24
edirlər, o cümlədən, şübhəsiz ki, günəşiyeyənlər. Bitkilər bu
enerjini bilavasitə qəbul etdikləri halda, biz insanlar isə onu
dolayı yolla – yəni bitkilər və hətta heyvanları
mənimsəməklə əldə edirik. Burdaca paradoksal vəziyyət
yaranır: bitkilərin bu enerjini qəbul etməsi bir düz xətt
istiqamətində olduğu halda, heyvanların bitkiləri qəbul
etməsi onlara ikinci düz olmayan əyri xətt açır, insanların
isə heyvanları qəbul etməsi onlara hətta ücüncü düz
olmayan əyri xətt açır. Beləliklə, kosmik adlandırdığımız bu
enerji insanlara ikinci və hətta ücüncü mərhələdə yetişir ki,
əlbəttə bu da “əldən düşmüş, köhnəlmiş” qida məhsulu
sayılmalıdır. Bu səbəbdən də insan yaranmışların içərisində
ən fağırı, ən bədbəxtidir. Yeni insanların – günəşiyeyənlərin
meydana gəlməsi bu qlobal problemin aradan qaldırılmasına
imkan verəcəkdir və həm də ən önəmlisi – biosferanın
normal inkişafına zəmin yaradacaqdır.
Hörmətli oxucuların ixtiyarına verilən bu kitab 9
fəsildən və istifadə olunmuş ədəbiyyat hissəsindən ibarətdir.
I fəsil Yer üzərində həyatın yaranması barədə ayrı-ayrı
nəzəriyyələrə ümumi baxışlardan ibarətdirsə, II-VI fəsillər
həyatın yaranmasına səbəb olan mühüm kimyəvi elementlər
və birləşmələr: oksigen, karbon, azot, su, karbon qazı,
hemoqlobin, xlorofil və s. haqqında məlumatlara və ciddi
maraq doğuran tapıntılara və fərziyyələrə həsr olunmuşdur.
VII fəsil fotosintez, onun həyatın əmələ gəlməsi prosesində
və biosferadakı mövqeyinin izahına yönəlmişdir. VIII fəsilə
kitabın əsas mövzusunu səciyyələndirən “Günəşiyeyənlər”
barəsində hərtərəfli şəkildə, bu insanların özləri barədə
söyləmələrindən və bu prosesə ayrı-ayrı elm xadimlərinin
münasibətlərindən faktiki məlumatlar daxil edilmişdir.
Nəhayət, sonuncu – IX fəsildə insanın
da bitkilər kimi qeyri-
üzvi maddələri üzvi maddələrə çevirə bilmək, yəni avtotrof
qabiliyyətinin olub-olmaması haqqında imkan daxilində
nəzəri proqnozlar verilmişdir.
25
Fəsil 1
Yer üzərində həyatın əmələ
gəlməsi
İndiki zamanda həyatın əmələ gəlməsi problemi bütün
bəşəriyyət üçün ən çox maraq doğuran bir obyektə
çevrilmişdir. O, nəinki müxtəlif ölkələrin alimləri və
mütəxəssislərinin diqqət mərkəzində durur, həm də
dünyanın bütün insanlarını maraqlandırır. Yer üzərində
həyatın əmələ gəlmə prosesi qanunauyğun məna
daşıdığından elmin tədqiqat obyektinə çevrilərək indi hamı
tərəfindən qəbul olunan sayılır. Bu prosesin əsasında, hələ
bizim Günəş sistemimizin yaranmasına qədər mövcud
olmuş və Yer planetinin nüvəsinin, hidrosferi və
atmosferinin formalaşdığı zamanda mövcudluğunu davam
etdirən karbon birləşmələrinin təkamülü durur. Həyatın
əmələ gəlməsi anından təbiət fasiləsiz olaraq hərəkətdədir.
Əlbəttə, həyatın əmələ gəlməsi məsələsinin tədqiq
olunmasının özü çox çətin məsələdir, çünki nə vaxt ki, elm
bu sahədə müəyyən çətinliklərin izahına yeni yanaşma
tərzindən baxmaq istəyir, bu zaman görür ki, müəyyən
faktları təsdiqləyən təcrübi və empirik göstəricilər yoxdur.
İndi alimlər həyatın Yerdə əmələ gəlməsini laboratoriya
şəraitində milyard illər bundan əvvəl olduğu şəkildə
təkrarını vermək iqtidarında deyildirlər. Çətinlik həyatın
26
əmələ gəlməsi üzrə birbaşa eksperimentin aparılmasının
qeyri-mümkünlüyündən ibarətdir (bu prosesin unikallığı
əsas elmi metodun istifadəsinə mane olur). Həyatın əmələ
gəlməsi məsələsi təkcə maraqlı olması ilə bitmir, o, həm də
canlı və cansız materiyalar arasındakı fərq və həyat
təkamülü problemləri ilə sıxı əlaqədardır.
Həyat nədir? Canlı və cansızın fərqləri.
Nədir canlı və nədir cansız? Əgər bu məsələyə sırf
fəlsəfi
nöqteyi-nəzərincə baxsaq, ümumiyyətlə Kainatda cansız
deyilən materiya yoxdur. Dünyanı xarakterizə edən əsas
ölçü vahidləri – məkan və zaman hesab olunur. Yəni hər bir
üçölçülü (uzunluq, en və hündürlük) maddi varlıq yalnız
müəyyən zamanda mövcuddur. Zamanın sonrakı anında
materiya da öncəki vəziyyətindən çıxır, dəyişir. Lakin
maddiyyəti xarakterizə edən
üçüncü bir amil də var ki, bu da
hərəkət və ya enerjidir. Kainatda olan hər bir varlıq – dərk
olunan və ya olunmayan – hərəkətdədir, enerjiyə malikdir.
Yerin və başqa planetlərin Günəş ətrafına çox dəqiq,
fasiləsiz və bir saniyə belə xəta etmədən fürlanması,
Kainatda olan sonsuz sayda ulduz və ulduzlar sisteminin bir
an dayanmadan irəliyə - Kainatın ənginliklərinə doğru
hərəkəti, molekulların maye və qaz mühitində durmadan
xaotik hərəkəti, küləyin, suyun hərəkəti, atomlarda müsbət
yüklü protonların ətrafına çox böyük sürətlə dövr edən
mənfi yüklü elektronların hərəkəti – bütün bunlar ondan
xəbər verir ki, bu – qurtaracağı olmayan, sonsuz, hüdudsuz
Kainat – yarananda ona birinci növbədə irəliyə doğru
hərəkət (enerji) verilmişdir. Bu enerji bir an belə yox ola
bilməz, çünki bu baş verərsə, zaman dayanmalıdır, materiya
– varlıq həmən yox olmalıdır. Hərəkət və ya enerji
materiyanın ayrılmaz və mühüm atributudur. Fizika elminin
göstərişinə görə, hər hansı bir materiyada hərəkət o zaman