28
etmək və həyatın təşkilinin əsas təbəqələrini ayırd etmək
lazımdır.
Adətən, hesab edirlər ki, canlını cansızdan fərqləndirən
xüsusiyyətlər bunlardır: maddələr mübadiləsi, hərəkətlilik,
qıcıqlanma qabiliyyəti, böyümə, bölünərək çoxalma. Lakin
analiz göstərdi ki, bəzən bu xüsusiyyətlər cansız aləmdə də
özünü göstərir və ona görə də bunlar canlının spesifik
xüsusiyyətləri sayıla bilməz. Bu barədə son və səmərəli
təkliflərdən biri
B.M.Mednikovun nəzəri biologiyanın
aksiomları şəklində verdiyi izahatdır
{13}:
1.
Bütün canlı orqanizmlər nəsildən nəsilə irsi keçən
genotipin
yaranması
üçün
müəyyən
proqramlaşdırılmış vahid fenotipə malikdirlər
(A.Veysmanın aksiomu).
2.
Genetik proqram matrisa yolu ilə əmələ gəlir.
Gələcək nəslin geninin yaranması üçün matrisa kimi,
keçmiş nəslin geni istifadə olunur (N.K.Koltsovun
aksiomu).
3.
Nəsildən nəsilə ötürülmə prosesində genetik
proqramlar müxtəlif səbəblər nəticəsində təsadüfi və
istiqamətlənməmiş şəkildə dəyişirlər və yalnız bu cür
dəyişkənlik təsadüfən verilən mühitdə uğurlu ola bilər
(Ç.Darvinin 1-ci aksiomu).
4.
Genetik proqramların təsadüfi dəyişmələri fenotipin
yaranması
zamanı
kəskin
şəkildə
güclənir
(N.V.Timofeyev-Resovski aksiomu).
5.
Genetik proqramların kəskin dəyişmələri xarici
mühitin şərtləri hesabına seçməyə məruz qalır
(Ç.Darvinin 2-ci aksiomu).
“Diskretlilik və tamlıq – Yerdə həyatın təşkilinin iki
fundamental xassəsidir. Canlı obyektlər təbiətdə bir-birindən
nisbi ayrılmışlar (fərd, çoxalma, növ). İstənilən fərd –
çoxhüceyrəli canlı hüceyrələrdən, istənilən hüceyrə və
29
birhüceyrəli varlıq isə müəyyən orqanogellərdən ibarətdir.
Orqanogellər yüksəkmolekullu diskret üzvi maddələrdən,
bunlar da öz növbəsində diskret atomlardan və elementar
hissəciklərdən ibarətdir. Eyni zamanda mürəkkəb qurumda
(orqanizmdə) onun hissələrinin və quruluşunun bir-biri ilə
qarşılıqlı təsirinin olmamasını (natamamlığını) təsəvvür
etmək olmaz”. Bioloji sistemlərin tamlığı keyfiyyətcə
cansızın tamlığından fərqlənir və ən əsası
onunla ki, canlının
tamlığı (bioloji, fəlsəfi yox) inkişaf prosesində saxlanılır.
Canlı sistemlər – açıq sistemlərdir, onlar hər zaman xarici
mühitlə maddi və enerji mübadiləsindədirlər. Onlar üçün,
görünür ki, üzvi təkamül prosesində artaraq əmələ gəlmiş
mənfi entropiya (nizamlılığın artması) xarakterikdir.
Ehtimal ki, canlılara materiyanı “özü idarəetmə” xüsusiyyəti
xasdır.
Canlı sistemlər arasında eyni iki fərd yoxdur ki, onların
çoxalması və növləri eyni olsun. Canlının diskretliyini və
tamlığını müəyyənləşdirən bu unikallıq “dəyişməklə özünü
hasil etmə” kimi qəribə bir hadisəyə əsaslanır. Matrisa
prinsipi əsasında (1-3 aksiomların cəmi) əmələ gələn
“dəyişməklə özünü hasil etmə” prinsipi görünür ki, Yerdə
həyat üçün yeganə spesifik xassədir. Onun əsasında mühüm
idarəetmə sistemlərinin (DNT, xromosom və genlərin)
özünü hasil etməsi kimi unikal qabiliyyətləri vardır. Həyat –
müəyyən inkişaf prosesində qanunauyğun şəkildə meydana
gələn materiyanın mövcudluq formalarından biridir.
Bu söylədiklərimizdən başqa, canlını cansızdan ayıran
maddi, quruluş və funksional plan baxımından bir neçə
fundamental fərqləri vardır. Maddi plan baxımından
canlının
tərkibinə
mütləqa
yüksək
nizamlanmış
makromolekulyar üzvi maddələr – zülallar və nuklein
turşuları (DNT və RNT) daxildir. Quruluş planda canlı
cansızdan hüceyrə quruluşunda olması ilə fərqlənir.
Funksional planda, canlılara özü-özünü hasil etmə