanın  mexaniki,  pnevmatik  və  elektrik  tipləri 
vardır. 
Orqan üçün yazılmış bütün əsərləri kilsə musiqisi saymaq olmaz. Müxtəlif bəstəkarlar İ, S, 
Bax ilə yanaşı Vyana klassikləri Y.Haydn, V.A.Motsart və L.V. Bethoven kimi dahi bəstəkarlar da 
bu  musiqi  aləti  üçün  çoxlu  sayda  gözəl  əsərlər  yaratmışlar.  Orqanın  sədaları  başqa  musiqi  alətləri 
ilə,  orkestr  ilə,  habelə  oratoriya,  kantata  kimi  əsərlərin,  zəbur  ayələrinin  oxunması  ilə  çox  gözəl 
uzlaşır. Beləliklə orqan təkcə solo aləti kimi deyil, həm də ansambl aləti kimi istifadə edilir. Amma 
operada orqandan nadir hallarda istifadə olunur. 
IX-X  əsrlərdə  Ərəb  mədəni  həyatında  hidravlos  (su  ilə  işləyən)  və  pnevmatik  (nəfəsli) 
orqanlarının adı çəkilir. 
1668-ci ildə rus carı Aleksey Mixayloviç şah Abbasa böyük bir orqan hədiyyə etmişdir. 
1675-ci ildə İngiltərə kraliçası birinci Elizaveta Türk sultanına orqan hədiyyə etmişdir. 
XIX  əsrdə Fransa orqan ustası Aristida Kavalye-Koplya elə bir orqan yaratdı ki, səslənmə 
gücünə görə bütöv bir simfonik orkestrlə rəqabət apara bilirdi. Bu orqanı bəzən simfonik orqan da 
adlandırırlar.  
Borduok konsert zalında quraşdırılmış orqan (Atlantik-Siti, ABŞ) dünyanın ən böyük və ən 
güclü səsə malik orqanıdır. 7 manual, 455 registr və 33112 borusu, geniş tembr dəsti, ən böyük və 
ən ağır boruları olmaqla hava ötürmə sistemində daha işlək təzyiqə malikdir. Orqanın əsas pultu 7 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə