255
yaşayanlar var, lakin bir zamanlar böyük bir kataklizm
nəticəsində o, atmosferini itirdi. Lakin indi də onun
torpağının dərinliyində yerləşən şəhərciyində insanlar
yaşayır. Deyir ki, Marsda olanda o, özü bir neçə dəfə Yeri
səyahət etmək üçün kosmik gəmilər vasitəsi ilə bura
gəlmişdir. Hətta kosmik gəmini özü idarə edirmiş.
Bu hadisə
lemurların sivilizasiya dövründə baş vermişdir. Onun dostu
da olmuşdur, gözləri qarşısında can vermişdir. Boris inad
edir ki, lemurlar ruhi inkişaflarını dayandırdıqları və bütün
planetin tamlığını pozduqları üçün məhv oldular.
Borisin danışığında ən valehedici odur ki, indi Yerdə
guya yeni tip fenomen uşaqlar doğulur, çünki planetin
kökündən dəyişmə vaxtı gəlib çatmışdır. Yeni yaranmış
planet üçün isə yeni biliklərə və mentalitetə malik Yer
insanları olmalıdır.
Bu məqalədə çox qəribə məlumatlardan bəhs edilir.
Amma məni ən çox Borisin bu fikirləri təşvişə
salır:...
“Marsda insanlar arasında nüvə müharibəsi baş
verdi. Hamı yandı, çox az adam salamat qaldı. Marslılar
karbon qazı ilə nəfəs alırlar. Əgər bir nəfər oradan bura
gələrsə, o dərhal burnunu tüstü çıxan bacaya tutacaqdır.O
anda mən soruşacam: “Yəqin ki, sən Marsdan gəlmisən”.
Biz oksigen ilə nəfəs alırıq. Bu çox qorxulu qazdır, yana
bilərik, və həm də o, insanı tez qocaldır”.
Mən bu məqalədəki fikirlərin doğru (həqiqət) və ya əyri
olduğu barədə qəti fikir söyləmək iqtidarında deyiləm,
bunun babalı onu yazıb dərc etdirənin üzərinə düşür. Amma
hər halda o, internetdə bir neçə avtoritetli elmi mərkəzlərin
açdıqları saytlarla aləmə yayılırsa, onda inanmamağa yer
qalmır.
Bu fenomen “indiqo-uşağın”-
“Marslılar karbon qazı ilə
nəfəs alır”- deməsindən çox-çox öncə məndə bu fikir artıq